Lənkəran-Astara zonasında tərəvəzçiliyin inkişaf etdiril
məsi nəticəsində torpaqlara çoxlu miqdarda mineral gübrə,
zəhərli kimyəvi maddələr verilmiş, nəticədə torpaqların aqreqat
halı dəyişmiş, onlarda zəhərli kimyəvi maddələrin və ağır me
talların normadan artıq toplanması prosesi baş vermişdir. Ümu
miyyətlə, torpaq örtüyündə ağır metalların toplanması çox təh
lükəlidir və onlar bərpa edilməz dəyişikliklərə səbəb olur. Əhali
məskunlaşma sahələrində yaradılan müxtəlif məqsədli tikinti
sahələri, yolların, kanalların, süni göllərin yaradılması ilə əla
qədar indi respublikada olan yararlı torpaqların 10%-i kənd
təsərrüfatı dövriyyəsindən çıxmışdır. Respublikada çirkləndi-
rilmiş, dağıdılmış və zibilləndirilmiş torpaqlar 200 min ha artıq
ərazi tutur. Belə torpaqlar Naxçıvan MR, Yuxarı Qarabağ,
Daşkəsən-Qazax, Abşeron regionlarında daha çoxdur. Təkcə
neft və qazçıxarma mədənlərinin tullantıları nəticəsində 50 min
ha çox ərazi yararsız hala düşmüşdür. Abşeron yarımadasında
neft emalı, neft-qaz istehsalı sahələrində yaranan tullantı suları
ilə 7-8 min ha torpaq sahəsi gölməçələrə çevrilmişdir.
Respublikamızın iri sənaye şəhərləri olan Bakı, Sum
qayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərinin ətraf torpaq
sahələrinin ağır və əlvan metal qalıqları ilə çirklənməsi nəticə
sində həmin torpaqlarda qurğuşunun, misin, sinkin, xlor, flor,
alüminium, benzopirenlər və kükürd birləşmələrinin miqdarı
yol verilən norma həddindən ayrı-ayrı ərazilərdə 10-20 dəfəyə
qədər yüksəkdir.
Respublikamızın iri yaşayış məntəqələri ətrafında hər il
5 mln t bərk məişət tullantısı toplanır ki, bunun da 50%-i Ab
şeron sənaye rayonunun payına düşür. Bakı şəhəri ətrafında
400 ha, Sumqayıt ətrafında 120 ha ərazi tutan tullantıların yal
nız 10-12%-i emal edilir, qalan hissəsi isə ətraf mühitin çirk
lənmə mənbələrindən biri olaraq qalır.
Şəhərlərdə fəaliyyət göstərən yüzlərlə zavod və fabrik
lərin ətraf mühitə atdıqları sənaye tullantıları da müxtəlif yol
larla torpaqlara qayıdır və əsas çirklənmə mənbələrindən birinə
366
çevrilir. Bütün bu tullantıların zərərli təsirlərini aradan qal-
dnmaq üçün həmin tullantıların emalı, utilizasiyası və zərər-
sizləşdirilməsini həyata keçirmək lazımdır.
Abşeronda 20-22 min ha torpaq sahəsi neft məhsulları,
mədən suları və digər texnogen mənşəli tullantılarla çirklən
mişdir ki, onun da 10,6 min ha-ı neftlə çirklənmiş torpaqlardır.
30 min ha torpaq neft mədənləri altında qalmışdır.
Respublikanın sənaye tulantıları ilə örtülmüş yararlı tor
paqlarını zibilliklərdən, sənaye, məişət və neft tullantılarından
təmizləmək yolu ilə əlavə olaraq 100 min ha, o cümlədən
Abşeron yarımadasında 33 min ha-a yaxnı torpaq sahələrini
kənd təsərrüfatı dövriyyəsinə qaytarmaq olar.
Abşeron yarımadasının torpaqları neft mədənlərinin lay
sularının tərkibində olan radioaktiv elementlərlə də çirklənir.
Abşeron yarımadasının normal radioaktiv fonu Xəzəryanı əra
zilərdə 9 mkr/saat, tektonik pozuntu sahələrində isə 18 mkr/saat
təşkil edir. Lakin yarımadanın bəzi neft istehsalı mədənlərinin
yaxınlıqlarında 500-600 mkr/saat olan çirkləndirilmiş zonalara
da rast gəlinir. Belə sahələrin mövcudluğu ərazidə yaşayan in
sanların həyatı üçün olduqca təhlükəlidir. Qeyd etmək lazımdır
ki, radioaktiv elementlərlə çirklənmiş torpaqların dezaktivi-
zasiyası respublikada müvafiq avadanlıq və texnologiyanın
olmaması səbəbindən aparılmır.
Respublikanın torpaq fondundan səmərəli istifadə etmək
və onun təbii məhsuldarlığını qoruyub saxlamaq üçün müxtəlif
səbəblərdən çirklənmiş, dağılmış, korlanmış, zibillənmiş, ero
ziyaya uğramış, şorlaşmış torpaqların məhsuldarlığını təbii və
süni yollarla bərpa etmək, onları rekultivasiya etmək, torpaq-
iqlim şəraitinə uyğun növbəli əkin sistemini tətbiq etmək, eyni
zamanda təsərrüfat-təşkilati, aqrotexniki, hidrotexniki, aqrome-
liorasiya, fitomeliorasiya və digər tədbirləri həyata keçirməklə
torpaq mühafizə işlərini həyata keçirmək ən vacib problem
kimi qarşıda durur.
367
Nəzərə almaq lazımdır ki, eyni ərazilərə uzun illər boyu
zəhərli kimyəvi maddələrin normadan artıq səpilməsi, aqro
texniki qaydalara riayət olunmaması, dövriyyəli əkin sisteminin
apanlmaması, suvarma rejiminin pozulması torpaq fonduna
ağır ekoloji ziyan vurmuşdur.
Azərbaycan ərazisində 4300-ə qədər bitki, 14000 hey
van növləri mövcuddur. Bitki və heyvan növlərinin yayılma
qanunauyğunluğunun müxtəlifliyi onların mühafizə məsələ
lərini ön plana çıxanr. Bitki örtüyü içərisində mühüm yeri
meşələr tutur. Meşələr Azərbaycan ərazisinin 11,5%-ni tutur və
əsasən dağlıq regionlarda yayılmışdır. Meşələrimizin 48,7%-i
Böyük Qafqazda, 34,2%-i Kiçik Qafqazda, 14,6%-i Talış
dağlarında, 2,5%-i isə Kür-Araz ovalığında yayılmaqla birinci
qrup qoruq meşələri hesab olunur. Meşələrimizin qorunması və
artırılması onların mühafizəsinin təşkilindın çox asılıdır. Belə
ki, meşələrin qırılması və seyrəldilməsi sel, sürüşmə, uçqun və
eroziya proseslərini sürətləndirər, torpaq örtüyü öz münbitliyini
tədricən itirərək deqreasiyaya uğrayar, yeraltı suların səviyyəsi
aşağı düşər və nəticədə bulaqlar quruyar, fauna və flora növləri
məhv olar ki, bu da insanların həyat şəraitinə mənfi təsir
göstərər.
Respublikamızda məhv olmaq təhlükəsi altında qalan
nadir heyvan və bitki növlərinin qorunması məqsədilə onların
adları 1989-cu ildə nəşr olunan “Qırmızı kitab” a salınmışdır.
“Qırmızı kitab”a 108 heyvan növü və 140 bitki növünün adı
daxil edilmişdir.
Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi
mühafizə olunan ərazilərin rolu əvəzedilməzdir. 2005-2010-cu
illər ərzində flora və faunanın qorunub saxlanması və təkrar is
tehsalı üçün ölkəmizdə ümumi sahəsi 310,5 min ha olan 8 milli
park və sahəsi 209,3 min ha olan 11 Dövlət Təbiət qoruqları
yaradılmışdır. Dövlət qoruqlarının və milli parkların saxlanıl
ması üçün 2010-cu ildə 2 mln 57 min manat vəsait xərclən
368
mişdir. Hazırda xüsusi mühafizə olunan ərazilər ölkə ərazisinin
10,2%-i təşkil edir.
Azərbaycanda fəaliyyət göstərən Milli parklar Abşeron
(2005), Ağgöl (2003), Altıağac (2004), Göygöl (2008), Hirkan
(2004), Ordubad (2003), Şahdağ (2006), Şirvan (2003); dövlət
qoruqları Bəsitçay (1974), Eldar şamı (2004), Qaragöl (1987),
Qarayazı (1978), Qızılağac (1929), İlisu (1987), Türyançay
(1958), Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu
(2007), Korçay (2008), Şirvan (1969) və Zaqatala (1929) qo
ruqlarıdır. Qoruq canlı və cansız təbii komplekslərin ilkin halda
olduğu kimi saxlanılan və qorunan ərazilərə deyilir. Respub
likamızda 24 dövlət təbiət yasaqlığı yaradılmışdır. Qoruq, milli
park və yasaqlıqların ümumi sahəsi 881 min ha təşkil edir.
Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhə
miyyət daşıyan təbiət kompleklərinin yerləşdiyi və təbiəti mü
hafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər
üçün istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri
statusuna malik olan ərazilərdir. Azərbaycanda Milli Parklar
2003-cü ildən etibarən yaradılmağa başlamışdır və hazırda on
lar ölkə ərazisinin 3,6%-ni təşkil edir. 2009-cu ildə Azərbaycan
Prezidentinin fərmanı ilə Ordubad Milli Parkının adı
dəyişdirilərək Zəngəzur Milli Parkı adlandırılmışdır.
Hazırda yeni Mili Parkların və dövlət təbiət qoruqlarının
yaradılması istiqamətində müvafiq işlər həyata keçirilir.
Almaniya Federal Hökumətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü”
proqramı çərçivəsində “Samur-Yalama Milli Parkf’nın layihəsi
işlənilmiş və icrasına başlanılmışdır.
369
Dostları ilə paylaş: |