Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir
göstərir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman şorluğu artır,
balıqların sahil zonalarında qidalanma bölgələrinin məhsul
darlığı və sahəsi azalır. Dənizin səviyyəsi qalxdıqca isə sularm,
xüsusilə böyük çayların delta bölgələrinə yanaşı sahələrdə
şorluğu azalır, yem ehtiyatı artır. Bununla yanaşı, dəniz sula
rının yuxanda göstərilən maddələrlə, xüsusilə neft məhsulları
ilə çox çirklənməsi aerasiya prosesini ciddi pozur, dəniz fauna
və florasının məhv olmasına gətirib çıxanr.
Dənizin ən çox çirklənmiş sahələri eyni zamanda eko
loji böhran sahələridir. Belə sahələrə Bakı və Sumqayıt şəhərlə
rinin akvatoriyalan, istismarda olan dəniz neft yataqları rayon
ları aid edilir. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərki
bində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir.
Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi
birləşmələrini və ağır metalları göstərmək olar. Dənizin çirk
lənməsində neft karbohidrogenləri böyük rol oynayır. Söhbət
Abşeron yarımadası və Bakı buxtasını əhatə edən dəniz neft
sənayesi və sualtı neft borularından gedir. Xəzərin ekoloji və
ziyyəti indi bütün dünyam narahat edir. Bakı buxtası isə Xə
zərin ən çirkli hissəsidir. Təsadüfi deyil ki, o, bioloji cəhətdən
“ölü buxta” statusunu qazanıb. Məlumdur ki, Azərbaycanın
neft-qaz yataqlarının birgə istismarı ilə əlaqədar “Əsrin müqa
viləsi” (1994) adlı saziş imzalanmışdır. Dünyanın məşhur neft
korporasiyalarının qoşulduqları saziş, Azərbaycanın xam nef
tini dünya bazarına çıxarmaq məqsədi güdür.
Əsrin müqavilələrindən hasil olunan və daşman neftin
müəyyən bir hissəsi də Xəzərin çirklənməsində iştirak edən
mənbələrdəndir. Xəzərin ekoloji problemləri onun səviyyəsinin
vaxtarışı dəyişməsilə də əlaqədardır. 1978-ci ildən tranqressiv
mərhələyə keçən dəniz səviyyəsi tədricən qalxaraq ciddi təhlü
kəyə səbəb olmuşdur. Belə ki, suyun səviyyəsinin 2,5 m qalx
ması sahil zonasının il ərzində 1-2 km sahəsinin dənizin altında
qalması ilə nəticələnmişdir. Məsələn, 10-15 il əvvəl ölkəmizin
cənub bölgəsindəki (Lənkəran-Astara) sahil zolağında yerləşən
bir çox yaşayış məntəqələri və təsərrüfat sahələri həmin
fəlakətlərlə üzləşdi, əhaliyə, dövlətə xeyli ziyan dəydi. Kükürd
tərkibli neft çıxarılan sahələr daha təhlükəlidir. Güclü zəlzələ
baş verərsə, havaya 1000 atmosfer təzyiqlə milyon ton kükürd
tərkibli karbohidrogen daxil ola bilər ki, bu da qlobal fəlakətdir,
iri tankerlərlə neftin daşınması da Xəzərin çirklənməsinə səbəb
dir. Xəzər qapalı ekosistem olduğu üçün onun neft axınları va
sitəsilə çirklənməsi kifayətdir ki, dənizin canlı aləmi məhv ol
sun. Kiçik dəniz donanmalarının inkişafı iqtisadi və hərbi ba
xımdan əhəmiyyət daşısa da, çirkləndirici amil kimi onların da
rolu az deyil, iri gəmilərin ixrac etdiyi axıntı suları çirklənmə
mənbələrindəndİr. Yeni limanların tikilməsi, gəmi istehsalı,
neft və neft məhsullarının nəqli və s. suyun çirklənməsinin əsas
səbəblərindəndir. Xəzərsahili ölkələrin hərbi dəniz donanma
larının yaradılması da həmin faktorlardandır. Xəzər gölünün
çirklənmə mənbəyini yalnız fıziki-kimyəvi səbəblərlə əlaqələn
dirmək olmaz. Problemin əmələ gəlməsində bioloji çirklən
mənin də payı var. Söhbət Volqa-Don kanalı vasitəsilə Azov-
Qara dəniz hövzəsindən gələn yad orqanizmlərdən gedir. Belə
ki, bu yaxınlarda Türkmənistana aid sektorda meduzalar (au-
rella aurita, mneniopsis leudyi) aşkar edilmişdir. Bu meduzalar
Xəzərdə çoxalaraq vətəgə əhəmiyyətli iri balıqların qidasını
yeyib tükəndirir. Məsələn, bu meduzalar kilkə ilə qidalanır.
Kilkənin azalması paralel olaraq onlarla qidalanan müxtəlif su
heyvanlarının sayca azalmasıyla nəticələnir.
Neft-qaz istismarına geniş yer verilməsi balıqçılıq təsər
rüfatına da öz mənfi təsirini göstərir. Su mühitinin ifrat çirklən
məsi balıq sənayesinə ciddi ziyan vurur. Hesablamalara əsasən,
bu səbəbdən nərə balığı təsərrüfatına dəyən zərər 6 mlrd, kürü
biznesinə dəyən ziyan isə 10 mlrd dollar təşkil edir. Həmçinin,
digər vətəgə balıqlarının iqtisadi cəhətdən itirilməsi də realdır.
Xəzər olduqca unikal ekosistemdir. Onun qorunması təkcə
region dövlətlərinin yox. planetin işidir. Son illər beynəlxalq
358
359
sistemin bu dənizin ekoloji problemlərinə maraq göstərməsi
təsadüfi deyil. Xəzərə yalmz bir ölkənin yox, 5 sahilyanı öl
kənin birgə qayğı göstərməsi vacibdir. Xəzərin statusu tam
müəyyənləşmədikcə dənizin nərə balığı ehtiyatı, canlıların rən
garəngliyi, ekosistemi tənəzzülə uğrayacaqdır.
Xəzərin ekoloji vəziyyəti bilavasitə hövzədən neft hasi
latı ilə bağlıdır. Dənizə tökülən neftin 40%-i onun dibinə çökür.
Dibə çökən neft məhsulları səthdəki neft məhsullarına nisbətən
10 dəfə gec oksidləşir. Neftin dənizə tökülməsi, əsasən quyu
larm istismarı, neftin ilkin ayrılması və nəqli zamanı baş verir.
Uzunmüddətli tədqiqatlar nəticəsində müəyyən edilmiş
dir ki, Xəzər dənizində neft-oksidləşdirici bakteriyalar suyun
səthindən və dib söküntülərindən ayrılır.
Xəzərin Neft Daşları və Bakı buxtası akvatoriyası “ölü
zona” adlandırılır. Burada neftin suda olan miqdarı 2,6-3,8 mq/1
təşkil edir. Bu rayonda neft oksidləşdirici bakteriyaların sayı
hər milli litrdə 20000-ə qədərdir.
Suya tökülmüş neftin ləğvi üçün neft yığımlarından isti
fadə edilir. “Neftyığıcı” suda həll olunmayan səthi aktiv mad
dələrdən və həlledicidən ibarətdir. “Neftyığıcı”dan əsasən əlçat
maz yerlərə toplanan neftlərin yığılması üçün və sahilin neftlə
çirkləndirilməsinin qarşısını almaq üçün istifadə olunur.
Su səthində olan neftin yığılmasında fıziki-kimyəvi
üsulla mexaniki üsul arasında yerləşən metod “Neftin sorbent
üsulu” ilə yığılması metodudur.
Su səthinə tökülən neftin yayılmasının dərhal qarşısı
alınmalıdır. Bu məqsədlə bonlardan istifadə olunur. Bon suda
üzən elə bir tərkibdir ki, su səthində olan neftin onu aşaraq on
dan kənara yayılmasına imkan vermir. Neftin su səthinə yığıl
ması üçün, həmçinin müxtəlif növ qurğulardan istifadə olunur.
Buna misal olaraq skummerləri göstərmək olar.
Son 10-15 ildə Azərbaycan dövləti Xəzər ərazisindəki
çirkli tulantı sularını təmizləmək üçün layihə gücü 1,28 mln
m3/gün olan təmizləyici qurğular, 4,46 mln m3 gücü olan təkrar
360
və fasiləsiz təkrar su təchizatı sistemi istifadəyə vermişdir.
Nəticədə Xəzərin ekoloji vəziyyətinə mənfi təsir göstərən 0,5
mln m3/gün çirkab sularının axıdılması azaldılmışdır.
Respublikamızın su ehtiyatlan içərisində digər təbii göl
lərin də əhəmiyyəti böyükdür. Həm dağlıq, dağətəyi və düzən
göllər və həm də Abşeron gölləri respublika ərazisinin cəmi
0,5%-ni tutsa da, həmin göllərdə toplanan sulann ümumi həcmi
40 km3 təşkil edir. Göllər həm üzvi mənşəli tullantılar, həm də
kimyəvi tullantılarla, xüsusən də neft və neft məhsulları ilə
çirklənməyə məruz qalmışdır.
Respublikamızın su ehtiyatlarından səmərəli istifadə və
onların mühafizəsi üçün aşağıdakı tədbirlərin həyata keçi
rilməsi məqsədəuyğundur:
- su ehtiyatlarından səmərəli istifadə, su itkisini
azaltmaq və sulardan səmərəli istifadəyə keçmək məqsədilə
müasir texnoloji qurğular yaratmaqla işlənmiş və minerallaşmış
sulann təmizlənməsinə nail olmaq;
- ətraf su hövzələrinə təmizlənməmiş və ya az təmiz
lənmiş çirkab suları axıdan müəssisələrə cərimə tətbiq etmək və
əldə olunan gəlirlər hesabına sutəmizləyici qurğular yaratmaq;
- su ehtiyatlarından istifadəni yaxşılaşdırmaq üçün
sənayedə su ilə soyutmanı hava ilə əvəz etmək və həmçinin sə
nayedə dövriyyə su sistemini tətbiq etmək;
- Bakı buxtasının və Xəzərin sahil sularının ekoloji
təmizliyinə nail olmaq üçün, ilk növbədə hövzəyə axıdılan
bütün çirkab suları yalnız təmizlədikdən sonra axıtmaq və gə
ləcəkdə xarici investisiya cəlb etməklə buxtanın sularını və dib
çöküntülərini neft hidrogenlərindən təmizləmək lazımdır.
Azərbaycan Respublikası torpaq ehtiyatlan ilə zəif təmin
olunmuş Ölkələr siyahısına daxildir. Respublikamızda torpaq
lardan səmərəli istifadə, onların mühafizəsi, münbitliyinin bər
pası və nəticədə torpaqların təkrar istehsal dövriyyəsinə qayta
rılması qarşıda duran əsas vəzifələrdəndir.
361
Dostları ilə paylaş: |