çirklənməsi ilə əlaqədar olaraq bura qlobal ekoloji prob
lemlər də əlavə olunmuşdur. Hələ XX əsrin 30-cu illərində
akademik V.l.Vernadski bu barədə bəşəriyyəti xəbərdar
etmişdir. Bu proses XX əsrin ikinci yarısından sonra ETT-
nin əvvəllər görünməmiş sürətlə inkişaf etməsi, dünya
iqtisadiyyatının yenidən qurulması və məhsuldar qüvvələrin
mütərəqqi dəyişiklikləri əsasında daha da aktuallaşmışdır.
Çünki belə bir inkişaf ətraf təbii mühitlə qarşılıqlı əlaqə
formasında aparılmamışdır. Buna görə də biosfer həddin
dən artıq təsərrüfat tullantıları ilə çirklənmişdir.
Buna görə də bəşəriyyətin müasir sivilizasiyası qlobal
ekoloji bönran şəraitində yaşayır. Bu, o deməkdir ki, bir tə
rəfdən məhsuldar qüvvələrin inkişafı istehsal münasibət
lərinə, digər tərəfdən isə biosferdə baş verən proseslərə uy
ğun gəlmir. Təbiətlə cəmiyyətin arasında olan münasibət
lərdə yaranan bu bərabərsizlik bir çox hallarda ekoloji
fəlakətlərə gətirib çıxarmışdır.
Alimlər qeyd edirlər ki, tarixi dövrlərdə də bir neçə
dəfə ekoloji böhran olmuşdur. Lakin bu böhranlar regional
və lokal xarakteri daşımışdır.
Müasir ekoloji böhran isə XX əsrin əvvəlində baş
lanmış və hazırki dövrü əhatə etməklə getdikcə daha da güc
lənməkdədir. Pozulmuş qlobal ekoloji sistemin əsas prob
lemini şərti olaraq iki yerə ayırmaq olar:
1) Təbii resurslardan qeyri-səmərəli istifadə nəticəsində
ətraf mühitin pozulması.
2) Antropogen təsir ilə əlaqədar olaraq ətraf mühitin
çirklənməsi və bunun nəticəsində baş verən pozulmalar.
Buna əyani misal olaraq bərpa olunan və bərpa olun
mayan resursların qlobal balansının dəyişməsini, torpaq
örtüyünün eroziyaya uğramasını, şoran torpaq sahələrinin
və səhraların genişlənməsini, meşə sahələrinin azalmasını və
Yer kürəsində bioloji müxtəlifliyin azalmasım göstərmək
olar.
Antropogen
fəaliyyət
nəticəsində çirklənmənin
326
sürətlənməsi və tullantıların yığılıb qalması insanların
sağlamlığını və ətraf mühitin vəziyyətini qorxu altına alır.
Bütün bunlar bəşəriyyətin gələcək inkişafını məhdudlaş
dıran amillər hesab olunur.
Onu da qeyd etmək lazımdır ki, ətraf mühitin çirk
lənməsinin kəmiyyət və keyfiyyət tərəfləri də vardır. Çirk
lənmənin kəmiyyəti dedikdə antropogen tullantılar və birləş
mələr formasında ətraf təbii mühitə daxil olan çirklən-
diricilərin miqdarı nəzərdə tutulur. Məsələn, dəmir birləş
mələrinin və digər metalların hasilatı, emalı qlobal xarakter
daşıyır ki, bu da ətraf mühitin metallaşmasını artırır. Digər
tərəfdən ətraf mühitə karbon qazının buraxılması qlobal
istiləşməyə səbəb olmuşdur ki, bu da bəşəriyyət üçün çox
qorxuludur. Atmosferə həddindən artıq karbon qazının da
xil olması nəticəsində XIX əsrin sonu ilə müqayisədə hava
nın orta illik temperaturu 0,6°C artmışdır.
Ətraf mühitə daxil olan tullantıların keyfiyyət gös
təriciləri daha çox qorxuludur. Bəzən bu tullantıların tər
kibində olan maddələrə və birləşmələrə təbiətdə rast gəlinir.
Burada əsas rolu üzvi sintez kimyasının məhsulları oynayır.
Onların ümumi növlərinin sayı 100 mindən çoxdur. Bun
lardan hazırda 5000-nə qədəri kütləvi surətdə istehsal
olunur.
Son zamanlar xlorftorkarbon birləşmələri alimlərin
diqqətini daha çox cəlb edir. Onun birləşmələri soyuducu
larda, kondisionerlərdə, yuyucu vasitələrdə və digər sa
hələrdə geniş istifadə edilir. Onların illik istehsalı 1,5 mln
tona çatır. Freon qazının Ozon qatının dağıdılmasındakı
rolu müəyyənləşməsəydi onların istehsalı daha da artacıqdı.
Günəşdən qələn ultrabənövşəyi şüaların qarşısında
olan Ozon təbəqəsinin dağıdılmasında xlorftorkarbon bir
ləşmələri və freon qazı aktiv rol oynayır. Son 20-25 ildə
freon qazının atmosferə atılmasının çoxalması nəticəsində
Ozon təbəqəsi təqribən 2% azalmışdır. Digər mənbələrdə isə
327
onun azalması 2-5% göstərilir. Alimlər müəyyən etmişlər;
birinci, Ozon qatının 1% azalması ultrabənövşəyi şüaların
2% artmasına səbəb olur; ikinci, Şimal yarım kürəsində
Ozon qatı 3% azalmışdır. Qış dövründə freon qazı Ozon
təbəqəsini daha intensiv surətdə dağıtdığı üçün Ozon
təbəqəsi 5%-ə qədər azalır. Ozon təbəqəsinin Şimal yarım
kürəsində daha çox seyrəkləşməsinin səbəbi dünyada istehsal
olunan freon qazının 31%-nin ABŞ-nm, 30%-nin Qərbi
Avropanın, 12% Yaponiyanın, 10%-nin MDB-nin payına
düşməlidir. Bu istehsalçıların hamısı Şimal Yarımkürəsində
yerləşir.
Üçüncüsü, planetimizin bir çox rayonlarında Ozon
qatının dağılması nəticəsində Ozon dəlikləri yaranmışdır.
İlk Ozon dəliyi 1978-ci ildə Antraktidada müəyyən
edilmişdir. Əvvəlcə, o, Yerin süni peyki; sonra isə yerüstü
stansiyalar vasitəsilə tədqiq edilmişdir. 1985-ci ildə ingilis
alimləri xəbər verdilər ki, hər il oktyabr ayında Antrak-
tidanın üzərində Ozon təbəqəsi 40-50% azalır, bəzi hallarda
isə sıfra enir. Həmin Ozon dəliklərinin ölçüləri 5 mln km2-
dən 20 mln km2-ə çatır. Buna oxşar Ozon dəlikləri A ntrakti
dada, Ozon anamaliyaları isə Qərbi Sibirdə və Şərqi Si-
birdədə müşahidə edilmişdir.
Yeni sivilizasiya dövrünün ekoloji problemlərindən
biri də ətraf mühitin radioaktiv maddələrlə çirklənməsidir.
Radioaktiv çirklənmənin əsas mənbəyi Nüvə silahlarının sı
naqdan keçirilməsi və AES-da baş verən qəzalardır. 2000-ci
ilə qədər dünyada 1850-ə qədər nüvə silahlarının sınaqları
keçirilmişdir. Atmosferdə keçirilən nüvə sınaqları qlobal xa
rakter daşıyır. İnsan üçün ən zərərli sayılan izotoplar Sezium
və Stronsium ətraf mühitin çirklənməsinin intensivləşməsi
ilə yeni proqnozların yaranmasına səbəb olmuşdur. Bu
proqnozların əksəriyyəti gələcəyə pessimist baxır, yəni dün
yada ekoloji sistemin getdikcə daha çox pozulmasından xəbər
verir.
328
İctimai istehsalın intensiv surətdə inkişaf etməsi təbii
resurslardan istifadəni artırmaqla yanaşı ətraf mühitin
çirklənməsini də sürətləndirmişdir. Bir tərəfdən bir çox təbii
resursların bərpa olunmaması, digər tərəfdən isə biosferin
assinmiylasiya qabiliyyətinin məhdud olması qlobal ekoloji
problemlərin yaranmasına səbəb olmuşdur. ETT-nin müasir
inkişafı iqtisadiyyatın texnogen tipinin formalaşmasına
imkan yaratmaqla yanaşı ekoloji tarazlığın pozulmasına da
səbəb olmuşdur. İctimai istehsalın ilkin təbii əsasım təşkil
edən resursların məhdudluğu və ekoloji problemlərin
yaranması ictimai istehsalın inkişaf variantlarının işləyib
hazırlanmasına səbəb olmuşdur. Cəmiyyətin inkişafının
müasir dövründə iqtisadi inkişaf bir neçə mərhələyə bölünür;
1. İlkin iqtisadi inkişaf. Belə inkişaf tipində, inkişafın
əsas elementi əmək və kapital götürülür. Təbii resurslar tü
kənməz hesab edilir, ətraf mühitin çirklənməsi isə inkişafa
təsir etmir.
2. İqtisadi inkişaf ətraf mühitin çirklənməsi və mü
hafizəsi nəzərə alınaraq aparılır.
3. Davamlı (dayanıqlı) inkişaf konsepsiyası.
Yuxarıda göstərilən inkişaf konsepsiyaları arasında
davamlı inikşaf konsepsiyası daha mütərəqqidir. Davamlı
inikşaf konsepsiyası dedikdə, indiki nəsillərin tələbatını
ödəyən və gələcək nəsillərin tələbatının ödənilməsini təhlükə
altına almayan inkişaf başa düşülür.
«Davamlı» inkişaf konsepsiyası ilk dəfə 1987-ci ildə
BMT Beynəlxalq Komissiyasının məruzəsində təklif edilmiş
dir. Bu sənədin hazırlanmasında 200-dən çox dövlət iştirak
etmişdir. 1992-ci ildə ətraf mühit və inikşaf üzrə BMT-nin
Rio-de Janeyroda keçirilmiş konfransı bu konsepsiyanı
planetin bütün ölkələri üçün XXI əsrdə fəaliyyət planı kimi
təsdiq etdi.
«Cəmiyyət-təbiət» qlobal sistemində davamlı inkişaf
müxtəlif səviyyəli sosioekosistemlərdə dinamik müvazinətin
329
Dostları ilə paylaş: |