Araz çayında yaranan gərgin ekoloji vəziyyət Kür çayın
dan daha təhlükəlidir. Oxçu çayı Arazı hədsiz dərəcədə çirk-
ləndirir, ayrı-ayn vaxtlarda suyun tərkibində misin miqdarı
BQH-dən 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi olaraq
normadan 6-15 dəfə artıq olmuşdur. Alüminium, sink, manqan,
titan və bismut kimi çirkləndirici elementlərə Oxçu çayda daim
rast gəlinir.
Arazın qolları Gilan, Naxçıvan və Paraqa
çaylarının
sularında misin və fenolların yüksək qatılığı müşahidə olunur.
Odur ki, Araz çayının suyu bütün məntəqələrdə (Xudafərin,
Culfa, Saatlı) çirklənmiş və çirkli kimi qiymətləndirilərək
sularda misin və fenolların miqdarı mütəmadi olaraq 10-22 və
4-14 BQH səviyyəsində qeydə alınır. Manqanın qatılığı 2-4
dəfə normadan artıq müşahidə olunur. Culfa və Saatlı məntəqə
lərində neft məhsullarının miqdarı 0,11 və 0,21 mq/1, yəni nor
madan 2-4 dəfə artıqdır. Son dərəcə çirklənməyə - zəhərlən
məyə məruz qalan bu çayda heç bir canlı yaşamır. Onun su
yundan suvarmada istifadə edildiyindən torpaq da zəhərlənmiş
dir. Oxçuçay qarışandan sonra Arazın zəhərlənməsi Beyləqan
- Sabirabada qədər təsirini itirmir. Orta illik su balansı Arazdan
20 dəfə az olan Oxçuçay Araza qarışandan sonra, Araz su
yunda mikroflora 65-80% azalır.
Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar
olaraq Kür və Araz çayları və onların qollarının suyunun kim
yəvi tərkibində xeyli dəyişikliklər baş vermişdir. Son 40 ildə
Salyan şəhəri yanında Kür çayı suyunun minerallığı 3 dəfədən
çox artaraq 1020 mq/1 olmuşdur. Bu dövr ərzində Araz çayının
Saatlı məntəqəsində suyun minerallığı 400 mq/1 -dən 1300
mq/1 -ə qədər artmışdır.
Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium
qrupuna mənsub olduğu halda, hazırda sulfatlı -natriumludur.
Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas
səbəbi Kür-Araz ovalığında suvarılan sahələrdən qayıdan su-
118
larin və kollektor drenaj sularının Kür çayına və onun qollarına
daxil olmasıdır.
Son zamanlar Kür-Araz hövzələri ilə əlaqədar olmayan və
birbaşa Xəzər dənizinə tökülən çaylarda da ( Böyük Qafqazın
şimal-şərq hissəsi və Lənkəran təbii vilayəti çayları) çirklənmə
müşahidə olunur.
Quba -Xaçmaz bölgəsində yerləşən Qusarçay, Qudyal-
çay, Vəlvələçay, Qaraçay, Ataçay, Gilgilçay , Lənkəran bölgə
sində yerləşən Lənkərançay, Viləşçay və b. çaylar yaşayış mən
təqələri və aqrar —
sənaye təsərrüfatları tərəfindən aramsız
çirklənməyə məruz qalır.
Hal-hazırda Kür və Araz çayları, ətraf kəndlərində ya
şayan əhalinin içməli su kimi istifadə etməsi üçün təmizləyici
qurğular tikilir və gələcəkdə də bu iş davam etdiriləcəkdir.
Xəzər dənizinin ekoloji problemləri və onları yaradan
səbəblər onu əhatə edən ölkələr üçün əsas problemlərdən
biridir.
Xəzər dənizi Yer kürəsinin ən böyük gölü olub, ətrafında
beş dövlət yerləşmişdir. Bu ölkələrin sahil xəttinin uzunluğu
aşağıdakı kimidir:
Azərbaycan Respublikası - 825 km, Qazaxıstan Respub
likası - 2320 km, Türkmənistan Rüspublikası - 1200 km,
Rusiya - 695 km, İran İslam Respublikası - 900 km.
Xəzərin səviyyəsi - Dünya okeanı səviyyəsindən - 27,3
m. aşağıdır, sahəsi - 392,6 min kv. km-dir.
Xəzər dənizinə 130-dan çox çay axır, bunlardan doqquzu
delta xarakterli olub, aşağıdakı çaylardır: Volqa, Ural, Terek,
Sulak, Samur, Kür, Səfıyurd, Xaraz, Görənrud. Xəzərdə müxtə
lif böyüklükdə 5 0-yə qədər ada vardır və bu adaların ümumi
sahəsi - 350 km3 -ə bərabərdir.
Xəzər dənizinin ekoloji vəziyyətinin dəyişməsində əsas
dənizin səviyyəsinin tərəddüdü: qalxıb-enməsi və çirklənməsi
olmuşdur.
119
Xəzərin çirklənməsində başlıca yeri neft və neft məh
sulları, sonrakı yeri isə kimyəvi çirklənmə təşkil edir.
1978-ci ildən başlayaraq Xəzər dənizinin səviyyəsi
qalxmağa başlamışdır və 1995-ci ildə onun orta illik qiyməti -
29,2 -metrə çatmışdır. Bu müddət ərzində qalxma intensivliyi
ildə 14 sm olmuşdur. Ayrı-ayn illərdə bu rəqəm hətta 30 sm-də
olmuşdur. 1996-cı ildən səviyyə yenidən qalxmağa başlamışdır
və 2001-ci ildə dənizin okean səviyyəsindən hündürlüyü - 27,3
m-ə çatmışdır.
Xəzər dənizində səviyyə mövsümdəki yağıntılardan və
buxarlanmadan asılı olaraq da dəyişir ki, buna mövsümi də
yişmə deyilir. Qabarma çəkilmədən səviyyə dəyişməsi çox
kiçik olub, səviyyənin şimaldan cənuba artımı 2-6 sm təşkil
edir.
Xəzərin səviyyəsinin dəyişilməsinin araşdırılmasının əsas
səbəbi kompleks amillərin - geoloji, hidroiqlim, antropogen,
kosmik olması göstərilir.
Xəzərin səviyyəsinin dəyişməsində geoloji amilin rolunun
10-15% olduğunu göstərsək - bu nəticənin eksperimental mü
şahidələrinə böyük ehtiyac vardır. Burada akademik N.A.Şilo-
nun belə bir fərziyyəsinə maraq böyük əhəmiyyət kəsb edir. O,
Xəzərin səviyyəsinin enib-qalxmasını Xəzərin dib hissəsinin-
yer qabığının hərəkəti ilə əlaqələndirir. Akademik Şilona görə
Xəzərin dibi məsaməli, yumşaq torpaq süxurlarından ibarət
olub. Qafqaz dağları silsiləsindən və Rusiya düzənliklərindən
axan yeraltı sularla qidalanır.
Zaman-zaman yer qabığının qeyri-tektonik hərəkəti za
manı dib çöküntülərinin gah sıxılması, gah da genişlənməsinə
səbəb olur. Sıxılma zamanı bu sular dənizə, genişlənmə zamanı
isə dənizdən su götürülür. Sıxılma zamanı dənizin səviyyəsi
qalxır, genişlənmədə isə səviyyə enir. Akademik N.A.Şilonun
bu fərziyyəsi neftçilər üçün də müəyyən maraq kəsb edərək də
nizdə fəaliyyət göstərən neft quyularının məhsuldarlığına təsi
rini öyrənməyə imkan verir, belə ki, layların sıxılması zamanı
120
quyularm məhsuldarlığı artacaq, layların genişlənməsi zamanı
məhsuldarlığı aşağı düşəcəkdir.
Bütün hallarda Xəzər dənizinin səviyyəsinin qalxması
ətrafında yaşayan insanlar üçün böyük sosial-iqtisadi fəlakət
lərlə nəticələnir. Bu hadisə ətrafdakı elektrik-veriliş xətlərini
uçurdur, əkin və torpaq sahələrini su basır, ətrafda dəniz yolla
rım sıradan çıxarır.
Antropogen amillərə çay sularının suvarmada istifadə
olunması və çayların hövzələrində su elektrik stansiyalarının
tikilməsi ilə əlaqədar böyük su anbarlarının yaradılması da aid
edilir.
Xəzər dənizinin su balansının əsas çıxar hissəsi su səthin
dən buxarlanma hesab olunur, dəniz səthindən il ərzində 1 m-ə
qədər su buxarlanır, bu Xəzərin il ərzində 375 km su itirməsi
deməkdir.
Xəzər dənizinin ekoloji vəziyyətinə təsir edən əsas amil
lərdən biri onun neft məhsulları ilə çirklənməsidir. Xəzərin
neftlə çirklənməsi problemi özünün qədimliyi, fauna-floraya,
suyun fiziki-kimyəvi xassələrinə, dəniz dibi çöküntülərə,
çoxtərəfli təsirinə görə başlıca yer tutur.
Hazırda demək olar ki, Xəzərin bütün akvatoriyası və ora
axan bütün çaylar neftlə çirklənməyə məruz qalmışdır. 1950-
1960-cı illərdə neftlə çirklənmə yalnız dəniz neft yataqları və
neft emalı müəssisələrin çirkab sular tökülən bu zonaya xas
idisə, 1980-ci illərdə belə çirklənmə dənizin hər yerində yayıl
mışdır.
Məlum mənbələrə əsaslanan hesablamalara görə Xəzər-
xvalın epoxasının neft kəşfindən bəri dənizə 2,5 mln. ton xam
neft axmışdır. Yalnız 1969-cu ildə neft daşıyan tankerlərin
ballastik suyu ilə dənizə 47 min ton, gəmilərin suyundan isə 7
min ton neft axıdılıb. Dənizdə olduqca çoxlu qəza hadisələri
baş verir, onlardan ikisini göstərək: 60-cı illərdə Xəzərin Orta
və Cənub şelfindən qəza nəticəsində dənizə 4 min ton, aylarla
mənbədən sönməyən yanğın fəaliyyətdə olan qrifonlardan 20
121
Dostları ilə paylaş: |