dörd ballarda suda müvafiq olaraq iy hiss olunmur; diqqətlə
iylədikdə suda iy hiss olunur; iy azca hiss olunur; - su içiləndə
xoşagəlməz ola bilər; iy diqqəti cəlb edir, su içiləndə xoşa gəl
məzdir.
3) turşuluğu - pH;
4) mineral qalığı;
5) oksigenin miqdarı;
6 ) suyun oksigenə olan biokimyəvi tələbatı, (OBKT);
7) zərərli maddələrin miqdarı;
8 ) xəstəlik törədən bakteriyaların miqdarı;
9) üzvi maddələrin konsentrasiyası (qatılığı);
Suyun keyfiyyətinə olan tələblər su tələbatçıları tərəfin
dən müxtəlifdir. Sənayedə istifadə olunan su istehsal edilən
məhsulun keyfiyyətinə mənfi təsir göstərməməli; boru kəmərini
korroziyaya uğratmamalı, müxtəlif tikintilər, qurğular və apa
ratlarda duz çöküntüləri əmələ gətirməməlidirlər. Bundan əlavə
sənayedə istifadə olunan su burada işləyən işçilərin səhhəti
üçün təhlükəli olmamalıdır.
Kənd təsərrüfatında istifadə olunan suyun keyfiyyəti məh
sulun keyfiyyətini pisləşdirilməməli torpağı şoranlaşdırmamalı
və bitkilər üçün zərərsiz olmalıdır.
İçməli və mədəni-məişət məqsədi üçün istifadə olunan
suyun keyfiyyəti ən yüksək tələbatlara cavab verməlidir. Bu tə
ləblər Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən qəbul və təsdiq
olunmuş qərarlarla təsbit edilmişdir.
Yerüstü sulann çirkab suları
çirklənmədən mühafizə
qaydalarına uyğun təyin edilir. Həmin qaydalara əsasən suyun
keyfiyyətinə tələblər aşağıdakılardır:
1 ) çirkab sular su hövzələrinə atılarkən, hövzədəki suyun
temperaturu yaydakı maksimal temperaturdan 3°C-dən çox art
mamalıdır; balıqçılıq təsərrüfatı üçün suyun temperaturu təbii
temperaturdan 5°C-dən çox artmamalıdır;
138
2 ) sudan gələn iyin və dadın şiddətliliyi 2 baldan artıq
olmamalıdır, bundan əlavə həmin iy və dad balığa keç
məməlidir;
3) turşuluğu 6,5 < pH < 8,5 həddində olmalıdır;
4) mineral qalığı 1000 mq/l-də çox olmamalıdır;
5) çirkab sular atılarkən sudakı oksigenin miqdarı 4 mq/1-
dən az olmamalıdır (ilin hər vaxtı gündüz saat
1 2 -yə qədər
götürülən su nümunəsində); balıqçılıq təsərrüfatında istifadə
edilən sudakı oksigenin miqdarı
6 mq/l-dən az olmamalıdır;
6 ) oksigenə biokimyəvi tələbat (BKT) 20°C suyun tempe
raturunda 3 mq/l-dən çox olmamalıdır (balıqçılıq təsərrüfatı
suyunda
6 mq/l-dən çox olmamalıdır);
7) zəhərli maddələrin konsentrasiyası (qatılığı) əhalinin
sağlamlığına zərər vurmamalıdır (eləcə də balıqlar üçün zə
rərsiz olmalıdır);
8 ) xəztəlik törədən bakteriayalr olmamalıdır. Bağırsaq
basili qrupu bakteriyalarının sayı (koli-indeks)
1 litr suda 1 0 0 0-
dən artıq olmamalıdır (qaydalara əsasən bu zərərsiz hesab
olunur);
9) çirkab sular atılarkən suda üzən mineral və üzvi
maddələrin konsetrasiyası 0,25 mq/l-dən çox artmamalıdır;
1 0) suyun səthində üzən maddə pərdələri (neft, mineral
yağlar və s.) olmamalıdır.
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən su hövzələrinə
atılan hər bir zərərli maddə üçün yolverilən qatılıq həddi
müəyyən edilmişdir. Bu göstəricilər gigiyenik normalardır və
onların qiyməti aşağıdakı cədvəldə verilmişdir.
139
Cədvəl 13
Maddələr.
Məhdudlaşdıncıların
zərəri ilik göstəricisi.
Həddi yolverilə
(qatılıq
n konsentrasiya
) mq/1.
Təsərrüfat-
içməli.
Balıqçılıq
təsərrüfatı.
Amonyak
Sanitar
2
0,05
Ammonium
Toksikoloji
2,6
0,5
Kalium
Sanitar- toksikoloji
50
Kalsium
180
Maqnezium
44
44
40
Natrium
“
________
“
120
Nitratlar
44
44
44
40
Nitritlər
44
44
0,08
Sulfatlar
44
44
500
100
Xloridlər
44
44
350
300
Dəmir
Orqanoleptik
0,5
-
Tərkibində radioaktiv maddələr olan çirkab suların su
hövzələrinə atılması üçün xüsusi qaydalar tərtib olunmuşdur.
Burada çox cuzi qatılıqlar nəzərdə tutulmuşdur. Misal üçün,
kobalt və stronsium üçün həddi yolverilən konsentrasiyalar uy
ğun olaraq T 10
' 8 və 3- 10" 11 küri/l-dən çox olmamalıdır. Daxi
lində radioaktiv maddələr olan çirkab suların balıqçılıq təsərrü
fatı məqsədilə istifadə olunan su hövzələrinə atılması qadağan
olunmuşdur.
140
MÖVZU 5. LİTOSFERİ ÇİRKLƏNDİRƏN MƏNBƏLƏR,
ONLARIN ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ TƏSİRİ
VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ
Litosfer (yunanca lito-daş deməkdir) - Yerin üst bərk qatı.
Litosferə Yer qabığı və ondan Moxoroviçiç sərhədi ilə ayrılan
üst mantiyanın üstdəki bərk hissəsi daxil edilir. Litosferin qa
lınlığı qeyri-müəyyəndir, ehtimal ki, 50-200 km arasında də
yişir.
Yer Planetinin bərk hissəsinin əsas kütləsi Yerin nüvəsi
(mərkəzi), mantiyası və Yer qabığından ibarətdir. Daxili nü
vənin radiusu 1250 km, Yerin həcminin 0,7%-ni, kütləsinin isə
1,2%-ni təşkil edir. Onun bərk cisim olub ərimə vəziyyətinə
yaxın olduğu ehtimal edilir. Nüvənin xarici (kənar) qatı 2900-
5000 km dərinlikdə yerləşib bütün Yerin həcminin 15,2%-ni,
kütləsinin isə 29,8%-ni tutur. Onun ərimiş maye halında ol
ması güman edilir. Yer nüvəsinin temperaturu 5000°-yə, sıxlığı
12,5tm3-ə yaxındır.
Yerin mantiyası Yer qabığı ilə yerin nüvəsi arasındakı təbə
qədir, onun aşağı sərhədi təxminən 2900 km dərinlikdə yerləşir,
qalınlığı 2000km-ə yaxındır. Yuxarı mantiyanı 60-250 km də
rinlikdə ərimiş hala yaxın bazalt təşkil edir. 500 km dərinlikdə
temperaturu 1500°, 2900km dərinlikdə təzyiq 1,35 milyon
kq/sm2-ə bərabərdir.
Yerin qabığı onun xarici bərk qatına deyilir. Üstdən atmosfer
və hidrosferlə, altdan seysmik məmulatlarla müəyyənləşdiril
miş daha sıx ultraəsaslı substratla (Moxoriviçiç səthi ilə) hü-
dudlanır. Yer qabığı materiklərdə və okeanların altında müxtə
lifdir. Materikdə yer qabığının qalınlığı adətən 35-40 km, dağ
lıq ərazilərdə 75 km-ə qədərdir. Okeanda Yer qabığının qalın
lığı 5-10 km-dir (su qatı ilə birlikdə (9-12 km).
Yer qabığının orta sıxlığı 2.8q/sm
3-dir, onun kütləsi Yerin
bütün kütləsinin
0 .8 %-ni təşkil edir. Ümumiyyətlə, litosferin
141
Dostları ilə paylaş: |