Elektromaqnit sahəsinin insan bədəninə təsirindən to
xumaların və ayrı-ayrı bədən üzvlərinin qızması yaranır. Bu
dəyişikliyin yaranması bir də onunla izah edilir ki, dalğa
ların 1-100 sm diapazonunda dəri özünü dielektrik kimi
aparır və bu zaman bədəndən külli miqdarda su ayrılır.
Qeyd etmək lazımdır ki, enerjinin udulma mexanizmi çox
mürəkkəb bir prosesdir. Bu proses demək olar ki, ion parça
lanması, dipol udulma rezonansı udulmalarının məcmusun
dan ibarətdir.
Şüanın zərərli təsirinin ilk göstəricisi insan bədəninin
hərarətinin artmasıdır. Udulan enerjinin miqdarı artdıqca
bədənin temperaturu yüksəlir. Temperaturun yüksəlməsi öz
növbəsində toxumaların zədələnməsini dərinləşdirir.
İnsan bədəninin bəzi üzvləri şüaya qarşı çox həssas olur
və onlarda temperaturun artması daha intensiv olur. Bu
hissələr istilik mübadiləsini çətin aparan hissələrdir. Adətən
belə hissələrə intensiv qan dövranı olmayan üzvlər aid edilir.
Bunlara misal göz, bəzi bağırsaq orqanları, sidik yolu və s.
göstərmək olar. Bütün bədənin şüalanması bəzi hissələrin
şüalanmasından daha təhlükəlidir. Bu onunla izah edilir ki,
bədənin bir hissəsi şüalandıqda qan dövranı orada yaranan
istiliyi aparır.
Elektromaqnit sahəsinin yayılma xarakteri və xassələri
dalğanın uzunluğundan asılıdır və bu şüalanma tezliyi A-
dan asılı təyin edilir. Şüalanma mənbəyindən olan məsa
fədən asılı olaraq üç zona qeydə alınır: yaxın zona (induk-
siya zonası) aralıq zona (interferensiya) və uzaq (şüalanma)
zona.
Bu zonada elektrik və maqnit sahələrinin gərginliyi
arasında asılılıq müşahidə olunur.
Bu zonada elektromaqnit enerjisi müxtəlif istiqamətdə
dalğa şəklində yayılır, üst-üstə düşərək maksimum və da
yanan dalğalar sistemini yaradır.
Əgər yaxın məsafədən bu və ya digər əşyalar vasitəsilə
70
dağlaların əks edilməsi baş verərsə bu zaman həmin zonada
difraksiya zonası yaranır.
Difraksiya zonasında şüalanma enerjisi axın gücünün
sıxlığı ayrı-ayrı dalğaların sıxlığının cəminə bərabər olur.
Şüalanma təzyiqindən asılı olaraq, iş yeri dalğa zonası
difraksiya və induksiya zonasında yerləşə bilər.
Cədvəl 5.
Tezlik
Diapazonun ən uzun
dalğası
Şərti bölmə zonasının
məsafəsi
Yüksək
10 km
1,6 km
1000 m
160 m
Ultra yüksək
100 m
16 m
10 m
1,6 m
D aha yüksək
100 sm
16 sm
10 sm
1,6 sm
10 ram
1,6 mm
Dalğanın uzunluğu 10 sm-dən az olduqda iş yeri həmişə
dalğa və difraksiya zonasında yerləşəcəkdir. Bu zonalar
üçün şüalanmanın qiyməti - dan asılı olacaqdır. Dalğanın
uzunluğu bir neçə metrdən çox olduqda isə şüalanma E və
H-ın ölçüsü ilə qiymətləndirilir və bunlardan asılı olaraq
vahid həcmə düşən enerjinin sıxlığı təyin edilir. Bununla
əlaqədar olaraq şüalanmanın buraxıla bilən səviyyəsi uzun
və qısa dalğalar üçün müxtəlif vahidlərdə götürülür.
Şüalanmanın buraxılabilən səviyyəsi QOST 12.1.006-76
«radiotezliklərin elektromaqnit sahəsi, ümumi təhlükəsizlik
tələbləri»nə əsasən təyin edilir.
QOST 12. 1.002-84 elektrik sahəsi (ES) gərginliyinin bu-
raxılabilən həddi və insanın bu həddən asılı olaraq orada
daima qalma müddəti normallaşdırılmışdır. Bu standarta
əsasən;
a)
ES gərginliyinin buraxılabilən səviyyəsi 25 kV/m qəbul
edilir. Bu həddən yuxarı fərdi qoruyucu vasitəsiz işləmək qa
dağandır.
71
b) Gərginliyi 5 kV/m qədər ES-də işçilərin qalma
müddəti iş günündən artıq olmamalıdır.
c) ES gərginliyi 5 -20 kV/m olduqda insanın həmin
zonada iş müddəti aşağıdakı düsturla hesablanmalıdır:
E
burada E - həmin zonada insana təsir edən ES gərginliyidir,
kV/m.
d)
ES gərginliyi 20 kV/m yuxarı olduqda işçinin həmin
zonada işləmə müddəti 10 dəqiqədən artıq olmamalıdır.
Əgər işçi bütün iş günü ərzində müxtəlif gərginlik ES-də
işləyibsə onun bu zonada yerləşmə vaxtının buraxılabilən
vaxta çevrilmiş vaxtı aşağıdakı kimi hesablanmalıdır.
pr
= 8
| h
KTn
T
1 E 2
+
.. . +
burada Tpr - normalaşmış vaxtın bioloji təsirinə ekvivalent
olan çevrilmiş vaxt;
tEi, tE
2„.. - uyğun olaraq iş müddətində verilmiş Eı, Ег...
En gərginlikli zonada işçinin yolveriləbilən qalma müddəti.
Çevrilmiş vaxt (Tpr) 8 saatdan artıq olmamalıdır. İş ye
rində şüalanmaya nəzarət etmək üçün onu vaxtaşırı ölçmək
lazımdır.
Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan
Respublikasının 30 dekabr 1997-ci ildə qəbul etdiyi qanun
(№423-İQ) radioaktiv şüa mənbələri sahəsində qəzasız fəa
liyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağ
lamlığının mühafizə edilməsinin hüquqi əsaslarını müəyyən
edir.
72
Qanunda radiasiya təhlükəsizliyinin təmin edilməsi sahə
sində hüquqi tənzimləmə, təhlükəsizliyin təmin olunmasının
əsas prinsipləri, təhlükəsizliyin təmin olunması və bu sahədə
dövlət orqanlarının, yerli özünüidarə orqanlarının vəzifələri
verilmişdir. Qanunda həmçinin radiasiya təhlükəsizliyi şə
raitinin qiymətləndirilməsi, ionlaşdırıcı şüa mənbələri ilə iş
zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə dair tə
ləblər, təbii radionuklidlərin təsirindən əhalinin təhlükə
sizliyinin təmin edilməsi, qida məhsulları istehsalı və istifa
dəsi zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə
tələblər, tibbi rentgen-radioloji prosedurlar keçirilən zaman
əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, fərdi şüa
lanma dozasının uçotu və ona nəzarət və s. öz əksini tap
mışdır.
İonlaşdırıcı şüa mənbələrindən istifadə edildikdə Azər
baycan Respublikası hüdudlarında şüalanmanın aşağıdakı
əsas gigiyenik normativləri müəyyənləşdirilmişdir:
— Əhali üçün illik yol verilən doza 0,001 zivertə bəra
bərdir. İnsan üçün bütün həyatı dövründə (70 il) yol verilən
doza 0,07 zivert (zv) qəbul olunur. Ardıcıl 5 il ərzində orta
illik yolverilən doza 0,001 zivertdən artıq olmamalıdır.
Radiasiya qurğularında işləyənlər üçün yol verilən orta
illik doza 0,02 zivertə və ya həyatının müəyyən fəaliyyəti
dövründə (50il) yol verilən doza 1 zivertə bərabər götürülür.
Əgər ardıcıl beş il ərzində orta illik yol verilən doza 0,02
zivertdən böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində
orta illik yol verilən doza 0,05 zivertə çata bilər. Əhalinin
müəyyən olunmuş dozadan artıq şüalanmasına, həmçinin
radiasiya qəzası ilə əlaqədar onların sağlamlığına, əmlakına
və həyatına dəyən zərərə görə maddi ödəniş almaq hüququ
vardır.
Bu, qanunla müəyyən olunmuş yol verilən şüalanma
dozasının həddinə radiasiya fonunu və ya texnogen təsirlə
dəyişilmiş radiasiya fonunun yaratdığı dozalar, habelə
73
Dostları ilə paylaş: |