İnsanın sağlamlığı dedikdə isə, onun ömrünün uzadıl
masını, fiziki və zehni iş qabiliyyətini, insan orqanizminin hər
tərəfli fəaliyyətini təmin edən şəraitin yaradılması kimi başa
düşülməlidir. İnsan sağlamlığının əsas göstəricilərindən biri
onun orta yaş həddidir. Bir çox alimlər hesab edirlər ki, insanın
bioloji vəziyyəti orta hesabla 89±5 il yaşamasına imkan verir,
lakin bir çox obyektiv səbəblərdən qeyd olunan yaş həddi
kəskin surətdə tərəddüd edir.
Müşahidələr göstərir ki, müxtəlif ölkələrdə insan ömrü
təkcə səhiyyənin nailiyyətlərindən asılı deyildir, o, həmçinin
cəmiyyətin sosial-iqtisadi inkişafından və ətraf mühitin və
ziyyətindən də asılıdır.
Məsələn, keçmiş SSRİ-də 1987-ci ilin məlumatına görə
kişilərdə orta yaş həddi 65 il, qadınlarda isə bu göstərici 74 il
olmuşdur. Rusiyada sosial-iqtisadi vəziyyətin dayamqsız inki
şafı nəticəsində insanların orta yaş həddi aşağı düşmüş və
hazırda kişilərdə bu göstərici 54 il, qadınlarda 70 il təşkil edir.
Başqa, 1994-1996-cı illərdə Rusiyada «uğursuz» rəqəm 13 yox,
60 olmuşdur. Bunu təsdiq etmək üçün statistikaya nəzər salaq:
- keyfiyyətsiz qida məhsullarından və spirtli içkilərdən
60 min nəfər ölmüşdür;
- avtomobil qəzalarından 60 min nəfər dünyasını
dəyişmişdir;
- başqa fəlakətlərdən və qəzalardan 60 min nəfərə yaxın
insan məhv olmuşdur;
- cinayətkarların və quldur dəstələrinin əlindən 60 min
nəfərə yaxın insan həlak olmuşdur;
- özünü öldürmə (intihar) hallan nəticəsində isə 60 minə
yaxın insan ölmüşdür.
Əgər xoşagəlməyən siyahını davam etdirsək hər il
Rusiyada 600-650 min insanın məhv olmasının şahidi olarıq.
Beləliklə, doğum hallarının azalması, gənclərin xarici
ölkələrə getməsi, qoca və uşaqlar arasında ölümün yüksək ol
ması, uşaqsız nigahın artması və külli miqdarda uşaq saldır-
310
manın (abort) çoxalması və s. hadisələri də nəzərə alsaq əha
linin azalmasını təsəvvür etmək o qədər də çətin deyildir.
Ümumiyyətlə, təhlükəsizlik məfhumu əhalinin sağlamlı
ğını qorumaq məqsədilə yanaşı ətraf mühitin yaxşılaşdırılma
sına da xüsusi fikir verilməsini tələb edir. Bunu kəmiyyətcə
düzgün qiymətləndirmək üçün müəyyən göstərici olmalıdır.
Bizə elə gəlir ki, belə kəmiyyət göstəricilərindən biri ekosiste
min vəziyyətini onun sərhədinin dayanıqlığına yaxmlaşdırıl-
masıdır.
Ə traf mühitin vəziyyətinin təsnifatı. Ekosistemin daya
nıqlığım nisbətən düzgün qiymətləndirmək üçün təbii-ekoloji
təsnifatdan istifadə edilir.
Təbii hal (vəziyyət): ancaq antropogen təsirin şəraiti
(fonu) müşahidə olunur; bioloji kütlə maksimum, bioloji məh
suldarlıq minimumdur.
Müvazinət vəziyyəti: bərpaolunma prosesinin sürəti yu
xarıdır və ya pozulma tempinə bərabərdir; bioloji məhsuldarlıq
təbii məhsuldarlıqdan çoxdur, biokütlə azalmağa başlayır.
Böhran vəziyyət: antropogen pozuntular sürətə görə
təbii-bərpaolunma prosesini qabaqlayır, lakin ekosistemin təbii
xarakteri saxlanılır; biokütlə azalır, bioloji məhsuldarlıq kəskin
artır.
Fəlakətli (katostrof) vəziyyət: azməhsuldarlı
ekosistemin
möhkəmləndirilməsinin öz əvvəlki vəziyyətinə çətin-qayıtma
prosesi; biokütlə və bioloji məhsuldarlıq minimumdur.
Kollaps vəziyyət (kollaps, ürək fəaliyyətinin birdən da
yanması): bioloji məhsuldarlığın bərpa olunmayan (qayıt
mayan) itkisi, biokütlə sıfra yaxınlaşır (tələsir) və s.'
Qeyd etmək lazımdır ki, təbiətin qiymətləndirilməsində
təbii-ekoloji təsnifatdan başqa təbii-sosial şkala adlanan obyek
tiv göstəricilərdən də (kriteriyalardan) istifadə etməyi məsləhət
görürlər.
S ıfır və məqbul risk haqqında anlayış. Belə bir aktual
sual meydana çıxır: qəza, çirklənmə, biosferin dağılması və tə
311
bii fəlakətlərin yaranması ilə əlaqədar fövqəladə halların nəti
cələrinin aradan qaldırılmasına və ya onların təsirinin minimu
ma endirilməsinə necə nail olmaq olar? Bunun üçün dünya
miqyasında təhlükəsizlik normaları işlənib hazırlanır və bu nor
maların əsasında nəzarət həyata keçirilir. Qəzaların ləğv edil
məsi üçün əlavə olaraq texniki qurğular, yəni təhlükəsiz mü
həndis sistemləri tətbiq edilir, istehsalatda nizam-intizamın
möhkəmləndirilməsinə xüsusi fikir verilir və işin icrası yüksək
səviyyədə həyata keçirilir. Hesab edilir ki, işlərin yerinə yetiril
məsinə mühəndis yanaşması əhali və ətraf mühit üçün ya
ranacaq istənilən təhlükəni aradan qaldırmağa imkan yaradır və
mütləq təhlükəsizliyi,
yəni sıfır riski təmin edir.
Axırıncı on illərə qədər belə yanaşma özünü doğruldur
du. Lakin bu gün istehsalatın kəskin sürətdə mürəkkəbləşməsi,
yeni texnologiyaların yaradılması və tətbiqi, mütləq təhlükəsiz
liyin konsepsiyası texnosferin və biosferin daxili qanunlarına
adekvat ola bilməz.
Maddi nemətlər yaradan insan fəaliyyətinin istənilən
fəaliyyəti onun enerjidən istifadəsi, mürəkkəb texnoloji sistem
lərlə əlaqədar olması ilə xarakterizə olunur. Bununla yanaşı,
onun və ətraf mühitin mühafizəsinin vəziyyəti ətraf mühitin
keyfiyyətinin yaxşılaşdırılmasını və sağlamlığını qiymətləndi
rən göstərici ola bilməz. Belə halda mexaniki sistemin etibar
lılığı və səmərəliliyi böyük rol oynayır və nəticədə mühəndis
sahə xarakteri daşıyır. Aydındır ki, istənilən cəmiyyətin resurs
ları məhduddur. Əgər qəzaların qarşısının alınmasının texniki
sistemlərinə hər dəfə maliyyə qoyuluşunu artırsaq, onda məc
bur olarıq ki, sosial proqramların maliyyələşdirilməsini azal
daq, bu isə insan ömrünün qısaldılması və keyfiyyətinin aşağı
düşməsinə gətirib çıxarar. Buna görə də cəmiyyət
real həqiqətin
məqbul
təhlükəsizliyinin
yaradılmasının
mümkünlüyünü
anlayıb.
Məqbul risk. Hal-hazırda təhlükə amillərinin risk səviy
yəsi elə həddə gətirilmişdir ki, o «məqbul» kimi baxılsın. Onun
312
məqbulluğu iqtisadi və sosial mülahizələrlə şərtlənməlidir
(uzlaşmalıdır). Bu, o deməkdir ki, təsərrüfat fəaliyyəti ilə şərt
lənən təhlükə amillərinin risk səviyyəsi «məqbul» qəbul edilə
bilər. Yəni «məqbulluğun» kəmiyyəti (realizasiya ehtimalı və
ya mümkün ziyan) o qədər kiçikdir ki, bu halda maddi və sosial
nemətin alınması xatirinə, insan və ya cəmiyyət, bütövlükdə
riskə getməyə hazırdır.
İqtisadi baxımdan inkişaf etmiş bütün dövlətlərdə məq
bul riskin konsepsiyasının istifadəsi mövcuddur. Lakin Rusi
yanın siyasəti digər ölkələrə nisbətən daha çox məqbul təhlü
kəsizlik üzərində qurulur.
Buna görə ilk mərhələdə iqtisadi riskin müxtəlif səviy
yələrinin məqbulluğunu qiymətləndirəndə ancaq ziyan törədən
nəticələrin baxılması ilə kifayətlənmək olar, çünki onlar
sonluqda ölüm hadisələrinə gətirib çıxarır. Bu göstərici üçün
yetərincə etibarlı rəqəmlər məlumdur. Onda «ekoloji risk» an
layışı aşağıdakı kimi formalaşdırılır: bu amilin intensivliyinin
normalaşdırılmış kəmiyyətinə, vaxtın müəyyən edilmiş inter-
valına zərərli ekoloji amilin təsiri nəticəsində ölüm hadisə
lərinin sayı ilə ifadə olunan mümkün ziyanın kəmiyyətinin
nisbətidir.
Beləliklə, ekoloji riskin müəyyənləşdirilməsi ölüm
sonluqları ilə qurtaran ziyanlı ekoloji nəticələrin nisbətinin təh
lilinə, zərərli ekoloji təsirin və onun komponentlərinin kəmiy
yətcə qiymətləndirilməsinə əsas diqqət yetirilməlidir.
Fəaliyyətin müxtəlif növləri ilə bağlanan ekoloji riskin
ictimai məqbulluğu psixoloji, sosial və iqtisadi amillərlə müəy
yənləşdirilir.
Ətraf mühitin və əhalinin təhlükəsizlik konsepsiyası ilə
bağlı riskin idarə edilməsi sahəsindəki praktiki fəaliyyəti elə
qurulmalıdır ki, cəmiyyət bütövlükdə, ən çox imkanlara malik
olan təbii nemətlərin yekununu alsın və həmin nemət cəmiy
yətin üzvləri arasında bərabər bölünsün.
313