geotermal, külək, və s. enerjisi) istənilən qədər istifadə oluna
bilər. Lakin bəşəriyyət tükənməyən təbii sərvətlərdən hələ geniş
istifadə edə bilmir. Tükənən təbii resurslar bərpa olunan (tor
paq, hava, su, bitki və heyvanlar) və bərpa olunmayan (mineral
sərvətlər) ehtiyatlara bölünür.
Təbii ehtiyatlardan səmərəli istifadə etmək üçün onlar tə
sərrüfata yararlılıq cəhətdən qiymətləndirilməlidir. Bunun üçün
ehtiyatların cəmlənməsi; keyfiyyət tərkibi; məhsul hasilatına
çəkilən xərclər; regionun məskunlaşması və mənimsənilməsi;
nəqliyyat şəraiti və xərci; ətraf mühitin mühafizəsi imkanları
və s. şərtlər nəzərə alınır.
Təbii resursların iqtisadi qiymətləndirilməsi - ayrı-ayn
təbii resursların qiymətli və xeyirli istehlak xüsusiyyətlərinin
pulla ifadəsidir və üç metodla həyata keçirilir:
xərc ( təbii resursların qiymətləndirilməsinə və onların
istifadəsinə çəkilən xərclərə görə aparılır);
renta ( ayrıca təbii resurslardan alınan effektə görə
qiymətləndirilmə);
-
qarışıq (təbii resursların istifadəsinə görə xərclər və
onlann istifadəsindən alınan effektə görə qiymətləndirilmə).
Bəşəriyyətin sosial-iqtisadi inkişafı təbii resursların istifa
dəsindən asılıdır. Təbii resursların müxtəlif növlərinə olan tələ
bat, onlann mənimsənilməsinə sərf olunan vəsait eyni deyil.
Məsələn, oksigensiz 5 dəqiqə yaşaya bilmədiyimiz halda, uran-
sız min illər həyat sürmüşük. Yerdən çıxarılan təbii resurslar
xammal, istehsalda bir neçə dəfə şəklini dəyişmiş xammal isə
iqtisadi resurs adlanır.
Cəmiyyətin inkişaf ilə bağlı təbii resurslara olan tələbat
artır və təbii resurslardan daha çox istifadə edilir. Bir çox re
surslar azalır və onların tükənmək təhlükəsi yaranır. Bu da bə
şəriyyəti daha çox narahat edir.
Təbii resurslar cəmiyyətin tələbatının ödənilməsində xid
mət edən təbii elementlərdir. Təbii resursların xüsusiyyətləri
nin müxtəlifliyinə
görə təsnifatı çoxdur. İstifadə olunma
210
xüsusiyyətinə görə istifadə olunan və potensial resurslar ayrılır.
Potensial resurslara həm istifadə olunan, həm də hələlik isti
fadə olunmayan və ehtiyatı dəqiqləşdirilməmiş ehtiyatlar da
xildir.
Bir çox təbii resurslar (su, torpaq, mineral, meşə) çox-
məqsədli istifadə xarakterinə malikdir. Aqroiqlim və rekreasiya
resursları insan fəaliyyətu üçün zəruri olan təbii şərait və re
sursların məcmusudur.
Təbii resursları tərkibinə görə mineral, torpaq, su, bioloji,
iqlim, geotermal və s.növlərə ayırırlar.
Müasir dövrdə təbii resurslardan qənaətlə istifadə, təkrar
xammaldan istifadə (metal məmulatının 30%-dən çoxu təkrar
xammala əsaslanır) vacib məsələdir. Bərpa olunan resursları
artırmaq mümkündür (BƏƏ, Qatar və b.ölkələrdə meşələr
salmır).
Ölkənin milli zənginliyi və iqtisadi inkişafı təkcə onun
təbii resurslarının bolluluğu ilə deyil, əhalinin əmək vərdişi,
zəhmətsevərliliyi, biliyi və s. ilə müəyyən edilir (Yaponiya).
Təbii sərvətlər insan cəmiyyətindən əvvəl yaranmış və in
sansız mövcud olmuşdur. İnsan təbiətdə yaşayır və inkişaf edir.
Hələ İsveç alimi K.Linney (1707-1778) təbii sərvətləri üç qrupa
bölmüşdür: minerallar, bitkilər, heyvanlar. Müasir elm baxı
mından təbii ehtiyatlan real və potensial, elementar (sadə) və
kompleks (mürəkkəb) kimi qruplara bölürlər:
Real ehtiyatlar cəmiyyətin müəyyən inkişaf mərhələsində
insanı əmək və istehsal proseslərinə cəlb edən sərvətlərdir. Mə
sələn, kömür, qaz, neft, elektrik enerjisi, balıq və başqa heyvan
ların ovu, atom enerjisindən, kosmosdan istifadə və s. Potensial
sərvətlər hazırda istifadə olunmayan və ya cüzi miqdarda is
tifadə olunan sərvətlərdir. Məsələn, günəş və külək enerjisi, ay
və başqa planetlərin sərvətləri, dəniz dalğalarının enerjisi və s.
Tərkibi mürəkkəb olmayan, yəni eyni tərkibli sərvətlər
(oksigen, azot, günəş enerjisi və s.) sadə və ya elementar sər
211
vətlər adlanır. Kompleks və ya mürəkkəb sərvətlərə atmosfer
havası, su, daş, kömür, müxtəlif filizlər və s. daxil edilir.
İnsan təbiətə təsir edərkən onun sərvətlərindən istifadə
edir. Buna görə də sərvətlərin istifadə dərəcəsindən asılı olaraq
onlar azala və hətta qurtara bilər. Tükənən sərvətlər də, öz növ
bəsində, bərpa olunmayan, nisbətən bərpa olunan və bərpa
olunan sərvətlərə ayılır. Bərpa olunmayan sərvətlərə faydah
qazıntılar, yəni daş kömür, neft, əlvan metallar və s. kimi istifa
də nəticəsində sərf olunan sərvətlər aiddir. Bu qrupa nəsli kə
silmiş heyvanlar, quşlar, bitkilər və s. bioloji obyektlər də daxil
edilir.
Nisbətən bərpa olunan sərvətlərə isə yaşıl ağaclar, torpaq
(torpağın münbitliyi, məhsuldarlığı, bərəkəti) və bəzi mineral
xammal aiddir. Məlumat üçün qeyd edək ki, torpağın bərpası
üçün uzun illər, məsələn, 300-1000 il lazımdır.
Tükənməyən sərvətlərə kosmik amillər (günəş enerjisi, su
enerjisi, külək enerjisi və yer qatlarının enerjisi) aiddir.
Təbii ehtiyatların geniş təkrar istehsalını təşkil etmək, on
ların istehsalında dövrünü sürətləndirmək işində bərpa olunan
ehtiyatların böyük əhəmiyyəti vardır. Bərpa olunan ehtiyatlara
bioloji (meşə, təbii otlaqlar, fauna) və torpaq (münbitlik) ehti
yatlan aiddir.
İqlim elementlərindən olan günəş radiasiyası, yağıntılar,
küləyin enerjisi tükənməz ehtiyatdır. Qlobal miqyasda su da
tükənməz ehtiyatlardır. Lakin hər hansı bir konkret halda şirin
su ehtiyatları tükənən ehtiyat qrupuna aid ola bilər.
Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar olaraq insanın
təbii ehtiyatlardan istifadəsi həm kəmiyyət, həm də keyfiyyət
cəhətdən şiddətlənir. Bir çox hallarda insanın təbiətə təsiri, təbii
ehtiyatların azalmasına, təbii komplekslərin daxili (struktur) və
ərazi əlaqələrinin pozulmasına səbəb olur.
Təbii ehtiyatlar anlayışının məzmunu, bu kateqoriyanın
əhəmiyyəti və təsnifatı haqqında İ.P.Gerasimovun, Y.T.Sauşki-
nin, A.M.Mintsin və b.xüsusi tədqiqatları vardır.
212
A.M.Mints qeyd edir ki, təbii ehtiyatların maddi tərkibi
tarixən nisbi olmaqla cəmiyyətin nail olduğu məhsuldar qüv
vələrin inkişaf səviyyəsindən və cəmiyyətin təbiəti haqqmda
elmi biliyindən asılıdır. Təbii varlıqların təbii ehtiyat kateqo
riyalarına aid edilməsi üçün əsas sərvətlər kimi aşağıdakıları
nəzərə almağı məsləhət görürlər:
1. Təbii varlığın istifadəsinin texniki imkanı;
2. Cəmiyyətin tələbatım ödəmək üçün bu təbii varlığın is
tifadəsinin iqtisadi səmərəsi;
3. Təbii varlığın istifadəsinin məqsədə müvafıqliyi və
xassələrinin öyrənilmə (dərketmə) səviyyəsi.
A.M.Mintsin fikrincə, hazırda texniki-iqtisadi səbəblərdən
istifadə olunmayan və yaxud istifadəsi mümkün olmayan təbii
varlıqlar - potensial təbii ehtiyatlardır. Buna əsasən təbii eh
tiyatların bir neçə qrupa aid edilməsi məsləhət görülür:
1. Faydalı qzıntılar (geoloji sərvətlər);
2. İqlim ehtiyatları;
3. Torpaq ehtiyatlan;
4. Su ehtiyatları;
5. Bitki ehtiyatları;
6. Fauna ehtiyatları.
Bu qruplardan əlavə atom enerjisi (nüvədaxili və istilik -
nüvə) və planetar enerji mənbələri: qabarma-çəkilmə, geo-
metrik enerji də təbii ehtiyatlara aiddir. Təbii ehtiyatların isti
fadə formasına və istiqamətinə əsasən onların iqtisadi qruplaş
ması da (təsnifatı) aparılır, ilk növbədə iki qrup nəzərdə tutulur:
1) insanlann yaşaması üçün labüd təbii varlıqlar, 2) əmək va
sitəsi mənbəyi olan təbii varlıqlar.
A.M.Mints iqtisadi təsnifatı aşağıdakı kimi izah edir:
a) maddi istehsal ehtiyatları: 1) sənaye, 2) kənd təsərrü
fatı; b) qeyri-istehsal sahəsinin ehtiyatları: 1) vasitəsiz istehsal;
2) vasitəli istifadə.
Maddi istehsal ehtiyatlarından sənaye və kənd təsərrüfa
tında istifadə olunması hamıya aydındır. Qeyri-istehsal sahə
213
Dostları ilə paylaş: |