Respublikamızın torpaq fondu 8,6 mln ha-dır. Torpaq
ehtiyatlarının 4,7 mln ha-ı kənd təsərrüfatına yararlı, o cüm
lədən 1,4 mln ha-ı suvarılan torpaqlardır. Torpaq fondunun
37,4%-i istifadə olunmayan, yəni şoranlaşmış, bataqlıqlaşmış,
eroziyaya uğramış və s. torpaqlardır. Yararlı torpaqların 1,8
mln ha-ı və ya 33%-i əkin, 0,3 mln.ha-ı və ya 9,2%-i çoxillik
bitkilər, 2,7 mln.ha-ı və ya 50,0%-i otlaqlardan və biçənək
lərdən ibarətdir. Torpaq fondunun 1/3 hissəsi kənd təsərrüfatı
işləri üçün yararsız hesab edilir.
Respublikamızda hər adam başına 0,9 ha ümumi, 0,45
ha kənd təsərrüfatı üçün yararlı sahə, 0,20 ha isə əkin sahəsi
düşür.
Son 50 il ərzində torpaq örtüynə vurulan antropogen tə
sirlər gərgin geoloji proses və hadisələrin geniş yayılmasına,
ərazilərin müxtəlif dərəcədə zədələnməsi və çirklənməsinə
səbəb olmuşdur. Hazırda torpaq fondunun 0,86 mln ha-ı tex-
nogen pozulmuş torpaqlara aid edilir.
1991-ci ildə Azərbaycan Respublikası yenidən müstə
qillik əldə etdikdən sonra torpaqlara münasibət də dəyişilmiş,
müxtəlif mülkiyyət formaları yaranmışdır. Respublikanın Milli
Məclisi tərəfindən qəbul olunmuş Torpaq Qanununa görə
ümumi torpaq fondunun 3,8 mln ha-ı və ya 44,2%-i dövlət mül
kiyyətinə, 2,7 mln ha-ı və ya 31,4%-i bələdiyyə mülkiyyətinə,
2,1 mln ha-ı və ya 24,4%-i özəlləşdirmə yolu ilə əhalinin şəxsi
mülkiyyətinə ayrılmışdır.
Respublikamızın torpaq fondunun sıradan çıxmasının
başlca səbəbləri eroziya, şorlaşma, texnogen dəyişikliklər və
pozuntular, çirklənmə, torpaq qatının kimyəvi tərkibinin də
yişməsi və s. proseslərdir.
Respublikamızın ərazisində külək və su mənşəli erozi
yalar, torpaq sürüşmələri geniş şəkildə yayılmışdır. Son illərin
göstəricilərinə görə respublikada eroziyaya uğramış torpaq sa
həsi 3685 min ha və ya ərazimizin 42,5%-ni təşkil edir. Res
publika əkin sahələrinin 33,7%-i, yay otlaqlarmn 68%-i, biçə
nəklərin 15%-i, bağların 16%-i, üzümlüklərin 24%-i, meşə
lərimizin isə 26%-i müxtəlif dərəcəli eroziyaya uğramışdır. Ən
geniş yayılmış eroziya növləri səthi, yarğan və süni suvarma
sistemi formalarıdır. Ərazimizin 16%-i güclü, 14,8%-i orta və
31,2%-i zəif dərəcəli eroziya proseslərinə məruz qalmışdır.
Respiblikamızın dağ yamacları və yüksəkliklərində yer
ləşən torpaq sahələrindən səthi eroziya nəticəsində ildə 105-516
m3/ha torpaq yuyulur. Sel və torpaq sürüşməsi nəticəsində isə
müvafiq olaraq 310 km2 və 420 km2 torpaq sahələri kor
lanmışdır. Hər il 1,5 mln ha artıq torpaq qatı sel suları vasitəsilə
yuyulub aparılır. Torpaq sürüşməsi nəticəsində isə nəinki tor
paq qatı korlanır, hətta kənd təsərrüfatı, sənaye və mülki ob
yektlərə də böyük zərər vurulur. Dağlıq ərazilərdə eroziya pro
seslərinin artmasının başlıca səbəbi heyvandarlığın inkişafı,
meşələrin sistemsiz şəkildə kütləvi qırılması və sıldırım ya
maclarla onların daşınmasıdır. Bunun nəticəsində dağ yamac
ları çılpaqlaşır və yerüstü axar sular miqdarı artır. Belə sahələr
də torpağın yuyulmasının həcmi 246 m3/ha müəyyənləşmişdir.
Lənkəran-Astara zonasının dağətəyi yamaclarında bitki
örtüyünün məhv edilməsi eroziya proseslərini kəskin surətdə
artırmışdır. Zonanın 63,5 min ha ərazisindən 22%-i orta və zəif,
10%-dən çoxu güclü eroziyaya məruz qalmış, 30%-dən çox
münbit torpaq örtüyü tamamilə yuyulmuşdur.
Ümumiyyətlə, eroziya proseslərinin ilbəil artması tor
paqdan istifadənin aşağı səviyyədə olması, bütün dağlıq və dağ
ətəyi təsərrüfatlarda torpaqlardan istifadə də eroziya proses
lərinin təhlükəsi və hər bir sahənin relyef şəraitinin nəzərə
alınması ilə bilavasitə bağlıdır.
Eroziya prosesləri, demək olar ki, meşəsiz olan Naxçı
van MR üçün daha xarakterikdir. Naxçvan MR torpağın 19,9%-
i zəif, 24%-i orta, 32%-i isə güclü (şiddətli) eroziyaya uğramış
və nəticədə 402 min ha torpaq sahəsi bu və ya başqa dərəcədə
öz münbit qatını itirmişdir.
362
363
Respublikanın düzənlik ərazilərində torpaqların şumlan
ması, gübrələnməsi, suvarma zamanı aqrotexniki qaydaların
pozulması nəticəsində torpağın məhsuldar, humus qatının yu
yulub aparılması prosesi baş verir. Bu proses daha çox üzüm
çülük, pambıqçılıq və tərəvəzçilik təsərrüfatlarında baş verir.
Respublikamızın Mil-Qarabağ zonası torpaqlarının
30,8%-i, Quba-Xaçmaz zonasında 48,2%-i, Abşeron yarımada
sında 40,3%-i, Şirvan düzündə 27,7%-i, Şəki-Zaqatala zo
nasında 55,7%-i eroziya prosesinə məruz qalmışdır.
Kür-Araz ovalığında torpaqların vəziyyətinə su və külək
eroziyaları daha çox təsir göstərir. Burada 35%-dən artıq əkin
sahəsi və 20% qış otlaqları eroziyaya məruz qalmışdır. 134 min
ha torpaq az və ya çox dərəcədə, 66 min ha artıq torpaq güclü
eroziyaya uğramış, 400 min ha torpaq qatı yuyulub aparıl
mışdır.
Respublika ərazisində külək eroziyası, əsasən Abşeron
yarımadası, cənub-Şərqi Şirvan, Ceyrançöl və digər ərazilərdə
geniş yayılmışdır.
Respublikamızda eroziya proseslərinin qarşısını almaq
məqsədilə 24,5 min ha ərazidə meşə-mühafızə zolağının salın
ması, 10 min ha sahədə tarla qoruyucu, 226 min ha sahədə yol
və suvarma xətləri kənarları, yarğan, çay kənarları və su höv
zələri ətrafı, 105 min ha sıldırım yamaclar, 30 min ha sahədə
seyrək meşəli yamac və dağ ətəklərində meşə zolaqlarının sa
lınması planlaşdırılmışdır.
Kənd təsərrüfatında suvarma əkinçiliyinin inkişafı, su
varma qaydalanna düzgün riayət olunmaması, suvarma kanal
larının betonlaşdırılmaması, torpaq kanallardan istifadə, ekoloji
tarazlıq nəzərə alınmadan düzənlik ərazilərdə su anbarlarının
yaradılması və digər bu kimi səbəblər torpağa çoxlu miqdarda
su hopmasma şərait yaradır ki, bu da minerallaşmış qurunt su
larının səviyyəsini qaldırır və torpaqların şoranlaşmasına səbəb
olur. Respublika üzrə torpaqların 562 min ha-ı şorlaşmaya, 515
min ha-ı eroziyaya, 546 min ha-ı şorəkətləşməyə məruz
qalmışdır.
Şoranlaşmış torpaq sahələri, əsasən Kür-Araz zonasında
geniş yayılmışdır. Şorlaşmış torpaqların ümumi sahəsi 500 min
ha artıqdır. Ən çox şorlaşmış torpaqlar Ağdaşda 220 min ha,
Kürdəmirdə 40 min ha, Ağcabədidə 38,4 min ha, Salyanda 32
min ha, Ağsuda 21,4 min ha, İmişlidə 26,6 min ha, Saatlıda 32
min ha, Sabirabadda 40 min ha təşkil edir.
Kür-Araz düzənliklərində şoranlaşmış torpaq sahəsinin
120 min ha güclü dərəcədə şorlaşmışdır. Torpaqların suvarma
norma və rejiminin pozulması təkrar şoranlaşmaya səbəb
olmuşdur. Hazırda suvarılan torpaqlardan 83%-dən çoxunun
müxtəlif formalı meliorasiyaya ehtiyacı vardır.
Kür-Araz ovalığında uzunmüddətli suvarmalar nəticə
sində torpağın su, fiziki, kimyəvi, mexaniki xassələri dəyişil
miş, şoranlaşma, bataqlıqlaşma sahələri genişlənmişdir. Həmin
ərazilərin bərpası, torpaqların məhsuldarlığının yüksəldilməsi
üçün çoxlu əlavə maliyyə vəsaiti və əmək sərfi tələb olunur.
Torpaq örtüyünün pozulmasına antropogen amillər daha
çox təsir göstərir. Torpaqlara mineral gübrələrin və zəhərli
kimyəvi maddələrin elmi-cəhətdən əsaslandırılmış norma üzrə
verilməməsi nəticəsində torpaqların kimyəvi çirklənməsi pro
sesi baş verir. Kimyəvi zəhərləyici maddələrlə respiblika üzrə
840 min ha, o cümlədən, herbisidlərlə 400 min ha torpaq sahəsi
dərmanlanmışdır. Zəhərli kimyəvi maddələrlə ekoloji cəhətdən
ən çox çirklənmiş region Kür-Araz ovalığıdır. Bu regionun
Muğan-Salyan torpaqlarında herbisidlərin miqdarı yol verilən
norma həddindən 9,0 dəfə artıqdır. Torpaqlarımıza dünyada qə
bul olunmuş normalardan 3-5 dəfə çox pestisid səpilmişdir.
Şirvan və Salyan düzlərində 50 ha torpaq neft məhsul
ları ilə çirklənmiş, kanallar boyu 3 min ha torpaq tullantılarla,
12 ha karxanalarla, 6 ha ərazi bərk məişət tullantıları ilə örtül
müşdür.
364
365
Dostları ilə paylaş: |