fəaliyyət proqramında əks olunmalıdır. Ekoloji siyasətin
əsas istiqamətləri aşağıdakılardır:
1) İctimai istehsal prosesində təbii resurslardan
istifadənin optimallaşdırılmas).
2) İnsan fəaliyyətinin neqativ nəticələrindən ətraf
mühiti qorumaq.
3) Əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsi.
Onu da əlavə etmək lazımdır ki, bütün bu göstərilən
tədbirlərin həyata keçirilməsi bu və ya digər ölkənin ümumi
inkişaf səviyyəsindən, əsas sosial-iqtisadi problemlərin
həllindən asılıdır. Ərazi nöqteyi-nəzərdən ekoloji siyasət
qlobal və milli səviyyədə olur. Qlobal ekoloji siyasət ardıcıl
olaraq bir neçə mərhələdən keçmişdir. Onun əsas zirvəsi
BMT tərəfindən 1972-ci və 1992-ci illərdə keçirilən iki bey
nəlxalq konfranslar olmuşdur.
Təbiidir ki, qlobal ekoloji böhranın səviyyəsi ayrı-ayrı
ölkələrdə eyni deyildir, ölkələr müxtəlif ekoloji siyasət
həyata keçirir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə eko
loji siyasət ardıcıl həyata keçirilir və ekologiyalaşdırma
ETT-nın ayrılmaz hissəsi hesab edilir. Bu ölkələrdə ciddi
təbiəti mühafizə qanunvericiliyi fəaliyyət göstərir, təbiətə
mühafizə texnologiyası aktiv surətdə tətbiq edilir, ekoloji
sənaye surətlə inkişaf edir, ekoloji bazar getdikcə genişlənir
və iqtisadi artımda «ekoloji təlabat» əks olunur. İqtisadi və
sosial həyatın ekologiyalaşdırılması bir neçə yeni sənaye
ölkələri üçün də xarakterikdir. Belə ölkələrə misal olaraq
Sinqapuru, İrlandiyanı, Yeni Zelandiyanı, Portuqaliyanı.
Norveçi, Malaziyanı, İsveçi, Fillandiyanı və Çini göstərmək
olar. Bu sahədə reytinqinə görə bu ölkələrdən sonra Fransa.
Böyük Britaniya, İsveçrə, İspaniya və Yaponiya durur.
İnkişaf etməkdə olan ölkələrdə isə ekoloji vəziyyət
daha çox həyəcan yaradır. Onlardan bəziləri özlərinin təbii
resurslarına və ətraf təbii mühitin qorunması üçün müxtəlif
kompleks layihələr həyata keçirsələr də ekoloji vəziyyətin
338
normallaşmasında gerilik hiss olunur. Ona görə də Cənub
ölkələrində səhralaşma, meşə sahələrinin azalması, torpaq
ların deqradasiyası, su resurslarının çirklənməsi və digər pro
seslər artmaqda davam edir.
Ətraf təbii mühitin mühafizəsi tədbirlərinin səmərəliliyi
dövlətin bu sahəyə ayırdığı vəsaitin həcmindən asılıdır.
Qərbin yüksək inkişaf etmiş ölkələrində ÜDM-ın 1%-dən
1,5%-ə qədəri təbiəti mühafizə tədbirlərinə ayrılır.
Buna baxmayaraq, XXI əsrin birinci yarısında bəşə
riyyət indiyə qədər görünməmiş miqyasda ekoloji böhranla
üzləşmişdir. Bu ekoloji problemlər fonunda nəinki Yerin
geofiziki vəhdəti, bizim sivilizasiyanın dəyərləri sisteminin, o
cümlədən mədəniyyətin vahidliyi real dərk edilməyə baş
lamışdır. Mədəniyyət insanların həyat tərzinin təşkili və
adaptasiyası kimi onların biri-birinə və ətraf təbii mühitə
münasibətinin vacib göstəricisidir. Məzmunundan, istiqa
mətindən asılı olaraq mədəniyyət xalqları bir-birinə yaxın
laşdırır və ya ayırır. Məzmunca bəşəri
və formaca milli olan
mədəniyyət xalqları birləşdirir.
Müasir dövrdə bəşəriyyətin iqtisadi, siyasi və ekoloji
fəaliyyəti özünəməxsus milli mədəniyyətləri, ümumbəşəri
dəyərlərlə birləşdirən vahid dünya mədəniyyətinin yaranma
sından asılıdır. Müasir dövrün qlobal problemləri şəxsiy
yətin intellektual və humanist keyfiyyətləri haqqında məsə
ləni kəskin şəkildə qarşıya qoyur. Ayrı-ayrı fərdin forma
laşması milli dəyərlərlə yanaşı, dünya mədəniyyətinin təsiri
altında getməlidir. Bu iki ölçünün uyğunluğu insanın sosial
və ətraf mühitdə münasibətlərindəki birtərəfli yanaşmaqdan
imtina etməyə imkan verir.
Yeni sivilizasiya dövründə dünya mədəniyyətinin for
malaşmasını çox vaxt yalnız mədəniyyətin avropalaşması ilə
eyniləşdirirlər. Lakin dünya mədəniyyətinin formalaşmasına
bütün dünya xalqlarının mədəniyyətinin naliyyətlərini
özündə birləşdirməklə, onların müstəqilliyini qoruyub
339