Geoekoinformatika təbiətdən istifadənin səmərəliliyini
artırmaq və təbii mühitin vəziyyətinə nəzarət məqsədilə
biosfer və ekoloji tədqiqatların informasiya təminatını
yerinə yetirir.
Hazırda biosferə dair informasiyanın böyük hissəsi
Yerin süni peykləri vasitəsilə alınır. Bu halda landşaftın
elementləri, bitki örtüyü, çirklənmiş ərazilər və s. daha aylın
görünür.
Qlobal səviyyədə təbii mühitin vəziyyəti üzərində
nəzarət BMT strukturları vasitəsilə həyata keçirilir. Cə
miyyətin təbii mühitdə ekoloji qarşılıqlı əlaqəsinin məzmun
və forması təbiət haqqında əldə edilmiş biliklər və təbiətdən
praktiki istifadə ilə müəyyən edilir. Bütün bunlar sosioeko-
informatikanm məzmununu təşkil edir. Bura elmi infor
masiyanın inkişaf problemləri də daxil edilir. Belə ki, son
nəticədə elmin əsas funksiyası cəmiyyətin həyat fəaliyyətinin
müxtəlif tərəflərini təmin etmək üçün lazım olan infor
masiyanı əldə etməkdir.
İnformasiya texnologiyasının
kütləvi
tətbiqi
ilə
cəmiyyətlə təbiət arasında qarşılıqlı münasibətlərin ekstensiv
tipindən intensiv tipinə keçid üçün real imkanlar yaranır. Bu
zaman ictimai istehsala cəlb olunmuş təbii ehtiyatlarından
səmərəli istifadə edilməsi, az enerji və metaltutumlu texni
kanın, alternativ texnologiyanın yaradılması və ətraf mühitə
atılan tullantıların azaldılması nəzərdə tutulur.
İnformasiyalaşdırma cəmiyyətin təkcə sosial, mədəni
və iqtisadi deyil, onun mövcudluğunun ekoloji zəminini də
dəyişir. İnformasiya texnologiyasının insan fəaliyyətinin
müxtəlif sahələrində sürətlə tətbiqi təbiətdən istifadənin
intensiv tipinə keçidi şərtləndirmişdir. Bu, bizə informasiya-
ekoloji dövrün artıq başlandığını söyləməyə imkan verir.
Ekologiya və iqtisadiyyat bir-biri ilə əlaqədə olan
anlamlardır. İlk baxışda iqtisadiyyatın ekologiya ilə heç bir
əlaqəsi olmadığı görünür. Tarixi baxımdan da iqtisadiyyat
346
ümumekoloji göstəricilərə nisbətən sərbəst inkişaf etmişdir.
Lakin, cəmiyyət həmişə təbii ehityatlardan və biosferin
vəziyyətindən asılı olmuşdur. Sadəcə olaraq bu asılılıq
iqtisadi sistemlərdə nəzərə alınmamışdır.
İqtisadiyyatla ekologiya arasındakı dərin əlaqə insanın
dəyişdirdiyi təbiətin insana, onun təsərrüfatına əks təsiri üzə
çıxandan sonra dərk edilməyə başlanmışdır.
Ekologiyalaşdırılmış iqtisadiyyatda istehsalın məqsədi
ekologiyanın prinsipləri və insanların sağlamlığı üçün
təhlükəsiz olan əmək şəraiti ilə müəyyən olunmalı, qazanc
qanunlarına yer verilməməlidir. Bu, o deməkdir ki, iqtisadiy
yat təkcə gəlir üçün deyil, ümumi fayda üzərində qurul
malıdır.
Müxtəlif təbii ehityatlardan istifadə (yəni onların tü
kənməsi), o cümlədən mühitin müəyyən dərəcədə çirklən
məsi istənilən iqtisadi fəaliyyət zamanı zəruridir. Bu bila
vasitə istehsal prosesləri və istehlak ilə bağlıdır. Məsələn,
atmosferə düşmüş dəm qazının miqdarı müxtəlif tip av
tomobil mühərriklərində yandırılan yanacağın kəmiyyət və
keyfiyyətindən asılıdır. İqtisadiyyatçı yeni texnologiya kəşf
edə bilməz. Lakin o, texnologiyanın dəyişməsini, istehsalın
ekoloji nəticələrini (mühitin çirklənməsinin azalma, ya
çoxalmasını, təbii ehtiyatların istifadəsini) izah və ya
xəbərdarlıq edə bilər.
Dünya iqtisadiyyatı qarşısında duran ən vacib məsələ
ekoloji xərclərin istehsal məhsullarının maya-dəyərinə daxil
edilmək yollarını müəyyən edilməsidir. Əgər xammalın və
hazır məhsulun üzərinə sosial xərclər əlavə edilməsə və isti
fadə edilən, həmçinin hava, su və torpaq sərvətlərinin dəyəri
müəyyən edilməsə, bu ehtiyatlar bundan sonra da səmərəsiz
istifadə edilir, nəticədə çirklənmə dərəcəsi artmaqda davam
edə bilər.
347
MÖVZU 14. AZƏRBAYCANIN MÖVCUD EKOLOJİ
PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ
İSTİQAMƏTLƏRİ
Bu gün bəşəriyyət qarşısında duran qlobal problemlər öz
kəskinliyini artırdıqca onların yeni tərzdə qavranılması və həlli
yollarının tapılması da mürəkkəbləşir.
Cəmiyyətin sürətlə inkişaf etdiyi və böyük texniki
qüvvəyə malik olduğu indiki dövrdə təbiətlə insan arasındakı
münasibət tamamilə pozulmuş və təhlükəli hal yaranmışdır.
Hətta son zamanlar təbiətin istismarı elə bir dərəcədə
qüvvətlənmişdir ki, təbii sərvətlər gözlənilmədiyindən daha tez
tükənməyə başlamışdır. Təbii sərvətlərin mühafizəsi, onlardan
səmərəli istifadə edilməsi, xüsusən də canlı sərvətlərin qorun
ması hazırda çox mühüm milli və beynəlxalq məsələ hesab
olunur.
Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi
məsələləri son 40 il ərzində daha da kəskinləşmişdir. XIX əsrin
ortalarına kimi Azərbaycanın əksər təbii ekosistemləri və land
şaft kompleksləri özünün ilkin, antropogendən əvvəlki forma
larını qoruyub saxlamışdır. Lakin son 100-150 ildə, xüsusən də
XX əsr ərzində sənayenin, nəqliyyat və kənd təsərrüfatının in
kişafı Azərbaycanın sosial-iqtisadi tərəqqisinə və xalqın mədəni
yüksəlişinə səbəb olsa da, respublikanın təbii şəraitində əsaslı
dəyişikliklər üçün zəmin yaratmışdır. Yeraltı və yerüstü sərvət
lərdən intensiv şəkildə istifadə olunması, iri sənaye müəssisə
lərinin inşa edilməsi, su anbarlarının tikilməsi, kanalların və
kollektor-drenaj şəbəkələrinin salınması, energetika və rabi
tənin inkişafı, dağ rayonlarına avtomobil yollarının çəkilməsi,
düzən və dağətəyi ərazilərdə meşələrin qırılması hesabına ya
şayış məntəqələrinin, əkin və biçənək sahələrinin genişləndiril
məsi ətraf mühitə və onun ayrı-ayn komponentlərinə, hava, su,
torpaq örtüyünə və təbii biosenozlara antropogen təzyiqləri də
fələrlə artırmışdır. Xəzər dənizi səviyyəsinin dəyişkənliyi, ozon
348
təbəqəsi ilə bağlı problemlər, qlobal iqlim dəyişmələri, atmo
sferdə pamik və ozondağıdıcı qazların artması, digər irimiq
yaslı proseslərlə əlaqədar olsa da, onların Azərbaycanda törə
diyi fəsadlar nəzərəçarpacaq dərəcədə artmışdır.
XX əsrdə respublika əhalisinin artması da bəzi ekoloji
problemlər yaratmışdır və təbii ekosistemlərə antropogen amil
lərin güclənməsi ilə nəticələnmişdir. Qeyd etmək lazımdır ki,
bu artım yalnız təbii artımla bağlı deyildir. Əhalinin sayı 1990-
ci illə müqayisədə 1 mln nəfərə yaxın, yəni 12,5% artmışdır.
Buna Ermənistanda yaşayan azərbaycanlıların deportasiya
edilməsi nəticəsində 250 min nəfərə yaxın qaçqının Azərbayca
na pənah gətirməsi də səbəb olmuşdur. Digər səbəb Azərbay
can Respublikası ərazisinin 20%-nin Ermənistan silahlı qüvvə
ləri tərəfindən işğal olunması bu ərazilərdə yaşayan 700 mindən
çox əhalinin respublikanın digər rayonlarında məcburi köçkün
kimi məskunlaşmasına gətirib çıxarmışdır. Bununla da ekoloji
problemlərdən biri də erməni işğalı nəticəsində yaranmışdır.
Respublikamızda atmosfer hövzəsini çirkləndirən mən
bələr lokal ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şirvan, Min
gəçevir) cəmləşsə də bu məntəqələrin coğrafi mövqeyi və
tullantılarının böyük həcmi ilə əlaqədar olaraq çirklənmənin tə
siri respublika ərazisinin 50-60%-də bu və ya digər dərəcədə
müşahidə edilir.
Son on illikdə ölkə iqtisadiyyatında yaranmış bir sıra çə
tinliklər, o cümlədən sənaye istehsalçılarımız üçün ənənəvi is-
tehlak bazarlarının itirilməsi respublikamızda iri sənaye müəs
sisələrinin bir qisminin dayanmasına və ya tam gücü ilə işləmə-
məsinə gətirib çıxarmışdır. Bu iri sənaye müəssisələrindən at
mosferə qaz və toz şəklində atılan çirkləndiricilərin miqdarının
mütləq ölçülərdə azaltsa da, Respublika üzrə çirklənmənin
ümumi səviyyəsinə çox az təsir göstərmişdir. Buna səbəb digər
kateqoriyalardan olan çirkəndiricilərin, nəqliyyat vasitələrinin,
kiçik və ortahəcmli istehsal sahələrinin və təmir sexlərinin
artması, həmçinin Azırbaycanm əksər regionlarında vaxtarışı
349
Dostları ilə paylaş: |