inkişaf dinamikası adlandırılır. Bu dinamika ekosistemin və
ya biosenozun dəyişməsi ilə nəticələnir. Bu proses
«suksessiya» adlandırılır.
«Suksessiya» iki hissəyə ayrılır - ilkin və ikinci.
İlkin «suksessiya», inkişafını yaşayış mövcud olmayan
obyektdən başlayır.
İkinci «suksessiya» isə yaşayış «sıfır» olan nöqtədən yox,
ekosistemin dağılması və ya digər dəyişikliklərdən, həyat
tərzinin dəyişməsindən yaranır.
«Suksessiya» prosesinin gedişatı üçün aşağıdakı ümumi
qanunauyğunluq mövcuddur.
1. «Suksessiya» inkişafının ilk dövrlərində onların növ
müxtəlifliyi, məhsuldarlığı və bioloji kütləsi cüzi olur.
Suksessiyanm inkişafı ilə bu göstəricilər artır.
2. «Suksessiya» cərgələri inkişaf etdikcə orqanizmlər ara
sında qarşılıqlı əlaqə artır.
3. Ayrı-ayrı növlərin sayının kəskin artması ehtimalı az
olur.
4. Maddələrin dövretməsi, ekosistemin nəfəs alması və
enerji prosesləri intensiv olur.
5. «Suksessiya» prosesinin sürəti orqanizmlərin yaşayış
müddətindən və ekosistemin fəaliyyətindən asılı olur.
6. «Suksessiya» prosesinin sona çatması dinamiki yox,
tədrici xarakter daşıyır.
Ekosistemin öz-özünii təmizləmə sistemi. Ekoloji sistem
və onun ayrı-ayrı mühitləri özünü təmizləmə xassəsinə ma
likdirlər.
Suda, havada və torpaqda baş verən özünütəmizləmə
mexanizmi bir-birindən kifayət qədər fərqlənir.
Atmosferin özünütəmizləmə qabiliyyəti onun surətlə
hərəkət etməsi, sıxlığa malik olması, torpaq və su mühitlərilə
kontaktda olması ilə əlaqədardır. Bu xüsusiyyətinə görə
atmosferə daxil olan çirkləndiricilər cazibə qüvvəsinin təsiri
ilə ya suya, ya da torpağa düşərək dövri sistemə qoşulurlar.
52
Atmosfer ozonun, ulturabənövşəyi şüaların, atmosfer çö
küntülərinin, foto-kimyəvi proseslərin və digər mexanizm-
lərin təsiri ilə də zərərli maddələrdən təmizlənmə xüsusiyyə
tinə malikdir. Havada yaranan durum bəzən onun özünü
təmizləmə prosesinə mənfi təsir göstərir.
Su və torpaq mühitlərinin özünütəmizləmə qabiliyyəti
canlı orqanizmlərin fəaliyyətləri ilə əlaqədardır. Bu orqa
nizmlər çirkləndirici maddələri sadə kimyəvi elementlərə qə
dər parçalayaraq öz bədənlərində toplayır və onları dövri
hərəkətə qoşurlar.
Oliqotroflar (yoxsul həyat) alçaq parçalanma və aşağı
özünütəmizləmə potensialına malikdirlər.
Evtroflar (varlı həyat) yüksək parçalanma və özünütə
mizləmə potensialına malikdirlər.
Mühitin çirklilik dərəcəsi onun özünütəmizləmə qabiliy
yətinə mənfi təsir göstərir. Su mühiti belə təsirə daha həssas
olur. Bu hal suyun tərkibində olan oksigenin xarici təsirdən
tez müddətdə asan azalması ilə izah edilir. Ona görə də su
yun təmizlənməsi zamanı ilk növbədə onun oksigenlə zən-
ginləşdirilmə prosesi aparılır. Suyun özünütəmizləmə prose
sinə mənfi təsir edən əsas amillərdən biri də onun atmosfer
çöküntüləri ilə turşululuğunun artmasıdır.
Torpaq suya nisbətən yüksək özünütəmizləmə qabiliyyə
tinə malikdir.
Torpağın özünütəmizləmə prosesinə onun sıxlığının art
ması, ağır metallarla çirklənməsi, tərkibindəki suyun və
turşunun çox olması mənfi təsir göstərir.
Süni yaradılan mühitlərdə özünütəmizləmə prosesinin
sürəti aşağı olur. Bu əsasən həmin mühitlərin kimyəvi, bio
loji, səs-küy və digər çirkləndiricilərinin birgə təsiri ilə izah
edilir.
Mühitin çirkləndirilməsinin buraxılabilən qatılıq həddi
(BBQ). Müvafiq bölmələrdə buraxılabilən qatılıq haqqında
məlumat verilmişdir. BBQ həddində hər hansı bir zərərli
53
maddə insana və onun nəslinə birbaşa və ya bilavasitə təsir
etdikdə onlarda mənfi dəyişikliklər yaranmır.
Suda, torpaqda və qida məhsullarında çirkləndirici mad
dələrin BBQ aşağıdakı cədvəllərdə verilmişdir.
Cədvəl 1.
Su hövzəsində, mq/m3 suda
Maddə
Sanitar məişət
Balıq təsərrüfatı
Civə
0,0005
0,001
Qurğuşun
0,03
0,1
N eft məhsulları
0,001
0,001
Benzol
0,5
0,5
Anilin
0,1
0,5
Xlorofos
0,05
0,0
Cədvəl 2.
Torpaq və qida məhsullarında, mq/kq məhsulda
Maddələr
Torpaq
D ənli bitkilər
Çörək
Tərəvəz
Çivə
2,1
0,03
0,02
0,05
Mışyak
2,0
0,2
0,2
0,2
Qurğuşun
32,0
0,3
0,3
0,3
Sürmə
4,5
0,1
o ,ı
0,3
M ıs
3,0
10,0
10,0
5,0
Sink
23,0
50,0
50,0
10,0
Nikel
4,0
0,5
0,5
0,5
Xrom
6,0
0,2
0,2
0,2
Göstərilən cədvəllərdə hər bir komponentin BBQ-gös-
tərilmişdir. Qarışıqda bir neçə komponent olarsa onların
BBQ hesablanması müvafiq bölmələrdə verilmişdir.
Bu mənada ekoloji təhlükəsizliyin təmin olunmasının əhə
miyyəti böyükdür.
Ekoloji təhlükəsizlik dedikdə insanın və cəmiyyətin həyati
vacib maraq-larinin, ətraf mühitin ona antropogen və təbii
54
təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının tə
min edilməsi başa düşülür.
İnsanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf
mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə
yaradan vəziyyətə isə ekoloji təhlükə deyilir.
Antropogen və təbii təsirlər, o cümlədən fəlakət nəti
cəsində ətraf mühitin dağılma təhlükəsi ilə və ya mənfi
ekoloji dəyişikliklərlə səciyyələnən və bu səbəbdən insanın
və cəmiyyətin həyati vacib maraqlarına təhlükə yaradan
vəziyyət təhlükəli ekoloji vəziyyət adlanır.
Təhlükəli ekoloji vəziyyətlərin yaranması və inkişafının
qarşısının alınması, habelə onların nəticələrinin, o cümlədən
gələcəkdə təsir göstərə biləcək nəticələrin aradan qaldı
rılması üzrə tədbirlər sistemi ekoloji təhlükəsizliyin təmin
edilməsi adlanır.
Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
- dövlət nəzarətini həyata keçirmək, o cümlədən
təbii ehtiyatlardan, ekoloji cəhətdən təhlükəsiz istifadəyə və
təsərrüfat subyektlərinin ekoloji təhlükəsizliyinin tələblərinə
əməl etmələrinə nəzarət etmək;
- təhlükəli ekoloji vəziyyətlərin yaranması və
genişlənməsi təhlükəsi yaradan halları və hadisələri aşkar
etmək və proqnozlaşdırmaq;
- informasiya təminatını təşkil etmək və həyata
keçirmək;
- ekoloji cəhətdən fəlakətli zonalar da daxil olmaq
la müvafiq ərazilərə fövqəladə ekoloji vəziyyət zonası sta
tusunu vermək;
- ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələb
ləri müəyyən edən dövlət standartları və digər normativləri
təsdiq etmək;
- təhlükəli və fövqəladə ekoloji vəziyyət yaranması
barədə əhaliyə məlumat vermək;
55
Dostları ilə paylaş: |