Ekosistemin ekologiyası adlı yeni bir sistemin yaranması
ümumi sistem və sistemli analizə olan təlabatdan irəli gəlir.
Bu sistemin baniləri C.E.Xatçinski, R.Marqelf, K.Uatt,
V.Petten, Y.Odum sayılır.
Sistem nədir? Sistem müəyyən tərzdə bir-biri ilə əlaqədə
və qarşılıqlı təsirdə olan elementlərin birliyidir.
Sistemin hissələri onun elementləri adlandırılır. Sistemin
elementləri fiziki, kimyəvi, bioloji və ya qarışıq şəkildə ola
bilər.
Sistemin strukturunu elementlərin qarşılıqlı təsir münasi
bətləri təyin edir. Qarşılıqlı təsirin özü yeni sistemin yaran
masına səbəb ola bilər.
Sistemin əsas xüsusiyətlərindən biri elementlərin ierarxik
tabeçiliyidir (aşağı rütbələrin yuxarı rütbələrə tabe olması).
Ekologiyada elementar vahid fərdin populyasiyasıdır.
Görkəmli alim Q.T.Mustafayevə görə «Bioloji növün
konkret ərazidə yerləşən, çoxlu nəsillər boyunca real
imkanlar əsasında bir-birilə sərbəst cütləşib öz sayını tənzim
edə bilən coğrafi, ekoloji və etoloji sədlər ilə bir-birindən az-
çox ayrılan fərdlər qrupuna populyasiya deyilir.
Populyasiyanı cins, yaş, ərazi və digər növ strukturlara
ayırırlar. Yaşa görə populyasiya növü əsas göstəricilərdən
biridir. Uzunömürlü populyasiyalar normal, doğub-törəmə
prosesinə təsir edən mənfi faktorlar olduqda tezqocalma baş
verən populyasiyalar reqressiv və ya ölən populyasiya ad
lanır. Cavan populyasiya «tətbiqolunan» populyasiya ad
lanır. Bu növ populyasiyalar təhlükə yaratmır, onların artım
ehtimalı yüksək olur, lakin onların trafiki və digər əlaqələri
tam formalaşmış olmur. Əgər populyasiya normal və ya
normal vəziyyətə yaxınsa, onda insanlar həmin populyasi-
yadan istənilən qədər biokütlə götürə bilər. Bu zaman po-
pulyasiyanın törəmə müddəti və vaxtı nəzərə alınmalıdır.
Populyasiyanm əsas xüsusiyyətlərindən biri onun fərdlə-
rinin sayının dinamikası və tənzimlənmə mexanizmidir.
44
Fərdlərin sayının optimal saydan fərqlənməsi onun möv
cudluğuna təsir edən mənfi təsirdən asılıdır. Adətən popul
yasiya mühitəalışma mexanizminə malik olur. Bu xüsusiyyət
onun optimal saydan artıq və ya az olmasını yaradır.
Hər populyasiya və növ «biotik potensial» xüsusiyyətinə
malikdir. Yəni hər bir cüt fərddən bioloji olaraq yeni nəsi
yaranmalıdır. Orqanizmin yaranma (təşkil) səviyyəsi aşağı
olduqca biotik potensial yüksək olur. Məsələn droj kletka-
ları bir neçə saatda sürətlə artaraq yer üzərini tuta bilər. İri
orqanizmlər az biotik potensiala malik olduqları üçün
onların artımı uzun illər çəkir.
Populyasiya fərdlərinin sayının kəskin artması «populya
siya dalğası», «həyat dalğası», «say dalğası» adlandırılır.
Belə dalğanın səbəbi hələ tam aydınlaşdırılmamışdır. Bəzən,
bunu iqlim şəraiti, yem, bəzən də günəşin aktivliyi ilə izah
edirlər.
Populyasiyanm dinamikasını fərdlərin sıxlığından ya
asılı və ya da asılı olmadığını qeyd edirlər. Sıxlıqdan asılı
olmamaq abiotik faktorun nəticəsi kimi qəbul edilir (hava,
yem, katastrof və s.). Bu faktorlar nəticəsində populyasiya
həm arta, həm də azala bilər. Hətta onların sayı sıfra bə
rabər ola bilər. Belə faktorlar «modifikasiya olma» (lat.
modifikasiy a-dəy işmə) adlandırılır.
Populyasiyanm dinamikasının sıxlıqdan asılılığı «biotik
faktorun» nəticəsidir. Bunu «tənzimolunan» adlandırırlar.
Populyasiya və populyasiyaya oxşarlar assosiasiya və ya
birlik sistemaltlarım yaradırlar. Elə buna görə də ekoloji ele
mentləri ekoloji populyasiya, birlik ekologiyası və biose
nozların ekologiyasına ayırırlar. Buradan belə nəticəyə gəl
mək olar ki, ekosistemin tam xüsusiyyətlərini başa düşmək
üçün göstərilən elementlər arasında əlaqə və onların birgə
fəaliyyətini müəyyən etmək lazımdır.
Hər bir ekosistem açıq ekosistem adlandırılır. Yəni o,
enerji almaq və vermək qabiliyyətinə malik olmalıdır.
45
Hansı ekoloji sistem olursa olsun onun yaşaması üçün
cansız təbiət-produsent - konsument-redusent və yenə də
cansız təbiət dövriyyəsi lazımdır.
Yer üzərində müxtəlif təbii bölmələrdə xeyli miqdarda
ekosistemlər mövcuddur. Lakin onlar haqqında tam hər
tərəfli informasiyalar yox dərəcəsindədir.
Ekoloji sistemləri əsasən yaranma səbəbinə görə iki
qrupa bölürlər: təbii və antropogen ekosistemlər. Uzun illər
boyu təbii seçmə nəticəsində təkamül etməklə əmələ gələn
sistem təbii sistem adlandırılır. Təbii sistem zəngin və da
vamlı sistemdir. Antropogen ekosistem insanlar tərəfindən
müəyyən müddət ərzində yaradılan daima qayğı tələb edən
qısa dövrlü ekoloji sistemdir.
Ekosistemin komponentlərinin üzvlərinin çox olması
onun uzunömürlü və dayanıqlı olmasına səbəb ola bilər. Bu
baxımdan Biosfer ən böyük və davamlı ekosistem hesab
edilə bilər.
Ekosistemlərin fəaliyyət göstərmələri üçün onlar özün
dən enerji ayırmaqla maddələrin dövri sistemi ilə əlaqədar
olmalıdır. Ekosistem eyni zamanda xarici təsirə müqavimət
göstərmək qabiliyyətinə malik olmalıdır. Bu mexanizmləri
açıqlamaq üçün ekosistemlərin aşağıdakı struktur və digər
xüsusiyyətləri ilə tanış olaq.
Ekosistemin blok modeli. Hər bir ekosistem iki blokdan
ibarətdir. Bunlardan biri canlı orqanizmlərin kompleks şə
kildə qarşılıqlı əlaqəsidir (biosenoz). İkinci, mühit blokudur
(biotop və ya ekotop). Belə olan halda:
Ekosistem = biosenos + biotop (ekotop)
V.H.Sukaçov bloklar modelini aşağıdakı sxem şəklində
vermişdir.
Göründüyü kimi biogeosenoz özündə bütün blokları
cəmləşdirir. O cümlədən bitki aləmində biosenoza daxil
46
edilir. Bitki aləminin ekosistemdə mövcud olmadığı hala
rast gəlmək olar. Lakin belə halda bitkilərin çürüntülərinin
sistemdə iştirakı mövcud olur. Deməli, ekosistem zoosenoz
və mikrobosenozdan ibarət olaraq maddələrin dövri sis
temini yarada bilər. Buradan belə bir nəticə əldə etmək olar
ki, «Hər bir biogeosenoz ekosistem adlandırıla bilər. Lakin
hər bir ekosistem biogeosenoz adlandırıla bilməz».
Biogeosenoz və ekosistemi bir-birindən zaman faktoru
fərqləndirir. Lakin bununla belə bu məvhumlara sinonim
kimi baxılmır.
Sxem 1.
Biogeosenoz
(ekosistem)
Hidravliki faktorlar
(hidrotop)
EKOTOP (BİOTOP)
________3!__________
◄------------------------------- to
----------------------------
İqlim faktoru
Torpaq faktoru
(klimatop)
(edafotop)
Bikti aləmi
◄---------------------►
Heyvanat aləmi
(fitosenoz)
------------*----- -----------
(zoosenoz)
------------------------- ф---------
BİOSENOZ
Mikroorqa-nizmlər
(mikrobosenoz)
47
Dostları ilə paylaş: |