elektrik və maqnit sahəsini, müxtəlif qurğulardan yaranan
süni mənbələri misal göstərə bilərik. Süni elektromaqnit sa
həsini yaradan mənbələrə termiki qurğularda istifadə olu
nan lampalı generatorun kondensatorlarını (gücü 8 - 200
kVt), generatorların, transformatorların, antennalarm dalğa
ötürücülərinin birləşdirici xətlərini aid etmək olar.
Aşağıdakı cədvəldə elektromaqnit şüalanmasının spektri
göstərilmişdir. Bunlar həm süni və həm də təbii şəraitdə
yaranan şüalardır.
Cədvəl 4.
Tezlik
Dalğanın
uzunluğu
Elektromaqnit şüalanması
10
103 km
Dəyişən texniki cərəyan
102
Səs tezliyinə malik olan
103
Dəyişən cərəyan
104
105
Uzun
10«
1 km
Orta
107
Qısa
10»
İm
ultraqısa radiodalğaları
10«
desimetr
10«
santimetr
10“
lm m
millimetr
1012
1013
1 mk
İnfraqırmızı şüalar
101“
10*
görünən şüalanmalar
10*
ultrabənövşəyi şüalar
1017
10'»
rentgen şüalan
10'«
1020
102'
qamma şüalar
1022
1023
kosmik şüalar
1024
66
Qeyd etmək lazımdır ki, insan orqanizmi öz inkişaf mər
hələsi boyu təbii şüalanmaya məruz qalır. Güclü təbii şüa
lanma insana zərərli təsir göstərir. Bu baxımdan müxtəlif
dalğaların insan orqanizminə təsirini öyrənib ondan mü
hafizə yollarını göstərmək lazımdır.
Müasir texnikada müxtəlif məqsədlər üçün elektrik yır
ğalanmasından geniş istiadə edilir. Məsələn:
10 hs avtomatlaşdırma sahəsində müxtəlif sınaqlar məq
sədilə istifadə edilir.
10 - 104hs texnikada işlədilən sənaye cərəyanları:
105- 10,4hs - böyük kütləyə malik olan cisimlərin yırğa
lanmasını atom və molekulların mexaniki yırğalanmasından
yaranır. Bu yırğalanma uzun infraqırmızı istilik ayrılması ilə
gedən şüalanmadır.
Qısa infraqırmızı şüalar atom daxilində gedən prosesdən
yaranır. Yəni mərkəzindən kifayət qədər uzaqda olan
elektron nüvə yaxınlığında olan qata yaxınlaşması zamanı
qısa infraqırmızı şüalar yaranır. Elektronun bir qatdan digə
rinə keçməsi nüvədən a və /? hissəciklərinin ayrılmasına və
у şüalarının şüalanmasına səbəb olur. 1021hs-ə malik olan
elektromaqnit şüalanması у şüalanmasıdır.
Kosmik şüalar kosmik fəzada yüksək sürətlə hərəkətdə
olan eletromaqnit hissəciklərinin selidir. Bu şüalanmanın
tezliyi 1022-1024hs-ə bərabərdir.
Elektromaqnit şüalanması insan orqanizminə zərərli
təsir edir. Bu təsir dərəcəsi dalğanın uzunluğundan və şüa
lanmanın intensivliyindən asılıdır.
Sənaye tezlikli 50 və 60 hs olan elektrik cərəyanı tərəfin
dən yaranan elektromaqnit sahəsi bu sahənin yüksək gərgin
liyində insan orqanizminə bioloji təsir edir. İnsan bədəninin
elektrikləşməsi onun gərginliyi 150-220 kV-dan yuxarı olan
elektrik xətləri altında yerləşdiyi zaman baş verir. Bu təsirin
67
nəticəsində mərkəzi sinir sistemində tormozlanma baş verir
ki, o da insanda əzginlik, yuxluluq, tez yorulma halına sə
bəb olur. Eyni zamanda qanda müəyyən dəyişikliklər baş
verir. Qan təzyiqi artır, ürək döyünməsi başlayır, döyüntü
nün sayı yüksəlir. Lakin bu hallar yalnız insan elektro
maqnit sahəsində yerləşdikdə yaranır. Elektromaqnit zona
sından uzaqlaşaraq müəyyən qədər istirahət etdikdən sonra
göstərilən hallar yox olur. Elektrik sahəsinin təsiri polya-
rizasiya hadisəsilə yanaşı onunla izah edilir ki, insan bədə
nindən yerlə hər bir faza arasında tutum əlaqəsindən ya
ranan cərəyan keçir. Aparılan ölçülər göstərir ki, 500 kV
yarımstansiyada torpaq üzərində dayanmış insan bədənin
dən 0,01-0,03 mA qədər cərəyan keçir. Naqillə insan ara
sında məsafə minimum olan halda onun bədənindən 0,5-0,6
mA cərəyan keçə bilir.
Verilmiş dalğa uzunluğunda elektromaqnit sahəsinin
insan orqanizminə bioloji təsiri onun intensivliyindən və
orada yerləşmə müddətindən asılı olduğu üçün zərərlilik kri-
teriyasım bədən tərəfindən udulan enerji qəbul etmək olar.
Udulan enerji insan bədənində axan cərəyanın kvadratın
dan, insanın bu zonada yerləşmə müddətindən və bədənin
keçiriciliyindən asılıdır.
Tezliyi 50hs olan elektromaqnit sahəsində yerləşmiş insa
nın üzərinə müəyyən potensial yönəlir. Ölçmə nəticəsində
müəyyən edilmişdir ki, 550 kV gərginlikli naqilə yaxınlaşan
zaman, həmçinin həmin zonada metal predmetlər apa-
rıldıqda, insana yönəldilən potensial 1 0 - 1 5 kV-а bərabər
olur. Yönəldilmiş potensial altında olan insan torpaqlanmış
avadanlığa yaxınlaşdıqda qığılcım boşalması baş verəcək və
insan bədənindən cərəyan keçəcəkdir. Yönəldilmiş potensial
15 kV həddində olduqda qısa müddət ərzində insan bədə
nindən (cərəyanın keçdiyi yoldan asılı olaraq) bir neçə milli
amper cərəyan keçə bilər. Bu cərəyan insanda şok yarada
bilər.
68
Sənayenin müxtəlif sahələrində materialların termiki
işlənməsi geniş inkişaf etmişdir. İşlənmənin yüksək və daha
yüksək tezlikli (104 - 106hs) cərəyanla induksiya və di-
elektrik metodları ilə qızdırılması iqtisadi cəhətdən çox əhə
miyyətlidir. Bu üsulda həmçinin işçilərin iş şəraiti yaxşılaşır.
Belə ki, müxtəlif yanacaqla işləyən qızdırıcı və əridici
sobaların iduksiya qızdırıcı qurğularla əvəz edilməsində
sexin havasının təmizliyi yüksək olur, işçilərə təsir edən is
tilik şüalarının intensivliyi və təsir vaxtı qısalır.
Radio və telecihazlar istehsal edən zavodlarda və həmçi
nin bunların tətbiq edildiyi texnoloji proseslərdə ultra yük
sək və daha yüksək tezlikli generatorlardan istifadə edilir
(106- lOJ'hs).
Şüalanma mənbələri əsasən bunlardır:
— metalların əridilməsi, qaynağında və bərkidilməsində
istifadə olunan induksiya qızdırıcıları;
— dielektrik qızdırılması qurğusunda istifadə edilən
makara.
Bu qurğular əsasən ağac materialların qurudulmasında,
dielektriklərin yapışdırılmasında və plastmasların qızdırıl-
masında istifadə edilir. Bunlardan başqa işçi kondensatorlar
müxtəlif generatorlarda yüksək və daha yüksək maqnit
sahələri yaradan mənbələrdir.
İnsanların yüksək və daha yüksək (105 - 10n) tezliklər
dən şüa zədəsi alması demək olar ki, eynidir. Lakin bu zədə
lərin göstəriciləri daha yüksək tezliklərdə daha kəskin se
çilir.
Şüalanma dərəcəsini müəyyən etmək üçün insanın aldığı
yəni onun tərəfindən udulan enerjini (ar) bilmək lazımdır:
ar = a - F ,v t
burada a - güc axınının sıxlığı, vt/m2; F - effektiv udulma
sahəsi, m2.
69
Dostları ilə paylaş: |