yenidən suda həll olur və dərin qatlara gedir. Üst qatlarda olan
duzlar azaldıqda onlar şorakət torpaqlara çevrilir. Bu torpaq
ların yaranması ana süxurlarda duzların miqdarının artması və
ya tərkibində duzlar olan yeraltı sulann səthə yaxınlaşması ilə
əlaqədardır.
Şoran torpaqların üst qatında həll olmuş duzlar 1% və daha
çox olur. Şoran torpaqlarda humusun miqdarı 1%-ə qədər olur,
ləkələr halında duzlar yığılır. Şoranlıqlar duzların tərkibinə
görə fərqlənir. Torpaqların xarici görünüşü bu duzlardan ası
lıdır. Xloridli torpaqlarda olan natrium-xlor, maqnezium-xlor,
kalsium-xlor duzları vardır. Onlar hiqroskopik duzlar olduğuna
görə torpaqlar yaş görünür. Torpaq qatından aşağıda duzlaşmış
ana süxurlar və çox minerallaşmış sulu lay yerləşir. Şoran tor
paqlara yarımsəhra və səhra zonalarında rast gəlinir. Azər
baycanda belə torpaqlar 186 min ha ərazini əhatə edir.
Şorakət torpaqların üst hissəsində soda və başqa duzlar çox
olur. Onların tərkibində gilli hissəciklər çox olduğuna görə bu
torpaqlar sıx və kip olur. 80 sm dərinliyə qədər bu torpaqlarda
duzların miqdarı çoxdur. Onlar nəmləndikdə yumşalır, quru
duqda çatlara bölünür.
Şoranlıqlar və şorakət torpaqlar az məhsuldar olmasına görə
fərqlənir. Ona görə də bu torpaqlardan yalnız ciddi meliorasiya
tədbirləri görülməsi ilə istifadə etmək mümkündür.
Bunun üçün ilk növbədə torpaqların lm-lik üst hissəsini
bitkilər üçün zərərli duzlardan təmizləmək məqsədilə kollektor-
drenaj şəbəkəsi yaradılmalı, onların duzu yuyulmalıdır.Şorakət
torpaqlarda olan natrium duzlarını kalsium duzları ilə əvəz et
mək üçün torpağa gips verilməlidir. Torpağın suvarılması düz
gün aparılmadıqda onlar yenidən şoranlaşa bilər. Bu prosesin
qarşısını almaq üçün qurunt sularının səviyyəsi böhran də
rinliyindən (3-3.5m) aşağıda saxlanılmalıdır.
Zaman və məkan torpaq əmələgətirən amil kimi. Hər bir
təbii proses zaman və məkan daxilində dəyişir. Torpağın
əmələgəlməsinə təsir edən amillər bu və ya digər cöğrafı şərait
158
də təsir göstərərsə, deməli bu proses müəyyən zaman ərzində
inkişaf edir. Yəni hər bir təbiət hadisəsinin inkişafı üçün müəy
yən vaxt lazımdır. Hər hansı bir rayonun geoloji quruluşunu və
yaşını Yerin üst sahələrində, ondan aşağı qatlarda yayılmış
süxurların yarandığı dövrü öyrənməklə müəyyən edirlər. Torpa
ğın yaranması üçün çox vaxt lazımdır. Amerika alimi H.Benne-
tin hesablamalarına görə xalis ana süxurdan 2-3 sm qalınlığında
torpağın əmələ gəlməsi üçün
2 0 0 - 1 0 0 0
il vaxt tələb olunur.
Ekologiya elminin ən vacib tətbiqi problemlərindən biri aqro-
ekosistemlərin formalaşdınlma və fəaliyyət qanunlarım öy
rənməkdir. Kənd təsərrüfatı sahələri insanın məqsədyönlü
fəaliyyəti ilə sadələşdirilmiş səciyyəvi ekosistemdir.
Antropogen amil - antropogen amillər bütün torpaq tiplərinə
öz təsirini göstərmişdir. Bununla əlaqədar olaraq çox yerdə
təbii torpaq tipi qalmamışdır, yəni mədəni torpaqlar yaranmış
dır: bataqlıalar qurudulmuş, səhra çöl torpaqlarında suvarılma
tətbiq olunmuş, şoran torpaqların meliorasiyası işləri aparıl
mışdır. Dağ ətəyi ərazilərdə meşələrin yerində bağlar, üzümlük
lər yaradılmış, bəzi yerlərdə təbii relyef dəyişdirilmiş, yamaclar
terraslara çevrilmişdir.
Müasir
insan nəinki bioloji, hətta geoloji amil olmuşdur.
İnsanın təsərrüfat fəaliyyəti torpaqəmələgəlmə prosesinə təsir
edən amillərdən biridir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq
torpaq istehsal vasitəsinə çevrilmiş, maddi nemətlər istehsalının
mühüm amili olmuşdur.
İnsanın torpağı şumlaması, suvarması, külli miqdarda kübrə
və pestisidlərin istifadə edilməsi və s. tədbirlər torpağın xassə
və xüsusiyyətlərinə müəyyən dərəcədə təsir edir. Bu təsir iq
tisadi-ictimai şəraitdən, elm və texnikanın inkişaf səviyyəsin
dən və digər səbəblərdən asılıdır.
Məlumdur ki, qurunun sahəsi buzlaqlarla birlikdə 149
mln.km
2 təşkil edir. Bura həmçinin həyatsız səhralar, su anbar
ları və torpaq örtüyü zəif inkişaf etmiş və ya dağılmış sahələr
də daxildir. Bunlardan buzlaqlar 16 mln.km , buzlaqlardan azad
159
olmuş sahələr isə 133 mln.km
2 təşkil edir. Qurunun nisbətən
istifadə üçün yararlı olan hissəsi 95 mln.km2, yaxud onun 64%-
ni tutur. Bu məhdud ehtiyat ərazidə bəşəriyyət yerləşmişdir.
Yuvarlaqlaşdınlmış rəqəmlərə görə demək olar ki, qurunun
10%-i əkin sahəsi, 20%-i otlaq, 30%-i meşələr
və müxtəlif tipli
yararsız sahələr 40%-i təşkil edir.
Dünyanın torpaq ehtiyatlarından son min illikdə istifadə olun
masının əsas xarakterik cəhəti əhalinin ərzağa olan tələbatının
artımı ilə əlaqədar əkin sahəsinin artırılmasıdır.
Hazırda dünyada əkin sahələri 15 mln.km
2 təşkil edir, son 20
ildə demək olar ki, onun artımı dayanmışdır. Bu əkinçilik üçün
yararlı sahələrin demək olar ki, azalması ilə bağlıdır.
Müasir texnikanın, mineral gübrələr, pestisidlər, herbisidlərin
tətbiqi şəraitində insanların torpağa təsiri çoxsahəlidir. Bir
tərəfdən torpağın əkin, çoxillik bitkilər altında uzun müddət
istifadəsi, xüsusilə suvarma əkinçiliyi zonalarında mono-mə-
dəniyyət şəraitində onların məhsuldarlığına mənfi təsir göstərir,
şoranlaşmam, su və külək eroziyasını qüvvətləndirir, digər tə
rəfdən kənd təsərrüfatına yararlı torpaqların başqa məqsədlər
üçün ayrılması, onları geniş sahələrdə istehsalı mübadiləsindən
çıxarır.
Torpaq ehtiyatlarına kənd təsərrüfatında istifadə edilən və
meşələrlə örtülən torpaqlar daxil edilir. Respublikamızda 4227
min ha sahə kənd təsərrüfatında istifadə edilir. Onlar kənd tə
sərrüfatına yararlı olmayan (bedlend) ərazilər, bataqlıqlar, dağ
lıq sahələr və s. ilə birlikdə ölkənin torpaq fondunu əmələ
gətirir.
Azərbaycanda olan torpaq fondu 8641.5 min hektardır. Onun
77%-i istifadə edilir. Kənd təsərrüfatına yararlı torpaqların
44%-i əkin sahələrindən və şumlardan, 4%-i çoxillik əkinlər
dən, 26%-i biçənək və otlaqlardan ibarətdir. Ölkədə əkin sahə
ləri 1454 min ha sahə tutur. Kənd təsərrüfatında istifadə edil
məyən sahələr torpaq fondunun 40%-i qədərdir. Bu torpaqların
13%-ni şəxsi həyətyanı torpaqlar, 12.1%-ni meşələr, 2.7%-ni
160
kolluqlar, 0.8%-ni bataqlıqlar, 3.6%-ni su hövzələri, 31.6%-ni
digər torpaqlar (yollar, kəndlər, şəhərlər, sənaye obyektləri)
təşkil edir.
Respublikada əhalinin sayının artması ilə əlaqədar yeni əra
zilər mənimsənilir, nəticədə şəhər və kəndlərin sahəsi geniş
lənir, yeni təsərrüfat obyektləri tikilir, istifadə olunan torpaq
ların bir hissəsi yararsız hala düşür. Ona görə də ölkədə torpaq
ehtiyatları getdikcə azalır. Hazırda Azərbaycanda adambaşına
1.08 ha torpaq fondu (dünyada 3ha), 0.2 ha (dünyada 0.25ha)
əkin sahəsi, 0.6 ha yararlı torpaq sahəsi düşür. Əkin sahələri
üçün torpaqların çatışmadığı bir zamanda onlardan səmərəli
istifadə olunması günün vacib tələblərindən biridir.
Azərbaycan Respublikası torpaq ehtiyatları ilə zəif təmin
olunmuş ölkələr sırasına daxildir. Azərbaycanda torpaqlardan
səmərəli istifadə, onların mühafizəsi münbitliyinin bərpası və
nəticədə torpaqların təkrar istehsal dövriyyəsinə qaytarılması
qarşıda duran əsas vəzifələrdəndir.
1991-ci ildə Azərbaycan Respublikası yenidən müstəqillik
əldə etdikdən sonra torpaqlara
münasibət də dəyişmiş, müxtəlif
mülkiyyət formaları yaranmışdır. Respublikanın Milli Məclisi
tərəfindən qəbul olunmuş yeni Torpaq qanununa görə ümumi
torpaq fondunun (
8 . 6 min ha-dır) 44.2%-i dövlət mülkiyyətinə,
31.4%-i bələdiyyə mülkiyyətinə, 24.4%-i isə özəlləşdirmə yolu
ilə əhalinin şəxsi mülkiyyətinə ayrılmışdır. Məlumat
üçün qeyd
edək ki, Azərbaycan Respublikasının torpaq fondunun təxmi
nən 49%-i kənd təsərrüfatı üçün yararlı torpaqlardır.Ona görə
torpağın münbitliyinin bərpası, artırılması və mühafizəsi sa
həsində ekoloji tələblər üzrə qanunvericilikdə göstərilir ki, tor
paqda aqrokimyəvi, meliorativ, eroziyaya qarşı mübarizə və
digər tədbirlər həyata keçirildikdə müəyyən olunmuş ekoloji
təhlükəsizlik normativləri və ətraf mühitin mühafizəsi tədbirləri
nəzərə alınmalıdır.
Ətraf mühitə atılan bərk tullantıları sənaye, kənd təsərrüfatı
və məişət tullantılarına ayırmaq olar. Bərk tullantılar geosferin
161