üçün dövlət səviyyəsində tədbirlər planı hazırlanıb həyata
keçirilir.
Qeyd olunan halda torpağı çirkləndirən əsas mən
bələrdən biri şlam, əlavə yaranan gilli məhlul və ya istifadə
olunan digər yuyucu mayedir. Artıq isbat olunmuşdur ki,
ətraf mühiti belə tullantılardan qorumaq üçün onlardan
təkrar istifadə etmək lazımdır. Lakin quru sahələrdə
buruqlar arasında məsafə böyük olduğu üçün işlənmiş gilli
məhlulların daşınması çətinləşir. Buna baxmayaraq, son
illər gilli məhlul tullantılarından quyuların möhkəmləndiril
məsində, həmçinin, keramzit istehsalında da istifadə edilir.
Quyularm mənimsənilməsi zamanı, bir qayda olaraq,
ətraf mühiti mühafizə etmək üçün quyudan gələn qaz mə
şəldə yandırılır, lay suyu və ya neft xüsusi tutumlara yönəl
dilir. Sonra yığılan neftdən yanacaq kimi istifadə edilir, su
isə təmizləmə qurğularına verilir.
Atmosfer oksigenin çətin daxil olduğu neftlə çirk
lənmiş torpaqların aşağı qatlarında üzvi birləşmələrin və
anaerov şəraitində karbohidrogenlərin komponentlərinin
parçalanması nəticəsində toksik qatılıqla turşu oksidləıinin
toplanması baş verir. Spirt, kükürd, hidrogen və başqa
məhsullar bitkilərə məhvedici təsir göstərir. Yağlı turşular
torpağın aşağı qatlarında yığılaraq onun hidrofobluğunu
artırır və bunun nəticəsində onun su saxlama xüsusiyyəti
azalır. Neft torpağa düşərək onun fiziki xüsusiyyətini tor
pağın ayrı-ayrı hissələrinə ötürür. Neftlə çirklənmiş torpağın
yuxarı qatlarında hidrofobluğun artması göstərici olaraq,
onun aşağıda yerləşən (20-25 sm) qatlarında nəmliliyin
artmasına gətirib çıxarır. Bunun səbəbi torpağın neftlə çirk
lənmiş yuxarı qatında nəmliyin transpirasiyasının sürətinin
azalmasıdır. Bu zaman hava rejimi kifayət qədər pozulur ki,
bu da özünü təmizləmə prosesinə mənfi təsir də göstərir.
Torpağın neftlə çirklənməsi onun kimyəvi xassəsinin kifayət
qədər dəyişilməsi ilə müşahidə olunur.
250
Neft məhsulları ilə çirklənmənin səciyyəvi əlamətləri
mənbəyinin çoxluğu, ətraf mühitin, demək olar ki, bütün
komponentlərini çirkləndirməsi, böyük akvatoriyada səpə
lənməsi, dib çöküntülərində toplanması və s.-dir. Neftin həll
olunan və ağır komponentləri - fraksiyaları su kütləsində
digər toksikantları, o cümlədən toksik metalları absorbsiya
edir, onların miqyasına səbəb olur. Onlar suyun keyfiyyətini
pisləşdirir, oksigen rejiminə mənfi təsir göstərir, suyun üst
qatlarının atmosferlə balanslaşdırılmış əlaqəsini pozur və s.
Dənizə tökülən neftin 40%-i onun dibinə çökür. Dibə
çökən neft məhsulları səthdəki neft məhsullarına nisbətən 10
dəfə gec oksidləşir. Neftin tərkibində olan bir neçə kom
ponentlər kəskin toksikliyə malik olur. Neftin dənizə tökül
məsi əsasən quyuların istismarı, neftin ilkin ayrılması və
nəqli zamanı baş verir.
Neftin nəqli zamanı onun dənizə tökülməsi, əsasən
gəmilərdə baş vermiş qəza və onlardan müxtəlif səbəblərdən
axıdılan neft hesabına da baş verir.
Neft hasilatının intensivləşdirmə prosesi Xəzərin
çirkləndirilməməsi üçün irihəcmli problemlərin həllini tələb
edir. Bu problemə neftin dənizə tökülməməsi üçün ayrı-ayrı
texnoloji proseslərin təkmilləşdirilməsi, beynəlxalq standart
lara cavab verən avadanlıqlardan istifadə və s. aid edilir.
İstər quruda, istərsə də dənizdə neft-qaz sənayesinin
inkişafı, bununla əlaqədar estakadaların, ayrıca özüllərin
tikilməsi, boru-kəmər xətlərinin çəkilməsi, tankerlərin, gəmi-
bərələrin hərəkəti, müxtəlif növ tullantıların, mədənlərdə,
magistral neft kəmərlərində baş verən qəzalar, neft, qaz
emalı müəssisələrinin maye, sülb, bərk tullantıları və s. eko
loji mühiti çirkləndirir, onun nizami inkişafını pozur, bioloji
mübadiləni ləngidir, insanların səhhətinə ziyan vurur.
Bunu nəzərə alaraq Xəzərdə fəaliyyət göstərən kom
paniyaların, şirkətlərin ekoloji təhlükəsizliyini təmin etmək
məqsədilə, elə bir texniki-iqtisadi, ekoloji, hüquqi proq
251
ramlar fəaliyyətdə olmalıdır ki, mənfi halların baş ver
məsinin qarşısını ala bilsin. Göstərilən proqrama fəaliyyətdə
olan müəssisələrin ekoloji təhlükəsizliyi, normativdən kənar
tullantıların azaldılması, qəza törədənlərə, dənizi çirklən-
dirənlərə qarşı hüquqi, iqtisadi sanksiyaların tətbiqi daxil
edilməlidir. Xəzərin sənaye xammalı və bioloji ehtiyatların
dan səmərəli istifadəsi ekoloji təhlükənin aradan qaldırıl
ması müasir texnika və texnologiyalarının, təbiəti mühafizə
tədbirlərinin həyata keçirilməsini tələb edir. Bunun həyata
keçirilməsi akademik və sahəvi elmi-tədqiqat, layihə insti
tutlarının iştirakı ilə fundamental ekoloji tədqiqatların apa
rılması ekoloji monitorinq xidmətinin yaradılmasından ası
lıdır. Bunların sayəsində tullantıları «sıfır» həddinə çatdır
maq çirkləndirici maddələri, işlənmiş suları, bərk, sülb tul
lantıları təmizlədikdən, zərərsizləşdirdikdən sonra dənizə
tökmək mümkündür.
Belə şəraitdə şelf zonalarında fəaliyyət göstərən isteh
sal sahələrində profilaktik, ekoloji mühafizə tədbirlərinin
görülməsi vacibdir. Lakin ayrıja götürülmüş bir ölkədə, bir
regionda bunların öhdəsindən gəlmək mümkün deyil. Ona
görə ki, dənizin sərvətlərindən istifadə edən və onun suyunu
çirkləndirən dövlətlər sərhədi vahid olan su hövzəsinə təsir
edir. Ekoloji monitorinqin regionallığı şəraitində qəzaların
aradan qaldırılması üçün görülən tədbirlər hansı dövlətin
tabeliyində olarsa-olsun, neft-qaz mədənlərinin istismarı,
xammalların, hazır məhsulların daşınması üzrə layihələrin
tərkibində əks etdirilməlidir.
Dəniz, neft və qaz mədənlərinin istismarında, nəq
liyyatın inkişafında ortaya çıxan neqativ halların, qəzaların
aradan qaldırılmasında zəruri tədbirlərdən biri dövlətarası
hüquqi və iqtisadi sanksiya təyinatlı tədbirlərdir. Sənaye,
nəqliyyat, texnogen xarakterli qəzalar, təbii fəlakətlər, müa
sir sivilizasiyanın ayrılmaz hissəsi və mühüm fəaliyyəti
252
olduğundan insanlar daima onların törətdikləri təhlükə və
qorxu hissi altında yaşayır.
Ətraf mühitin çirkləndirilməsində metallurgiya səna
yesinin özünə məxsus rolu vardır. Bu sahə kimya, neftçı-
xarma və neft emalı sənayesindən sonra ətraf mühitə vu
rulan zərərin həcminə görə dördüncü yeri tutur. Odur ki,
metallurgiyanın özünəməxsus problemlərinin aradan qaldı
rılması bu gün üçün aktualldır. Çuqunun əridilməsi və ondan
polad istehsalı zamanı atmosferə müxtəlif qazlar atılır. 1 t
polad istehsalı zamanı havaya 4,5 kq toz və 2,7 kq kükürd
qazı, 0,1-0,6 kq marqans atılır.
Domna qazlarından başqa atmosfer həm də az
miqdarda arsen, fosfor, qurğuşun, civə və nadir metalların
buxarlan və qətranlı maddələrlə çirklənir.
Poladəridən sexlərin tullantıları da atmosferi xeyli
çirkləndirir. Polad əriyən zaman həm də metalın buxarı,
şlak və metal oksidləri və qazları ayrılır. Marten peçlərinin
tozunun əsas hissəsi dəmir - 3 oksid (67%), alüminium - 3
oksid (67%)-dən ibarət olur.
1 t Marten poladının oksigensiz əridilmə prosesində
3000-4000 m3 qaz ayrılır, onların tərkibində tozun qatılığı
orta hesabla 0,5 q/m3 təşkil edir.
Metalın ərimə zonasına oksigen verildikdə isə toz
əmələgəlmə dəfələrlə çoxalaraq 15-52 q/m3-a çatır. Müasir
qara metallurgiya zavodlarının çoxunda kömürün kokslaş-
dırılması peçləri vardır. Koks kimyəvi istehsalı atmosfer
havasını tozla və uçucu birləşmələrin qarışığı ilə çirkləndirir.
İş rejimi pozulduqda isə atmosferə külli miqdarda təmiz
lənməmiş koks qazı atılır.
V. Şaprinskiyə görə 1 mln t polad istehsalı zamanı
atmosferə 75 min t SO
2 ixrac edilir. Hər 1000 t mis piriti
emalından atmosferə 600 t sulfid anhidridi tullanır.
Qara metallurgiyada sənaye qəzaları zamanı region
da ekoloji vəziyyət daha da kəskinləşir.
253
Dostları ilə paylaş: |