• təbiətimühafizə qanunvericiliyinə əməl edilməsinin
yoxlanması üçün;
• ətraf mühitin idarə olunması sistemlərinin işləməsinin
effektivliyini qiymətləndirmək;
• layihələrin sərmayələşdirilməsi, uzunmüddətli icarə
müqavilələrinin və ətraf mühitin çirkləndirilməsindən gələn zə
rərlərə görə məsuliyyətin sığortalanması müqavilələrinin səhm-
ləşdirilməsinin, bağlanmasının maliyyə risklərinin müəyyən
edilməsi;
• müflisləşmənin elan olunması prosedurasının gerçək
ləşdirilməsi;
• ekoloji sığortalanma məqsədi ilə və mülkiyyətçinin də
yişməsi prosesində keçmiş ekoloji zərərə görə məsuliyyətin
təyin edilməsi üçün ekoloji ziyanın qiymətləndirilməsi;
• lisenziya alan tərəfindən müəyyən edilmiş ekoloji
tələblərə, lisenziya razılaşmalarına əməl edilməsinin yoxlan
ması;
• özəlləşdirmə və daşınmaz əmlakın satılması zamanı
ekoloji riskin aşkara çıxarılması;
• sertifikatlaşma prosesində qoyulmuş tələblərə uyğun
olmanın yoxlanması və s.
Ekoloji auditin həyata keçirilməsi icbari və könüllü ola
bilər.
İcbari audit təşkilatlar və siyahısı ekoloji audit üzrə xüsisi
təhkim olunmuş orqan tərəfindən təsdiq edilmiş fəaliyyət növ
ləri üçün (məs., obyektin mülkiyyətçisi dəyişən zaman, obyekt
icarəyə veriləndə və ya ipoteka zamanı girov qoyulanda) apa
rılır, həmçinin təbiətimühafizə qanunvericiliyini pozanlara qarşı
iddiaların tənzinmlənməsi zamanı xüsusi səlahiyyətli dövlət
orqanları tərəfindən qaldırıla bilər.
Könüllü audit (təşəbbüslü) müstəsna
olaraq ətraf mühitin
idarəetmə sisteminin yaradılması və tətbiqi, onun işləməsinin
290
effektivliyinə nəzarət edilməsi prosesində təsərrüfat subyektinin
təşəbbüsü ilə aparılır.
Auditin kim tərəfindən aparılmasından asılı olaraq daxili
(müəssisə işçiləri arasından oan audit tərəfindən aparılır) və
xarici audit (müstəqil auditorlar komandası tərəfindən aparılır)
ayırd edilir. Daxili ekoaudit təşkilatda ətraf mühitin idarəetmə
sisteminin işləməsini təmin edən vacib alətdir, lakin onun apa
rılması zamanı həmişə obyektivliyi əldə etmək olmur. Yalnız
xarici audit icbari ola bilər.
Ekoaudit prosedurası zamanı üç tərəf iştirak edir:
təşəb
büskar (müştəri, sifarişçi),
auditor (auditor firması),
yoxlanılan
obyekt.
Ekoloji auditin aparilması təcrübəsində anketləşdirmə,
maddi balanslaşma, kartoqrafik, texniki hesablama
üsulların
dan istifadə edilir.
Ekoauditin aparılmasının
əsas mərhələləri:
• təbiətimühafizə fəaliyyətinin göstəricilərini əks etdirən
ilkin sənədlərin, qeydiyyat jurnallarının və digər materialların
yoxlanması;
• obyektin ekoloji təhlükəsi səviyyəsi barədə audit məq
sədlərinə müvafiq informasiyanın toplanması (personal ilə mü
sahibə daxil olmaqla);
• obyektin görünüşcə müayinə olunması, onun təftiş edil
məsi, bölmələrin ziyarət edilməsi, texniki vasitələrin vəziy
yətinin və istismarının yoxlanması;
• ətraf mühit parametrlərinin və göstərilən neqativ təsir
amillərinin alətlə təhlili;
• auditin nəticələrinə görə tövsiyyələrin hazırlanması, aş
kar edilmiş problemlərin aradan qaldırılması üzrə təkliflərin
sifarişçiyə verildiyi gəlinən nəticələr və tövsiyyələr ilə hesaba
tın tərtib edilməsi;
291