Sığorta heç vaxt bütün çirklənmə növlərini əhatə etmir,
lakin gözlənilməz və təsadüfi çirklənmədən dəyən zərərin
riskindən sığortalanır. Bəzi sığortaçılar ətraf mühitin pisləşmə
sindən də sığortalanma təklif edirlər. Onlar hesab edirlər ki,
çirklənmə ilə əlaqədar vəziyyətin təxminən 80%-dən sığorta
lanmaq lazımdır.
Sığorta müqaviləsi aşağıdakı əsas hissələri əhatə edir:
- müəssisənin ünvanı, adı, ekoloji riskin xarakteri;
- illik dövriyyənin həcmi, manatla;
- müəssisənin istehsal fəaliyyəti haqqında məlumatlar;
- istehsal prosesinin xarakteri haqqında məlumatlar:
xammal, materialların və istehsal olunan məhsulun növləri;
- ətraf təbii mühit haqqında məlumatlar (əhalinin sıxlığı,
istifadə olunan ərazinin, torpağın, suların səciyyəsi);
- havaya, suya, torpağa atılan tullantılar haqqında məlu
mat, ətraf mühitin vəziyyətinə nəzarət metodları və normativlər
haqqında məlumat;
- tullantıların risk dərəcəsi (səviyyəsi), onların qarşısının
alınması tədbirləri və s.
Müqavilə bir illiyinə imzalanır, lakin sığorta olunan
müəssisənin razılığı ilə uzadıla bilər. Müqavilələr fasiləsiz 2 il
və daha çox imzalanırsa, güzəştli (10-30%) sığortalanma nə
zərdə tutulur.
Ekoloji məsuliyyətin sığortalanması prosesi sığorta şirkə
tinin iştirakı olmadan da həyata keçirilə bilər. Sənaye müəs
sisələri öz risklərini qarşılıqlı şəkildə sığortalayır. Onlar birgə
fondlar da yarada bilər.
Ümumiyyətlə, ekoloji sığorta ekoloji təhlükəsizlik üçün
cəlbedici bir vasitədir, çünki burada ekoloji və iqtisadi maraqlar
birləşirlər. Ekoloji sığortanın geniş tətbiqi aşağıdakı səbəb
lərdən ləngiyir:
1) hərtərəfli normativ-hüquqi bazanın olmaması;
2)
müəssisələrin çətin iqtisadi vəziyyəti imkan vermir ki,
sığorta haqqını ödəsinlər;
302
3)
ekoloji risklərə görə yüksək tarif dərəcələrinin olma
ması. Bu onunla bağlıdır ki, avadanlıqlar çox köhnədir və
sığorta halı və hadisələrinin olması ehtimalı yüksəkdir.
Ümumiyyətlə, ekoloji sığorta hələ də qanunvericilikdə öz
əksini tam olaraq tapmamışdır. Bu mənada ayrı-ayrı ərazilər və
ya müəssisələr üçün əvvəl-cədən könüllü surətdə ekoloji sığorta
vəsaitinin toplanması daha məqsə-dəuyğun hesab edilir. Müəs
sisələr tərəfindən ətraf mühitin çirklənməsi, iqtisadi zərərin və
qəzaların həcminə görə 3 qrupa ayırmaq olar:
1) xüsusi təhlükəli - qrup “A” - burada daha çox qəzalara
məruz qala bilən müəssisələr məcburi sığortalanmalıdır;
2) təhlükəli - qrup “B” - mütləq sığortalanma qərarı
regional təbiəti mühafizə orqanları tərəfindən aparılır;
3)
az təhlükəli - qrup “C” - müəssisələr ekoloji qəza təh
lükəsini könüllülük əsasında sığortalayır.
Beləliklə, ekoloji təhlükəsizliyin təmin olunması gələcək
də təbiəti mühafizə tədbirlərinin elmi- metodiki və normativ-
hüquqi qanunlar əsasında ekoloji sığorta sisteminin yaradıl
masını tələb edir.
303
MÖVZU 12. EKOLOJİ RİSK VƏ ONDAN MÜHAFİZƏ
TƏDBİRLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ
Elmi ədəbiyyatda ekoloji risk haqqında anlayış dedikdə
hər hansı bir obyektə neqativ ziyan vuran təbii hadisələr nə
zərdə tutulur. Neqativ ziyan anlayışına, bir qayda olaraq, ob
yektin normal iş rejiminin pozulması, hətta həmin obyektin da
ğılması, məhv olması və müxtəlif itki ilə nəticələnən bir hadisə
kimi baxmaq lazımdır. Əlavə edək ki, ekoloji riski xarakterizə
edən əsas amillər içərisində qorxulu halların yaranmasının
aniliyini, qeyri-müəyyənliyini və qəflətən təhlükəli vəziyyətin
meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz.
Qeyd etmək lazımdır ki, insanlar hər gün düşünülmüş
və ya düşünülməmiş formada kiçik və böyük həcmli risklərlə
üzləşirlər. Həyatda insan üçün risk ictimai icma quruluşunda
olan fəaliyyətindən (ovçuluq riski, dənizdə üzmək riski və s.)
indiki zamana qədər (iqtisadi risk, istehsal riski, ekoloji risk və s.)
praktiki olaraq obyektiv şəkildə onunla çiyin-çiyinə addım
lamışdır.
İnsan fəaliyyətinin təcrübəsi göstərir ki, onun həyatı
əksər hallarda potensial təhlükədədir. İnsan həyatı üçün belə
təhlükələrin olub-olmaması aksiomadır və heç bir isbata eh
tiyacı yoxdur.
Hələ XIX əsrin sonundan başlayaraq risk haqqında nəzə
riyyə geniş inkişaf etməyə və tətbiq olunmağa başlamışdır. Bu
nun əsas səbəblərindən biri riyaziyyat, statistika, hüquq və
iqtisad elmlərinin durmadan inkişafı, digər tərəfdən ehtimal
nəzəriyyəsi, oyunlar nəzəriyyəsi fəlakət kimi konkret elmlərlə
əlaqədar olmuşdur. Bunların tətbiqi nəticəsində də real ekoloji
şərait üçün nisbətən düzgün qərar qəbul etmək mümkündür.
Son on illərdə baş vermiş faciəli hadisələrin artması onu
göstərir ki, istehsalın və xidmət sahələrinin müasir texnika ilə
təchiz edilməsi mexaniki nasazlığın və ya insan səhvinin
artmasına səbəb olmuşdur.
304
Müşahidələr göstərir ki, bizlərdən hər birimiz fəhlə,
fermer, kommersant, tələbə və s. gündəlik həyatımızda, istehsa
latda, nəqliyyatda, hətta evimizdə də müxtəlif təhlükələrlə
qarşılaşırıq və bunları qabaqcadan görmək, hiss etmək hələlik
qeyri-mümkündür. Haqlı olaraq sual oluna bilər: bəs risk nədir?
Risk - ehtimal olunan qorxu, fəlakət, sosial, maddi zi
yan vuran halların mümkünlüyü, yaxud hər hansı bir işdə zərər
çəkmək və ya uğursuzluğa düçar olmaq kimi başa düşülür.
Yuxarıda qeyd edildiyi kimi, risk üçün ən xarakterik
hallar təhlükəli vəziyyətin qəflətən baş verməsi, onun gözlə
nilməzliyi və aniliyidir.
Aydmdır ki, cəmiyyəti maraqlandıran ətraf mühitin və
insanların təhlükəsizliyi problemidir.
Qəbul edilmiş ümumi qaydaya əsasən həyatda baş verən
təhlükəli hadisələri, kəmiyyət baxımından ölçmək üçün bölgü
şkalasmdan istifadə etməyi məsləhət görürlər. Belə halda “risk”
termini dedikdə bu və ya digər təhlükəli vəziyyətlə əlaqədar
yaranan ziyanı (itkini) xarakterizə edən çoxkomponentli vektor
başa düşülür. Bir qayda olaraq, vektorlar vaxtdan asılı olaraq
fəzada qeyri-bərabər paylanılır.
Ekoloji riskə aşağıda qeyd olunan kəmiyyət göstəriciləri
daxildir: itkinin (ziyanın) miqdarı (kəmiyyəti); təhlükəli amil
lərin (faktorların) yaranması ehtimalı; itkinin miqdarının və
yaranması ehtimalının qeyri-müəyyənliyi.
İtki termini dedikdə faktiki və mümkün ola bilən sosial,
iqtisadi zərər ətraf mühitin vəziyyətinin pisləşməsi başa dü
şülür.
Sosial zərər (ziyan) əhaliyə dəyən itkinin qaytarılmayan
əvəzi, insanların ömrünün qısalması, sağlamlığının pisləşməsi,
rifah halı deməkdir.
Sosial-iqtisadi ziyan müalicəyə və sosial-əmək şəraitinə
sərf olunan xərclər, vaxtından əvvəl ölüm və əmək qabi
liyyətinin itirilməsi ilə əlaqədar milli gəlirin itirilməsidir.
305
Dostları ilə paylaş: |