Ən güclü çirklənməyə məruz qalan çaylardan biri də
Arazdır. Araz çayı, dünyanın ən lilli çaylarından biridir. Bir il
ərazində Arazla Kür çayına 18 mln t asılı hissəciklər gətirilir.
Araz çayı əsasən Ermənistan ərazisindən özünün sol qollan
olan Arpaçay, Razdan, Oxçuçay vasitəsilə çirklənir. Həmin
çaylar vasitəsilə Araza sanitar normalardan 10 dəfələrlə yüksək
olan neft məhsulları, fenol, ammoniy və nitrit duzları, ağır me
tallar və s.kimi çirkləndiricilər axıdılır. Təkcə Oxçuçay va
sitəsilə Araza ildə 150 mln m3 Qafan-Qacaran
mis və molibden
kombinatının çirkab tullantı suları axıdılır. Nəticədə mis və
molibden metalları ilə çirklənmiş sulardan suvarmada istifadə
etdikdə torpaqların həmin metallarla çirklənməsinə, kənd tə
sərrüfatı bitkilərinin və heyvanların məhsuldarlığının aşağı düş
məsinə, müxtəlif xəstəliklərin artmasına səbəb olur. Hazırda
düzənlik ərazilərdə yüksək dərəcədə çirklənmiş və minerallaş-
mış Araz çayının suyundan suvarmada istifadə nəticəsində 40
min ha artıq ərazi şorlaşmışdır.
Respublikamızın dağ-mədən sənayesinin inkişaf etdiyi
ərazilərdən axan Qoşqarçay, Filizçay və b. çaylar ağır metal
qarışıqları ilə kəskin çirklənir. Həmin çayların suyunda dəmir
birləşmələri, mis, kükürd, molibden, qurğuşun və s.-nin miqdarı
qatılıq həddindən 4-20 dəfə yüksəkdir.
Suveren Azərbaycan dövlətinin iqtisadiyyatının əsası olan
Xəzər akvatoriyası respublikanın bu günü və gələcəyidir. Xəzər
ən iri qapalı su hövzəsi olub Azərbaycanla yanaşı Rusiya,
Qazaxıstan, Türkmənistan və İran dövlətlərinin sahil zolaqlarını
əhatə edir. Bu su hövzəsi Azərbaycan üçün həm təbii sərvətlər
(mineral, bioloji), həm də su mənbəyi hesab olunur. Lakin
vahid ekoloji sistem kimi Xəzərin hər hansı bir dövlətə mənsub
hissəsində baş verən mənfi ekoloji nəticələr bütün hövzəni
əhatə edir. Bütün Xəzər regionunun sosial-iqtisadi inkişafı,
bütövlükdə Xəzər ekosisteminin vəziyyətindən və onun təbii
ehtiyatlarından çox asılıdır. Buna görə də, ilk növbədə Xəzərin
ekoloji təmizliyinə nail olmaq lazımdır, çünki Xəzər hövzəsi
356
ekosisteminin axannm olmaması nəticəsində Xəzərə axıdılan
çirkləndirici maddələr gölün dibinə toplanır. Xəzərin ekoloji
cəhətdən özü-özünü təmizləməsi imkanı sıfra bərabərdir. Belə
bir vəziyyətdə Xəzər ekoloji zonası bütün regionun iqliminin
tənzimlənməsinə öz təsirini göstərir. Xəzərin bioloji sər
vətlərinin ilbəil azalmasına və bütövlükdə ətraf mühitə ciddi zə
rər vurur. Xəzər dənizi problemləri içərisində səviyyə tərəddü
dü ilə yanaşı, dəniz sularının çirklənməsi və bununla əlaqədar
ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir.
Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində,
sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye
obyektlərinin çirkab sulan, dəniz nəqliyyatından və neft mə
dənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.
Qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40-
45 km3 çirkab suları daxil olur ki, onun da 60%-i Volqa çayının
payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər
paylansaydı, onda il ərazində həmin qatın qalınlığı 10-11 sm-ə
çatardı. Xəzər sulannın çirklənməsində Kür çayı da az rol
oynamır. Tbilisi, Rustavi şəhərlərinin və sənaye
müəssisələrinin
çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif
toksiki maddələr Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər
dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Lənkəran və s. şə
hərlərdən dənizə axıdılan çirkab suları onun əsas çirkləndirici-
lərindən hesab edilir. Bununla yanaşı dəniz neft yataqlarının
istismarı və neft məhsullarının daşınması, dəniz nəqliyyatı da
Xəzər sularını xeyli çirkləndirir. Dəniz suyunda və sahil qrun
tunun tərkibində neft məhsulları, fenollar, bəzi rayonlarda isə
civə olması müəyyən edilmişdir. Ən çox çirklənmiş Bakı bux
tası olmaqla burada dib qruntlarının çirklənməsi orqanizmlərin
və bentosun azalmasına, bəzi yerlərdə isə dib faunasının yox
olmasına gətirib çıxarır. Dəniz sulannın çirklənməsi Xəzərin
ekoloji şəraitində böyük gərginliyə səbəb olmuş, onun bir sıra
sahil bölgələrində isə ekoloji böhran yaratmışdır.
357