resurslar potensialı və onlarm qlobal yerləşməsi daxildir.
Məsələn, dünya okeanında ekoloji zonaların müəyyən edil
məsi; bu və ya digər resursun istifadə kvotaları (norma, pay)
ətraf mühitin çirklənməsinə görə ödənişlərin razılaşdırıl
ması; bu və ya digər çirkləndiricilərin ətraf mühitə atılma
sının qadağan olunması (məsələn, neft tankerlərinin yuyul
ması zamanı axıdılan çirkli sular, ozon qatım dağıdan mad
dələr) və s. göstərmək olar.
Bundan başqa, dövlətlərarası ekoloji siyasətdə müxtə
lif dərəcədə ziddiyyətlərlə də mövcuddur. Bunların əsas sə
bəbi aşağıdakılardır:
1. Çirkləndirici maddələrin beynəlxalq daşımaları
(hava, su, dəmiryolu və s. vasitələrlə). Burada əsas yeri ra
dioaktiv nüvə tullantıları tutur.
2. Qonşu ölkələrdə baş verən texnogen qəzalar
(Çernobıl AES - də baş verən qəza, neft tankerlərinin qə
zası, sənaye obyektlərində olan qəzalar, neft kəmərlərində
baş verən qəzalar və s.).
3. Bütün bəşəriyyətə məxsus olan ehtiyatlardan (Yaxın
kosmos, Dünya okeanı, Antarktida və s.) istifadə.
4. Hərbi fəaliyyət (silahların sınaqdan keçirilməsi, hər
bi əməliyyatlar və təlimlər və s.).
Bu ziddiyyətlərin aradan qaldırılması üçün qlobal miq
yasda yeni ekoloji siyasətin işlənib hazırlanmasına ehtiyac
vardır.
Milli və regional səviyyəli siyasət starteji məqsədlər
üçün də istifadə edilir. Bu məqsəd və vəzifələr ərazinin xü
susiyyətlərindən və onun imkanlarından asılıdır. Buna görə
də hər hansı ərazidə təbiətdən istifadənin və ətraf mühitin
mühafizəsi strategiyasının hazırlanması üçün ərazidə
kompleks coğrafi tədqiqatlar aparılmalıdır.
Strateji məqsədin əsas əlamətlərindən aşağıdakıları
göstərmək olar:
334
1. Ölkənin iqtisadi inkişaf probleminin həll
edilməsində
ekoloji və təbii coğrafi uçotun aparılması.
2. Əhalinin genetik sağlamlığının qorunub saxlanması.
3. Təbii-resurs potensialından səmərəli istifadə.
4. Bioloji müxtəlifliyin qorunub saxlanılması.
Müəyyən edilmiş məqsədi və istiqaməti həyata ke
çirmək üçün ekoloji siyasətin metodunu seçmək vacibdir.
Ekoloji siyasətin 40-dan çox metodu vardır. Onları fıksal və
qeyri-fiskal qruplara bölmək olar. Qeyri-fıksal siyasi me
todlara təbiəti mühafizə fəaliyyətinin hüququ təminatı,
ekoloji normativlər, təhsil və s. Fiksal siyasi metodlara eko
loji lisenziya, vergi, ekoloji investisiya, ekoloji proqramlar,
dövlət tərəfindən ekoloji tədbirlərin maliyyələşdirilməsi və s.
aiddir.
XX əsrin 2-ci yarısında insanlar tərəfindən kosmosun
mənimsənilməsi və Nüvə enerjisindən istifadənin getdikcə
artması nəticəsində cəmiyyətin fəaliyyət sahəsi də genişlən
mişdir. Kosmosun mənimsənilməsi yerdə olan məhdudiy
yətləri və ekoloji problemləri dərinləşdirən bir çox şəraiti
aradan götürə bilər.
Qlobal müşahidə sisteminin yaradılması, antropogen
fəaliyyətin gcosfera və biosfera təsirinin təhlil edilməsi,
Yerdə təbii resursların geniş miqyasda öyrənilməsi yeni təd
qiqat metodlarının tətbiq olunmasının zəruriliyini qarşıya
qoyur. Bunun üçün distansion müşahidə sisteminin yara
dılması çox əhəmiyyətlidir. Bu sahədə kosmik texnologiyanı
və beynəlxalq əməkdaşlığın inkişafını ekoloji problemlərin
həllində mütərəqqi hal kimi qiymətləndirmək olar. 1961-ci
ildə BMT kosmik fəzanın sülh məqsədilə istifadə edilməsinə
dair qətnamə qəbul etmişdir.
Çoxspektrli radiometrik cihazlarla təzhiz edilmiş avto
matik peyklər yerdə ətraf mühitin fasiləsiz monitorinqinin
aparlımasına imkan verir. Yer orbitində hərəkət edən
«Salyut», «Mir», «Skayleb» peykləri artıq kosmik laborato
335
riyaya çevrilmişdir. Burada müxtəlif eksperimentlər, cihaz
ların sınağı və vizual müşahidələr həyata keçirilir. Kosmos
da uçan aparatlar vasitəsilə Yer kürəsinin iqlimi, atmosferin
sirkulyasiyası, hava və su hövzələrinin çirklənmə dərəcəsinin
qiymətləndirilməsi, meşələrin vəziyyəti, okeanların sahil xət
ləri və dibi və digər məsələlər öyrənilir. Artıq kosmik peyk
lər vasitəsilə xlorofıdlərin təmərküzləşməsi və onların qlobal
yayılması, bioloji fəaliyyətlər, sahil zonaları, dəniz sularında
zəhərli maddələrin olması sübuta yetirilmişdir.
Bəşəriyyətin kosmik perspektivi prinsipcə sonsuzdur.
Bu cəmiyyət və təbiətin təsirinin məkan (o cümlədən, za
man) daxilində sonsuz genişlənə biləcəyinin real olduğunu
göstərir. Cəmiyyətin məkanca sonsuz genişlənməsi imkanı
(kosmosu mənimsəməklə) onun zaman daxilində sonsuz
mövcudluğu üçün də zəmin yaradır. Kosmosun mənimsə
nilməsi, beləliklə, sosial əbədilik deyilən qədim konsepsiyanı
yeni əsasda dirçəltməkdir.
Kosmosun geniş miqyasda mənimsənilməsi üçün kos
mosda ekoloji istehsalı inkişaf etdirməli, yəni insanların
başqa planetlərdə həyatını təmin etmək üçün süni biosfer
yaradılmalıdır. İnsan bu zaman Yer biosferini modelləş
dirməli, canlı maddənin əsas funksiyalarını təkrar istehsal
etməlidir. Kosmosun mənimsənilməsi cəmiyyət və təbiətin
qarşılıqlı münasibətində dönüş yaradır. İnsan fəaliyyəti
üçün yerdə olan məhduddiyətlər, kosmosun mənimsənilməsi
ilə aradan qalxa bilər.
Bu baxımdan, kosmik enerjidən istifadə edilməsi diq
qəti cəlb edir. Kosmosun mənimsənilməsi nəticəsində kos
mik enerjinin maddi istehsal sahəsinə cəlb edilməsi üçün
perspektivlər artır.
Bununla belə, kosmosun mənimsənilməsinin biosfer
üçün törədə biləcək nəticələrinin müəyyən edilməsinin daha
böyük əhəmiyyəti vardır. Kosmosa buraxılan raketlərin
biosferə mənfi təsiri özünü göstərir, belə ki, raketlərdə isti
fadə olunmuş qazlar biosferi zəhərləyir, raketin atmosferdən
keçiməsi onun tərkib və hərəkətinə təsir edir. Bundan başqa,
kosmik raketlərin qəzaya uğraması və ya istifadə olun
duqdan sonra yer atmosferində yandırılmasıda atmosferə
mənfi təsir göstərir. Kosmos getdikcə metal qırıntıları ilə
daha çox çirklənir.
Kosmik aparatların 250-450 km (ionosfer plazmasmm
sıxlığının maksimuma çatdığı yerdə) yüksəklikdə uçması
nəticəsində ionosferdə dəyişikliklər baş verir, «ionosfer
deşikləri» yaranır, nəticədə atmosferin fiziki-kimyəvi proses
lərinin təbii gedişinə və biosferin digər komponentlərinə
güclü təsir göstərir.
Yaranmış vəziyyət kosmosun praktiki mənimsənilməsi
ilə əlaqədar iki kəskin mövqeyin səhv olduğu aydın olur;
1) ekoloji təhlükənin qarşısını yalnız yerdəki vasitələrlə
almaq; 2) ekoloji qəza zamanı bəşəriyyətin
Yer kürəsini tərk
edib kosmosdan sığınacaq kimi istifadə etməsi.
Deməli, «Bəşəriyyət - Yer - Kosmos» sistemi for
malaşır, lakin Yer sakinləri XXI əsrdə hələ planetimizi tərk
edib kosmosa keçmək fikrində deyil. Kosmonavtikadan ilk
əvvəl yerdə həyat şəraitini yaxşılaşdırmaqdan Ötrü istifadə
ediləcəkdir.
Cəmiyyət və təbiət qarşısında qarşılıqlı təsir üçün müd
dət Yerin hüdudları daxilində baş verirdi. Kosmonavtikanm
yaranması ilə yerdənkənar təbiətin öyrənilməsi və dəyiş
dirilməsinin başlanğıcı qoyulmuşdur. Ona görə də sosial
ekologiya yalnız Yer problemələrinə
istiqamətlənə bilməz, o,
həmçinin kosmosun mənimsənilməsini, onun kosmik təbiətə
və Yerin biosferinə təsirini nəzərə almalıdır.
Müasir dövrdə ekoloji təhlükəsizlik ölkələrin milli təh
lükəsizliyinin mühüm hissəsi hesab edilir. Bu tədbirlər sis
teminin əsasını ekoloji siyasət təşkil edir ki, bu da insanla
təbiət arasında olan ziddiyyətlərin aradan qaldırılmasına
yönəldilmişdir. Belə tədbirlər sistemi dövlətin məqsədyönlü
336
337