MÖVZU 11. ƏTRAF MÜHİTİN MONİTORİNQİ
VƏ EKOLOJİ SIĞORTA
Ətraf mühitin monitorinqini dövlət idarəçiliyinin bir
funksiyası, hüquqi institutu və ətraf mühiti mühafizə tədbiri
kimi səciyyələndirmək olar. Monitorinq uzunmüddətli müşahi
də sistemidir və ətraf mühitin hazırki vəziyyətinin qiymətlən
dirilməsi, onun dəyişməsi istiqamətinin proqnozunu əhatə edir.
Monitorinq ətraf mühitin hərtərəfli analizi, ekoloji və
ziyyətinin qiymətləndirilməsi, ona təbii və antropogen təsirlərin
öyrənilməsi məqsədini daşıyır. Bu təsirlər özünəməxsus xüsu
siyyətə malikdir. Antropogen və təbii təsirlərin məhdudiyyət
səviyyəsinin göstəricisi buraxıla bilən ekoloji yükdür (BBEY).
Ekosistemin və biosferin normal fəaliyyəti yalnız BBEY sə
viyyəsində mümkündür.
Adətən təbii faktorların təsirindən vəziyyətini ardıcıl də
yişmiş biosfer bir müddətdən sonra əvvəlki vəziyyətinə qayıdır.
Məsələn, havanın və torpağın temperaturu, təzyiqi, nəmliyi
müəyyən sabit həddə dəyişir. İri ekosistemlər təbiətdə gedən
proseslər tərəfindən çox kiçik, zəif dəyişməyə məruz qalır.
Dünya miqyasında belə dəyişikliklərin gedişatma nəzarət edən
xüsusi ekoloji xidmət mövcuddur.
Bir çox ölkələrdə təbiətin bir çox ünsür və amilləri üzə
rində monitorinq aparılır. Məsələn, Torpaq və Xəritəçəkmə Ko
mitəsi torpaq ehtiyatları üzərində, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi təbii ehtiyatlar, atmosfer, səth suları, su hövzəsi və s.
üzərində monitorinq aparır. Bu cür məlumatların toplanması
ətraf mühitdə baş verən həm təbii, həm də texniki proseslərin
proqnozlaşdırılmasma imkan verir.
Biosferin antropogen faktorların təsirindən dəyişməsi
daha qısa müddətdə baş verir. Buna görə də biosferin abiotik
hissəsində antropogen təsirdən baş verən dəyişikliyin ölçül
məsi, qiymətləndirilməsi, proqnozlaşdırılması və bütün bu
294
dəyişikliklərə reaksiyasının öyrənilməsi üçün ekoloji monito
rinqin informasiya sistemi yaradılır.
Ekoloji monitorinq biosferin kompleks monitorinqidir.
Buraya təbii və antropogen təsirdən ətraf mühitdə baş vermiş
dəyişikliklərə nəzarət aid edilir.
Antropogen təsir üzrə ekoloji monitorinqin əsas məsə
lələri aşağıdakılardan ibarətdir:
- Antropogen təsir mənbələrinə nəzarət;
- Antropogen təsir faktorlarına nəzarət;
- Antropogen faktor təsirindən ətraf mühitdə yaranan
dəyişikliklərə nəzarət;
- Təbii mühitin fiziki halının
qiymətləndirilməsi;
- Antropogen faktorlar təsirindən təbii mühitin vəziyyə-
tindəki dəyişikliklərin proqnozlaşdırılması və bu proqnozun
qiymətləndirilməsi.
Monitorinq antropogen təsirdən biosferdə və yaxud onun
ayrı-ayrı elementlərində baş vermiş dəyişikliklərə nəzarət, on
ların qiymətləndirilməsi və proqnozlaşdırılmasmdan ibarətdir.
Monitorinq aşağıdakı praktiki istiqamətlərdən ibarətdir:
- ətraf mühitin vəziyyətinə və ona təsir edən faktorlara
nəzarət etmək;
- ətraf mühitin faktiki vəziyyətini və çirklənmə səviyyə
sini qiymətləndirmək;
- çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək
vəziyyətin proqnozu və bu vəziyyətin qiymətləndirilməsi.
Monitorinqin obyekti atmosfer (atmosferin yerüstü qatı
və yuxarı qatı), atmosfer çöküntüləri, yerüstü sular, okeanlar,
dənizlər, yeraltı sular, kriosferadan (iqlim sistemi) ibarətdir.
Monitorinq sistemi təsir faktoruna, mənbələrinə və miq
yasına görə də siniflərə ayrılır.
Monitorinqin təsir faktoru dedikdə, müxtəlif kimyəvi
çirkləndirici və müxtəlif cür təbii və fiziki təsir faktorları (elek
tromaqnit şüaları, günəş radiasiyası, səs-küy, titrəyiş) başa dü
şülür.
295
Çirkləndirici mənbələrin monitorinqi dedikdə, stasionar
mənbəyin (zavod tüstü borusu), hərəkətdə olan nəqliyyat
vasitələrinin və müəyyən bir sahənin monitorinqi başa düşülür.
İnformasiyaların ümumiləşdirmə xarakterinə görə aşa
ğıdakı monitorinq sistemləri mövcuddur:
- Qlobal monitorinq sistemi. Dünyada baş verən proses
lərə və Yer kürəsinin biosferində bütün ekoloji komponentlərə
nəzarətlə yanaşı ekstremal vəziyyətlərin yaranacağı barədə
xəbərdarlıq etmək rolunu yerinə yetirir;
- Baza monitorinq sistemi. Təbiətdə baş verən hallara
nəzarət etməkdən ibarətdir. Bu zaman regional antropogen
təsirlər nəzərə alınmalıdır;
- Milli monitorinq sistemi. Ölkə miqyasında aparılan
monitorinqdir;
- Regional monitorinq sistemi. Hər hansı bir region
daxilində gedən proseslərə
nəzarəti həyata keçirir;
- Lokal monitorinq sistemi. Konkret antropogen mən
bəyin təsiri ilə
məşğul olur;
- İmpakt monitorinq sistemi. Regional və lokal antropo
gen təsirlərə məruz qalan xüsusi təhlükəli zonalann moni
torinqidir;
- Kimyəvi monitorinq. Atmosferin, atmosfer çöküntülə
rinin, yerüstü və yeraltı suların, okean və dəniz sularının, tor
pağın, dib çöküntülərinin, bitkilərin kimyəvi tərkibinə nəzarət
və kimyəvi çirkləndiricilərin yayılma dinamikasına nəzarətdən
ibarətdir.
Kimyəvi monitorinq əsasən ətraf mühiti çirkləndirən
aşağıda göstərilən komponentlərə nəzarət edir (cədvəl 19).
j
296
Cədvəl 19
Üstünlük
sinifi
Çirkləndirici maddələr
Mühit
Ölçü
proqramının
növü
1
2
3
4
I
Kükürd iki oksid və asılı
vəziyyətdə olan hissəciklər
Havada
İ, Я, B,Q
Radioaktiv maddələr (Sr-90,
Cs-197)
Qidada
İ,R
II
Ozon
Havada
i,в
(stratosferdə)
D D T və başqa üzvü xlor bir
ləşmələri
Biot, insan
İ,R
Kadmium və onun birləş
mələri
Qida, insan,
su
İ
III
Nitratlar, nitritlət
İçməli su,
qida
i
Azot oksid i
Havada
i
IV
Civə və onun birləşmələri
Qida, hava
İ,R
Qurğuşun
Hava, qida
İ
Karbon iki oksid
Hava
в
V
Karbon oksidi
Hava
i
N eft karbohidrogenləri
Dəniz
suyunda
R,B
VI
Flor birləşmələri
İçməli su
İ
VII
Azbest
Hava
İ
Arsen
İçməli su
i
VIH
Mikrotoksinlər
Qida
İ.R
Mikrobioloji zəhərlənmə
Qida
İ,R
Reaktiv karbohidrogenlər
Hava
İ
Qeyd: İ - impakt; R - regional; B- baza; Q - qlobal.
Fiziki monitorinq - ətraf mühitə təsir edən fiziki proseslərə
nəzarət (sel, vulkan, zəlzələ, quraqlıq, torpağın eroziyası və s.);
Bioloji monitorinq - bioindikatorlar vasitəsilə aparılan
monitorinq (mühitdə dəyişikliklərə nəzarət).
297