Tullantı suların tərkibində olan bioxromat oksidi 7,3-520
mq/Cb/l, başqa maddələrin oksidləri isə 9,5-5191 mq/02/l miq-
darındadır. Bu tullantı suları torpaq daxilində olan canlı or
qanizmləri məhv etmək xüsusiyyətinə malik olur.
Qeyd etmək lazımdır ki, qazma məhlulunun özü xüsusilə neft
əsaslı qazma məhlulu ətraf mühit üçün kifayət dərəcədə təhlü
kəlidir. Adətən çirklənmə, qazma məhlulunun quyudan daşma
sından, tullanmasından, işlənmiş məhlulun ətrafa dağılma
sından yaranır. Kimyəvi işlənmiş və ağırlaşdırılmış məhlullar,
qazmadan fərqli olaraq quyuların istismarı zamanı ətraf mühitin
çirklənməsinə daha çox təsir göstərir.
Quyu məhsulu tərkibindəki böyük miqdarda lay suyu ol
duqda, atqı xəttində, boru kəmərində və nasos-kompressor bo
rularında, duz, qum və parafin çökməsinə təsadüf edilir. Buna
qarşı mübarizə üçün kimyəvi üsullardan istifadə edilir. Quyu
döşəməsində tutucu vasitə olmadıqda ətraf mühit neft, lay suyu
və turşu ilə çirklənir.
Quyu dibi zonada keçiriciliyi artırmaq məqsədilə, hidroqum
şırnağı, turşu, termik təsir və kimyəvi işləmə metodları tətbiq
edilir. Bu əməliyyatlar yeraltı avadanlığın
bəzən qaldırılması prosesi ilə aparılır. Avadanlığın qaldırılıb-
qaldırılmamasından asılı oımayaraq quyuətraflı zona gilli məh
lul, səthi aktiv maddələr, turşu və kimyəvi həlledicilərlə çirk
lənməyə məruz qalır.
Torpağın çirklənməsi yer üzərinə neftin təbii olaraq öz-
özünə çıxması nəticəsində də baş verir. Bu hala Cənubi Koli-
forniyada, Karib dənizində, Meksika və İran körfəzində, Azər
baycan və Komidə rast gəlmək olar.
Təbii yolla yer səthinə qalxan bu neftlər çıxarılan neftdən
bəzi xüsusiyyətlərinə görə fərqlənir.
Neft və qazın çıxarılması, hazırlanması, nəqli və saxlanılması
ətraf mühiti çirkləndirən potensial mənbələrdən sayılır.
150
Rezervuarlardan neftin sızması onların dibində yaranan
korroziyanın təsirindən, xarici zədələrdən və sair səbəblərdən
də baş verə bilər.
Beləliklə, neftlə torpağın çirkləndirilməsi orada olan mikroor-
qanizmilərin məhvinə səbəb olaraq torpağın məsuldarlığının
azalmasına səbəb olmaqla yanaşı torpaqda potensial şəkildə
konserogen maddələrin yığılıb qalmasına səbəb olur.
Yer qabığının süxurları müxtəlif minerallardan ibarətdir, la
kin onun ən üst hissəsi olan torpaq qatının tərkibində müəyyən
qədər üzvi qalıqlar vardır. Deməli, torpaq qatı həm mineral,
həm də üzvi birləşmələrdən ibarətdir. Torpaq yer səthində lito
sferin mineral və biosferin üzvi maddələrinin təkamül prosesi
nəticəsində əmələgəlmiş, özünəməxsus xassələrə malik olan
təbii törəmədir. Elmi dildə torpaq “biokos” sistemi adlandırılır.
Torpaqşünaslıq elminin banisi N.N.Dokuçayevin təliminə
əsasən torpaq bitki və heyvan orqanizmilərinin, iqlimin, rel
yefin və ərazinin geoloji yaşının qarşılıqlı təsiri nəticəsində ya
ranmış və inkişaf etmiş təbii törəmədir. Torpağın yaranmasını
təmin edən səbəblərə torpaqəmələgəlmə amilləri deyilir.
Hələ 1875-1876-cı illərdə Həsənbəy Zərdabi ilk dəfə olaraq
öz əsərlərində əsas 4 faktorun torpaqəmələgəlmə prosesində
rolunu göstərmişdir: ana süxur, bitki və canlı orqanizmlər, iq
lim və insanın təsürrüfat fəaliyyəti. Ondan
8 il sonra V.V.Do
kuçayev 5 torpaq əmələgətirən amili vermişdir, torpaq əmələ
gətirən süxurlar, bitki və heyvan orqanizmləri, iqlim, relyef və
ərazinin geoloji yaşı.
Sonralar, V.R.Vilyams torpaq əmələgətirən amillərə insan
fəaliyyətini də daxil etmişdir. İndiki torpaqşünas tədqiqatçılar
torpaq əmələgəlmə prosesində qurunt sularının və insanın tə
sərrüfat fəaliyyətinin böyük rol oynadığını göstərirlər.
Torpaq-bitkilərin kök salıb inkişaf etdiyi və özləri üçün la-
zimi qida maddələri, su və hava aldığı bir mühitdir. Bitkilərin
ümumi inkişafı və məhsuldarlığı da torpağın bu amillərlə nə
dərəcədə təmin olunmasından asılıdır.
151
Məhz torpaqların xassələrinin öyrənilməsi onların bitkilər
üçün lazım olan hər şeylə vaxtında və kifayət qədər təmin edil
məsi üçün düzgün tədbirlərin müəyyənləşdirilməsinə və həyata
keçirilməsinə imkan verir. Yalnız torpaqların xassələrini bil
məklə kənd təsərrüfatı bitkilərini sahələrdə düzgün yerləşdir
mək və onlardan səmərəli istifadə etmək mümkündür.
İqlim torpaq əmələgətirən amil kimi. İqlim amili torpağın
istilik enerjisi və su ilə təmin olunmasında mühüm vasitədir.
Yer səthi günəşdən gələn ümumi radiasiyam udur və onun bir
hissəsini də şüalandırma vasitəsilə itirir.
Günəş radiasiyası iqlimin yaranmasında həlledici rol oynayır.
Radiasiya səth örtüyü və atmosferi qızdırır. Nəticədə müxtəlif
təziq və temperatur sahələri yaranır ki, bununla havanın hərə
kəti baş verir. Torpaq əmələgəlmə prosesinin inkişafı yer səthi
nə düşən istiliyin və yağıntıların illik miqdarından, onların
mövsüm və gün ərzində paylanmasından asılıdır. İqlimin bu
prosesə bilavasitə təsiri yer səthinə düşən atmosfer çöküntüləri
vasitəsilə torpaq qatının rütubətləşməsindən, torpağın günəş
enerjisi təsirindən qızması və soyumasından ibarətdir.
Şüa enerjisinin gəlir və çıxarı radiasiya balansı, yaxud qalıq
radiasiya adlanır.
Radiasiya balansının miqdarı sahənin en dairəsi, səmanın
tutqunluq dərəcəsi, səth örtüyünün xarakteri, ərazinin rütubət
lərimə şəraiti, albedo və affektiv şüalanmadan asılıdır.
İqlim torpaqəmələgəlmə prosesində əhəmiyyətli olub, yalnız
digər amillərlə birlikdə təsir edir.
Ana süxur torpaq əmələgətirən amil kimi. Torpaqəmə-
ləgətirən süxurlar və ya ana süxurlar iki tərkib hissədən:
mineral və üzvi hissələrdən ibarətdir. Mineral hissə torpağın
ümumi həcminin 90-95%-ni təşkil edir.
Hər bir mineralın özünəməxsus kimyəvi və fiziki xassələri
vardır. Onalann bəziləri müxtəlif kimyəvi reaksiyalarda fəal
iştirak edir. Mineralların tərkibindəki kimyəvi elementlər
müxtəlif birləşmələr şəklində torpağı zənginləşdirir. Kimyəvi
152
reaksiyalarda fəal iştirak etməyən element və birləşmələr tor
paqların fiziki və mexaniki xassələrini müəyyən edir. Ana
süxurların mexaniki, fiziki və kimyəvi xassələri irsi surətdə (irsi
yolla) torpağa keçir. Səthə çıxan dağ süxurları torpağın əmələ
gəlməsində əsas mineral material hesab olunur. Süxurun tərki
bində kalsium-karbonat mövcudluğu torpaqda zəif qələvi reak
siyanın olmasına şərait yaradır. Karbonatsız gillicəli və qumlu
torpaqda isə turş reaksiya yarana bilər. Qum üzərində əmələ
gələn torpaqlar gillicəli süxurlar üzərindəki torpaqlara nisbətən
qıda maddələri ilə az zəngin olur.
Ana süxurun fiziki xassələri, yəni onun bərk və ya yumşaq
olması, məsaməliyi, suyu və havam keçirmə qabiliyyəti tor
paqəmələgəlmə prosesində böyük rol oynayır. Belə ki, hava və
suyu özündən pis keçirən gilli süxurda kimyəvi və bioloji
proseslər, üzvi qalıqların parçalanması zəif gedir.
Relyef torpaq əmələgətirən amil kimi. Yer səthində istiliyin
və rütubətin paylanması relyefdən çox asılıdır. Relyef hava
axınının istiqamətinə və gücünə, günəşin torpaq səthini işıqlan
dırmasına və bitki örtüyünün formalaşmasına təsir göstərir.
Torpaqəmələgəlmə prosesinə nəinki yer səthinə düşən atmosfer
çöküntülərinin və günəş enerjisinin paylanması, hətta mikro və
mono relyef də öz təsirini göstərir. Səthin çökəklik və hündür
lük hissəsindəki torpaq, ətrafındakı torpaqdan müəyyən də
rəcədə fərqlənir.
Ərazinin yüksəkliyinin dəyişməsi temperatur şəraitinin dəyiş
məsinə təsir edir. Bu da torpaqda gedən fiziki, kimyəvi və
bioloji proseslərin sürətini dəyişir. Relyef həmçinin yerüstü
suların paylanmasına da təsir göstərir.
Torpaqəmələgəlmə prosesində relyefin forması və cəhəti
xüsusi rol oynayır, torpağın temperaturu və nəmliyi yamacın
dikliyi və istiqamətindən asılıdır. Cənub yamaclar isti, quru, şi
mal yamaclar isə soyuq və rütubətli olur.
153
Dostları ilə paylaş: |