Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə70/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   96

larm  sayı  (ümumi  və  kəsikdə  gövdələrin  növü  və  diametrləri 
qrupları  üzrə),  minik  və  yük  maşınlarının  saxlanma  yerlərinin 
sayı,  torpaqda  çirkləndirici  maddələrin  fon  konsentrasiyası, 
sanitar-qoruyucu zonanın normativ ölçüsü;
•  Su ehtiyatlarının mühafizə edilməsi və ondan səmərəli 
istifadə  barədə  məlumatlar  -   su  təchizatı  mənbəyi,  su  yığma 
qurğuları,  su  istehlakınm  ümumi  həcmi,  suyun  uçotu  cihazları 
(sayğac)  barədə  məlumatlar,  çirkab  sularının  ümumi  həcmi, 
onların fıziki-kimyəvi tərkibi və xassələri, onların təmizlənməsi 
üzrə qurğular;
•  Heyvandarlıq  axurlarının  zərərsizləşdirilməsi,  ləğv 
edilməsi (kənd təsərrüfatı müəssisələri üçün);
•  Atmosfer havasının mühafizəsi -  tullantıların atmosfer 
havasına  təsir  dərəcəsnə  görə  obyektlərin  təhlükəlilik  kate­
qoriyası,  layihələşdirilən  tullantı  mənbələrindən  tullanan,  tu­
tulub  saxlanılan  və  zərərsizləşdirilən  maddələrin  miqdarı,  ra­
yonda  çirkləndirici  maddələrin  fon  konsentrasiyası,  ümumi 
tullantının və yol verilən tullantının kəmiyyəti;
•  Tullantıların  əmələ gəlməsi,  istifadəsi, zərərsizləşdiril­
məsi, saxlanması və  basdırılması -  növləri, əmələ  gələn tullan­
tıların həcmi və onlarla necə davranma;
•  Heyvanat aləmi  obyektlərinin  mühafizəsi  -  vəhşi  hey­
vanların  məskunlaşma  yerlərinin  və  miqrasiya yollarının  sax­
lanmasını təmin edən tədbirlərin siyahısı;
•  Ozon  təbəqəsinin  mühafizəsi  və  iqlimə  təsir  -   istifa­
dəyə icazə verilmiş ozonudağıdan maddələrin həcmi və növləri, 
istixana qazlarının tullanması həcmi və onların azaldılması.
Müəssisənin  pasportuna  daxil  edilən 
istismar  göstə­
ricilə ri
:
•  istehsalat  obyektləri  barədə  məlumatlar  -   sexin,  sahə­
nin, istehsalın müəyyən edilmiş istehsal gücü, avadanlığın aşın­
ması faizi, buraxılan məhsulun planlı və faktiki həcmi;
•  Torpaq resurslarından istifadə edilməsi;
278
• Məhsul  növləri  üzrə  xammalın  və  köməkçi  maddi 
resursların məsrəfi;
• Məhsul növləri üzrə enerji ehtiyatlarının sərfi;
•  Pozulmuş torpaqların və münbit torpaq qatının  götürül­
məsinin rekultivasiyası;
• Hüquqi şəxsin nəqliyyatı;
• Bitki aləminin obyektləri;
•  Bitki  aləminin  obyektlərinin  səmərəli  istifadəsi  üzrə 
təbiəti mühafizə tədbirləri;
•  Müəssisədə  icarəyə  götürülən  sahələr  barədə  məlu­
matlar (icarədarlar).
Müəssisənin ekoloji pasportuna əlavələr -  hesabat və digər 
sənədlərin surətləri əlavə edilir. Ekoloji pasportun doldurulması 
kifayət  qədər  mürəkkəb  prosedura  olduğundan,  onu,  adətən 
müəssisənin  özü  deyil,  bu  xidmətin  göstərilməsi  üçün  akkre- 
ditasiya  edilmiş  və  istehlakçı  ilə  qanunvericiliyin  tələblərinə 
müvafiq  olaraq  bağlanmış  müqavilə  əsasında fəaliyyət  göstə­
rən  ixtisaslaşmış  təşkilat  tərtib  edir.  Pasport  hesablamaların 
yoxlanması  və  uyğunlaşdırma  üçün  Ekologiya  və  Təbii  Sər­
vətlər Nazirliyinin  ərazi  üzrə  orqanına göndərilir.  Ekoloji  pas­
portun  məlumatları  müəssisənin təsərrüfat fəaliyyətinin ekoloji 
aspektlərinin  təhlil  olunmasına  və  onun  istehsalının ətraf mü­
hitə  yükünün  azaldılması  üzrə  tövsiyyələr proqramının  işlənib 
hazırlanmasına imkan verir.
Dövlət ekoloji ekspertiza -  planlaşdırılan təsərrüfat və 
digər  fəaliyyətin  ətraf mühitə  mümkün  neqativ təsirləri  barədə 
mühüm xəbərdarlıq vasitəsidir.
Planlaşdırılan  və  digər  təsərrüfat  fəaliyyəti  dedikdə, 
təbii resurslardan istifadə ilə bağlı təsərrüfat, tikinti, obyektlərin 
rekonstruksiyası və digər fəaliyyət başa düşülür.  Layihə sənəd­
ləşmənin  əsaslandırılması  mərhələsində  olan  ekoloji  ekspertiza 
potensial  ekoloji  təhılükə  və  riski  azaltmağa  imkan  yaradır. 
Onun  mahiyyəti  -   təsərrüfat  və  digər  fəaliyyətlə  bağlı  layihə
279


qərarlarının  ətraf  mühitin  qorunması  haqqında  qanunvericilik 
və  ekoloji  normativlərin  tələblərinə  uyğunluğunun  yoxlanıl­
ması,  layihənin  ekoloji  təhlükəsizlik  nöqteyi-nəzərindən 
məqsədəuy-ğunluğunun əsaslandırılmasıdır.
Ekoloji  ekspertiza  proseduru  praktiki  olaraq  bütün 
ölkələrdə tətbiq edilir. Belə ki, ABŞ-a o  1969-cu ildə Ətraf Mü­
hitin  Mühafizəsi  Sahəsində  Milli  Siyasət  Haqqında  Qanun  qə­
bul  edilən  kimi  qəbul  edilmişdir.  Elə  həmin  ildə  ekoloji  eks­
pertiza barədə qanun İsveçdə,  1973-cü  ildə  Yaponiyada,  1975- 
ci ildə AFR-də,  1976-cı ildə isə Fransada qəbul edilmişdir.
Ekoloji  ekspertizanın  əsas məqsədi planlaşdırılan  təsər­
rüfat fəaliyyətinin  ətraf mühitə,  insanların sağlamlığına neqativ 
təsirinin  minimuma  endirilməsi  və  xülasənin  tərtib  edilməsi, 
harada  ki,əsasında  ekoloji  təhlükəsizlik  layihələrinin  həyata 
keçirilməsi imkanları barədə rəy verilməsidir.
Ekoloji  rəy  layihənin  əsaslandırılmasının  mühüm  və 
ayrılmaz texniki-iqtisadi hissəsidir.
Beynəlxalq  və  yerli  təcrübə  də  ekoloji  ekspertizanın 
yüksək  iqtisadi  effektivliyini  təsdiq  edir.  Təbiəti  mühafizə 
tələblərinin  layihələndirilmə  mərhələsində  nəzərə  alınması 
vurulmuş  ekoloji  zərərin  ödənilməsi  xərclərini  əhəmiyyətli 
dərəcə aşağı salır.
Dövlət ekoloji ekspertiza aşağıdakı prinsiplərə söykənir:
-  layihə  və  digər  sənədləşmənin  təsdiqinə  qədər  onun 
mütləq şəkildə həyata keçirilməsi;
-  planlaşdirilan  və  digər  fəaliyyətin  ətraf  mühitə  mənfi 
təsirinin uçotu və qarşısının alınması;
-  layihə və  digər sənədləşmələrdəki  məlumatların həqiqə­
tə uyğunluğu və dolğunluğu;
-  dövlət ekoloji ekspertizanın qanuniliyi və obyektivliyi;
-  ictimai fikrin əsaslılığı və nəzərə alınması (uçotu).
Dövlət ekoloji ekspertizanın obyektlərinə aşağıdakı layihə
sənədləşmələri daxildir:
280
-  şəhərsalmanın  ümumi,  sosial  və  detallı  planlaşdırması 
layihələri, ərazinin qurulmasının arxitektur layihələri;
-  tikinti,  arxitektur  və  tikinti  layihələrinin  investisiyalaş- 
dınlmasının əsaslandırılması;
-  təbii resurslardan rasional  istifadə və ətraf mühitin mü­
hafizəsinin kompleks ərazi layihələri sxemi;
-  suyun mühafizəsi  zonalarının və su obyektlərinin  sahil­
yanı xətlərinin layihələri;
-  ovçuluq təsərrüfatının, balıqyetişdirmənin, balıq ovunun 
bioloji əsaslandırılması;
-  ətraf  mühitin  mühafizəsinə,  həmçinin  (və  ya)  məhsul 
(onun emalı, istehsalı, istismar edilməsi (istifadə), saxlanılması, 
daşınması,  satışı  və  işlədilməsi  prosesinə)  və  xidmətlərin  gös­
tərilməsində təbii resurslardan rasional istifadəyə dair tələblərin 
müəyyən edilməsi sahəsində texniki normativ hüquqi aktlar.
Özündə  daha  mürəkkəb  layihə  qərarlarını  birləşdirən  la­
yihə və digər sənədləşmənin dövlət ekoloji  ekspertizam həyata 
keçirmək məqsədilə Belarus Respublikasının Təbii Resurslar və 
Ətraf  Mühitin  Mühafizəsi  Nazirliyi,  Minsk  şəhərinin  təbii 
resurslar,  ətraf  mühitin  mühafizəsi  ərazi  komitəsi  tərəfindən 
müqavilə  əsasında dövlət və digər təşkilatların, beynəlxalq təş­
kilatlar,  yaxud  digər  dövlətlərin müvafiq elm, texnika və digər 
faəliyyət  sahəsində  xüsusi  biliyə  malik  mütəxəssislərinin  cəlb 
edilməsi yolu ilə ekspert komissiyaları yaradıla bilər. Qeyd olu­
nan  ştatdankənar  mütəxəssislər  layihə  və  digər  sənədləşmənin 
nəticələrinin  nəzərdən  keçirilməsi  yolu  ilə  dövlət  ekoloji  eks­
pertiza  barədə  rəy  hazırlanması  zamanı  nəzərə  alma  biləcək 
təkliflər hazırlayırlar.
Dövlət  ekspertizasının  aparılması  üçün  təqdim  edilmiş 
sənədləşmənin  ekoloji  tələblərə  və  təbiəti  mühafizə  qanunveri­
ciliyə  uyğun  aparılması  üçün  özündə  aşağıdakıları  birləş­
dirməlidir:
-  “Ətraf mühitin mühafizəsi” bölməsi;
281


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə