Bütün smoqlar günəş radiasiyasinin, xüsusilə də ultrabə
növşəyi şüalarin yer səthinə düşməsinə mane olur. Onlar da öz
növbəsində, bəzi zərərli maddələrin (benzopiren, karbohidrogen
birləşmələri və s.) zərərsizləşməsi prosesini zəiflədir.
Qeyd etmək lazımdır ki, əksər hallarda istehsalın azal
dılması mütənasib olaraq ətrafa texnogen təsirin azalmasına sə
bəb olmur. Bu onunla izah edilir ki, istehsalçılar çox hallarda
təbiətin mühafizəsi tədbirlərinin və təmizləyici qurğuların isti
fadəsini məhdudlaşdırırlar.
Zərərli maddələrin atmosferə atılmasının başlıca səbəb
lərindən biri də köhnəlmiş və ekoloji cəhətdən təhlükəli olan
texnologiya və avadanlıqlardan istifadədir. Qaztəmizləyici qur
ğuların tətbiq edilməməsi və yaxud effektiv olmaması şəhər
havasını çirkləndirən əsas səbəblərdən biridir.
Sənaye tullantı suları vasitəsilə şəhərətrafı təbii su mən
bələrinin çirkləndirilməsi baş verir. Tullantı suları küçə və mey
danlara çökmüş sənaye və nəqliyyat vasitələrinin tullantılarını
yığaraq su hövzələrinə aparır. Şəhərlərdə mövcud olan kanali
zasiya vasitələri əksər hallarda bu növ tullantıların təmizlənmə
sini təmin edə bilmir. Şəhərlərdə yaranmış belə ekoloji vəziyyət
əhalinin sağlamlığının pisləşməsinə səbəb olur. Ekoloji vəziy
yətin pisləşməsi yaşli adamlarda qan-damar, nəfəs yolları, böy
rək xəstəliklərinin artmasına səbəb olur, onkoloji xəstəlik nəti
cəsində ölüm hallarının artması baş verir. Ətraf mühitə zərərli
fiziki təsir göstərən amillərdən biri də səs-küydür. Son dövrlər
şəhər zonalarında on milyonlarla insan səs-küydən əziyyət
çəkir.
Normal insan 16 hs-dən 20000 hs-ə qədər tezliyə malik
olan səs dalğalarını qavrayır. 16 hs-ə qədər olan səs dalğaları
infrasəslər,
2 0 0 0 0 hs-dən çox tezliyə malik olan dalğaları ultra
səslər adlandırılır. İnfra və ultra səs dalğaları adi səs kimi
eşidilmir. Bu dalğalar insan orqanizminə
ehtisaz və titrəyiş kimi
təsir edir. Səs-küyün insan orqanizminə təsiri onun xarakte
rindən, səviyyəsindən, təsiretmə müddətindən və insanin fərdi
186
xüsusiyyətindən asılıdır. Bu təsir mürəkkəb fizioloji proses
olub, insan orqanizmində müxtəlif xroniki xəstəliklərin əmələ
gəlməsinə səbəb ola bilər. Mərkəzi əsəb sisteminin, karlığın,
ürək-damar, mədə-bağırsaq xəstəliklərinin əmələ
gəlməsində və
qanda şəkərin artmasinda səs-küyün rolu aktiv qeyd olunur.
Səs-küy nisbətən çox olduqda insanin əsəb sistemini gərginləş
dirir, ona psixoloji təsir göstərir.
Qeyd etmək lazımdır ki, səs səviyyəsi 70 db yüksək ol
duqda səs-küy insana müəyyən fizioloji təsir göstərərək orqa
nizmdə müəyyən mənfi dəyişikliklərə səbəb olur. 85-90 db sə
viyyəsində olan səs-küy, ilk növbədə, insanın eşitmə orqanının
həssaslığının azalmasına səbəb olur.
1 1 0 - 1 2 0 db səs səviyyəsi
onun ağrı astanası adlandırılır və eşitmə orqanlarına dağıdıcı
təsir edir. Müəyyən edilmişdir ki, 180-190 db səs pərçim və
qaymaq birləşməsini dağıtmaq qabiliyyətinə malikdir.
Səs-küyün əsas yaranma mənbəyi nəqliyyat (avtomobil,
dəmiryol və hava nəqliyyatı) və sənaye müəssisələridir. Ətraf
mühitə ən çox səs-küy avtomobil nəqliyatı vasitəsilə edilir
(ümumi səs-küyün 80 %-i).
Aveasiya nəqliyyatı tərəfindən yaradılan səs-küydən mil
yonlarla insan əziyyət çəkir. Müəyyən edilmişdir ki,“il-76” və
“il-
8 6” təyyarələrinin havaya qalxması zamanı aeroportdan
1 0
km məsafədə səs-küyün səviyyəsi 75 db-ə çatir. İri sənaye şə
hərlərində səs-küy kəskin ekoloji problemlərdən biri hesab olu
nur. Tədqiqatlar göstərir ki, Qərbi avropa əhalisinin yandan çox
hissəsi səviyyəsi 55-70 db olan səs-küy rayonunda yaşayırlar.
Uzunmüddətli səs-küyün təsiri insan ömrünün qısalmasına
səbəb olur.
Məlumdur ki, elektromaqnit şüalari insan orqanizminə
mənfi təsir göstərir. Yapon alimləri müəyyən etmişlər ki, radio
və televiziya verici antenalar əhatəsində yaşayan əhalidə gözün
mirvari suyu xəstəliyi geniş yayılmışdır. Odur ki, göstərilən sa
hələrdə şəhər əhalisinin yerləşdirilməsi sanitar norması hüdu
dunda olmalıdır.
187
Şəhərlərdə ekoloji təhlükəsizliyin təminatı və ətraf aləmin
mühafizəsinin təşkili üçün respublikanin regional siyasəti aşa
ğıdakı istiqamətlərdən ibarət olmalıdır:
- istehsalatın hər hansi bir sahədə yerləşdirilməsinin eko
loji baxımdan əsaslandırılması;
- sənaye, kənd təsərrüfati, energetika, nəqliyyat, kommu
nal təsərrüfat sahələrinin inkişaf etdirilməsi və genişləndirilmə
sində ekoloji
təhlükəsizliyin gözlənilməsi;
- təbii ehtiyatlardan səmərəli istifadə;
- fövqəladə halların yaranmasının xəbərdarlığı və onların
ləğvi ilə əlaqədar tədbirlərin hazırlanması;
- ərazi problemlərinin həlli zamanı ekosistemin təbii inki
şafının təmini və nadir təbii komplekslərin bərpası;
- ətraf mühitin mühafizəsi və təbiətdən istifadə sahələrinin
idarə edilməsinin təkmilləşdirilməsi.
Dünya əhalisinin sürətli artımı şəraitində maddi ne
mətlərin istehsalı cəhətdən dünya əhalisinin xeyli hissəsi kor
luq çəkir. Mütəxəssislərin fikrincə dünya ərzaq çatışmaz
lığını və aclıq probleminin aradan qaldırılması üçün ərzaq
məhsullarının istehsalını əvvəlki illərə nisbətən 4-5 dəfə ar
tırmaq lazımdır. Bu tədbirlərin həyata keçirilməsi üçün tor
paqların becərilməsində aqrotexnikanın son naliyyətlərin-
dən geniş istifadə, ziyanvericilərə qarşı mübarizəni genişlən
dirmək, təbii və süni məhsuldarlığı artırmaq və son illərdə
dünya ölkələri iqtisadi məhsuldarlığın artırılmasını qarşıya
qoyurlar.
Ərzaq probleminin həllində aqrar sektorun
davamlı
inkişafı və kənd təsərrüfatının bütün tədbirlərinin ekologiya-
laşması prinsipi həyata keçirilməlidir. Buraya torpaqların
eroziyaya qarşı mübarizəsi, üzvü kübrələrin istifadəsi, aqro-
meşə meliorasiya, mədəni-texniki meliorasiya, futomeliora-
siya turş torpaqların əhənglənməsi, torpağa texniki təsirlərin
azaldılması, torpaqqoruyucu texnologiyalara dair və bioloji
metodlardan geniş istifadə olunması nəzərdə tutulmuşdur.
188
Hal-hazırda üzvü kənd təsərrüfatı dünyanın 100
ölkəsindən çoxunda inkişaf edir. 24 mln ha-dan çox torpaq
larda ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları
istehsal edilir. Məsələn, qitələr üzrə bu istehsal: Avstraliyada
42%, Avropada 23%, Latın Amerikasında 24%, Şimali
Amerikada 6%, Asiyada 4% və Afrikada 1% təşkil edir.
Müasir dövr dünyanın iri regionlarının əhalisinin artımı ilə
əlaqəli, onların antropogen fəaliyyətlərinin güclənməsi və
nəticədə torpaq təminatının dinamikasının dəyişməsinə gə
tirib çıxartmışdır.
Son 20-il ərzində adambaşına becərilən torpaq sahə
ləri 0,40 ha-dan 0,24 ha, Asiyada isə 2009-cu ilin göstəricilə
rində 0,10-ha qədər azalmışdır.
Genetik modifikasiya olunmuş - transgen bitki növ
lərinin təbiətdəki analoqlarından fərqli olaraq insanların is
təyinə uyğun olaraq yaradılmış bir sıra üstünlükləri, bu
növlərin təsərrüfatda sürətlə və geniş tətbiq edilməsi üçün
şərait yaratmışdır.
Genetik modifikasiya olunmuş bitki növləri təbii yol
la əldə edilmiş növlə olaraq aşağıdakı xüsusiyyətlərə malik
dir:
1. Yüksək və stabil məhsuldarlıq.
2. İl ərzində bir neçə dəfə məhsul vermək.
3. Ziyanvericilərə qarşı yüksək davamlılığa malik
olmaq.
4. Daha yüksək və aşağı temperaturlu hava şəraitinə
davamlı olmaq və s.
Bundan başqa bu növlərin istehsalında qeyri-üzvi
gübrələrin, pestisidlərin və digər zəhərli maddələrin tətbiqinə
ehtiyacın azalması ətraf mühitin bu maddələrlə çirklənmə
sinin qarşısının alınmasında mühüm rol oynayır. Onların
tərkibində kimyəvi maddələr toplanır. Tərkiblərində top
lanmış bəzi herbisitləri parçalamaq qabiliyyətinə (xüsusi
fermentlərə malik olmaları ilə əlaqədar) malikdir.
189