50% gil varsa gillicə torpaq, 50%-dən çox gilvarsa gilli torpaq
adlanır.
Torflu torpaqlarda əsas komponent humusun üzvi his
səcikləridir. İri dənələrdən ibarət torpaqlarda iri məsaməiər az
olur. Bu cür torpaqların məsaməliyi o qədər də böyük olmayıb
torpağın ümumi həcminin 25-40%-ə qədərini təşkil edir. İri
dənəvər torpaqlar suyu və havam yaxşı keçirir. Buna görə də
belə torpaqlar quru olur, hava yaxşı işləyir.
“Torpağın məsaməliyi - torpağın bütün məsamələrinin həc
minin, torpağın həcminə olan faizlə nisbətidir”.
İridənəvər torpaqların havanı yaxşı keçirmək xassəsi aerob
mikroorqanizmilərin yaşaması və torpağın öz-özünü təmiz
ləməsi üçün əlverişli şərait yaradır.
Gilin su keçirmə qabiliyyəti qumdan təxminən 6000 dəfə az,
rütubət tutumu qumdan 2.5-3 dəfə, torfdan isə 30-40 dəfə çox
dur. Qumlu torpaqda su kapillyarla 30-40 sm-ə, gillicə tor
paqlarda 40-60 sm-ə qalxırsa, gildə o 1-1.5 m-ə, torfda isə 4-6
m-ə qalxır. Xırdadənəvər torpaqlar suyu pis süzür, buna görə də
bunların içərisində və üzərində çoxlu su qalır. Belə torpaqlar
yaş və rütubətli olub tez soyuyur, asanlıqla bataqlıqlaşır, yağın
tılardan sonra isə bunların səthi uzun müddət qurumur. Kapil-
lyarlıq sayəsində belə torpaqlarda torpaqaltı suların səviyyəsi
həmişə səthə yaxın olur, aerasiya pis olduğu üçün belə torpaq
lar öz-özünü təmizləyə bilmir və meyit bacdırmaq üçün ya
ramır.
Torpağın istilikkeçirmə qabliyyəti yüksək olmadığına görə
torpağın üst qatından aşağı qatlara getdikcə torpağın tempera
turu tez düşür, lm-dən dərində sutkalıq temperaturda fərq
olmur. Səthdəki temperatur fərqləri yerin səthindən 2 m dərinə
ancaq
2 aydan sonra gəlib çatır, məsələn, iyul ayındakı isti 2 m
dərinliyə ancaq sentyabrda gəlib çatır.
Ərazidən asılı olmayaraq 12-20 m dərinlikdə quruntun
temperaturu bütün il boyu
146
eyni olur. Bundan aşağıya getdikcə hər 35 m-də temperatur 1°
C qalxır. Buna görə də şaxtalarda və filiz mədənlərində artıq
500-600 m dərinlikdə havanın və divarların temperaturu 40-
45°C-yə çata bilər ki, bu da iş şəraitinə təsir edir və işləməyi çə
tinləşdirir.
Ayrı-ayrı yerlərin geoloji tarixindəki və torpaq əmələgəlmə
prosesindəki xüsusiyyətlər torpaqların kimyəvi tərkibinin
müxtəlif olmasına, yəni torpaqda təsadüf edilən kalsiumun
(Ca), natriumun (Na), kükürdün (S) və xüsusən mikroele-
mentlərdən: yodun (J), misin (Cu), kobaltın (Со), flüorun (F),
molibdenin (Mo), manqa-nın (Mu), sinkin (Zu), borun (B),
stronsiumun (Sr), selenin (Se) və s. həddindən çox və ya az ol
masına səbəb olmuşdur. Torpaqda və ya suda kimyəvi ele
mentlərin çatışmadığı və ya həddindən çox olduğu yerlərə
(areallara) anomal geokimyəvi əyalətlər deyilir.
Torpaqlarda bu və ya digər kimyəvi elementlər çatışmadıqda
və ya həddindən artıq olduqda bitkilər bunları ya kifayət qədər
almır, ya da həddindən çox alır. Deməli bunlar bitkilər və iç
məli su ilə birlikdə heyvan orqanizmlərinə ya kifayət qədər keç
mir, ya da həddindən çox keçir. Bunun nəticəsində anomal geo
kimyəvi əyalətlərin ərazisində yaşayan orqanizmilərdə - bit
kilərdə, heyvanlarda və insanlarda maddələr mübadiləsi poz
ğunluqları, funksional və morfoloji dəyişikliklər və xəstəliklər
baş verir. Maddələr mübadiləsi pozğunluğunun "xarakteri həmin
arealda hansı mikroelementin çatışmamasından və ya artıq
olmasından asılıdır. Lakin ərazinin geokimyəvi şəraitindən asılı
olaraq bütün pozğunluqları geokimyəvi endemiyalar anlayışı
altında birləşdirirlər.
Ərazinin kimyəvi şəraiti ilə əhalinin sağlamlığı arasında nə
kimi əlaqə olmasını aydınlaşdırmaq daha mürəkkəb məsələdir,
çünki burada ictimai şəraitin də rolu vardır. Kənd əhalisinə əra
zinin geokimyəvi şəraitinin təsiri daha çox olur (yerli əhali
həmin yerdə yetişdirilən məhsullardan istifadə edirsə).
147
Əhalinin sağlamlığının ərazinin geokimyəvi şəraiti ilə əla
qədar olması hələ XIX əsrin əwəllində aşkar edilmişdi: belə ki
o vaxt müəyyən edilmişdi ki, endemik ur xəstəliyinin (dağlarda
isə endemik urun və ağıl zəifliyinin) səbəbi torpağın və həmin
yerdə istehsal edilən yeyinti məhsullarının tərkibində yodun ça-
tışmamasıdır. Dağ süxurlarında və suda flüoz çoxluğu ilə əlaqə
dar olaraq baş vermiş flüoz endemiyalan müşahidə edilmişdir.
Bütün geokimyəvi endemiyalann aşkara çıxarılması, öyrə
nilməsi və ləğv edilməsi ekologiya elmi qarşısında duran aktual
məsələdir.
Məlumdur ki, bütün təbii ünsürlər, o cümlədən torpaq öz-
özünü təmizləmə qabiliyyətinə malikdir. Ümumiyyətlə, torpaq
müxtəlif mənbələrdən, eləcə də ölmüş bitki və heyvan qalıqları
ilə, habelə bunların həyat fəaliyyəti məhsulları ilə çirklənir,
yaşayış yerlərində natəmizlik və tullantılar ilə də çirkləndirilir.
Torpağın öz-özünü təmizləməsi mürəkkəb və çox uzun
müddət davam edən bioloji proses olub, bu prosesdə üzvi mad
dələr suya, karbon qazına, mineral duzlara və humusa çevrilir,
protogen törədicilər isə ölür. Torpağın öz-özünü təmizləmə pro
sesi aşağıdakı qaydada gedir: torpaq çirkləndikdə tullantıların
maye hissəsi süzülür, onda asılı halda olan üzvi hissəciklər,
mikroorqanizmlər və bağırsaq qurdlarının yumurtaları isə mə-
samələrdə qalır. Böyük udma qabiliyyətinə malik olan torpaq
dənələri süzülən mayedən həll olmuş üzvi kolloid maddələri və
üfunətli qazları udur. Torpağın üzvi maddələrinin tutulub sax
ladığı üst qatlarda külli miqdarda müxtəlif mikroblar, göbə
ləklər, yosunlar, ibtidailər, qurdlar,həşərat sürfələri yaşayır ki,
bunlar da torpağın öz-özünü təmizləməsində iştirak edirlər.
Torpaqda üzvi maddələrin minerallaşması həm aerob, həm də
anaerob şəraitdə gedir. Anaerob şəraitdə üzvi maddələr çürü
dükdə və qıcqırdıqda üfunətli qazlar çıxır ki, bunlar da havaya
uçub onu çirkləndirir. Buna görə də tullantıları zərərsizləşdir
dikdə elə şərait yaratmaq lazımdır ki, torpaqda aerob mineral-
laşma prosesləri üstünlük təşkil etsin, yəni çirklənmiş torpağa
148
kifayət qədər oksigen gəlməli və ona çoxlu tullantı tökülmə
məlidir. Torpağın öz-özünü təmizləməsi sayəsində üzvi mad
dələr qeyri-üzvi birləşmələrin elə formalarına çevrilir ki, bu
şəkildə onlar bitkilər üçün qida materialı olur və beləliklə bir
daha təbiətdəki maddələr dövranına daxil olurlar.
Hazırda tullantıların və təsərrüfatdan çıxan çirkli sulann
torpaq vasitəsilə zərərsizləşdirilməsi ən yaxşı metod hesab
olunur və praktikada geniş tədbiq edilir. Bu işdə təkcə torpağın
təbii yolla öz-özünü təmizlənməsindən istifadə edilmir. İnsanlar
bu prosesləri idarə etməyi öyrənmiş və hətta bunları süni
qurğularda , məsələn,biosüzgəclərdə və çirkli suları təmizləmək
üçün olan başqa qurğularda yaradırlar.
Yaşayış yerlərində insanın yaşayıb işləməsi prosesində
daim müxtəlif tullantılar, natəmizlik, çirkab, mətbəx tullantıları,
evlərin və küçələrin zibili, məişətin, hamam və camaşırxanala-
rm, sənayenin çirkli suları, inşaat zibili, istehsalın müxtəlif
bərk tullantıları, iri şəhərlərin əlvan və qara metal, kimya və
neft-kimya, maşınqayırma, sənaye müəssələri, istilik-elektrik
stansiyalarının əhatə etdikləri torpaq sahələri ağır metallarla,
neft məhsulları, kükürd və digər maddələrlə ciddi çirkləndirilir.
Quruda qazılan və istismar olunan neft quyuları torpağı çirk-
ləndirən əsas mənbələrdən biridir. Quyuların qazılması zamanı
hər bir buruq orta hesabla sutka ərzində 120-150 m
3 su işlədir.
Adətən quyu ətrafında kifayət həcmdə gil, yağlayıcı maddələr,
kimyəvi reagentlər, qazılmış süxurlar, duzlar və s. ilə çirklən
miş su yığnağına rast gəlmək olur. Bu sular tullantı suları ad
landırılır. Laborotoriya tədqiqatları ilə müəyyən edilmişdir ki,
tullantı sularının fiziki-kimyəvi tərkibi əsasən onunla qarışmış
qazma məhlulunun və kimyəvi reagentlərin miqdarından ası
lıdır. Müəyyən edilmişdir ki, qazma tullantı sularında mexaniki
qarışığın miqdarı 100-4618 mq/1, üzvi maddələrin miqdarı 53-
3052 mq/1 və neft məhsullarının miqdarı isə 8,8-210 mq/1
həddində dəyişir.
149
Dostları ilə paylaş: |