onun biosfera təsiri də müntəzəm surətdə artmaqdadır.
Yalnız onun təbiətə intensiv təsiri sənayenin güclü inkişafı
nəticəsində güclənmiş və qlobal xarakter almışdır.
İnsanın təbiətə təsiri birbaşa və dolayı yolla ola bilər.
Birbaşa təsirdə insan biosferin resurslarından təlabatmı ödə
mək üçün bilavasitə istifadə edir. Yəni, insanlar bitkilərdən,
heyvanlardan, torpaqdan, sudan, atmosfer havasından,
faydalı qazıntılardan və digər resurslardan istifadə edirlər.
Lakin bu resurslardan həddindən artıq intensiv surətdə is
tifadə edilməsi onların tükənməsinə və təbii keyfiyyətinin
pozulmasına səbəb olur.
İnsanın təbiətə dolayı yolla təsiri isə onun fəaliyyəti ilə
əlaqədardır. İnsanlar tərəfindən kanalların çəkilməsi, çay
ların məcrasının dəyişdirilməsi, təsərrüfat fəaliyyəti də bu və
ya digər dərəcədə təbiətə mənfi təsir göstərir. Məsələn, Orta
Asiya regionunda pambıqçılığın intensiv inkişafı ilə əla
qədar olaraq Amudərya və Sırdərya çaylarından həddən
artıq suyun götürülməsi nəticəsində Aral dənizinin suyu
həddindən çox azalmış, bu da regionun iqliminə əsaslı
surətdə təsir göstərir. Bu da, öz növbəsində Aral dənizində
bioloji resursların, xüsusilə balıqların azalmasına, tozlu kü
ləklərin yaranmasına, torpaqların şoranlaşmasına, qurulu
şunun pozulmasına, yeraltı suların keyfiyyətinin dəyişmə
sinə, əhali arasında xəstəliklərin və ölüm hallarının çoxal
masına səbəb olmuşdur. Belə misalların sayını
çoxaltmaq da
olardı.
Məhz, buna görə də bəşəriyyətin hazırki dövrdə in
kişafı elə həyata keçirilməlidir ki, bir tərəfdən daima artan
insanların maddi nemətlərə olan tələbatı ödənilsin, digər
tərəfdən isə təbiətə dəyən ziyanın miqdarı azaldılsın, təbiətlə
cəmiyyət arasında olan bərabərlik pozulmasın.
Bu baxımdan, cəmiyyət özünün sosial-iqtisadi inkişa
fını elə istiqamətdə həyata keçirməlidir ki, digər problem
324
lərlə yanaşı ekoloji problemləri də müsbət həll etmək
iqtidarında olsun.
Ekoloji problemlərin kəskinləşməsi cəmiyyəti inkişafın
alternativ yollarını axtarmağa təhrik etmişdir. Bu ideyalar
istehsalı, istehlakı, texnologiyanı, insanların sosial-iqtisadi,
həyat səviyyələrinin və digər məsələlərin dəyişdirilməsini
tələb edir.
İnsanların inkişafının alternativ yollarının axtarması
alimlər arasında da kəskin elmi mübahisələrə səbəb ol
muşdur. Bir qrup alimlər belə hesab edirlər ki, ətraf mühitin
getdikcə daha çox çirklənməsi, ekoloji problemlər iqtisadi
inkişafa mənfi təsir göstərən əsas amillərdən biridir. Onlar
bunu ayrı-ayrı dövlətlərin və ümumiyyətlə, dünya miqya
sında ekoloji tədbirlərə getdikcə daha çox maliyyə resurs
larının ayrılması ilə əsaslandırırlar. Buna görə də onlar
məhdud inkişaf nəzəriyyəsini irəli sürürlər.
Dünya əhalisinin artımında olan meyillər, istehsalın
intensiv və ekstensiv inkişafı, ətraf mühitin çirklənməsini,
təbii sərvətlərdən istifadənin intensivləşməsini və ekoloji
böhrandan xilas olmağa imkan verən ictimai həyatın (siya
sətdə, iqtisadiyyatda, mədəniyyətdə və s.) müxtəlif sahə
lərində dəyişiklik aparmaq zəruridir.
Neqativ ekoloji problemləri həll etmək üçün bəşəriyyət
kortəbii inkişaf konsepsiyasından imtina etməli, iqtisadi-
ekoloji səmərəliliyi təmin edən, tənzimlənmə mexanizminə
malik olan, təbiətin və cəmiyyətin təkamül qanunlarına
əsaslanan yeni inkişaf yolunu tutmaqdır. Yalnız bu halda
cəmiyyətin inkişafı fasiləsiz və uzunmüddətli sosial-iqtisadi
sarsıntılarsız həyata keçə bilər. Belə inkişaf davamlıdır və
uzunmüddətlidir. Bundan başqa, insanların təbiətə olan mü
nasibəti, psixologiyası, ondan istifadə edilməsi üsulları ta
mamilə dəyişməlidir.
Əgər əvvəllər bəşəriyyətin yaşaması üçün əsas problem
müharibə və sülh idisə, müasir dövrdə ətraf təbii mühitin
325