Havay adaları, Krım və Qafqazın çimərlikləri, And, Himalay,
Pamir, Tyan-Şan, Alp və Qafqazın qarlı zirvələri və s.
Təbii rekreasiya ərazilərinə iri şəhərlər ətrafında salınmış
yaşıllıq zonaları, qoruqlar, milli parklar da aid edilir.
Antropogen-rekreasiya resurslarına Misir ehramları, Qə
dim Çin Səddi, Yunanıstanın, Romanın qədim abidələri,
Moskva Kremli, Sank-Peterburqdakı Peterqof, Afina Ankro-
polu, Hindistanın Aqre şəhərində yerləşən Tac-Mahal məq
bərəsi və s. misal ola bilər.
Hazırda Qərbi Avropada rekreasiyanın ərazi təşkili 4
səviyyədə həyata keçirilir: Ümumavropa (İspaniya), milli,
regional, lokal. Dünyanın ən ucuz iri turizm mərkəzi sayılan İs
paniya (Avropa Kaliforniyası) avropalıların istirahət bölgəsinə
çevrilir. “Çimərlik” turist təsərrüfatı Latm Amerikası ölkələrinə
(Karib hövzəsi) köçürülür. Beynəlxalq turizm İtaliya, İspaniya,
Fransa, İsveçrə, Türkiyə, Meksika və s. ölkələrə böyük gəlir
gətirir. Respublikamızda Şuşa, Şəki-Zaqatala, Quba-Xaçmaz,
Gəncə-Qazax, Xəzər sahillərinin bu sahədə geniş imkanları
vardır.
Məlumdur ki, elmi-texniki inqilab XX əsrin ikinci yarı
sında öz inkişafında görünməmiş dərəcədə vüsət almışdır. Dün
ya təsərrüfatı sürətlə inkişaf edərək, demək olar ki, yenidən
qurulmuş, məhsuldar qüvvələrin inkişafında tərəqqi hakim
kəsilmişdir. Bu, hər şeydən əvvəl, insanın təbii ehtiyatlardan
daha çox istifadə etməsi əsasında baş vermişdir. Əgər ətraf
mühit, təbiət antropogen təsirlərdən pozulursa, bu təbiətin
yaratdığı təbii varlıq halının - ekoloji tarazlığının pozulmasına
gətirib çıxarır. Haqlı olaraq neosfera nəzəriyyəsinin banisi sa
yılan akademik V.İ.Vernadski hələ əsrin 40-cı illərində yaz
mışdır ki, insanların təsərrüfat fəaliyyəti coğrafi mühitə heç də
yerin litosfer təbəqəsində baş verən geoloji proseslərdən az təsir
etmir.
Səmərəsiz təbii ehtiyatlardan istifadə, onun qazabəıızər.
bərk, maye tullantılarla çirkləndirilməsi, radioaktiv və digər
238
yüksək zəhərli maddələrlə “zəhərləndirilməsi” qlobal ekoloji
sistemin əhəmiyyətli dərəcədə deqradasiyasına-pozulmasına
səbəb olmuşdur. Atmosferə hər il 10 mln tonlarla tullantı atılır.
Ətraf təbii mühitin deqradasiyası ondan istifadə, meşələrin
qınlması və torpaqların həddən artıq zəiflədilməsi ilə baş verir.
Meşələrin azalması səhrəlaşma prosesinin qüvvətli getməsinə
səbəb olur. Son 50 ildə Böyük Səhra Cənuba doğru irəliləyərək
öz sahəsini 650 min km2 artırmışdır. BMT-nin veridiyi mə
lumatlara görə son 50 ildə insanların təsərrüfat fəaliyyəti nəti
cəsində Yer kürəsində təxminən Braziliyanın ərazisi qədər sahə
səhralığa çevrilmişdir.
Meşələşsizləşmə qiymətli ağac növlərinin qırılması ilə
meşə sahələrinin azaldılmasında da baş verir. Məlumatlardan
aydın olur ki, neolit inqilabı dövründə Yer kürəsində meşələrin
ümumi sahəsi 75 mlrd ha və ya 75 mln km2-dən artıq olmuşdur.
Meşələrin qırılması erroziyanm qüvvətlənməsinə, yeraltı su
ehtiyatının azalmasına, səhralaşmanın artmasına səbəb olursa,
zəhərli qazların, metallı birləşmələrin, kimyəvi tullantıların
ətraf mühitə atlması müxtəlif xəstəliklərin - xüsusilə dəri xəstə
liklərinin, zəhərlənmələrin, insan ömrünün qısalmasının möv-
cudlaşmasma gətirib çıxarır. Axırıncı onilliklərdə freon qazının,
azot oksidinin ətraf mühitə həddən artıq atılması insanları
ultrabənövşəyi günəş şüalanmasından qoruyan ozon müdafiə
qatının təxminən 5% nazikləşməsinə - azalmasına səbəb
olmuşdur. İlk baxışda bu az görünsə də nəticədə, hətta ozon qa
tının 1 % azalması hesabına ultrabənövşəyi şüalanmanın 2% art
ması halı baş verir. Bu da insan dərisində xərçəng xəstəliyinin
çoxalmasına səbəb olur.
Təbii ehtiyatların istismarı zamanı sənaye böyük xüsusi
çəkiyə malikdir. Elə bir sənaye sahəsi tapılmaz ki, o təbii
sərvətlərin təbii halının dəyişməsinə təsir etməsin. Bunlar az və
çox dərəcədə coğrafi təbəqənin bütün sferalarına təsir edir.
Sənaye təbii sərvətlərin hasilatını, onun emalını, onlardan son
məhsulların əldə edilməsini, istehsal tullantılarının ətraf mühitə
239
qaytarılmasını, müasir texnologiyanın tətbiqi nəticəsində çox
saylı komponentlərin utilizasiyasının azaldılması proseslərini
əhatə edir.
Deyilənlərdən coğrafi təbəqənin müxtəlif sferalarına çox
təsir edən “çirkli” istehsal sahələri də seçilir. “Çirkli” istehsal
sahələri (energetika, metallurgiya, əsas və üzvi kimya, sellüloz-
kağız, yeyinti sənayesi və s.), öz növbəsində, bütün təbii komp
leksə ziyan vurmaqla bərabər insanların sağlamlığının pozul
ması ilə də nəticələnir.
Sənaye tullantılarından, çirklənmədən ətraf mühiti qoru
maq üçün aşağıdakı tədbirlərin görülməsi məqsədyönlüdür.
Belə ki, monitorinqlər keçirilməli, mühafizə qurğuları təkmil
ləşdirilməli, istehsalda texnoloji proseslərin təkmilləşdirilmə-
sini təmin etməli, təşkilati-struktur tədbirlərini keçirməli, çirk-
ləndirici müəssisələri daha səmərəli yerləşdirməli, ekoloji infra
struktur sistemləri yaratmalı, ekoloji nəzarəti artırmalı, ətraf
mühitin qorunmasına dair yeni qanun layihələrini həyata ke
çirməli və s.
Bəşəriyyətin qarşısında duran əsas məsələ təbiətin cəmiy
yətə bəxş etdiyi təbii ehtiyatları olduğu kimi qoruyub sax
lamaqdır. Onun üçün münasib yollar, üsullar axtarılır. Müasir
dövrdə ekoloji təhlükəsizlik dövlət təhlükəsizlik məsələsinin
tərkib hissəsi kimi qiymətləndirilir. Bununla da hər bir şəxsin,
cəmiyyətin, dövlətin, eləcə də ətraf mühitin fövqəlada vəziyyət
dən nə dərəcədə mühafizə olunması nəzərdə tutulur. Məlumdur
ki, ekoloji təhlükəyə müxtəlif səviyyələrdə - daha doğrusu,
lokal və regional səviyyələrdə baxılır. Bu zaman həyata keçi
rilən ekoloji siyasətdən çox şey asılı olur. Ekoloji siyasətdə ic
timai istehsal prosesində təbii sərvətlərdən optimal istifadə, tə
biətin yararsız antropogen təsirlərdən qorunması, əhalinin eko
loji təhlükəsizliyinin qorunması və s. prioritet məsələlər sa
yılmalıdır.
240
MÖVZU 9.MADDİ-İSTEHSAL SAHƏLƏRİNİN
EKOLOJİ PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ
İSTİQAMƏTLƏRİ
Maddi-istehsal sahələri dedikdə maddi nemətlər istehsal
edən təsərrüfat sahələri - sənaye, kənd təsərrüfatı və bila
vasitə onları əlaqələndirən nəqliyyat nəzərdə tutulur. Maddi
nemətlər istehsalı təbii resurs və şəraitə əsaslandığı üçün
ətraf mühitə ən çox zərər vuran məhz bu sahələrdir. Maddi
- istehsal sahələrinin spesifik ekoloji problemləri və onların
həlli istiqamətləri vardır. Ətraf mühitin çirkləndirilməsində
birinci yeri sənaye tullantıları tutur. Sənaye sahələrinin hər
birinin özünə məxsus çirkləndirici xüsusiyyətləri vardır. Bu
cəhətdən kimya sənayesi xüsusilə seçilir. Kimya sənayesində
sulfat turşusu, xlorid turşusu, fosforit turşusu, nitrat tur
şusu, texniki rezin, fosforit, plastik kütlələr, rənglər və
boyalar, yuyucu vasitələr, sintetik kauçuk, mineral gübrələr,
həlledicilər (toluol, aseton, fenol, benzol) istehsalı zamanı
atmosferə xeyli tullantılar atılır.
Respublikamızda kimya, neft-kimya və neft emalı
müəssisələrinin əksəriyyəti Abşeron iqtisadi rayonunda,
xüsusən Bakı və Sumqayıt şəhərlərində cəmləşmişdir. Möv
cud olan müəssisələrin texniki təchizatının aşağı səviyyədə
olması qaz və toztutucu avadanlıqların, qurğuların sıradan
çıxması, onların fiziki və mənəvi cəhətdən amortizasiyaya
uğraması ətraf mühitə normadan artıq zərərli tullantıların
atılmasına səbəb olur. Nəticədə xammaldan səmərəli istifadə
edilmir və xeyli itkilərə gətirib çıxarır.
Kimya sənayesinin sürətlə inkişaf etməsi bir çox eko
loji problemlərin yaranmasına səbəb olmuşdur. Kimya səna
yesinin istehsal etdiyi məhsullar içərisində iqtisadi əhəmiy
yətinə görə ilk yeri sulfat turşusu istehsalı tutur. Sulfat turşu
sunun təsərrüfat əhəmiyyətinin böyük olmasına baxmaya
raq onun istehsalı zamanı xeyli ekoloji problemlər yaranır.
241
Dostları ilə paylaş: |