yuxan mantiyaya qədər olan hündürlüyü təqribən 75-80 кт-э
qədərdir.
Yer qabığında yuxarıdan aşağı üç qat ayrılır: çökmə, qranit
və bazalt qatları. Yu-xarı qatda gillər, gil şistləri, qumlaçalar,
karbonatlı və vulkanik süxurlar üstünlük təşkil edir. Çökmə
qatının qalınlığı çökəkliklərdə 20-25 km, kristallik şistlərdə
(qal-xanlarda) isə praktiki olaraq sıfıra qədər ola bilər. Yer qa
bığının orta qatı öz xassələrinə görə qranitə yaxındır (qranitlər,
qneyslər, qranodiozitlər, dioritlər, kris-tallik şistlər, amfibio-
litlər). Bu qat okeanlarda olmur, kontinentlərdə isə onun qalın
lığı bir neçə on kilometrlərə çatır. Bazalt qatı kristallik süxur
lardan təşkil olunub qranit qatından sıx (bərk) olur. Okeanın al
tında onun qalınlığı 2-7 km, kontinentlərin altında isə 15-40
km-ə çatır.
Yer qabığının quruluşu olduqca müxtəlifdir, lakin əsas iki
qabıq tipi ayrılır: kontinental və okean. Kontinental qabığın
tipik kəsiyində yuxarıda orta qalınlığı 3 km,sıxlığı 2.5q sm
3
olan çökmə süxurlar yerləşir. Daha dərində orta dərinliyi 17
km, sıxlığı
2 .6 -2 .8 q sm3 olan qranit metamorfık qatı yerləşir,
onun altında isə orta dərinliyi 15 km və sıxlığı 2.9-3.3q sm
3
olan bazalt qatı yerləşir. Okean qabığının tipik kəsiyində yum
şaq çöküntülərin orta qalınlığı 0.7 km təşkil edir, bu qat bi
lavasitə bazaltın üstündə yerləşir.
Yer qabığı və ona birləşən yuxarı mantiyanın bir hissəsi
litosferi əmələ gətirir. Zəlzələlərin əksəriyyəti litosferdə, əsasən
yuxarı 30 km-də yerləşir.
Litosferin ən üst qatlan digər geosferlərlə birlikdə və qar
şılıqlı əlaqədə olur. Belə qarşılıqlı təsir nəticəsində litosferin üst
qatında suyun havanın və canlılann birgə məhsulu olan aşınma
qabığı yaranır. Aşınma qabığının qalınlığı və quruluşu bü
tövlükdə coğrafi zonalıq qanununa tabedir.
Litosferin üst horizontları adətən bilavasitə atmosfer və
hidrosferlə əlaqədə olur.Quruda litosfer torpaqla (pedosfer),
bitki ilə (biosfer) və ya soyuq şəraitdə buz və qarla (kriosfer)
142
örtülü olur. Yalnız səhrada biosfer bilavasitə (aşınma qabığı ilə)
atmosferlə əlaqədə olur. Eyni zamanda torpaq və aşınma qabığı
ilə atmosfer və litosfer arasında aktiv qaz mübadiləsi gedir. Li
tosfer və təbii sular arasında qarşılıqlı əlaqə daha yüksək də
rəcədə gedir, belə ki, yeraltı sular həm hidrosferin, həm də li
tosferin bir hissəsidir.
Litosferin ən üst horizontları digər sferlərlə aktiv surətdə
qarşılıqlı əlaqədə olur. Bu qarşılıqlı əlaqə yer səthində maksi
mum intensivliyə çatır. Ondan yuxan və aşağıda isə azalır. Bu
əlaqə insanın rolu artdıqca daha da güclənir. Bəşəriyyət yer
qabığı ilə min il qabaq əlaqəyə girmişdir. Bütün dünyada lito
sferin üst qatından il ərzində
1 0 0 0 mlrd, tondan çox mineral
xammal çıxarılır və emal olunur. Ağır sənayenin 90%-ə qə-
dərini təmin edən 400 növə yaxın faydalı qazıntılar çıxarılır.
Litosferdən çıxanlan materiallann 98%-ə qədəri yararsız
olub atılır, yalnız 2%-ə qədəri işlədilir. Beləliklə, litosferin üst
qatında materilların həddindən çox antropogen qarışdırılması
aparılır. Bu isə həm bütövlükdə ekosferə, həm də onun ayrı-ayn
hissələrinə güclü dərəcədə toxunur.Faydalı qazıntıların çıxa
rılması Yer qabığının geokimyəvi tərkibini dəyişdirir.
İnsanın təsərrüfat fəaliyyəti təbii relyefəmələgəlmə və digər
geokimyəvi proseslərin gedişini kökündən dəyişdirir, bu isə ne
qativ nəticələrə gətirib çıxarır. Antropogen geoloji proseslər
ilbəil getdikcə güclənir və bütün bəşəriyyət üçün təhlükə ya
radır.
Yunan sözü olan torpaq (pedon) 1) torpaq, onun altında
torpaq əmələgətirən süxur və aşınma qatı (canlı orqanizmlərin
yaşayış mühiti hesab olunan qat). Yerin torpaq əmələgəlmə
prosesi gedən qatı; 2) litosfer, hidrosfer və Yerin canlı qabı
ğının bir-birilə əlaqəli olan zonası; 3) Yerin torpaq örtüyü yəni
torpağın 1 -7 metr dərinliyə qədər olan münbit hissəsidir.
Yer qabığının yuxarıdakı yumşaq və münbit qatına torpaq
deyilir. Torpaq bioloji, fiziki və kimyəvi amillərin təsiri ilə dağ
süxurlarından əmələ gəlmişdir, o mineral və üzvi hissəcik
143
lərdən, külli miqdarda mikroorqanizmlərdən ibarət mürəkkəb
bir kompleksdir. Torpağın mineral komponentləri ana dağ sü
xurlarının xırda hissəciklərindən ibarətdir. Onun üzvi hissəsi isə
bitki və heyvan orqanizmiləri və bunların müxtəlif çürümə mər
hələsində olan qalıqlarıdır. Bunlardan davamlı humin maddələri
böyük rol oynayır. Torpağın əmələ gəlməsində və onun öz-
özünü təmizləməsində, yəni çürümə prosesində və üzvi mad
dələrin çevrilməsində mikroorqanizmlər mühüm rol oynayır.
Mikroorqanizmlər tərəfindən üzvi maddələrin çürüməsi sayə
sində təbiətdə baş verən maddələr dövranında və onların çev
rilməsində torpaq çox mühüm rol oynayır.
Torpaq və onun altındakı süxurlar xarici mühitin əsas ele
mentlərindən biri olmaq etibarilə insanların sağlamlığına və on
ların yaşayışının davamlı vəziyyətinə çox böyük təsir göstərir.
Ərazinin bitki aləmi, bitki mənşəli və heyvan mənşəli yeyinti
məhsullarının kimyəvi tərkibi torpağın tipindən və onun kim
yəvi tərkibindən asılıdır. Torpaqda və ya torpaq qatlarında bu
və ya digər kimyəvi elementlər çatışmadıqda, yaxud həddin
dən artıq olduqda bunlar yeyinti məhsullarında və ya suda ya
çatışmır, ya da həddindən artıq olur ki, bu da mühit dəyişmə
sinə səbəb olur.
Bəzi ərazilərdə torpağın və dağ süxurlarının radioaktivliyi
yüksək olduqda, məsələn, uran filizi yataqlarında, həmin yerin
havasında, içməli suda və bitkilərdə də radioaktivlik yüksək ola
bilər, bunun nəticəsində də ionlaşdırıcı şüalar üçün təbii zəmin
yaranmış olur.
Sənaye müəssisələrinin ətrafında torpaq zərərli sənaye
tullantıları ilə, yaxud kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri
ilə mübarizədə tətbiq edilən zəhərli kimyəvi maddələrlə çox
çirklənibsə, bu, bitki mənşəli yeyinti məhsullarının orqano-
leptik xassələrinə pis təsir edə bilər, yaxud toksiki maddələr
çox toplandığına görə sağlamlıq üçün zərərli olub, istifadəyə
yaramır.
144
Atmosferə atılmış radioaktiv aerozollarm yer səthinə çökməsi
çox təhlükəlidir.Belə halda radioaktiv maddələr “qida zənciri”
ilə, yəni toxumalarında bəzi radioaktiv maddələri toplamış
bitkiləri yedikdə, yaxud radioaktiv maddələrlə çirklənmiş yemi
yeyən heyvanların əti və südü ilə insana keçə bilər.
Yeraltı suların tərkibi torpağın və quruntun fıziki-kimyəvi
xassələrindən asılıdır.
Torpaq, iqlim əmələ gətirən amillərdən biridir .Torpağın is
tilik rejimi yerə yaxın hava qatının istilik xassələrinə təsir edir.
Torpaq bataqlıqlaşmış, yaxud yeraltı sularsəthə yaxın olduqda
ərazinin mikroiqlimi sağlam olmur və ərazinin bitki örtüyü
məhv olur.
Müasir elm, texnika və biotexnologiya təbiətin dəyişilməsi
prosesində təbii torpağa xas olan bəzi qüsurları kənar etməyə,
torpaq əmələgəlmə prosesini istənilən istiqamətdə yönəltməyə,
torpağa lazımi birləşmələr verməklə onun münbitliyini artır
mağa, bitkilərin tərkibinə təsir etməyə, genafonun dəyişməyə,
böyük əraziləri qurutmağa (bataqlıqları) səhra və yarımsəhraları
suvarma norması ilə təmin etməyə imkan verir.
Bu antropogen təsirlər nəticəsində təbii tarazlıq pozulur, yer
səthində şaquli və üfüqi zonallıqda bitki, heyvanat aləminin növ
tərkibi dəyişir və nəticədə mikroiqlim sahələri yaranır ki, bu da
iqlim dəyişmələri ilə nəticələnir.
Torpağın mühüm əhəmiyyəti olan əsas xassələri onun
mexaniki tərkibindən asılıdır.Onun bu xassələrinə havakeçirmə,
sukeçirmə və rütubət tutumu (torpağın öz məsamələrində su
hissəciklərini saxlamaq qabliyyəti) aiddir.
Torpaq hissəciklərdən və bunların arasındakı boşluqlardan
ibarətdir. Ölçüsünə görə torpağın aşağıdakı hissəcikləri olur:
qum-dənələrin diametri
0 . 2 mm-ə, gilli qum 0 .0 1-0 . 2 mm, gil
0.001-0.0lmm olur. Humusu təşkil edən üzvi kolloid hissəcik
ləri bundan da kiçik olur.
Torpaqda 90%-dən çox qum və 10%-dən az gil varsa, belə
torpaq qumlu torpaq, 10-30% gil varsa qumluca torpaq, 30-
145
Dostları ilə paylaş: |