Bu xüsusiyyətləri nəzərə alaraq genetik modifikasiya
olunmuş bitki növlərindən geniş istifadə olunur.
Dünyanın bütün əkin sahələrinin təqribən 20-30%-də
transgen toxumlar əkilir. Onlardan alman məhsullar müx
təlif qida məhsullarının tərkibinə daxil edilir. Dünyada
yetişdirilən soyanın 80%-i transgen yolla becərilir.
Bu qidalar insan orqanizmində bəzi fəsadlar törədir.
Məsələn, sonsuzluq, xərçənglər, immunitet zəifliyi və s. xəs
təliklər yaradır. Belə məhsullara bir sıra dövlətlər çox eh
tiyatla yanaşırılar və bütün inkişaf etmiş ölkələrdə qida
məhsullarının kefiyyəti, ekoloji təmizliyi və bioloji təhlükə
sizliyi diqqət mərkəzindədir.
Ümumdünya ticarət-təşkilatının tələblərinə görə tər
kibində (QMO-tərkibli) faizlə olması göstərilməlidir.
Ərzaq problemi dünya əhalisinin qida məhsulları ilə
təminatının lazımı səviyyədə olmaması ilə əlaqədardır. Bu
problem daha kəskin şəkildə İEOÖ-də durur. Afrika, cənubi
və cənub-şərqi Asiyada 1 mlrd, nəfər əhali lazımı qədər
qidalanmır, 500 mln nəfər aclıq çəkir.
Ərzaq probleminin yaranmasına səbəb İEOÖ-də kənd
təsərrüfatının zəif inkişafı, onun birtərəfli istiqamətdə aparıl
ması və məhsullarının əsas hissəsinin ixrac edilməsidir. Müs
təmləkə dövründən qalmış miras kimi onların çoxunun kənd
təsərrüfatında yalnız bir və ya bir neçə növ bitki yetişdirilir
(buna monokultur təsərrüfat deyilir). Quraqlıq olan illərdə
isə İEOÖ hətta bu məhsulları da toplaya bilmir. Ərzaq
probleminin kəskin olduğu ölkələr zəif inkişaf etdiyinə görə,
onların əhaliyə lazim olan bütün məhsulları almağa onların
maliyyə imkanları yoxdur. Bu ölkələrdə kənd təsərrüfatını in
tensiv yolla inkişaf etdirmək üçün maliyyə vəsaiti və texniki
vasitələr də azdır.
Ərzaq probleminin həlli üçün onun kəskin olduğu ölkə
lərdə kənd təsərrüfatının ekstensiv və intensiv yollarla aparıl
ması lazımdır. Kənd təsərrüfatının ekstensiv inkişaf yolu çoxlu
190
maliyyə vəsaiti tələb edir. Ona görə beynəlxalq maliyyə təş
kilatlarının və İEÖ-in geri qalmış ölkələrə köməyi lazımdır.
Dünyada kənd təsrrüfatına yararlı olan 3,2-3,4 mlrd ha torpaq
lardan hələlik yalnız yarısı istifadə edilir. Lakin dünyanın əksər
ölkələrində intensiv yol kənd təsərrüfatının əsas inkişaf isti
qaməti kimi qəbul edilir. Əkinçilik məhsullarının artımının 9/10
hissəsi bunun hesabına olur. Bir çox Asiya ölkələrində (Vyet
nam, Çin, Hindistan, İndoneziya, Tailand), Meksikada və Bra
ziliyada həyata keçirilən yaşıl inqilab ərzaq probleminin həl
lində artıq öz müsbət nəticələrini vermişdir.
İEOÖ-in geriliyinin aradan qaldırılması dünya miqyaslı
problemlərdən biridir. Onlar siyasi cəhətdən müstəqil olsa da,
təsərrüfatın əsas hissəsi yenə də İEÖ-in transmilli korporasiya
larından asılıdır. Bu ölkələrdə əhalinin əsas hissəsi işləyə bil
mir, savadsızdır, elm və təhsil zəif inkişaf edir. Səhiyyənin zəif
inkişafı ilə əlaqədar İEOÖ-də əhali arasında ölüm halları yük
səkdir, orta ömür müddəti isə çox aşağıdır, sosial həyat şəraiti
pisdir. Bu qrup ölkələrdə hər il 30-40 mln nəfər əhali, o
cümlədən 15-17 mln nəfər uşaq ölür.
Dünya okeanından istifadə edilməsi problemləri onun sər
vətlərinin geniş şəkildə mənimsənilməsi ilə əlaqədar başlamış
dır. Quruda mineral-xammal ehtiyatları azaldığına, xammal və
eneıji problemi kəskinləşdiyinə görə insanlar dəniz və okean
ların nemətlərindən getdikcə daha çox istifadə edir. Dənizdə
dağ-mədən, kimya və energetika sənayesi obyektləri qurulur,
neft-qaz hasilatı aparılır, dəmir və digər metallar çıxarılır. Eyni
vaxtda okeanlarda 2-3 mln nəfər adam işləyir. Qabarma
elektrik
stansiyaları tikilməsi, dəniz suyunun şirinləşdirilməsi, dəniz cə
rəyanlarından istifadə edilməsi, okean suyundan ağır hidrogen
(deyteriya) alınması və s. son vaxtlarda dünya okeanının mə
nimsənilməsinin əsas istiqamətləridir. Bunlar okeanların, xüsu
silə onun sahil rayonlarinin çirklənməsinə səbəb olur.
Ərzaq probleminin kəskinləşməsi nəticəsində dünya okea
nının bioloji ehtiyatlarından istifadə edilməsi genişlənir. Okean
191