Küləyin gücü və istiqaməti meteoroloji tədqiqatlar nəti
cəsində toplanan çoxillik materiallar əsasında qurulan qrafik və
cədvəllərdən götürülür. Çoxillik materiallar əsasında əldə olu
nan məlumatlar həmin rayon üçün sabit hesab olunur. Küləyin
istiqaməti üzrə qurulmuş qrafik onun formasına görə “külək
gülü” adlandırılır.
Şəhərlərin böyüməsi, şəhər əhalisinin xüsusi çəkisinin art
ması, şəhər həyat tərzinin və şəhərlərin rolunun artması urbani
zasiya adlanır. Ölkənin urbanizasiya səviyyəsi şəhər əhalisinin
xüsusi çəkisi ilə ölçülür. Urbanizasiya prosesində şəhərlərin
əhalisi daha sürətlə artır, əhali və təsərrüfat iri şəhərlərdə top
lanır, şəhərlərin ərazisi genişlənir. İri şəhərlərdə yüksək ixtisaslı
kadrlar kifayət qədərdir, əhalinin yaşayışı üçün daha əlverişli
şərait vardır. Ona görə də təsərrüfat obyektlərinin əsas hissəsi
bu məntəqələrdə cəmlənmişdir. 1950-ci ildə dünyada şəhər əha
lisi 28,9%, 1970-ci ildə 37% olmuşdur. 1990-ci ildə bu gös
tərici 45%-ə, 2011-ci ildə 47,2%-ə çatmışdır. Yer üzərində hər
il şəhər əhalisi 50 mln nəfər və ya 2,6% artır. 80-ci illərin axı
rında əhalisinin sayı
1 0 0 min nəfərdən çox olan şəhərdə dünya
əhalisinin 30%-i yaşamışdır. Həmin dövrdə bu qrupa daxil olan
şəhərlərin sayı 2,5 mindən çox olmuşdur, 30 şəhərin əhalisi isə
5 mln nəfəri ötmüşdür.
Şəhərlər və ona yaxın ərazilər böyük antropogen təz
yiqlərə məruz qalır. Şəhərlərdə olan çoxsaylı yüksək konsen
trasiyalı toksik maddələrin mövcudluğu qarşıya cəmiyyət və
mühit arasında qarşılıqlı təsirin optimallaşdırılması prob
lemini qoyur. Ətraf mühitdə yüksək miqdarda olan kimyəvi
maddələrin insan orqanizmində toplanması müəyyən
edilmişdir. Bu maddələr bədənin bütün orqanizmlərinə təsir
edir. Burada xüsusilə artım prosesinin pozulmasına gətirib
çıxaran embriotoksik, mutagen effektlərini göstərmək olar.
Havada olan kimyəvi elementlərin tədqiqi vasitəsilə
şəhərin geokimyəvi strukturu öz təsdiqini tapır.
178
Şəhər əhatəsinin geokimyəvi strukturu ilə orada ya
şayan əhalinin sağlamlığının vəziyyəti arasında mühüm bir
əlaqə mövcuddur.
Geokimyəvi anomaliya epimərkəzi olan sənaye
şəhərlərində işləyən işçilərdə biokonsentrasiyanın miqdarı
bilavasitə kimyəvi maddə ilə kontaktda olan işçilərdəkindən
2-3 dəfə az olduğu halda, şəhər gulluqçularmdakından 2-3
dəfə yüksək olur.
Geokimyəvi çirkləndirmə zonasında, həmçinin uşaq
xəstəliklərinin yüksək olduğu aşkar edilmişdir. Çirkli şəhər
lərdə xəstələnmə halları «təmiz rayonlara nisbətən 40-60%
artıq olur.
Şəhərlər indiki dövrdə qruplar halında yerləşərək aqlo
merasiya və ya konurbasiya əmələ gətirir. Aqlomerasiya bir və
ya yaxın bir neçə məzkəzi şəhərin ətrafında kiçik şəhərlərin və
qəsəbələrin yerləşməsidir. Dünyanın bəzi ölkələrində sənayenin
yüksək inkişafı və əhalinin kiçik ərazidə həddən artıq toplan
ması nəticəsində bir-birinə yaxın yerləşən aqlomerasiyalar bir
ləşir, nəticədə meqapolislər əmələ gəlir. Yer üzərində artıq aşa
ğıdakı meqapolislər formalaşmışdır (cədvəl 14).
Cədvəl 14
Dünyanin iri meqalopolisləri
M e q a l o p o l is l a r
A q l o m e r a -
s i y a la r i n
s a y i
Ə h a lis i
m ln
n ə f ə r
S a h ə s i
m ln
k v .k m
Ə h a lin in
s ıx lığ ı,
n ə f /k v .k m
Ə s a s o x
ü z r ə
u z - ğ u ,
k m
B o s - V a ş ( B o s to n -
V a ş i n q t o n )
4 0
4 5
1 0 0
4 5 0
8 0 0
Ç i - P i t s ( Ç i k a q o -
P its b u r q )
3 5
35
1 6 0
2 2 0
9 0 0
S a n -s a n (S a n -[-’ra n -
s i s k o - S a n - D i y e q o )
15
18
1 0 0
1 8 0
8 0 0
T o k a y d o ( T o k i o -
O s a k a )
2 0
5 5
7 0
8 0 0
7 0 0
179
İ n g iltə r ə ( lo n d o r)
L iv e r - p u l)
3 0
3 0
6 0
5 0 0
4 0 0
R e y n ( R a n d s t a n d -
R e y n - R u r - R e y n -
M a y n )
3 0
3 0
6 0
5 0 0
5 0 0
ABŞ-m şərqində yerləşən Atlantiksahili meqalopolisə (və
ya Bos-Vaş) Boston, Vaşinqton, Filadelfıya, Baltimor və Nyu-
York şəhərləri daxildir. Ölkə əhalisinin 1/5-i Bos-Vaş meqa-
lopolisində yaşayır.
ABŞ-da böyük göllərin sahillərində Göllərətrafı (və ya Çi-
Pits) meqalopolisi formalaşmışdır. Burada Çikaqo. Pitsburq,
Klivlend və Detroyt kimi iri şəhərlər yerləşir.
Ölkənin qərbində sahil boyu Sakit okean sahili meqalopolis
(San-San) ayrılır. San-Fransisko, San-Dieqo, San-Xose və Los-
Anceles burada yerləşən əsas şəhərlərdir.
Avrasiyada üç meqalopolis əmələ gəlmişdir. Onlar Yapo
niyada olan Tokaydo meqalopolisi, Böyük Britaniyada yerləşən
London və AFR-dəki Reynsahili meqalopolislərdir. Son iki
meqalopolisin hər birində 30 mln nəfər əhali yaşayır.
Yrbanizasiyanin səviyyəsinə görə dünya ölkələri üç qrupa
bölünür. Urbanizasiya səviyyəsi yüksək olan ölkələrdə şəhər
əhalisi ümumi əhalinin 50%-dən çoxdur. İEÖ-də urbani-
zasiyanin səviyyəsi orta hesabla 73%-dir. Orta urbanizasiya sə
viyyəsinə malik olan ölkələrdə şəhər əhalisi ümumi əhalinin
20-50% arasında dəyişir.
İEOÖ-də onun sayı orta hesabla 34%-dir. Urbanizasiya
səviyyəsinin aşağı olduğu ölkələrdə şəhər əhalisi ümumi əha
linin 20%-dən az olur. Bu qrupa daxil olan dünyanın nisbətən
zəif inkişaf etmiş ölkələrdir. Bunlar əsasən Afrikada yerləşir.
İEOÖ-də şəhərlər ərazi cəhətdən sürətlə böyüyür. Bu za
man şəhər əhalisinin sayı onun sosial-iqtisadi inkişafına nis
bətən daha yüksək templə artır, şəhərlərin ətrafında yoxsulların
məhəllələri yaranır. Buna yalançı urbanizasiya deyilir. Yalançı
urbanizasiyanın əsas əlamətlərindən biri də şəhər əhalisinin
xüsusi çəkisinin istehsal və qeyri-istehsal sahələrində çalışan
180
iqtisadi cəhətdən fəal əhalinin xüsusi çəkisindən həddən artıq
çox olmasıdır.
Son 50 ildə şəhər əhalisinin belə intensiv sürətdə artması
müasir dövrdə ən ciddi proses olub, təbii ekosistemdə (mə
sələn, iqlim dəyişməsi, ərzaq, su, enerji) və s. problemlərin
kəskin artmasına səbəb olmuşdur. Bu problemlər Azər
baycandan da yan keçməmişdir.
Son 100 ildə Azərbaycanın əhalisi İmin 850 nəfərdən
2012-ci ildə 9 mln 239 minə, qədər artmışdır. Əhalinin
54,1% şəhərlərdə yaşayır.
Cədvəl 15
Azərbaycan Respublikasında şəhər və kənd
əhalisinin sayı (min nəfər)
illər
əhalinin
sayı
Şəhər
əhalisi
Kənd
əhalisi
Əhalinin ümumi sayından
%-lə
şəhər
kənd
2000
8 032,8
4 116,4
3 916,4
51,2
48,8
2005
8 447,8
4 477,6
3 969,7
52,6
47,2
2010
8 997,4
4 739123
4 183324
53,4
45,9
2012
9 239
4 8666
4 1308
54,1
46,0
Azərbaycan Respublikasında yürüdülən ekoloji siya
sətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının
təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqdisadi,
əmək potensialının qorunması və təbii ehtiyatlardan sə
mərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edil
məsindən ibarətdir.
Ekoloji siyasətin prioritet istiqamətlərindən biri də
zəngin təbii və əmək ehtiyatlan olan Azərbaycanda insan
potensialından düzgün istifadə edərək əhalinin sağlamlığını
təmin edən ekoloji mühit yaratmaqdır.
Lakin sənaye və kənd təsərrüfatının inkişafı təmin edi
lərkən, ekoloji amillərin nəzərə alınması ilə əlaqədar, öl
kənin ciddi problemlərlə üzləşməsi, respublika ərazisinin bir
181
Dostları ilə paylaş: |