MÖVZU 6. ƏHALİNİN ARTIMI, URBANİZASİYA,
ƏRZAQ VƏ SAĞLAMLIQ PROBLEMLƏRİ
Əhali məhsuldar qüvvələrin aparıcı sahəsi olmaqla ən
qiymətli kapital hesab olunur. O, istehsalla istehlak arasın
da körpü rolunu oynayır. İstehsal etdiyi məhsulun ən böyük
istehlakçısı da əhalidir.
Əhalinin dinamikası onun təbii artımı, doğum və ölüm
göstəricilərinin fərqini müəyyən edir.
Əhalinin sayının dəyişməsinə müxtəlif amillər, zəlzələ
lər, sellər, müharibələr, aclıqlar epidemiyalar, ətraf mühitin
ekoloji vəziyyəti və s. təsir göstərir.
Əgər bizim eranın əvvəlində planetin əhalisi cəmi 175
mln nəfər olmuşdursa, hal-hazırda bu rəqəm 7 mlrd-ı ötüb
keçmişdir.
Diaqram 1.
Əhalinin illik artımı (mln nəfər)
BMT-nin Əhali Fondunun məlumatlarına görə 2050-ci
ildə dünya əhalisinin sayı 9 mlrd nəfərə çatacaqdır. Bu vaxt
Hindistanda əhalinin sayı 1,5 mlrd-a çatacağı gözlənilir.
Hal-hazırda rekordsmen Çin (1,3 mlrd) ikinci yerə enecək.
Bunun səbəbi dövlət tərəfindən həyata keçirilən domoqrafik
siyasətdir. BMT-nin ekspertlərinin fikrincə əhali artımı əsa
sən inkişaf etməkdə olan ölkələrdə daha yüksək olacaqdır.
Bu ölkələrin əhalisinin sayının 2050-ci ildə 4,8 mlrd-dan 7,8
mlrd-da çatacağı gözlənilir. Belə artım bir çox problemlərin
yaranmasına: ərzaq, xammal, enerji çatışmazlığı və müxtəlif
ekoloji böhranlara səbəb olacaqdır. Eyni zamanda ekspert
lər bəzi ölkələrdə əhalinin sayının azalacağını ehtimal edir
lər. Bu ölkələrə Almaniya, Rusiya, Yaponiya və s. aiddir.
2000-ci ildə Berlində keçirilmiş «Urban-XXI» beynəlxalq
konfransda qeyd olunmuşdur ki, yer üzərində əhalinin çox
hissəsi şəhərlərdə yaşayacaqdır. Yaxın 25 il ərzində şəhər
əhalisinin sayının 5 mlrd nəfərə çatacağı, hər 5 nəfərdən 3-
nün şəhərlərdə yaşayacağı gözlənilir.
Urbanizasiya prosesi - miqrasiyanın tərkib hissəsi
olub, kənd əhalisinə nisbətən şəhər əhalisinin artmasıdır.
Urbanizasiyanın inkişafı ümumi əhali məskunlaşmasına
nisbətən şəhər əhalisinin sıxlığı ilə yanaşı, onun həyat tərzinə
münasib
proses
kimi
formalaşır.
Urbanizasiyanın
intensivliyi şəhərin iqtisadi, sosial, mədəni, elmi, maarif,
əhaliyə xidmət sahələrinin inkişafı ilə sıx uzlaşma şəraitində
baş verir.
Urbanizasiya prosesi demoqrafik artımdan sürətlə
inkişaf edir. 2000-ci ildə milyonçu şəhərlərin sayı 300-ə
çatmışdır. Həmin şəhərlərin yarıdan çoxunun əhalisi 3 mln
nəfərdən çox olmuşdur.
Urbanizasiyanın tempi İEOÖ-də daha sürətlə gedir.
Şəhər əhalisi bu qrup ölkələrdə İEÖ-ə nisbətən 4,5 dəfə
artır. Dünyada şəhər əhalisinin ümumi artımının 80%-i
İEOÖ-in payına düşür. İEÖ-də urbanizasiya səviyyəsi il
ərzində 0,8% artırsa, İEOÖ-də bu göstərici ildə 3,6%-dir.
Şəhərlərin inkişafı ilə əlaqədar bir çox problemlər
meydana çıxır. Bu problemlərə əhalinin işlə təminatı, sosial
175
174
səviyyəsinin pisləşməsi və onların ətraf mühitə antropogen
təsirlərinin yüksəlməsi və s.-ni aid etmək olar. Bir çox şəhər
lərdə əhalinin sıxlığı optimal həddi aşaraq 3000 adam/hekta-
ra çatmışdır.
Bu say daha da artmaqda davam edir vo istehsalın,
energetika, kommunal təsərrüfat sahələrinin texnogen tə
sirinin artmasına səbəb olur.
Eyni zamanda sənayenin və əhalinin iri şəhərlərdə tə-
mərgüzləşməsi nəticəsində ətraf mühit həddən artıq çirklənir,
tarixi binalar korlanır bir çox digər istiqamətli problemlər
yaranır. Müasir şəhər təkcə külli miqdarda insanların ya
şayış məntəqəsi yox, o, həmçinin ətraf mühitə təsir edərək
onun dəyişməsinə səbəb olan güclü bir sistemdir. Şəhərlər
meşələrdən uzaqlaşır, torpaqlar insanların istifadəsinə
verilir, çayların suları şəhərlərə istiqamətləndirilərək tanın
maz hala düşür və s. proseslər gedir. Yaxın keçmişdə bu
proseslərə adi və vacib bir hal kimi baxanlar hal-hazırda
bunlara qarşı kəsgin mübarizə aparmağın labüdlüyünü qeyd
edirlər. Şəhərlərin özünə məxsus spesifik mühiti vardır.
Şəhər və ya urbanizasiya əraziləri bəzən anomal hadisə kimi
qəbul edilir. Buna aşağıdakı xüsusiyətlər aiddir:
- şəhər özünəməxsus biokimyəvi əyalətdir və ərazilərdə
maddələrin toplanması baş verir. Onların kimyəvi tərkibi
burada olan müəssisələrin profilindən asılıdır;
- şəhərlərdə atmosferin şəffaflığı aşağı, toz və s. çox
olur. Bu isə ultura-bənövşəyi şüaların yer səthinə çatmasına
imkan vermir. Bəzi şəhərlərdə gün ərzində yer səthinə 500-
1500 kq/km
2 toz düşür;
-
eyni regionda kənd yerlərində bu göstərici 5-15
kq/km2-i keçmir;
- şəhərlər üçün havanın normadan artıq quruması
səciyyəvidir. Orta enliklərdə illik temperatur ətraf ərazilərə
nisbətən l-2°C-dən çox olur. Küləksiz havada bəzən gecə
temperaturu ətraf ərazilərə nisbətən
6 -8 °C çox ola bilər;
176
- havanın tozlu olması su buxarının tez kondensasiya
olmasına şərait yaradır. Bunun nəticəsində bəzən şəhərdə
ətraf ərazilərə nisbətən
1 0 % yağıntı çox ola bilər.
- atmosferdə daha çox mikroorqanizmlər olur,atmosferin
özünütəmizləmə qabiliyyəti daha aşağı olur;
-
şəhərlərdə su dövranı tamamilə pozulur. Böyük ərazilər
də yağıntılar torpağa hopmur, qurunt sularının atmosfer yağın
tıları vasitəsilə qidalanması azalır;
- şəhərlərin sahilində yerləşən çay, göl və dənizlər daha
çox çirklənir və bu suların özünü təmizləmə qabiliyyəti küt
ləşir;
- şəhərlər çoxlu təmiz su istehlak edir və ətraf su
hövzələrinə çoxlu çirkab suları axıdır.
İri şəhərlərdə ekoloji vəziyyətin gərginliyi orada olan
antropogen təsirin yüksək olması və əhalinin sıxlığı ilə əlaqə
dardır. İstehsal sahələri ilə yaşayış zonaları arasında yerləşdi
rilməsi vacib olan sanitar qoruyucu zonaların olmaması, şəhər
mühitinin çirklənmə səviyyəsinin artmasına səbəb olur.Sanitar
qoruyucu zolaqlar istehsalatın məhsuldarlığından və emal
edilən məhsulun xüsusiyyətindən asılı olaraq 5 sinifə bölünür:
birinci sinifdə istehsalatla yaşayış məntəqəsi arasında olan
zolağın eni 1000 m götürülür. İkinci sinifdə 500, üçüncü sinifdə
300,dördüncü sinifdə 100 va beşinci sinifdə 50 m nəzərdə tutu
lur. Bu məsafələr yaşayış məntəqələrini istehsal tullantılarından
qoruya bilmədiyi halda, onlar 3 dəfədən artıq olmamaq şərtilə
müəyyən qədər artırıla bilər. Qoruyucu sanitar zolaqlarında
abadlıq və yaşıllaşdırma işləri aparılmadıqda onlarin şəhərlərin
çirklənmədən mühafizə səmərəsi aşağı olur.
Şəhərlərin sənaye tullantılan ilə çirklənməsinin əsas səbəb
lərindən biri də çirkləndirici müəssisələrin şəhər ətrafında yer
ləşdirilməsi zamanı hakim küləyin istiqamətinin və gücünün nəzərə
aJınmamasıdır.Küləyin istiqaməti tullantıların yayılmasında, gücü
isə bina və tikililərin aşınmasında öz təsirini göstərir.
177
Dostları ilə paylaş: |