TV - translokasiya göstəricisi - maddələrin torpaqdan yaşıl
kütləyə və bitkilərin meyvələrinə keçməsini xarakterizə edir.
MA - miqrasiyalı hava göstəricisidir - kimyəvi maddələrin
torpaqdan atmosferə keçməsini xarakterizə edir.
MV - miqrasiyalı su göstəricisidir - kimyəvi maddələrin tor
paqdan yeraltı sulara və su mənbələrinə keçməsini xarakterizə
edir.
OS - ümumi sanitar göstəricisi kimyəvi maddələrin torpağın
öz-özünə təmizlənmə və torpağın canlı mühitə təsirini xarakte
rizə edir. BQH mövcud olmayan yeni kimyəvi birləşmələr
tətbiq olunduqda müvəqqəti buraxılabilən həddindən istifadə
olunur (MBQH).
MBQH= 1.23 + 0.48 BQH
burada BQH - ərzaqlar üçün buraxılabilən qatılıq həddi (tərə
vəz və qida məhsulları), mq/kq.
Torpağın çirklənmə dərəcəsinə görə təsnifatı kimyəvi mad
dələrin buraxılabilən miqdarına və onların fonunun çirklənmə
sinə görə aparılır. Torpaq çirklənmə dərəcəsinə görə aşağıdakı
qruplara bölünür:
l)çox çirklənmiş, 2) orta çirklənmiş, 3) zəif çirklənmiş.
Çox çirklənmiş qrupa elə torpaqlar daxildir ki, onların tər
kibində çirkləndirici maddələr buraxılabilən miqdardan bir neçə
dəfə çox olsun və bioloji məhsuldarlığı aşağı, fiziki-kimyəvi,
kimyəvi və bioloji xarakteristikasında ciddi dəyişiklik olsun.
Orta çirklənmiş qrupa elə torpaqlar daxildir ki, onlarda bu-
raxılabilən hədd qatılığına artması torpağın xassələrinə heç bir
təsir göstərməsin.
Zəif çirklənmiş torpaqlara
elə torpaqlar aiddir ki, tərkibindəki
kimyəvi maddələr buraxılabilən hədd qatdıqdan yüksək olma
malı, təbii fondan yüksək olmalıdır.
Torpağın çirklənmə qatdığının əmsalı Ns aşağıdakı formula
ilə təyin edilir.
168
5
5
və ya
Ns
—
S p d k
burada:
S-çirklənmiş maddələrin ümumi miqdari;
Sf- çirkləndiricilərin orta fon miqdarı;
Sbqh- çirkləndirici maddələrin buraxılabilən hədd qatılığı.
Beləlikə, ETT-nin inkişafı, istehsal alətlərinin təkmilləş
dirilməsi və əhalinin sürətlə artması ilə əlaqədar cəmiyyətin
torpağa göstərdiyi təsir getdikcə gərginləşir. İndi insanlar yerin
dərinliklərinə müdaxilə edir, mineral xammal, yanacaq - enerji
ehtiyatlan əldə etmək məqsədilə dənizlərin dibini mənimsəyir,
yerin dərin laylarında axtanş aparırlar. Karxanaların, mədənlə
rin səmərəli istismarı, yerin təkindən çıxarılan faydalı qazıntı
ların kompleks istifadəsi, qazılıb alt-üst edilməsi torpaqların re
kultivasiyası, qırılmış meşələrin yenidən bərpası, təbiəti mü
hafizə tədbirlərinin həyata keçirilməsini tələb edir. Faydalı qa
zıntı mədənləri, daş karxanaları başlıca olaraq dağ və dağətəyi
zonalarda yerləşir. Həmin mədənlərin istismarı vaxtı burada
münbit dağ - meşə, torflu - çəmən, dağ - çəmən şabalıdı tor
paqların məhsuldar qatı qazılıb kənara atılır, vadilərə, çay dərə
lərinə tökülür. İstifadədən çıxan belə torpaqlar isə ətraf me
şələrin, çəmənlərin üzərini örtür, onları məhv edir. Yuxarıda
qeyd olunanlar Azərbaycan ərazisindən də yan keçməmişdir.
Uzun müddət fasiləsiz olaraq üzüm, pambıq, tərəvəz, taxıl
altında istifadə edilən torpaqların xeyli hissəsi müxtəlif də
rəcədə şorlaşmaya məruz qalmışdır. Bu baxımdan torpaq erozi
yasına qarşı tədbirlərin həyata keçirilməsi, torpaq əmələgətirici
orqanizmlərin normal inkişafına şərait yaradılması, müxtəlif
səbəblər üzündən korlanmış, zibillənmiş mazuta batmış tor
paqların məhsuldarlığının təbii və süni yollarla bərpası, qazıl
mış, korlanmış torpaqların rekultivasiyası, torpaq israfçılığının
aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir.
169