Məlumdur ki, atmosferi çirkləndirən mənbələr və on
ların ətraf mühitə zərərli təsiri müxtəlifdir. Qaz halında olan
tullantılar ilk növbədə atmosferi daha çox çirkləndirir. Bu
tullantıların əsas mənbələrindən biri də nəqliyyatdan ayrılan
zəhərli qazlardır. Tullantı qazların tərkibinə azot və oksi
gendən başqa karbon 2-oksid, kükürd oksidləri, zəhərli
karbohidrogenlər, müxtəlif azot oksidləri və bərk hissəciklər
də daxildir. Havanın belə çirkləndiricilərlə çirklənməsi ciyər,
şiş, dəri, bronxit və başqa xəstəliklərin artmasına səbəb olur.
Hal-hazırda avtomobil nəqliyyatından atmosferə ö tü
rülən zəhərli qazlar ətraf mühiti daha çox çirkləndirir. Ən
çox zəhərli maddələr buraxan karbüratorla işləyən daxili
yanma mühərrikləridir (DYM). Benzin və dizel yanacaqları
ilə işləyən bu mühərriklər iş müddətində atmosferə his, ben-
zopren, dəm qazı (СО) aldehidlər və başqa zəhərli maddələr
tullayır. Atmosferə tullanan zəhərli maddələrin miqdarı
avtomobillərin texniki sazlığından asılıdır.
Tərkibində qurğuşun birləşmələri olan etil benzinindən
istifadə olunması atmosferə çox zəhərli qurğuşun birləş
mələrinin tullanmasma səbəb olur. Benzinin etilləşdirilməsi
ona bromlu qurğuşun və yaxud yanmayan etilli qurğuşunun
əlavə olunması prosesində yaradılır. Bu isə çox zəhərli ma
yedir. Belə benzindən istifadə olunması mühərrikin iş reji
mini yaxşılaşdırmaqla yanaşı, yanacağa xeyli qənaət olun
masına şərait yaradır, lakin ətraf mühiti qurğuşunla zə
hərləyir. Benzinə əlavə edilmiş etil mayesinin 70% qədəri,
yəni qurğuşunlu birləşmələr işlənmiş qazlarla birlikdə a t
mosferə tullanır. Bunun 30%-i torpağa hopur, 40%-i isə at
mosferdə qalır. Orta yükdaşıyıcı yük avtomobili ildə 2,5-3
kq-a qədər qurğuşunlu birləşmələri atmosferə tullayır. Qərbi
Avropa ölkələrində havaya qurğuşunlu birləşmələrin daxil
olmaması üçün etilsiz benzinlərdən istifadə olunmağa
başlanmışdır. Dünyada DYM-nə malik avtomobillər
tərəfindən ildə havaya 300 min ton qurğuşun, 260 mln. ton
88
СО (dəm qazı), 20 mln. ton azot oksidləri, 40 mln , ton
karbohidrogenlər tullanır.
Ətraf mühiti zəhərli maddələrlə çirkləndirən nəqliyyat
növlərindən biri də təyyarələrdir. Tədqiqatlar göstərir ki,
təyyarələrin mühərriklərinin havaya tulladığı zəhərli qarı
şıqların miqdarı onun işləmə rejimindən asılıdır. Təyyarənin
aşağı rejimində (düşmə və qalxma rejimində) havaya СО və
CnHm, sürət çoxaldıqda isə havaya tullanan azot oksid-
lərinin (NO, NO
2, N
2O
5) miqdarı xeyli çoxalır. Təyyarələr
tərəfindən atmosferin çirklənməsi nəqliyyat çirklənməsinin
5%-i təşkil edir.
Hal-hazırda avtomobil nəqliyyatından atmosferə
ötürülən zəhərli qazlar ətraf mühiti sənaye müəssisələrindən
daha çox çirkləndirir. Bunun qarşısını almaq üçün aşağıdakı
tədbirlərin həyata keçirilməsi vacib sayılır.
1 .Avtomobillərin saz işləməsini təmin etmək
2. İstifadə edilən yanacağın keyfiyyətini
yüksəltmək
3.
Avtomobillərdən ayrılan zəhərli qazların tərkibinə
nəzarət. Bu iş Dövlət avtomobil müfəttişliyi tərəfindən
həyata keçirilir.
4. Maye yanacaqların qaz yanacaqları ilə əvəz etmək
5.
Benzin yanacaqlarının dizel yanacaqları ilə əvəz
edilməsi Dizel yanacaqlarından yaranan tullantı qazların
tərkibində zəhərli qazların miqdarı az olur. Dizel yanacaq
ları tam yanır və ona qurğuşunlu etil mayesi əlavə olunmur
ö.Daxiliyanma mühərriklərinin təkmilləşdirilməsi
7.Neytralizatorlardan istifadə edilməsi. Metal kamera
içərisində xüsusi katalizator boruları yerləşdirilir. Boruların
içərisinə katalizator doldurulur. Katalizator kimi üzərinə
platin, yaxud poladium metalların dənəcikləri hopdurulmuş
aktiv səth götürülür. Bu metal kamera tullantı qaz borusun
da yerləşdirilir, tullantı qazla kameradan keçərək təmizlənir.
Zəhərli qazlardan təmizlənmiş qazlar atmosferə buraxılır.
89