Cədvəl 9
-з
Sənayedə və energetikada istifadə edilən sular (km / il)
Regionlar
2000-ci ilin sonuna qədər olan
(1998) vəziyyət
XXI əsrin əvvəlinə (2020)
vəziyyət
Su qəbul
edicilər
Qayıtmaz
su sərfi
Çirkab
sular
Su qəbul
edicilər
Qayitmaz
su sərfi
Çirkab
sular
Avropa
193
19
174
200-210
30-37
160-
175
Asiya
118
30
88
320-340
65-70
215-
270
Afrika
6,5
2
4,5
30-35
5-10
25
Şim.Amerika
294
29
265
363-370
50-60
310
Cən.Amerika
30
6
24
100-110
20-25
60-87
Avstraliya
1,5
0,1
1,5
3,4-4
1
2-3
Keçmiş SSRİ
117
11,9
105
140-150
20-27
120-
130
Su olduqca spesifik xüsusiyyətlərə malikdir, bu xüsusiy
yətlər Yerdə baş verən və su iştirak edən bir çox təbii proseslərə
ciddi təsir göstərərək planetdə həyatın inkişafını təmin edir.
Qurudakı suyun əsas hissəsi Antraktida, Qrenlandiya,
qütb adaları və dağlardakı buzlaqlarda olub ümumi su eh
tiyatının 1,7%-ni, şirin su həcminin isə 70,3%-ni təşkil edir.
Məkanca hidrosfer faktiki olaraq ekosferlə birləşir, hid
rosfer bütün digər geosferlərə daxil olaraq maddələr və enerji
mübadiləsinin qolbal proseslərində mühüm rol oynayır.
Təbii suların əsas çirklənmə mənbələri sənaye və kom
munal çirkab suları, kənd təsərrüfatında istifadə olunan mineral,
üzvi gübrələr və başqa zərərli kimyəvi maddələr, radioaktiv
tullantılar, istilik və atom elektrik stansiyalarının isti suları və
atmosferdir.
Təbii suların əsas çirkləndiricilik göstəriciləri aşağı
dakılardır:
a)
həll olmuş oksigen, onun miqdarı nə qədər yüksək
dirsə suyun keyfiyyəti bir o qədər yaxşı olur;
106
b) oksigenin biokimyəvi sərt göstəricisi, göstərici çox
olduqda çirkləndirici maddələr də çox olur, suyun keyfiyyəti bir
o qədər pis olur;
c) suda mikroorqanizmlərin
olması-
bu göstərici
bağırsaq bakteriyalarınm miqdarıdır;
d) suda amonyakın, nitratlann, nitritlərin, neft və neft
məhsullarının, fenolun, sintetik səthi-aktiv maddələrin, ağır
metalların miqdarı.
Xəstəliklərin baş verməsi və yayılması suyun çirklənmə
xarakterindən və dərəcəsindən asılıdır. Dünyada xəstəliklərin
80%-i içməli suyun keyfiyyətindən asılıdır, inkişaf etməkdə
olan ölkələrdə içməli suyun tərkibindəki patogenlərin və çirk-
ləndiricilərin təsiri nəticəsində hər il 25 mln. insan ölür, ishal
xəstəliyindən hər il 5 yaşa qədər 3 mln. uşaq ölür.
Suyu çirkləndirən maddələri və onların indikatorlarını
qruplara bölmək olar.
Hər bi qrup çirkləndirici müxtəlif tip su obyektlərində su
yun keyfiyyəti üzrə spesifik problemlər
yaradaraq özünə uyğun
nəzarət tələb edir:
a) mirkobioloji indikatorlar insanın sağlamlığı ilə bağlı
olur (bağırsaq - patogen bakteriyasım göstərən indiqator);
b) asılı maddələr (suyun bulanıqlıq və şəffaflıq dərəcəsi);
c) üzvi maddələr - çirklənmənin indikatorları: həll olu
nan oksigen, oksigenin biokimyəvi və kinyəvi sərfi, fosfatlar,
xlorfil-A;
d) biogen maddələr (azot və fosfor birləşmələri);
e) əsas ionlar (həll olunan maddələrin ümumi miqdarı,
elektrik keçiricilik dərəcəsi, turşuluğu-PH-i, kalsium, maqne-
zium, natrium, kalium, xloridlər, sulfatlar, bikarbonatlar, bor,
ftor, suyun codluğu);
f) qeyri-üzvi mikroçirkləndiricilər (alüminium, arsen,
berillium, kadmium, xrom, kobalt, mis, sianidlər, hidrogen-sul-
fıd, dəmir, qurğuşun, litium, marqans, civə, molibden, nikel,
selen, vanadium, sink);
107