• Çox firmalar yalnız ekoloji etibarlı tərəfdaşlarla əmək
daşlıq edir ki, bu da tədarükçülərin, korporativ müştərilərin və
hətta rəqiblərin EM təkmilləşdirmələrinə sövq edir.
Bütün bunlaın məqsədi müəssisənin təkcə təbiətimühafizə
qanunvericilik normalarına, sadəcə olaraq, uyğun olması deyil,
həm də özünün istehsal proseslərinin və buraxılan məhsulun
maksumum ekoloji təhlükəsizliyinin əldə edilməsinə, həmçinin
onun rəqabətədavamlılığmın təmin olunmasına yönələn məq
sədyönlü ekoloji siyasətinin işlənib hazırlanması olan EM-də
yeni yanaşmalara gətirib çıxartdı.
EM-in tətbiqi zamanı əsas həlledici rol menecment siste
minə və müəssisə siyasətinin işlənib hazırlanmasına ekoloji as
pektlərin daxil edilməsinə görə əsas məsuliyyəti daşıyan müəs
sisə rəhbərliyinə ayrılır. Rəhbərlik maliyyə vəsaitlərinin ay
rılması, xüsusi personalın seçilib götürülməsi, EM sisteminin
uğurlu işləməsi üçün lazımi tədbirlərin müəyyən edilməsi qay
ğısına qalmalıdır.
EM sisteminin mühüm elementi müəssisənin, məhsul
(yaxud xidmətlərin) istehsalı prosesində ətraf mühitin müha
fizəsinin prioritetliyinin qəbul edilməsin əks etdirən, ekoloji
siyasətidir. Ekoloji siyasətin formalaşdırılması zamanı bunlar
nəzərə alınmalıdır:
• İstehsal fəaliyyətinin bütün növlərinin ətraf mühitə
təsirinin məcmusu;
• Enerjidən, xammaldan, sudan istifadə;
• Səs-küy səviyyəsi;
• İstehsal texnologiyaları;
• Məhsulun planlaşdırılması;
• Müştərilərlə və tədarükçülərlə münasibətlər;
• Fövqəladə vəziyyət yarandığı halda davranış qaydaları
və onun qarşısının alınması;
• Personalın öyrədilməsi və ekoloji informasiyası, həmçi
nin xarici ekoloji informasiyam.
286
Müəssisənin ekoloji siyasəti onun bölmələri tərəfindən ope
rativ ekoloji məqsədlərin hazırlanmasına xidmət edir və
aşağıdakılar nəzərdən keçirilir.
• Xammalın, materialların, reagentlərin, enerjinin itki
sinin azaldılması və qənaət;
• Maddi resursların yenidən emalı;
• Çox təhlükəli və yüksək təhlükəli maddə və material
ların istehlak edilməsinin ixtisara salınması və əvəz edilməsi;
• İstehsal tullantılarının təkrar emalı və istifadəsi;
• Texnoloji proseslərin ətraf mühitə təsirini azaltmaq
üçün təkmilləşdirilməsi;
• Çıxdaş malların (nöqsanların) azaldılması;
• İstehsal olunan məhsulun və xidmətlərin keyfiyyətinin
artırılması;
• Texnoloji və istehsal nizam-intizammın yüksəl
dilməsi, ətraf mühitə qəza və “gecə” təsirlərinin azaldılması.
Ekoloji məqsədləri əsas götürərək, konkret tədbirləri
özündə ehtiva edən, onların yerinə yetirilməsi müddətlərini və
məsuliyyətini, zəruri maliyyə vəsaitlərinin həcmini göstərən
ekoloji proqram tərtib olunur. Ekoloji proqrama daxil edilmiş
tədbirlərin gerçəkləşdirilməsi ilə müəssisənin ekoloji siyasəti
həyata keçirilir və EM sistemi fəaliyyət göstərir.
ISO 14001 beynəlxalq standartın tələblərinə uyğun ola
raq EM sistemi, bu sistemin tələblərinə əməl olunmasına nə
zarəti həyata keçirməyə imkan verən xüsusi sənədləşmənin ya
radılmasını nəzərdə tutur (EM sistemi üzrə rəhbərlik, işçi və
texnoloji təlimatlar, yaxud təşkilati planlar). İctimaiyyətin və
bütün maraqlı tərəflərin müəssisənin fəaliyyətinin ekoloji as
pektləri barədə məlumatlandırılması üçün təsərrüfat subyekt
lərinin ekologiyalaşması prosesini əks etdirən illik ekoloji
hesabat aparılmalıdır. EM sisteminin işləməsinin yoxlanılması
və dəyərləndirilməsi ekoloji audit vasitəsilə aparılır.
287
Planlaşdırmanın əsas fundamental elementlərindən biri
müəssisənin biznes planıdır. Onun strukturunda təbiətimühafızə
və ehtiyatların qorunub saxlanması fəaliyyətinə həsr edilmiş
bölmələr olmalıdır:
• “ekoloji-iqtisadi sistemlərin imkanları”;
• “ehtiyat növləri (birincili və ikincili) və ekoloji məh
dudiyyətlər;
• “istehsal tullantılarından alman məhsulun satış bazan”;
• “marketinq planı”;
• “ekoloji-iqtisadi effektin artırılması üçün infrastruktur
obyektləri və istehsal kooperasiyası üzrə təşkilati plan”;
• “təbiətimühafızə və ehtiyatların qorunub saxlanması
fəaliyyətinin hüquqi təminatı”;
• “maliyyə planı”;
• “təbiətimühafızə obyektlərinin kapital inşaası və re
konstruksiyası planı.
Müəssisənin fəaliyyətinin ekoloji normaların və qaydalann
tələblərinə müvafıqliyinə nəzarətin mühüm forması ekoloji
auditdir. Beynəlxalq Ticarət Palatasının müəyyənləşdirməsinə
görə ekoloji audit - istehsal proseslərinin idarə olunması və
işləməsi sisteminin ekoloji tələblərə uyğun gəlməsinin, sistem
ləşdirilmiş, sənədli təsdiq olunan obyektiv qiymətləndirilmə
sindən ibarət idarəetmə alətidir.
Ümumilikdə audit (ingilis dilindən audit - yoxlama, təftiş)
- hər hansı peşəkar fəaliyyət haqqında obyektiv məlumatların
alınması, dəyərləndirilməsi və bunların müəyyən meyarlara,
normalara və standartlara uyğunluq səviyyəsinin müəyyən edil
məsi prosesidir. Adi nəzarət ilə müqayisədə, audit müəyyən
üstün cəhətlərə malikdir: mötəbərlik, müstəqillik, obyektivlik,
təkrarlanma, aydın başa düşülmə, ilkin olaraq ondan təsərrüfat
subyektlərinin maliyyə fəaliyyəti sferasında şirkətin, müəssi
sənin, idarənin mühasibat hesabatlarının və onun maliyyə-təsər
288
rüfat fəaliyyətinin digər sənədlərinin dəqiqliyinin (düzgün
lüyünün) yoxlanması üçün istifadə edilirdi. Sonradan audit
prosedurasından təsərrüfat subyektlərinin fəaliyyətinin effektiv
liyinin digər istiqamətlərdə: keyfiyyət auditi, energetika auditi,
ekoloji audit və s. təkmilləşdirilməsi üçün geniş istifadə etməyə
başlanıldı.
Müəssisələr tərəfindən fəaliyyətin ekoloji aspektlərinin
qiymətləndirilməsindən 1970-ci illərdə ABŞ-da təbiətə vurulan
zərərə görə hüquqi məsuliyyəti nəzərdə tutan, ətraf mühit sahə
sində milli siyasət haqqında federal qanunun qəbul edilmə
sindən sonra fəal tətbiq edilməyə başlanıldı. Qiymətləndirmə
prosedurası aparılma formasına görə maliyyə auditini xatırlat
dığından, o, ekoaudit adlandınlmağa başlandı. 1980-ci illərdə
ekoloji audir Avropanin sənayecə inkişaf etmiş ölkələrinin
həyatına daxil oldu ki, bu da sonralar Avropa Şurası tərəfindən
ekoaudit barədə Qətnamənin (1993) qəbul edilməsini şərtlən
dirdi. Bu proseduraya çoxlu beynəlxalq təşkilatlar maraq gös
tərir. Belə ki, Beynəlxalq Ticarət Palatası ekoauditdən istehsal
fəaliyyətinə və şirkətin strategiyasının ekoloji qanunvericilik
normalarına uyğunluğuna nəzarətin gücləndirilməsi üçün daxili
inzibati idarəetmə üsulu kimi istifadə etməyə başladı. 1990-cı
illərin əwələri üçün ekoloji auditlə, kommersiya bankları borc
alanların ssudaları üzrə ödənişlərin ödənməməsi risklərini mini
muma endirmək məqsədilə, şirkət və firmaların onların ekoloji
etibarlılıq dərəcəsindən asılı olaraq maliyyələşdirilməsi üzrə
qərarların verilməsi proseduralarında silahlandı.
Ekoaudit obyektləri kimi, fəaliyyəti ətraf mühitə təsir gös
tərə bilən, yaxud göstərən mövcud, yaradılmaqda olan müəssisə
və təşkilatlar ola bilər. Ekoaudit təsərrüfat subyektlərinin mənfi
ekoloji təsiri ilə bağlı mövcud, yaxud potensial problemlərin
üzə çıxarılmasını və onların həlli üzrə tədbirlərin işlənib hazır
lanmasını hədəfə alır. Ekoloji auditdən aşağıda göstəriln for
mada istifadə oluna bilər:
289
Dostları ilə paylaş: |