Azot turşusu nəfəs yollarının zədələnməsinə və ağ
ciyərin şişməsinə səbəb olur.
Atmosferin çirklənməsində xlor, flor birləşmələrinin
rolu az deyil. Süni yolla atmosferi çirkləndirən bu qazların
mənbəyi kimya müəssisələridir.
Aerozol çirklənmə: Aerozol - havada asılı halda olan
bərk və maye hissəcikləridir. Aerozollar təbii və süni mən
şəlidirlər. Təbiətdə təbii aerozollar fəsad törətmirlər. Səhra
larda törənən qasırğalar, vulkan püskürmələri suların dal
ğalanması kimi təbii hadisələrlə əlaqədar atmosferə qarışan
aerozollar yağmurların köməyi ilə yer səthinə qayıdırlar.
Süni yolla əmələ gələn aerozol hissəciklərinin çox hissəsi
mikroskopik ölçüdə olduğu üçün atmosferin stratosfer qa
tma kimi yüksəlir. Orada uzun müddət qalır, baş verən tə
zadlar son məqamda litosferin və hidrosferin flora-fauna
sına xətər yetirir.
Metallurgiya müəssisələri atmosferi aerozolla çirklən
dirən əsas mənbələrdən hesab olunur. Poladəritmə zavodları
tərkibində ölçüsü 0,1 mkm olan dəmir oksidi hissəciklərini
qırmızı tüstü şəklində atmosferə buraxır. Əlvan metallur
giya, sink, qalay, alüminium, miss istehsalı da ətraf mühitin
aerozollarla çirklənməsində mühüm rol oynayır. Müəyyən
olunmuşdur ki, sənaye mərkəzlərinə düşən toz hissəcikləri
nin 20% dəmir oksidi, 15% silikatlar, 5% -isə qurum təşkil
edir.
Atmosferə yayılan hissəciklərin miqdarı onların ya
yılma xüsusiyyətlərinə əsasən yerin coğrafi şəraitindən və
nəzarətin həyata keçirildiyi hündürlükdən asılıdır.
Atmosferi çirkləndirən aerozollar içərisində qurğuşun
xüsusi yer tutur. Bu onunla izah olunur ki, müasir sənaye
nin qurğuşuna olan tələbatı ildən-ilə artır. Təkcə akkumul
yator istehsalında bütün dünyada istehsal olunan qurğuşu
nun üçdə biri sərf olunur. Benzinin oktau ədədini qaldırmaq
üçün onun tərkibinə qurğuşun - tetraetil əlavə olunur. Bu
82
birləşmənin atmosferdə paylanması çox müxtəlifdir. Sakit
okeanın mərkəzində onun qatılığı 0,001 кч/т 3 olduğu halda,
kənd təsərrüfatı rayonlarında onun qiyməti 1
, sənaye
m
mərkəzlərində l -Дг- -dan yuxarı olur. Şəhər küçələrinin
m
kəsişdiyi yerlərdə onun qiyməti 5 -^ -, tunellərdə isə 30-35
m'
- \ - a çatır. Müəyyən olunmuşdur ki, ölçüləri 0,05-dən 5
m
mkm-yə kimi olan qurğuşun hissəcikləri atmosferdə bir neçə
həftə qala bilirlər. Nəhayət qurğuşun müəyyən zaman
keçəndən sonra torpağa çökür.
Müxtəlif tip aerozollar atmosferdə eyni cür paylanmır.
Troposferin aşağı sərhədində onların konsentrasiyası böyük
olduğu halda, troposferin yuxarı sərhədində bu qiymət
kəskin aşağı düşür. Stratosferdə qarışıqların miqdarı
artmağa başlayır və 16-28 km hündürlükdə hissəciklərlə
zəngin olan təbəqə yaranır. Bu təbəqə insan fəaliyyətinin
nəticəsi yox, təbii amillərin xüsusən vulkan püskürmələri və
meteor hissəciklərinin təsirindən yaranır.
Ümumiyyətlə fərz edilir ki, atmosferdə olan aerozol
lar m əksəriyyətinin ölçüləri 0,1-2,0 km intervalındadır. Bu
hissəciklər bir çox atmosfer hadisələrində vacib rol oynayır.
Bunların təsirindən yer səthində işıqlanma dərəcəsi və
temperatur xüsusiyyətləri formalaşır. Hissəciklər günəş
radiasiyasının səpələnməsinin əsas səbəbi hesab olunur.
Atmosferin çirklənməsində zəhərli dumanların (smoq)
rolu böyükdür. Smoq sözü yarı rus, yarı ingilis sözü olub,
«siqaret tüstüsü» mənasını verir. Smoqun yaranmasının əsas
səbəbi atmosferdə temperatur qradientinin yaranmasıdır.
Bütün sənaye şəhərlərində havanın çox çirklənməsi nəticə
83
sində smoq hadisəsi baş verir. Smoqun əsasən 2 növü daha
tez-tez müşahidə olunur: adi smoq, fotokimyəvi smoq.
Adi smoqun yaranmasının əsas səbəbi yer səthindən
200-300 m hündürlükdə temperatur inversiyasınm mövcud
olmasıdır. (Temperatur inversiyası temperaturun yuxarıdan
aşağıya soyumasıdır)
İnversiya nəticəsində yer səthindən qızmış hava yuxarı
qalxa bilmədiyindən zəhərli qaz qarışıqlarından ibarət
xüsusi kütlə almır. Havanın nəmliyi çox olduqda isə smoq
duman şəklində yer səthinin üzərini örtür. Bu zaman smoq
canlı orqanizmlər, xüsusən insanlar üçün daha təhlükəlidir.
1952-ci ildə adi smoq hadisəsi Londonda baş vermişdir. Bu
zaman havada kükürd qazının miqdarı 10 dəfədən çox
artmışdır, nəticədə 2000-ə yaxın insan ölmüş, minlərlə insan
isə müxtəlif dərəcədə zəhərlənmişdir. Vadilərdə yerləşən sə
naye şəhərlərində temperatur inversiyası daha fəlakətli nəti
cələrə gətirib çıxara bilər. Məsələn, ABŞ-da hər tərəfdən tə
pəliklərlə əhatə olunmuş vadidə yerləşən Los-Anceles şəhəri
buna bariz misaldır. Bu şəhərdə ilin 200 günü smoq hadisəsi
müxtəlif konsentrasiyalarda müşahidə olunur. Adi smoq
qatı qeyri-şəffaf tüstü şəklində özünü göstərir. Tərkibində
müxtəlif qarışıqlar və su birləşmələri olur:
SO
2 + NO3 + СО* + СпШп+х + • • •
Fotokimyəvi smoq isə avtomobilin tullantısı olan
işlənmiş qazların tərkibindəki N
2O (azot 2 oksidin) və СО
(dəm qazının) -nın günəş şüalarının təsiri ilə fotokimyəvi
reaksiyaya daxil olaraq çox aktiv zəhərləyici peroksia-
setilnitrat (PAN) və O
3 (ozon) qazının əmələ gəlməsidir.
N 20 + CO —
P AN + 0 3
Bu smoq adi smoqdan şəffaflığı ilə fərqlənir. Ona görə
də bəzən adi hallarda fotokimyəvi smoqu müşahidə etmək
mümkün olmur. Burada hv - günəş şüalarının enerjisidir.
84
Qaz qarışıqları ardıcıl reaksiyaya daxil olaraq daha zə
hərli birləşmələr əmələ gətirir. Reaksiyalar aşağıdakı şəkildə
gedir.
NO
2 + hv —►
N 0 + O
O + O
2 —►
O
3
O
3 + NO + hv —►
N O
2 + O2
Bu reaksiyanın ən təhlükəli komponentləri O
3, NO,
NO
2 - dir.
Fotokimyəvi smoqun çox təhlükəli növlərindən biri
fosgen adlanır. Qaz qarışıqlarının tərkibində СО və CI
2 bir
ləşmələri olduqda günəş şüalarının təsirindən СОСЬ
(fosgen) almır, yəni
co + ci
—
»
СОСЬ (fosgen)
Fosgen canlı aləm üçün daha təhlükəli fəsadlar ya
radır. Smoq aşağıdakı əlamətlərə malikdir:
Fotokimyəvi duman pis qoxuya malik olub, insanların
gözləri, burnu və boğaz qişalarını xəstələndirir, boğulma,
ağciyər və bronxial astma xəstəliyini kəskinləşdirir.
Fotokimyəvi duman bitkiləri zədələyir, əvvəlcə yarpaq
lar gümüşü və ya miss rəngini alır, sonra isə solur.
Fotokimyəvi dumanlar metalları korroziyaya uğradır,
rezin və sintetik rənglərin çatlamasına səbəb olur, paltarı
korlayır.
Səhər saatlarında havada çoxlu miqdarda işlənmiş
qazlar toplanır, günortaya yaxın adi smoq əmələ gəlir. Gü
nün ikinci yarsında istiliyin artması nəticəsində inversiya
zəifləyir, «Smoq» yuxarıya doğru qalxır. Hazırda dünyanın
bir sıra şəhərlərində - Nyu-York, Çikaqo, Boston, Tokio,
Milan və başqalarında fotokimyəvi duman əmələ gəlir. Bu
əsasən şəhərlərdə avtomobillərin həddən çox olması ilə bağ
lıdır.
Fotokimyəvi dumanın əmələ gəlməsinin qarşısını al
maq üçün atmosferin avtomobil nəqliyyatı tərəfindən çirk
lənməsinin qarşısını almaqdır.
85
Dostları ilə paylaş: |