Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə71/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   96

-  Doldurulmuş  “Layihələndirmənin  ekoloji 
şərtləri" 
forması;
-  Torpaq  sahəsinin  razılaşdırılmış  və  təsdiqlənmiş 
seçilməsi barədə akt;
-  Layihənin texnoloji hissəsi;
-  Layihənin ekoloji pasportu.
İctimai  ekoloji  ekspertiza  sifarişçidən  (təsərrüfat və  di­
gər  fəaliyyətə  təşəbbüsçüdən)  sənədləşməni,  həmçinin  planlaş­
dırılan təsərrüfat və digər fəaliyyətin ətraf mühitə təsirinin qiy­
mətləndirilməsinə  dair  materialları,  həmçinin  digər  ictimai 
ekoloji  ekspertizanın  aparılması  üçün  zəruri  materialları  tələb 
etmək hüququna malik olan ictimai birliklərin, vətəndaşların və 
müstəqil  mütəxəssislərin  təşəbbüsü  ilə  Azərbaycan  Respub­
likasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  təşkil 
edilir və həyata keçirilir.
İctimai  ekoloji  ekspertiza  onun  təşəbbüsçüsünün -   icti­
mai  birliklər  və  ya  vətəndaşların  vəsaiti  hesabına  maliyyə­
ləşdirilir.
İctimai ekoloji  ekspertizanın xülasəsi məsləhət xarakteri 
daşıyır və  dövlət ekoloji  ekspertizanı  həyata keçirən  orqanlara, 
yerli icra və sərəncamverici orqanlara və digər maraqlı  şəxslərə 
istiqamətlənə bilər.
Şəhərsalma  obyektlərinin  layihə  qərarlarının  (maraqlı 
şəxslərin  protokollar,  qeydlər  və  təkliflər,  kütləvi  informasiya 
vasitələrində və  s.  nəşrlər) həyata keçirilməsi zamanı  hüquq  və 
maraqlarına  toxunula  biləcək  ictimaiyyətlə  müzakirələrinin 
nəticələri əlavə olunmalıdır.
Bəzi  obyektlər,  o  cümlədən  ətraf mühit  üçün  potensial 
təhlükəli  obyektlər  üçün  layihə  sənədləşdirməsinin  işlənib  ha­
zırlanması  zamanı  ilk  dəfə  olaraq  “Dövlət  ekoloji  ekspertiza 
haqqında”  qanunda  reqlamentləşdirilən  ətraf  mühitə  təsirin 
qiymətləndirilməsi  (ƏMTQ) proseduru həyata keçirilir.  ƏMTQ 
anlayışı beynəlxalq ekoloji hüquqdan mənimsənilmişdir.  Trans- 
sərhəd  konteksdə  (1991)  ətraf mühitə  təsirin  qiymətləndiril­
282
məsi  haqqında  konvensiyada  ətraf  mühitə  təsirin  qiymətlən­
dirilməsi  planlaşdırılan  fəaliyyətin  transsərhəd  konteksdə  ətraf 
mühitə  təsiri  kimi  nəzərdən  keçirilir.  Konvensiyada  olduqca 
böyük  təsirə  malik  və  qiymətləndirilməli  fəaliyyətin  siyahısı 
açıqlanmışdır.  ƏMTQ  planlaşdırılan  fəaliyyətin  potansial 
ekoloji təhlükəli növlərinin təhlili üçün nəzərdə tutulmuşdur və 
beynəlxalq  tələblər  nəzərə  alınmaqla  milli  səviyyədə  qanun­
vericilikdə  siyahısı  müəyyən  edilmiş  layihələrin ekoloji  cəhət­
dən əsaslandırılması üçün bir vasitədir.
Qeyd  olunan  faəliyyəti  ekoloji  nöqteyi-nəzərdən  əsas­
landıran  layihələrin  kompleks  qiymətləndirilməsi  nəticələri 
dövlət  ekoloji  ekspertizanın  nəzarət predmetidir.  Ətraf mühitə 
təsirin  qiymətləndirilməsinin  mütəmadi  olaraq  aparılması,  he­
sabatın  tərtib  edilməsi  və  dövlət  ekoloji  ekspertizanın  sənəd- 
ləşdirilməsinin  həyata  keçirilməsi  ƏMTQ  proseduru  adlanır. 
ƏMTQ  proseduru dəlillərə, elmi proqnozlara,  ekosistemin eko­
loji  cəhətdən  yüklənilmsi  həddinin  hesablanmasına,  həmçinin 
layihənin  reallaşdırılması  nəzərdə  tutulan  rayonun  sakinlərinin 
ictimai rəyinə əsaslanır.
ƏMTQ  hesabatını  özündə  əks  etdirən  dövlət  ekoloji 
ekspertiza aparılması müddəti bir ayı keçməməlidir, lakin plan­
laşdırılan  təsərrüfat  və  digər  fəaliyyət  üçün  transsərhəd  təsiri 
göstərə  biləcək  layihə  sənədləşdirilməsi  üçün  bu  müddət  2 
ayadək davam edə bilər.
Dövlət ekoloji  ekspertizanın nəticələri  üzrə yekun müs­
bət və  ya  mənfi  ola bilər.  Birinci  halda layihə  qərarının maliy­
yələşdirilməsi  və  realizasiyası  imkanı  yaranır,  ikinci  halda  isə 
sifarişçi  layihə  sənədləşməsini  ekspertlərin  rəylərinə  uyğun 
yenidən işləyib hazırlamalı və təkrar baxışa təqdim etməlidir.
Hazırki  dövrdə  işlənib  hazırlanma  prosesində  təbii 
resursların  istifadəsi  ilə  bağlı  sahəvi  inkişaf üçün perspektivdə 
ətraf  mühitə  təsir  göstərən  layihə  proqramları,  konsepsiyalar, 
proqnoz  və  sxemlərə  uyğun  beynəlxaq  məsləhətlərə  (Trans­
sərhəd  kontekstində  ətraf  mühitə  təsirin  qiymətləndirilməsi
283


Konvensiyasına  SEQ  Protokolu)  müvafiq  strateji  ekoloji 
qiymətləndirmə (SEQ) proseduru barədə sual yaranmışdır. Elmi 
dairələri, ictimaiyyəti ümummilli və sahəvi planlar, proqramlar, 
strategiyaların  işlənib  hazırlanması  və  həyata keçirilməsi  plan­
laşdırılması imkanları barədə az məlumatlandırılmasını da qeyd 
etmək lazımdır.
Leksikonumuza daxil olan “menecment” anlayışı,  ümu­
miyyətlə, “idarəetmə” anlayışının eynidir, lakin onun təyin edil­
məsində müəssisə,  korporasiya,  yaxud  bazarda fəaliyyət göstə­
rən  digər  təsərrüfat  subyektinin  idarə  olunması  funksiyaları 
daha çox vurğulanır.
Ekoloji  menecment  (EM)  -   cəmiyyətin  dayanaqlı 
inkişafı  və  təbiətin  qorunub  saxlanması  şəraitində  insanın  öz 
ekoloji,  iqtisadi, mədəni  və  digər tələbatlarının ödənməsi  üçün 
onun  şüurlu olaraq  təbii proseslərə və  ətraf mühit obyektlərinə 
təsirinin  tənzimlənməsi  ilə  izah  olunan  xüsusi  idarəetmə 
sahəsidir.
Ekoloji  menecment  sistemi -   idaretmə  ierarxiyasının  bütün 
səviyyələrində  (fərdi  sahibkardan  və  müəssisədən  tutmuş 
dövlətə  və  beynəlxalq  cəmiyyətə  qədər)  təbiətdən istifadənin, 
ətraf mühitin  mühafizəsinin,  insan  fəaliyyətinin  ekoloji  təhlü­
kəsizliyinin rasional idarəetməsinin və təşkilinin prinsip-lərinin, 
metodlarının, formalarının və alətlərinin məcmusudur.
Müəssisələrdə  ekoloji  menecmentə  zərurət  çox  halda 
təkcə  istehsalçılara  deyil,  həm  də  yer  üzündə  yaşayan  hər  bir 
kəsə  toxunan  ekoloji  problemlərin  meydana  gəlməsi,  insanın 
müasir aləmdə mövcud  olması  şəraitinin daha da mürəkkəbləş­
məsi ilə izah  olunur.
Müəssisənin  ekoloji  menecmenti  ətraf mühitin  mühafi­
zəsi  ilə:  planlaşdırma,  təşkiletmə,  əsaslandırma,  nəzarət  ilə 
bağlı  onun  idarəolunmasının  bütün  aspektlərini  əhatə  edir.  0  
müstəsna  olaraq  yalnız  müəssisənin  ixtisaslaşdırılmış  təbiəti 
mühafizə  xidmətinin  fəaliyyəti  ilə  məhdudlaşdırılmır,  eyni  za­
manda  bütün  işçi  personala  da  aiddir.  Praktiki  olaraq  elmi-
284
tədqiqat  və təcrübə-konstruksiya işləri,  istehsalat, paylaşdırma, 
marketinq və s. də şamil edilir.
XX əsrdə ekomenecment, müəssisə rəhbərliyi tərəfindən 
dövlət tələblərinin təmin edilməsi üzrə onun üzərinə düşən yük 
kimi nəzərdən keçirilirdi.  O  iqtisadi  maraq  kəsb  etmirdi,  buna 
görə  də  müəssisələrdə,  bir  qayda  olaraq,  dəqiq  ekoloji  siyasət 
yox  idi.  Ətraf mühitin  mühafizəsi  məsələlərində  məsul  mütə­
xəssislər  (təbiəti  mühafizə  xidməti)  öz  vəzifə  təlimatları  çər­
çivəsində  məlumatlı  idilər.  Təbiətimühafizə  fəaliyyətində  əsas 
üstünlük təmizləyici  texnologiyalara,  yəni  dövlət ekoloji nəza­
rət normalarına  müvafiq  olaraq  “borunun  sonunda”  edilən  iş­
lərə verilirdi.  Təbiəti  mühafizə  tədbirlərinin  planları  və  nəticə­
ləri kənar maraqlı  şəxslər üçün az əlçatan idi,  neqativ nəticələr 
gizlədilirdi,  müəssisə  fəaliyyətinin  üçüncü  tərəf  (audut) 
tərəfindən  müstəqil  ekoloji  dəyərləndirilməsi  yox  idi.  Bütün 
bunlar  effektiv  ekoloji  idarəetmənin  görüntüsünün  yaradılma­
sına gətirirdi və onun real olaraq aşağı nəticə göstərməsini giz­
lədirdi.
Birbaşa  və  dolayı  iqtisadi  effektlərin  alınmasına  yönəl­
dən  yeni  EM-in  səciyyəvi  xüsusiyyətləri,  müəssisənin  müsbət 
imicini  yaradaraq,  yalniz  1990-cı  ildə  özünü  aydın  büruzə 
verdi.  EM-ə  münasibətin dəyişməsinə  əsasən aşağıdakı  amillər 
və meyillər səbəb oldu:
•  İstehlakçıların  malların  ekoloji  xüsusiyyətlərinə  olan 
tələbləri yüksəldi;
•  əksər ölkələrdə ekoloji məsuliyyətin sferası daha da ge­
nişlənmişdir, 
yeni  şəraitdə  məsuliyyət  zonasına  müəssisə 
tərəfindən  mümkün  ola  bilən  ziyanın  əvəzini  verməmək  üçün 
müştəriləri,  onları  ekoloji etibarlılıq mövqeyindən qiymətləndi­
rərək  daha  diqqətlə  seçən  sığorta  şirkətləri  və  banklar  daxil 
oldu.  Bu,  sənaye şirkətlərinin EM vəzifələrinə böyük diqqət ye­
tirmələrinə maraqlı olmalarını stimullaşdırır;
285


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə