2) yarımkeçirici katalizatorlar (daşıyıcı üzərinə hopdu
rulmuş kobalt, manqan, vanadium oksidləri, manqan 4-
oksid, mis 2-oksid)
3) duzlar - sink - xlorid, bismut, qalay, kobalt. Tullan
tı qazların tərkibi çoxkomponentli olduğuna görə kataliza
toru seçmək çətin olur. Oksidləşdirici katalizatorun aktivliyi
əvvəlcədən təyin edilir.
Hazırda təkmilləşmiş təmizləmə metodları tətbiq et
məklə katalizatorun miqdarını azaltmaq mümkün ol
muşdur. Katalitik təmizləmə prosesinin gedişinə bir sıra
amillər təsir edir. Bunlardan katalizatorun təbiətini, tullantı
qazların tərkibini və temperaturu göstərmək olar. Tempera
turun artması katalizatorun aktivliyini artırır, təmizləmə
prosesi daha dərin gedir.
102
MÖVZU 4. HİDROSFERİ ÇİRKLƏNDİRƏN
MƏNBƏLƏR, ONLARIN ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ
TƏSİRİ VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ
Hidrosfer - okeanlar, dənizlər, çaylar, göllər, yeraltı su
lar, buzlaqlar, qar örtüyü və atmosfer də su buxarı şəklində Ye
rin su örtüyüdür.
Yerin su örtüyünün 94%-i okeanlarm, dənizlərin duzlu su
larından və bütün şirin suların 75%-ni təşkil edən Arktika və
Antarktidada konservləşdirilmiş içməli sular təşkil edir. Aşağı
dakı cədvəldə yerin hidrosferi təşkil edən su kütləsinin paylan
masını görmək olar.
Cədvəl 8
Hidrosferin tərkib hissələri
Su həcmi, min.knf
Ümumi su
həcmində-%-lə
Dünya okeanları......
1.370.000
94,1
Yeraltı sular...........
60.000
4,1
Buzlaqlar...............
24.000
U
Göllər...............
280
0,02
T orpaqdakısu.......
80
0,01
Atmosfer buxarları....
14
0,001
Çaylar.....................
1,2
0,0001
Hələ qədim antik dövrdə ətraf mühit haqqında təbii-elmi
anlayışlar irəli sürərkən yunan filosofu Fales təbiətin bütün
hadisələrini suyun hərəkəti və çevrilməsi ilə aydınlaşdıraraq
suyu hər şeyin ilk əsası sayırdı. Bu təsirə əsaslanan Platon su
yun dövranı ideyasını irəli sürdü, əlbəttə ki, bu fikirlər qədim
dövrlər üçün dahiyanə hesab olunurdu.
İlk dəfə Platonun şagirdi Aristotel (eramızdan əvvəl 384-
352-illər) suyun dövranı haqqında müəlliminin fikrinə böyük
dəyişiklik etdi. O, günəşin istiliyinin təsiri ilə suyun dəniz və
okeanlarm səthindən buxarlanaraq atmosferdə kondensasiya
103
olunub yağış şəklində yer səthinə düşərək çayları qidalan-
dırması fikrini söylədi.
IX əsrdə ərəb alimi Maqsudi Aristotelin fikrini təsdiq
edən təcrübə aparır, dəniz suyunu buxarlandıraraq, onun bu
xarından (şirin su) kondensat alır.
Aristoteldən sonra uzun əsrlər ərzində suyun, torpağın,
odun və havanın qarşılıqlı çevrilməsi güman edilirdi. İki min
il əvvəl yaşamış Holland alimi kimyagər və fızioloq Van-
velmont, Şərq alimi İbn-Sina və ingilis kimyaçısı R.Boyl da bu
mövqedə olmuşlar. Onlar suyun bir maddə olması haqqında el
mi fikrə gələ bilməmişlər. Ancaq XVIII əsrin sonunda Avropa
fizikləri P.Laplas və A.Lavueze - suyu iki elementin birləşməsi
olduğunu təsdiq edərək onun başqa maddələrə çevrilməsi haq
qındakı nəzəriyyələrə son qoydular. Bu da suyun tərkibi və xas
sələri haqqmda müasir elmin başlanğıcını qoydu.
Suyun dünyanın müxtəlif regionlarında istifadəsi müx
təlif şəkildə həyata keçirilir. Məlumatlara görə dünyada kənd
təsərrüfatında hər il 3500-3600 km3 su işlədilir, bunun 70%-i
suvarmaya sərf olunur. Kənd təsərrüfatında istifadə olunan su
yun miqdan sənayedə istifadə olunan suyun miqdarından 3-4
dəfə çoxdur. Kənd təsərrüfatında suvarmada hər hektara 12-14
m3 su verilərsə, dünya üzrə suvarmaya sərf olunan suyun miq
darı 2800-3000 km3 təşkil edər.
Dünyada ən çox suvarmaya sərf olunan su Asiya ölkələ
rinin Çinin, Hindistanın və Pakistanın payına düşür və təx
minən sərf olunan suyun 1000 km3 -ə qədərini təşkil edir.
Asiyanın bütün ölkələrində suvarmaya sərf olunan suyun
miqdarı bütün digər su istehlakçılarını xeyli ötüb keçir və 82%
təşkil edir, Avropada bu rəqəm bütövlükdə 30%-ə qədərdir.
Suyun istifadə sahələrindən biri də ən zəruri sahə kommu
nal və məişətdə suyun istifadə olunmasıdır. Burada əsasən şə
hər və kənd əhalisinin sudan istifadəsi nəzərdə tutulur. Bu halda
suyun keyfiyyətinə xüsusi tələbat verilir. Hazırda Dünyada
içməli suyun həcmi 250 km3-i keçmişdir. Ancaq bu Yer kürəsi
104
əhalisinin 4%-nin sudan kifayət qədər - yəni adambaşına sutka
da 300-400 litr düşür, bunun da 10%-ni yüksək keyfiyyətli
içməli su təşkil edir.
Afrika və Asiyada yaşayan əhalinin 2/3-i üçün sudan isti
fadəsi bundan 10 dəfə azdır.
Beynəlxalq RİO-de-Yaneyro konfransının məlumatına
görə dünyada inkişaf etməkdə olan ölkələrin hər üç nəfərindən
biri içməli su çatışmazlığından əziyyət çəkir. Xəstəliklərin
80%-i, ölüm hadisələrinin 1/3-i içməli suyun çatışmamzlığı və
keyfiyyəti ilə bağlıdır. Ona görə də dünya əhalisinin yüksək
keyfiyyətli su ilə təmin olunması mühüm problem kimi qarşıda
duran əsas məsələlərdən biridir.
Sudan sənayedə həlledici kimi istifadə olunduqda o hazır
məhsulun tərkibinə daxil olur, texnoloji prosesdə iştirak edir.
Sənayedə sudan qızmış aqreqat, mexanizm, alətlərin və s.-nin
soyudulmasında istifadə olunur.
Hazırda sənayedə və energetikada 760 km3 su sərf olunur
ki, bu yalnız suvarmaya nisbətən azlıq təşkil edir. Sənayenin
ayrı-ayrı sahələrində suya olan tələbat müxtəlifdir. Belə ki, 1
ton pambıq parça istehsalında su sərfi 250 1, 1 ton lif almaq
üçün 2500-5000 m3 su sərf olunur. Dünyada ən çox sənayedə
su sərfi ABŞ-dadır (260 km3 /il) və bu sərfiyyat bütün dünyada
sərf olunan suyun 1/3-ni təşkil edir.
Alimlərin fikrincə Latın Amerikasında XXI əsrin 20-cı
illərinə qədər suqəbuledicilər 3-5 dəfə, inkişaf etmiş ölkələrdə
isə 10-25% artacaqdır, bu su ehtiyatlarının kəmiyyət və key
fiyyətcə azalması ilə bağlıdır.
XXI əsrin əvvəllərinə Dünyada sənaye və energetikada
suyun istifadə olunmasının vəziyyəti aşağədakı cədvəldə gös
tərildiyi kimi proqnozlaşdırılır.
105
Dostları ilə paylaş: |