edilmişdir. Əlavə edək ki, çoxprofilli müəssisələrin (müxtəlif
məhsullar istehsal edən zavod və fabriklər) yaradılmasının,
onların eyni ərazidə inşa olunmasının ekoloji və iqtisadi
əhəmiyyətindən başqa, tullantıların daşınmasına da xeyli
qənaət olunur. Belə ki, müəyyən bir ərazidə yerləşən, çox
profilli müəssisələrdən birinin tullantısı ikinci müəssisə üçün
xammal olur, ikinci müəssisənin tullantısı isə üçünjü müəs
sisədə xammal kimi istifadə olunur və s. Beləliklə qapalı
istehsal prosesi yaranır ki, bu da iqtisadi və ekoloji baxım
dan çox əhəmiyyətlidir. Bu halda kapital qoyuluşu xeyli
azalır, sistemin idarə olunması sadələşir və ekoloji norm a
lara tam əməl olunur. Gələcəkdə belə istehsal sistemin geniş
ləndirilməsi nəzərdə tutulur.
İstehsal tullantılarından xammal, yarımfabrikat,
yanacaq və s. kimi faydalı istifadə edilməsi utilizasiya
adlanır. Utilizasiyanın iqtisadiyyatda mühüm əhəmiyyəti
vardır. Bir sıra sahələrdə utilizasiya məqsədilə xüsusi sexlər
və hətta utilizasiya zavodları yaradılmışdır. Utilizasiya
tullantılarının toplanması ilə xüsusi müəssisələr məşğul olur.
Tullantısız texnologiya, üzvü tullantıların təkrar
emal edilməsində də tətbiq edilir. Bakıda üzvi tullantıların
illik miqdarı 2,5 mln t-dan çoxdur. Bu, əsasən ağac emalı,
şərab, pivə istehsalı, dəri emalı müəssisələrinin, ət kom
binatının tullantılarından ibarətdir. Bunların yalnız 5-6%-i
təkrar emal edilir, qalanı isə yandırılır. Bu üzvi tullantıları
emal etməklə həm ətraf mühitin çirklənməsinin qarşısı
alınar, həm də xeyli gübrə istehsal edilir.
İri sənaye şəhərlərində İES və başqa müəssisələr
atmosferi xeyli miqdarda sulfat anhidridi ilə çirkləndirir.
Onun təsirindən metallar korroziyaya uğrayır, tikinti qur
ğuları aşınır, bitkilər məhv olur, xəstəliklər artır. Halbuki,
həmin stansiyaların tüstülərindən S02-ni ayıraraq sulfat
turşusu almaq olar. Dünyada ilk dəfə 1952-ci ildə Moskvada
12№-li İES-də bu proses reallaşmışdır.
246
Ukraynada tikilmiş kimya kombinatında tullantılar
başqa sexlərdə kompleks emal edilərək azot gübrələrinə,
mal-qara üçün zülal, vitamin konsentratma, karbon qazına
və onu da quru buza çevirir.
Estoniyada iri azot gübrəsi zavodunda əvvəl havam
çirkləndirən tullantı indi xammal kimi istifadəyə verilir.
Kanalizasiya sularının tərkibində müxtəlif üzvi mad
dələr, fosfor, kalium və digər mikroelementlər vardır. Bir
çox ölkələrdə kanalizasiya sularından gübrə kimi istifadə
edilir. Bu sahədə Çin xalqı bir neçə əsrlik təcrübəyə ma
likdir.
Polşa alimi A. Lenkova qeyd edir ki, çirklənmiş su
lardan yenidən istifadə edilsə, dörd qat səmərə əldə edilər:
təmizləmə qurğularının tikintisinə xərc azalar; əkin sahələri
əlavə su alar; süni gübrəsiz məhsuldarlıq artar, çay və
dənizlərin sanitar vəziyyəti yaxşılaşar.
Neft və qaz yataqlarının işlənməsi prosesi zamanı
yataqda neft və qazla bərabər çoxlu miqdarda çıxarılan lay
suları tullantı şəklində çay və dənizlərə, eləcə də mədən ərazi
lərinə axıdılır. Halbuki, həmin sularda sənaye əhəmiyyətli
yod, brom, xlor, natrium və s. elementlər almaq olar.
Neftçala şəhərində yerləşən Yod-Brom zavodunun is
tismar obyekti həmin yataqdakı neftli layların sularıdır.
Həmin sularda yodun miqdarı litrdə 60-70 mq-a çatır.
Molumdur ki, respublika iqtisadiyyatının əsasını neft
sənayesi təşkil edir. Neft sənayesinə, əsasən, neft geologi
yası, neft quyularının qazılması, onların mənimsənilməsi,
istismarı, neftin yığılması və nəqli kimi mürəkkəb sahələr
daxildir.
Bildiyimiz kimi, neft quyularının istismarı həm qu
ruda, həm do dənizdə aparılır. Hər iki halda quyularm qa
zılma texnologiyası bir-birindən heç də fərqlənmir. Lakin
qeyd edildiyi kimi, dənizdə quyuların qazılmasının özünə
məxsus spesifik xüsusiyyətləri vardır.
247
İstər dəniz şəraitində, istərsə də quruda neft-qaz
quyularının qazılması zamanı ətraf mühiti çirkləndirən
mənbələr və maddələr eynidir. Əsas fərq ondan ibarətdir ki,
birinci halda həmin mənbələr dənizi, ikinci halda isə torpaq
sahəsini çirkləndirir. Qeyd edək ki, neft-qaz quyularının
qazılması və onların istismarı zamanı dəniz və okeanların
çirkləndirilməsi su nəqliyyatı vasitələrindən sonra ikinci yeri
tutur.
Bir qayda olaraq neft-qaz quyularının qazılması
zamanı gilli məhsullardan istifadə edilir və məhsulun keyfiy
yətinə xüsusi tələb irəli sürülür. Bu tələbləri yerinə yetirmək
üçün, məlum olduğu kimi, üzvi və qeyri-üzvi kimyəvi bir
ləşmələrdən istifadə edilir. Bunlara misal olaraq oksil, unil,
qrafıt, kaustik soda, paltar sodası, gips, borat və s. bu kimi
kimyəvi reagentləri göstərmək olar.
Quyuların mənimsənilməsi müxtəlif texniki və texno
loji tədbirlərin həyata keçirilməsi nətijəsində neft-qaz layı ilə
quyu arasında əlaqə yaratmaqdır, yəni quyu dibində elə
əməliyyatlar aparılır ki, neft-qaz laydan quyu dibinə axa
bilsin. Quyunun mənimsənilməsi əvvəlcədən tərtib edilmiş
plan-qrafit əsasında aparılır. Dəniz şəraitində quyuların
mənimsənilməsi qurudakından heç də fərqlənmir. Burada
prinsipial fərq dəniz platformasında işin təşkili və hidro-
meteroloji şəraitin bu prosesə təsirindən ibarətdir.
Neft-qaz quyularının istismarı zamanı da ətraf
mühitin çirklənməsi baş verir. Quyular müxtəlif üsullarla is
tismar edildikdə neft hasilatının sabit saxlanması və artı
rılması üçün ardıcıl olaraq quyularda müxtəlif geoloji-tex-
niki tədbirlər həyata keçirilir. Adətən bu tədbirlər müxtəlif
üzvi və sintetik - kimyəvi maddələrdən istifadə etməklə
aparılır və bu zaman ətraf mühit intensiv surətdə çirklənir.
Adətən, quyuların istismarı zamanı ətraf mühiti
çirkləndirən maddələr aşağıdakı ardıcıllıqla verilir: neft, ya
nacaq - sürtkü materialları, neftli qum, səthi aktiv mad
248
dələr, mədən tullantı suları, kimyəvi həlledicilər, turşular,
duz, sirkə, xlor turşusu, tərkibində kimyəvi işlənmiş məhlul
olan tullantı suları və parafinlər.
Neftin nəqli və saxlanmısı zamanı boru birləşmə
lərindən, hermetikliyin pozulma sahələrindən sızma ətraf
mühiti kifayət qədər çirkləndirir. Neft-qaz yığımı məntəqə
lərində və mədən rezervuar parklarında neftin boşaldılması
və ya təmizlənməsi zamanı neftli-çirkli su kanalizasiya
sisteminə axıdılır ki, bu da çirkab suların çirklilik dərəcəsini
daha da artırır.
Müəyyən ehtiyat saxlamaq məqsədilə müasir dövrdə
azkeçirici laylar daxilində təbii rezervuarlar qazılaraq orada
ehtiyat üçün neft və qaz məhsulları yığırlar. Lakin bu
rezervuarlardan da sızma, filtrasiya, buxarlanma baş verir
ki, bu da su hövzələrini və torpağı çirkləndirir.
Müəyyən edilmişdir ki, 2 t sızan neft 1000 m2 torpaq
sahəsini əkinə yararsız edir. Neftin neft-qaz yığımı
kollektorlarından və texnoloji qurğulardan qəza nəticəsində
ətrafa dağılması xarakterik bir hadisə kimi qalmaqdadır.
Kanalizasiya sistemi olmadıqda və ya pis işlədikdə bu tip
tullantılar yaxında yerləşən su hövzələrinə, bataqlığa
axıdılır, onları və qurunt sularını çirkləndirir.
Müəyyən edilmişdir ki, dünya miqyasında neftçı-
xarma neft emalı, nəqli və neftin istifadəsi zamanı ildə 45
mln t-a qədər itki baş verir. Bu itkinin 22 mln t-unun qu
ruda, 7 mln t-unun dənizdə və 16 mln t-unun isə atmosferdə
buxarlanması ilə müşayiət olunur. Dünya miqyasında neft
və neft məhsullarına olan tələbatın ildən-ilə artdığını nəzərə
alsaq, bu itkinin nə olduğunu və ətraf mühitə nə kimi ziyan
vurulduğunu təsəvvür etmək o qədər də çətin deyildir.
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, Azərbay
canda fəaliyyət göstərən aparıcı sənaye sahələrinin ekoloji
problemləri kifayət qədərdir və onların aradan qaldırılması
249
Dostları ilə paylaş: |