Prosesin hər bir mərhələsində ətraf mühitin çirklənməsi,
çirklənmiş suyun su hövzələrinə axıdılması, tullantı qazların
atmosferə ötürülməsi nəticəsində ekoloji tarazlıq müəyyən
qədər pozulur. Qeyd etmək lazımdır ki, yalnız sulfat turşusu
istehsalı zamanı müxtəlif səviyyəli ekoloji problemlər
yaranır və onların həlli üçün təsirli tədbirlər işlənib hazırlan
malıdır. Sulfat turşusunun istehsalında və buna bənzər digər
proseslərdə meydana çıxan ekoloji problemləri həll etmək
üçün aşağıdakı üç prinsip əsas götürülür:
1. İstehsalda texnologiyasında əsaslı struktur dəyişik
likləri aparmaq. Başqa sözlə, elə istehsal texnologiyasından
istifadə etmək lazımdır ki, nəticədə göstərilən ekoloji və
digər problemlər minimuma qədər azalsın.
2. Qapalı istehsal texnologiyasından istifadə etmək
respublikamızda sulfat turşusu ilə yanaşı sintetik kauçuk,
etil spirti, yod, brom, qliserin, kaustik soda, plastik kütlələr
və yüzlərlə digər kimya məhsulları istehsal edir.
3. Qurğu və avadanlıqların gücünün artırılması.
Qurğu və avadanlıqların gücünün artırılması dünyada
qəbul edilmiş ümumi bir istiqamətdir. Bu üsul istehsal həc
minin artırılmasına əsaslanır. Bu yolla bir tərəfdən kapital
qoyuluşunun xüsusi çəkisi, ümumi istehsal xərcləri və istis
mar xərcləri azalsa da, digər tərəfdən yeni problemlər ya
ranır. Məsələn, qurğuların həcminin artırılması müəssisə da
xilində onların konstruktiv həllini mürəkkəbləşdirir, qurğu
lar daha böyük ərazini əhatə edir və aparatların bütövlükdə
istehsal prosesinin idarə olunması mürəkkəbləşir. Nəticədə
istehsal olunan sulfat turşusunun maya dəyəri yüksəlir. Mü
təxəssislərin fikrincə qapalı texnoloji sistemlərdən istifadə
etmək daha sərfəli hesab edilir. Bu halda kapital qoyuluşu
azalır, sistemin idarə olunması sadələşir və ekoloji norma
lara əməl olunur.
Zəhərli qazların miqdarının azalması üçün tullantı qaz
lar yandırılaraq su buxarı əldə edilir, nəticədə atmosfer
242
zərərli qazlardan qismən də olsa xilas olur və xeyli enerjiyə
qənaət olunur.
Ammonyak istehsalında atmosferi zəhərli tullantı
qazlardan tamamilə azad etmək üçün prosesdən ayrılan
tullantı qazların məşəl kimi yandırılması məqsədəuyğun
hesab edilir. Bu zaman iki mühüm şərtə əməl edilməlidir:
1. Yanma prosesinin səmərəli təşkili.
2. Tüstü qazlarının təmizlənməsi.
Son zamanlar tullantı qazlarını zəhərli qazlardan
tamamilə təmizləmək üçün katalitik təmizləmə qurğuların
dan istifadə edilir. Bu prosesdə azot oksidləri katalizator
iştirakında azota və suya qədər reduksiya olunur. Beləliklə,
zəhərli qazlardan təmizlənmə dərəcəsi 98%-ə çatır.
Fenol istehsalında ətraf mühitə atılan tullantılar
daha təhlükəlidir. Qeyd etmək lazımdır ki, fenol üç üsulla
alınır: 1. humolun oksidləşməsindən; 2. xlorbenzolun hid-
rolı'zindən; 3. benzol turşusunun oksidləşməsindən.
Fenolun alınma üsulları müxtəlif olduğu kimi əmələ
gələn tullantıların tərkibi və onun miqdarı da müxtəlif olur.
Yuxanda göstərilənlərdən başqa kimya sənayesi
məhsullarından fosfat turşusu fosforlu gübrələr, kaustik
soda, sintetik kauçuk, asctat turşusu və s. istehsalında da
küllü miqdarda tullantılar ətraf mühiti çirklondirir. Ayrılan
bütün tullantılar zəhərli maddələrdən ibarətdir. Bu tullan
tıları təmizləmədən ətraf mühitə ötürmək canlı orqanizmlər
üçün ölüm təhlükəsi yarada bilər.
Kükürd oksidi, hidrogen sulfid, azot oksidi, karbo
hidrogenlər, mexaniki qarışıqlar, neft emalı sənayesində
ətraf mühiti çirkləndirən əsas komponentlər hesab edilir.
Atmosferin kükürd qazları ilə çirkləndirilməsi tərkibində
kükürdlü birləşmələr çox olan neft və neft məhsullarının
yanması zamanı baş verir. Kükürd qazı atmosferdə az müd
dət ərzində qaldıqda belə havadakı su buxarı ilə birləşərək
sulfat turşusuna çevrilir. Kükürd qazlarının sulfatlara çev
243
rilməsi prosesi ammonyakın iştirakı ilə gedərsə reaksiya
daha sürətli olur. Havadakı rütubətliliyin artması kükürd
turşusunun artmasına səbəb olur. Neft karbohidrogenləri
atmosferə daha çox yanacağın natamam yanması və
buxarlanma nəticəsində atılır. Müəyyən edilmişdir ki, neft
və neft məhsullarının buxarlanması nəticəsində atmosferə
10-100 mln t karbohidrogenlər daxil olur.
Neftin emalı zamanı sobada aşağı keyfiyyətli yana
cağın qızdırılması prosesində atmosferə hidrogen sulfid,
karbon oksidi, azot oksidləri və digər bərk hissəciklər atılır.
Neft məhsullarının təmizlənməsi zamanı da karbohidro
genlərin sızması baş verir ki, bu da ətraf mühitin ciddi
surətdə çirklənməsinə səbəb olur.
Neft məhsullarının əsas komponentləri karbohidro
genlərdir. Karbohidrogenlərlə yanaşı neft məhsullarının
tərkibində kükürd, azot və oksigen də mövcuddur. Quyular-
dakı qəza nəticəsində və yaxud borularda baş verən sızma
ların nəticəsində xam neftin axması zamanı texnogen təsirin
əsas gücü əksər hallarda torpağa olur. Neft torpağa və suya
düşərək özü ilə landşaftlardakı geokimyəvi balansı pozan
müxtəlif kimyəvi birləşmələr əmələ gətirir.
Xam neftin tərkibində olan aromatik karbohidro
genlərin oksidləşməsi zamanı fenol tipli birləşmələr və on
ların törəmələri əmələ gəlir. Mono və oliqomer ölçülü for
mada bu maddələr yüksək fizioloji aktivliyə malik olur.
Kiçikmolekullu fenollar torpaqda yığılaraq onu zəhərləyir.
Yuxarıda qeyd olunduğu kimi, aromatik karbohid
rogenlər daha çox toksik təsirə malikdir. Suyun tərkibində
onların 1%-lik konsentrasiyası su bitkilərini məhv edir və
onların biokimyəvi funksiyalarına mənfi təsir göstərir. Ən
güclü zəhər benzoldur. 38% aromatik karbohidrogenlərə
malik olan neft bitkilərin inkişafına daha çox mane olur.
Neftin tərkibində olan ağır metallar da toksik təsirə
malik ola bilər. Ağır metalların çox yüksək konsentrasiyası
244
mikroorqanizmlər üçün zəhərlidir. Bu xüsusiyyət hücey
rələrin morfoloji və ya hüceyrə metabolizmində baş verən
dəyişikliklərdə hüceyrələrin məhvində özünü göstərir.
Biosferin çirklənməyə daha həssas komponenti bitki
örtüyüdür. Neftçıxarma sahəsinin bitki örtüyünə mənfi
təsirinə misal olaraq Abşeron yarımadasının neft mədənlə
rini göstərmək olar. Neft mədənləri şəraitində bitki örtüyü
nün dəyişməsinə təsir faktorlarından xam neft, minerallaş-
mış suları və həmçinin müxtəlif tərkibli qazma məhsullarını
göstərmək olar. Tullantıların azaldılmasında tullantısız və
aztulantılı istehsalların tətbiqi daha məqsədyönlü hesab olunur.
Tullantısız texnologiya və ya tullantısız istehsal de
dikdə bu və ya digər məhsulun sadəcə istehsalı deyil, bütöv
lükdə regional sənaye - istehsalat birliklərinin, sahə - isteh
salat komplekslərinin təşkili və istehsalın fəaliyyəti nəzərdə
tutulur. Bu halda xammal və enerjinin bütün komponentləri
qapalı şəkildə səmərəli istifadə edilir və biosferdə yaranmış
ekoloji tarazlıq pozulmur.
Aztullantılı texnologiya tullantısız istehsalın yaradıl
masında aralıq pillə təşkil edir. Aztullantılı istehsalatda zə
rərli tullantıların ətraf mühitə təsiri sanitar orqanları tərə
findən icazə verilən normaların səviyyəsindən artıq olmur,
xammal və materialların bir hissəsi iqtisadi, təşkilati, texniki
və digər səbəblər üzündən tullantılara çevrilir və uzun müd
dət saxlanılmağa, yaxud basdırılmağa yönəldilir.
Qeyd etmək lazımdır ki, praktikada tullantısız sənaye
istehsalının yaradılması prinsipcə yeni texnoloji proseslərə,
cihazlara, avadanlıqlara əsaslanmalıdır. Tullantısız texno
logiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji
strategiyası hesab olunur.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, iqtisadi cə
hətdən inkişaf etmiş ölkələrdə tullantısız və aztullantılı tex
nologiyaların tətbiqi nəticəsində xammala xeyli qənaət et
məklə yanaşı, ekoloji baxımdan da sərfəli olduğu təsdiq
245
Dostları ilə paylaş: |