qəbulu ilə başlamalıdır. Qanunçuluğun əsasını ölkə konsti
tusiyası təşkil edir. Beynəlxalq normalara uyğun olaraq,
konstitusiya ekoloji münasibətlərin tənzimlənməsində döv
lətin ümumi yanaşmasını müəyyənləşdirir. Belə ki, dünyanın
əksər ölkələrinin konstitusiyası BMT tərəfindən 1948-ci ildə
qəbul edilmiş «İnsan hüquqlarının ümumi Bəyannaməsi» və
insan hüquqlarına dair başqa beynəlxalq sənədlərin ideya
larını özündə ifadə edir.
İnsanın vətəndaşlıq və siyasi hüquqlarına dair BMT-nın
1976-cı ildə qəbul etdiyi Paktın mərkəzi yerini hər bir insa
nın inkişafı, ətraf mühitin sağlam və ekoloji cəhətdən
tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və bəşəriyyətin
ümumi irsinə olan hüquqlar tutur. Həmin hüquqlar ayrı-
ayrı ölkələrin konstitusiyasında dəyişikliklər edilməsinə təsir
göstərir. Bu hüquqlar əsasında vətəndaşların ekoloji hüquq
ları, təbii mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli
istifadə haqqında konkret qanunçuluq təkmilləşdirilir.
Şəxsiyyətin ekoloji hüququnda ona bir tərəfdən təsər
rüfat fəaliyyətinin subyekti, təbii mühitə təsir göstərən, ona
görə məsuliyyət daşıyan, digər tərəfdən belə təsirin obyekti,
ekoloji ziyanın qarşısım almaq, bərpa etmək hüququna
malik kimi baxılır. Bu zaman vətəndaşların ətraf mühitə
olan hüququ iki əsas vəziyyət ilə müəyyən olunur: ekoloji
tərbiyə və təhsillə, ekoloji hüquqların dövlət təminatı ilə.
Vətəndaşların ekoloji hüquqlarının dövlət təminatına
vətəndaşların sığortası, dövlət və ietimai fondların yaradıl
ması, təbii mühit üzərində nəzarət, müşahidə və s. daxildir.
Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır:
- təbii mühitin vəziyyəti və onun mühafizəsi tədbirləri
haqqında düzgün informasiyanın verilməsi haqqında sorğu
etmək;
- ekoloji cəhətdən ziyanlı obyektlərin yerləşdirilməsi,
tikintisi, istismarı haqqında qərarların ləğv edilməsini tələb
etmək;
342
Şəkil 9. Ekoloji hüququn əsaslan
(Nuriyev, Əsgərov, Əhmədov, 2003).
- ekoloji qanun pozuntularına görə məsul və günahkar
şəxslərin məsuliyyətə cəlb edilməsini tələb etmək.
Ekoloji qanunların yerinə yetirilməsi bütün dövlət
orqanları sistemi, ekoloji ekspertiza təşkilatları, qorunan
ərazi və obyektlərin təşkili vasitəsilə həyata keçirilir. Sonun
cular ərazi-qoruq fondunu əmələ gətirir, bunlar biosfer
343
qoruqdan, yasaqlıqlar, milli təbii parklar, təbiət abidələri,
«Qırmızı kitaba» daxil edilmiş nadir və nəsli kəsilməkdə
olan bitki və heyvan növlərindən ibarətdir.
Ekoloji mədəniyyətin formalaşmasında əsas vəzifə
lərdən biri məqsədyönlü ekoloji təhsilin olmasıdır.
Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mü
hitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ətraf
mühitin keyfiyyəti, sağlamlığı - insanın əsas hüququnu və
sivilizasiyanın inkişafnın əsas məqsədini müəyyən edir.
İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii
zəminsiz bütün sosial məsələlər Öz əhəmiyyətini itirir. Ona
görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla ki
fayətlənməməli, onun əsas hissəsinə çevrilməlidir. Əgər ədə
biyyat və tarix, mədəni dəyərlərin, təbiətşünaslıq təbii qanu
nauyğunluğun mənimsənilməsi üçün lazımdırsa, ekoloji
təhsil təbiətə həqiqi insani münasibətin formasından
ötrüdür, spesifik sosial-təbii qanunauyğunluqları və dav
ranışların normativlərini mənimsəmək üçündür. Bununla da
gələcəkdə insanın mövcudluğu və inkişafı mümkündür.
Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək
qarşısında məsulliyyət hissinin olmaması ekoloji böh
ranların mənbəyidir. Ali və orta məktəb məzunlarında və
bütövlükdə əhalidə təbiətə istehlak münasibəti mövcuddur;
əhali arasında ətraf mühiti öyrənmək, onun yaxşılaşdırıl
masında iştirak etmək tələbi də öz inkişafını tapmamışdır.
Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsulliyyət
münasibətinin formalaşdırılmasıdır.
Ekoloji təhsil dedikdə ümumi ekoloji mədəniyyətin,
ekoloji məsuliyyətin formalaşmasına yönəlmiş fasiləsiz
təhsil, tərbiyə və inkişaf prosesi, planetimizin hər sakininin
ekoloji məsuliyyəti başa düşülür.
Bunula əlaqədar olaraq, pedaqoji işçilərin beynəlxalq
ekoloji təhsili ümumtəhsil sistemində aparıcı istiqamət kimi
tanıyır, dövlət və hökumətlərə qlobal ekoloji böhran şərai
344
tində təhsil sahəsində uyğun siyasət hazırlamağı məsləhət
görürlər.
Ekoloji təhsil ilə təhsil sisteminin ekologiyalaşdırılması
bir-birindən fərqlənir. Onlar qarşılıqlı əlaqədə olsalar da,
müxtəlif xarakterli və səviyyəli ekoloji biliklərin bilavasitə
mənimsənilməsidir.
Ekoloji təhsil iki əsas istiqamətə ayrılır: a) ətraf mü
hitin və insanın mühafizəsinin ümumi ideyaları ruhunda
tərbiyə; b) təbii və antropogen ekosistemlərin varlığının
ümumi qanunauyğunluqları haqqında xüsusi peşəkar
biliklərin əldə edilməsi. Hər iki istiqamət qarşılıqlı əlaqə
dədir, çünki onların arasında ekoloji qanunauyğunluqların
dərk edilməsi, yanaşması prinsipləri durur.
Ekoloji təhsillə yanaşı informasiya amilinin ekologi
yada xüsusi əhəmiyyəti vardır. İnformasiya alınmasının sə
mərəli sistemi olmadan müasir cəmiyyətin ekoloji zid
diyyətlərinin həlli mümkün deyildir. İnformasiya dairəsi
fəaliyyətin elə sahəsidir ki, yalnız onun vasitəsilə ekoloji
ziddiyyətlərin qapalı dairəsini qırmaq mümkündür.
Ekoloji problem müvafiq olaraq mövcud informasiya
aspektinə malikdir. Bura aşağıdakı bir çox məsələlər da
xildir:
- təbii mühitin dəyişdirilməsinin informasiya səbəblə
rinin öyrənilməsi, biosfer hadisə və proseslərində informa
siya səbəblərinin pozulması;
- təbii mühitin vəziyyəti, ona antropogen təsir, mühitin
çirklənməsi, ehtiyatların tükənməsi və s. haqqında infor
masiyanın alınması;
- cəmiyyətin davamlı inikşafmı təmin etmək üçün yeni
elmi və texnoloji informasiyanın axtanlması və s.
Sadalanan məsələlər bütövlükdə ekoloji informati
kanın predmet sahəsini müəyyən edir. Ekoinformatikada
geoekoinformatika və sosioekoinformatika bir-birindən
fərqləndirilir.
345
Dostları ilə paylaş: |