- tarixi mədəniyyət komplekslərinin və obyektlərinin mü
hafizə zonaları;
- təbiət parkının fəaliyyətini təmin edən zonalar.
Təbiət parkının ərazisində onun ekoloji, istirahət və este
tik keyfiyyətinə mənfi təsir edən, tarixi-mədəniyyət abidə
lərinin, nadir ağac və kolların abidə kimi qorunub saxlanması
rejimini və həmin abidələrin varlığına təhlükə yaradan hər bir
fəaliyyət qadağan edilir. Ümumi balansda şəhər yaşıllıqlarının
sahəsi 70%-dən az olmamalıdır.
Şəhər yaşıllıqları şəhər havasının təmizliyinin təminatı ilə
yanaşı sakinləri səs-küydən mühafizə edir. Botanika alimləri
avtomobil yolları boyunca 3 cərgədən ibarət
ağac əkilməsini və
bu zaman səsi udan ağac növlərindən istifadə olunmasını təklif
edirlər. Onların fikrincə yaşayış massivində hündürlüyü 10 m-i
keçə biləcək ağaclar əkilməlidir. Bu ağaclar evləri tozdan
qorumaq qabiliyyətinə də malik olur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığa və
təndaşların milli və dünyavi varlığı kimi qiymət verir. Bu
təşkilatın məlumatına görə əhalinin sağlamlığı 50% həyat tər
zindən, 20% genetik amildən, 10% səhiyyə təşkilatlarının işin
dən və 20% ətraf mühitin vəziyyətindən asılıdır. Bəşəriyyət ya
randığı gündən indiyədək onu əhatə edən mühitdən öz məna
feyi üçün istifadə edərək ona hər cür təsir edir. Bu vəziyyət son
50 ildə daha kəskin xarakter almışdır.
Təbii ekosistemin dəyişməsi elə sürətlə gedir ki, insan or
qanizmi onu çatdırıb adaptasiya edə bilmir və bu “orqanizm-
mühit” balansının pozulmasına səbəb olur. Sağlamlıq problemi
nin qlobal xarakter daşıması digər problemlərdən əvvəl yaran
mışdır.
ETİ sürətlə inkişaf etdiyi dövrdə dünyada bir çox epide
miyalar yayılmış və bu zaman bütün bəşəriyyətin sağlamlığını
qorumaq üçün səy tələb olunurdu. XIX əsrin ikinci yarısında I
Paster vaksinin köməyi ilə yoluxucu xəstəliklərə tutulmamaq
qabiliyyətini yaratmaq prinsipini əsaslandırdı və İ.İ.Meçniko-
194
vun ilk immunitet nəzəriyyəsi meydana gəldi. Bu elmi kəşflər
qara çiçək, vəba, taun, tetanus, qızdırma kimi bir çox qorxulu
yoluxucu xəstəliklərin qarşısını almağa imkan yaratdı. Lakin
hələ indiyə qədər bəzi xəstəliklərə (qrip, malyariya, zöhrəvi)
xəstəliklərə qarşı effektiv vaksinlər yaratmağa müvəffəq olun
mamışdır.
Aşağıdakı cədvəldə insan potensialının inkişaf indeksi
(İPİİ) adambaşına düşən ümumi daxili məhsul (ÜDM) ilə əha
linin artım göstəricilərinin mütənasib olduğu göstərilir.
Cədvəl 16
İnsan potesialınm inkişaf indeksi (İPİİ)
Qrup
ölkələr
İPİİ - 1997
Adambaşına
düşən ÜDM
ABŞ dolları
ilə- 1997
Əhalinin illik artım
tempi %-lə
1975/1997
1997/2015
İnkişaf etmək
də olan ölkələr
0,637
3240
2,0
1,4
Zəif inkişaf
etmiş ölkələr
0,430
992
2,5
2,2
MDB və Şərqi
Avropa ölkələri
0,754
4243
0,5
•
Sənaye cəhət
dən inkişaf
etmiş ölkələr
0,920
23741
0,6
0,3
Bütün
dünya
ölkələri
0,706
6332
1,6
ı,i
Əhalinin artımına son illərdə mənfi təsir göstərən amillər
dən biri də QİDS-dir (qazanılmış immunodefısit sindromu -
AİDS, SPİD). 1999-cu ildə QİDS virusu ilə 5,8 mln nəfər yo
luxmuş, ölənlərin sayı 2,5 mln-nu ötmüşdür ki, bunların 80%-i
Afrika qitəsinin payına düşür.
195