Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə69/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   96

Bütün  ölkələri  növbəti  dəfə  geridə  qoyan  Yaponiya 
elektromobil  erasına  daxil  olur.  Osaka  şəhərində  planetdə 
ilk  dəfə  sürət  yarımstansiyası  şəbəkəsi  fəaliyyət  göstərir. 
Burada  30  dəqiqə  ərzində  ekoloji  təmiz  avtomobilə  enerji 
doldurmaq  olar.  İndiyə  qədər  batareyanı  doldurmağa  10 
saatdan  artıq  vaxt  sərf  olunurdu,  bu  isə  dünyada  elektro­
mobilin  geniş  yayılmasına  mane  olan  əsas  səbəblərdən  biri 
sayılırdı.  Elektrmobillərin  son  modellərinin  sürəti  75 
km/saat  təşkil  edir.  Ətraf mühitin  mühafizəsi  marağını  nə­
zərə  alaraq  avtonəqliyyatın  elektriklə  işləməsinə  keçmək 
məqsədə uyğundur.
Elektromobillərin  inkişafının  sonrakı  mərhələsində 
onların  kütləvi  serial  istehsalı,  buraxılması  və  avtomobil 
nəqliyyatında onların payının artırılması qarşıda durur.
Bu  istiqamətdə  aparılan  işlərə  verilən diqqət  2025-ci 
ilə  qədər  dünyadakı  avtomobillərin  15%-nin  elektromobil 
olacağını  proqnozlaşdırır.  Belə maşınlar  artıq yaradılmış və 
dünyanın  bir  sıra  ölkələrində  kütləvi  qaydada  istehsal 
olunur.  Belə  maşınlarda  yanacaq  əvəzinə  elektrik  enerjisin­
dən  istifadə  edildiyi  üçün  ekoloji  fəlakətlə  qarşılaşdığımız 
bir zamanda irəliyə doğru atılan bir addım hesab edilir.
İstənilən müasir  maşınlarda 90 % benzin,  10 % metil 
spirtinin qarışığından,  yəni  qazoxoddan  istifadə etmək  olar. 
Bu zaman  etilləşdirilmiş  benzindəki  kimi  effekt  alınır,  lakin 
çirkləndirici maddələr az olur.
İri  şəhərlərdə  avtomobil  «tıxacları»  ciddi  problem 
yaradır.  Atmosferə  ayrılan  toksik  maddələrin  miqdarı 
yanacaq  sərfindən,  bu  isə  avtomobilin  sürətindən  asılıdır. 
Çox yüklənmiş  küçələrdə nəqliyyat «çox  ləng» hərəkət edər­
kən  yanacaq  3-4  dəfə  çox  işlənir,  bunun  da  nəticəsində 
atmosferə buraxılan zərərli maddələr çoxalır.
Avtomobil  nəqliyyatında  ekoloji  təhlükəsizliyin 
proqramında yol  tikintilərinin  həçminin  artırılması və möv­
cud  avtomaqistralların  rekonstruksiyası  nəzərdə  tutulur.
274
Əsas  məqsəd  -   avtomobillərin  hərəkət  sürətini  50  -  60 
km/saata çatdırmaqdır.
Avtomobil nəqliyyatının əhaliyə zərərli təsirini azalt­
maq  üçün  effektiv  tədbirlərdən  biri  də  şəhərlərdə  piyada 
zonaları  təşkil  etmək  və  ora  nəqliyyat  vasiitələrinin  get­
məsini  qadağan  etməkdir.  Nəqliyyat  tunelləri  intensiv 
nəqliyyat  axını  istiqamətində  tikilməli,  nəqliyyat  və  piyada 
hərəkətlərini müxtəlif səviyyədə bölüşdürməlidir.
Xüsusi  avtomobillər  yaşayış  evlərinin,  xiyabanların, 
uşaq  meydançalarının  yanında  yerləşdirilir,  bu  isə  şəhər 
əhalisinin  şəraitini  pisləşdirir.  Xüsusi  avtonəqliyyatın 
saxlanması  problemini  həll  etmək  məqsədilə  çoxmərtəbəli 
qarajlar,  mehmanxanalar  tikilir.  Çoxmərtəbəli  qarajlar 
fəaliyyət  göstərən  rayonlarda  yer  haqqı  alınması  da  həyata 
keçirilir.  Moskvanın bir neçə mikrorayonunda çoxmərtəbəli 
qarajların  tikilməsi  üçün  yerlər  ayrılmışdır.  Hal-hazırda 
Bakı şəhərində də yeraltı və çoxmərtəbəli qarajların tikintisi 
aparılır.
Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
avtomobil  nəqliyyatı sahəsində ekoloji baxımdan  dayanıqlı, 
ekoloji inkişaf proqramında aşağıdakı tədbirlər irəli sürülür:
-  avtomobil  nəqliyyatının  ətraf  mühitə  zərərli 
təsirinin  səviyyəsini  tənzimləyən  normativ-hüquqi  aktların 
qəbul edilməsi;
-  nəqliyyat sahəsində harmonik siyasətin həyata keçi­
rilməsi  üçün  nəqliyyat  sektorunda  qanunvericilik  sisteminin 
təkmilləşdirilməsi;
-  avtomobil  nəqliyyatında istifadə edilməsi üçün eko­
loji  baxımdan  təmiz yanacaq növlərinə keçiriləməsi (sıxılmış 
maye qaz, bioqaz və s.);
-  tələblərə  cavab  verməyən  köhnə  nəqliyyat  vasitə­
lərinin utilizə edilməsinin təşkili;
-  ekoloji  təmiz  sərnişin  nəqliyyat  növlərinin  tətbiqi, 
şəhər daxilində «piyada» zonalarının genişləndirilməsi;
275


-  avtomobil  və  dəmiryollarının  müasir  dünya  stan­
dartlarına uyğun rekonstruksiya olunması;
-  ölkəyə  daxil  olan  avtomobillərin  mühərriklərinin 
qaz  nçytrallaşdırıcıları  ilə  təmin  olunmasına  və  Avropa 
ölkələri  üçün  müəyyənləşdirilmiş  toksiklik  normalarının 
uyğunluğuna nail olmaq;
-  avtomobil  yanacaqlarının  keyfiyyətinin  yaxşılaşdı­
rılması.  Bu  məqsədlə  benzinin  oktan  ədədini  qaldırmaq 
üçün istifadə olunan etil mayesindən imtina edilməsi;
-  nəzarət  orqanlarının  avtomobillərin  zəhərlilik  və 
tüstüləşmək səviyyəsini ölçən cihazlarla təmin olunması;
-  benzinlə  işləməyən  maşınlardan  -   elektromobil­
lərdən istifadə edilməsi;
- respublikada ekoloji avtomüfəttişliyin yaradılması.
Belə  dövlət  strukturunun  təşkil  edilməsinin  bu və  ya
digər mühüm ekoloji əhəmiyyəti ola bilər.
276
MÖVZU İO.EKOLOJİ  PASPORTLAŞDIRILMA 
VƏ EKSPERTİZA
Müəssisələr  tərəfindən  ekoloji  normativlərə  əməl  edil­
məsinə  (o  cümlədən,  texnoloji),  istifadə  edilən  təbii  və  ikinci 
resursların  kompleks  uçotu və  istehsalın  ətraf mühitə  təsirinin 
müəyyən  edilməsinə  nəzarət  məqsədilə  təsərrüfat  subyekt­
lərinin ekoloji pasportlaşdırılması həyata keçirilir.
Ekoloji  pasportda  müəssisə  tərəfindən  təbii  və  ikinci  re­
surslardan istifadə edilməsi, onun təsərrüfat və digər fəaliyyəti­
nin ətraf mühitə təsiri barədə məlumatlar olur və istehsal səviy­
yəsinin  ən  yaxşı  mümkün  texniki  üsulla  təyin  edilməsi  üçün 
nəzərdə  tutulmuşdur  ki,  bunlara da aiddir:  texnoloji proseslər, 
istehsalın təşkil eilməsi qaydası; məhsulun və enerjinin istehsalı 
üsulları,  çirkləndirici  maddələrin  ətraf mühitə  tullanması  həc­
minin  azalmasını,  yaxud qarşısının  alınmasım təmin edən işlə­
rin  görülməsi  və  xidmətlərin  göstərilməsi,  tullantıların  əmələ 
gəlməsinin  azaldılması,  təbii  ehtiyatlardan  və  enerjidən  sə­
mərəli istifadə. Həmin üsullar ətraf mühitin keyfiyyət normativ­
lərinin,  onların  iqtisadi  məqsədəmüvafiqliyi  və  istifadəsinin 
texniki  mümkün  olması  halında  təmin  edilməsində  daha  çox 
effektivlidir.
Müəssisənin ekoloji pasportu iki hissədən ibarətdir:  layihə 
və istismar.  Fəaliyyətdə olan müəssisələr üçün pasportun hər iki 
hissəsi mövcud sənədlər əsasında eyni vaxtda doldurulur.
Layihə  göstəriciləri  inşaata  layihə  sənədlərinin  işlənməsi 
və uzlaşdırılması mərhələsində aşağıdakı bölmələrə daxil edilir:
•  Ümumi hissə -   layihə təşkilatının adı, layihənin smeta 
dəyəri,  inşaatın  başlanması,  qurtarması  vaxtı,  buraxılan  məh­
sulun  illik  həcmi,  adı,  dövlət  ekspertizasının  və  dövlət  ekoloji 
ekspertizasının nömrəsi və tarixi göstərilir;
•  Obyektin yerləşmə meydanı barədə  məlumatlar -  tor­
paq  ərazisinin  sahəsi,  xüsusilə mühafizə olunan təbii  ərazilərin 
olması,  süni  örtüklü  sahə,  ümumi  yaşıllaşdırma  sahəsi,  ağac-
277


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə