Su obyektlərinin çirklənmə mənbələri 2 qrupa bölünür: I
qrupa-sənaye müəssisələrinin və kommunal çirkablarının
təmizləmə qurğuları, II -qrupa kənd təsərrüfatı ilə əlaqədar,
məsələn gübrə və pestisidlərin parçalanma məhsulları ilə suyun,
çirklənməsi aid edilir.
Aşağıdakı cədvəldə müxtəlif su obyektlərinin çirklənməsi
ilə bağlı yaranan əsas problemlər göstərilir.
Cədvəl 11
Su obyekti
Suyun keyfiyyət problemi
Su obyekti üçün
spesifik olan
Ümumi
Çaylar
Patogenlər
Ağır metallar
Üzvi maddələr
Asılı maddələr
Asidifikasiya
Göllər və su an-
barları
Evtrofikasiya
Asidifikasiya
Yeraltı sular
Minerallaşmanm
artması
Üzvi
mikroçirkləndiricilər
Nitratlarm
qatdığının
artması
Patogenlərlə yoluxma mədə-bağırsaq xəstəliklərinin yük
sək dərəcədə xəstəlik və ölümün mühüm faktorudur. Bu əha
linin sıxlığından və onun sosial-iqtisadi inkiçafından bilavasitə
asılıdır, inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. İnkişaf
etmiş ölkələrdə isə içməli su təchizatında su emal olunur.
Patogenlərlə yoluxma, üzvi maddələrlə çirklənmə ilə qar
şılıqlı əlaqədardır. Üzvi maddələr çirkləndiricilərin, ən böyük
qrupu sayılır, onlar suya kanalizasiya çirkabları və ya nizam
lanmış məişət axınları ilə həll olmuş və ya asılı şəkildə daxil
olur.
Çaylar suda həll olan oksigenin sayəsində xeyli özünü
təmizləmə qabiliyyətinə malik olur. Çayda üzvi maddələrin
miqdarı onun özünü təmizləmə qabiliyyətindən çox olduqda su
110
yun çirklənməsi güclənir. Bu problemi həll etmək üçün höv
zəyə daxil olan çirkləndiricilərin həcmini azaltmaq, digər tərəf
dən təmizləyici qurğuların sayını artırmaq lazımdır.
Çay suları ilə gətirilən asılqan maddələr, narın torpaq
hissəciklərindən ibarətdir. Dünya çay axınlarının gətirdikləri
narın torpağın miqdarı ildə 20 mlrd, tona qədər olur. Gətirmələr
halında narın torpaq hissəcikləri öz səthində fosfor birləş
mələrini absorbsiya edir. Çaylar üzərində bəndlər yaradıldıqdan
sonra gətirmələrin hamısı absorbsiya edilmiş fosforla birlikdə
su anbarlarında akkumulyasiya olunur. Bu isə bəndin aşağı his
səsində torpağın münbitliyini və balıq məhsuldarlığını aşağı
salır.
Turşuluq göstəricisi PH=5 və ondan aşağı olan sularda,
suların asidifıkasiya vəziyyətində olması qəbul olumuşdur.
Ekosferdə bir çox proseslər turşu-qələvi reaksiyası ilə təyin
olunur. Yəni PH-ın göstəricilərindən asılıdır. PH-ın optimal
göstəricisi 6-8 arasında olduqda optimal göstərici hesab olunur.
Su ekosistemlərində flora və faunanın dəyişməsi asidifıkasiya-
mn mühüm indikatoru hesab olunur. Göllərdə PH-5 -dən aşağı
olduqda balıq populyasiyalan yoxa çıxır. Göllərin asidifıkasiya-
smı müəyyən dərəcədə idarə etmək olur, bunun iki üsulu vardır:
1)
gölə və onun bütün hövzəsinə turşulu yağışların
miqdarını azaltmaq; 2) suyu əhəngləməklə ona bilavasitə təsir
etmək. Əhəngləmədən sonra tez bir zamanda göl suyunun və
ziyyəti yaxşılaşır, bioloji bərpa olunma prosesi yavaş gedir,
balıq populyasiyası isə 5 ilə bərpa olunur.
Evtrofıkasiya yunan sözü olub qida (trofe) deməkdir. O su
hövzələrində biogen elementlərin toplanması nəticəsində onun
bioloji məhsuldarlığını artırır. Biogen maddələrin, yəni fosfor
və azot birləşmələrinin həddindən çox gölə, su anbarına, çay
mənsəbinə və həmçinin dəniz sahilyanı suyuna daxil olması su
bitkilərinin, xüsusən mikroskopik yosunların və makrofitlərin
güclü böyüməsinə səbəb olur. Dövri olaraq yosunların güclü
inkişafı (çiçəkləməsi) baş verir və sahəcə böyük olan su anbar-
111
lanni əhatə edə bilir. Bundan sonra mikroskopik yosunlar qu
ruyur və çox vaxt kütlənin oksidləşməsi üçün suda həll olmuş
oksigenin hamısmı sudan alır - özünə çəkir. Həm “çiçəklən
mə” həm də yosunlann parçalanması zamanı suyun keyfiyyəti
pisləşir.
Təbii sularda və su təchizatı mənbələrində nitratlann əsas
mənbəyi kənd təsərrüfatı sayılır.
Nitratlar yüksək həll olmaları ilə fərqlənirlər. Odur ki,
çox hissəsi su obyektlərinə, öncə yeraltı sulara daxil olur. Kənd
təsərrüfatının intensivliyi artdıqca və gübrələrdən istifadənin
müddəti uzunmüddətlidirsə nitratlara çirklənmə bir o qədər çox
olur. Qərbi Avropanın bir çox ölkələrinin - Almaniya, Çexiya,
Slovakiya, Danimarka, Fransa və b. quyu sularında nitratların
yüksək dərəcədə olması onları istifadə üçün yararsız edir. İç
məli sularda nitratlann qatılığmm çox olması insan sağlamlığı
üçün bir sıra problemlər yaradır.
Beynəlxalq səhiyyə təşkilatı tərəfindən içməli suda
nitratlann norma miqdarı NO
3-1 1 mq/1 qədər olmalıdır. Nitrat
lann yeraltı sulara daxil olması, yeraltı suların çirklənməsində
ciddi problem sayılır. Yeraltı suların hərəkəti yerüstü sulara
nisbətən olduqca zəifdir. Odur ki, hidrogeoloji formasiyaya da
xil olan çirkli su orada uzun müddət qala bilər.
Suyun minerallaşması onun tərkibində maddələrin həll ol
ması nəzərdə tutulur. İnsan fəaliyyəti gücləndikdə təbiətdə rast
gəlinən ionların miqdarı iqlim şəraitindən asılı olaraq suda artır.
Xüsusən arid regionlarında çay hövzələrində suvarmanın in
kişafı nəticəsində minerallaşmış sular və torpaq horizontlann-
dan yuyulmuş bir çox maddələr yenidən çaya qayıdır. Dünya
nın bir çox obyektlərində ağır metallar və arsen suyun keyfiy
yətində ciddi problem yaradır. Yer qabığında müəyyən edilmiş
1 0 0 kimyəvi elementdən ən yüngül 2 2 element canlı mad
dələrin tərkibində daxil olur. Sənayedə suyun tərkibinə, orqa
nizmə yad olan ağır zəhərli ağır metallar daxil olur. Bir çox
112
kommunal təmizləyici qurğular da tərkibinə ağır metallar olan
sənaye çirkab sulan qəbul edir.
Dağ - mədən sənayesi və əlvan metallurgiya sənayesi bu
tip çirklənmələrin mənbəyi sayılır.
Təbii sularda üzvi maddələrin qatılığı 11-də 1000 nano-
qramdan az olur. Bu maddələrin suda olduqca kiçik qatdığının
ölçülməsi yüksək dəqiqlik tələb edir. Kəsgin zəhərli olan bu
maddənin ölçülməsi vacibdir, çünki
1 qr polixlorlu bifenillər 1
mln. kub.m. suyu həyat üçün yararsız hala salır. Hamıya məlum
olan DDT (dust) da bu qəbil çirkləndiricilərdəndir. PXB və
DDT xlor üzvi birləşmələrə aid olub, ətraf mühitdə uzun müd
dət qalaraq, qida zəncirləri ilə ötürülür, onlann bəzi həlqə
lərində toplanır, orqanizmin immunitet sistemini zəiflətmək,
qırmaq qabiliyyətinə malikdir.
Bəşəriyyətin həyatında okeanın rolu çox şaxəlidir. Yerdə
həyatın mövcudluğunda okeanın əhəmiyyəti
böyükdür.
Okeanlar iqlimin və atmosfer tərkibinin formalaşmasında,
mineral maddələrin dövranının yerinə yetirilməsində mühüm
rol oynayır.
Hazırda Okeanın dərinliklərində yerləşən müxtəlif mi
neral xammal ehtiyatlarından ən çox neft və qaz böyük əhə
miyyət kəsb edir. İndi dünyada dənizə çıxışı olan 140 dövlətdən
100-dən çoxunda şelflərdə neft çıxarılır, 300 mlrd, kub.m-dən
artıq qaz çıxarılır.
Dünyanın xarici mütəxəssislərinin məlumatına görə
okeanların və dənizlərin şelf sularında neft ehtiyatı - 80 mlrd,
ton, qaz həcmi isə -40-50 trln. m3-ə qədərdir.
Okeanın dibində və suyunda çoxlu miqdarda xammal var
dır. Dünya okeanında 1,4 • 10
16 ton natrium, 1,8 1015 ton maq-
nezium, 5,6 TO
14 ton kalsium, 20 mlrd, tona qədər uran, 15
mlrd, ton mis, 0,5 mlrd ton gümüş, 8-10 mln. ton qızıl həll
olunmuşdur.
Dəniz suyunda praktik olaraq Mendeleyev cədvəlində
olan bütün elementlər vardır. Yapon alimləri dəniz suyunda
113
Dostları ilə paylaş: |