Ümumiyyətlə, ekologiya elminə müxtəlif alim və tədqi
qatçılar məzmunca eyni, formaca müxtəlif anlamlar verirlər.
Bəzən onu canlı orqanizmlər arasında və onlarm olduğu
mühitlə qarşılıqlı əlaqə haqqında sintetik bioloji elm kimi
başa düşənlər də tapılır. Digərləri isə tərifin «uzunmüddətli
işlədilməsi» üçün ekologiyam ətraf mühitin biologiyası
adlandırırlar. Tanınmış Rusiya ekoloqu A.S.Danilevski belə
anlatma verir ki, ekologiya ekoloji sistemin strukturu və
funksiyası haqqında elm sahəsidir. Bəzən də ekologiyanın
sözlərinin hərfi tərcüməsinə əsaslanaraq onun yaşayış yeri,
yaşayış məkanı haqda elm sahəsi olduğu qənaətinə gəlirlər.
Ekologiya elmi bəzən də insanların ətraf mühitlə
qarşılıqlı əlaqələri prosesində xalq təsərrüfatının müxtəlif sa
hələrində, o cümlədən sənayedə, kənd təsərrüfatında, nəqliy
yatda, təbiətin mühafizəsinin təşkilində yaranan qlobal
problemləri proqnozlaşdırır və onların həlli yollarını öy
rənir.
Yerin mövcud olduğu 4,5 mlrd, il müddətində təbiət
hadisələrinin təsirinin mövcudluğu ilə müqayisədə antropogen
təsirlər əvvəllər az, axırıncı 40 min il ərzində isə son dərəcə art
mışdır. Bu təsirlər elmi texniki tərəqqinin nailiyyətlərinin tət
biqindən daha da qüvvətlənmişdir. Axırıncı 50 ildə isə demək
olar ki, kuliminasiya həddinə çatmışdır. Bu əsasdan da, ekolo
giyanı bəşər taleyinin açarı adlandırmaq olar.
Müasir ekologiyanın quruluşunda bioekologiya, bəzək
ekologiyası, insan ekologiyası, sosial ekologiya, tətbiqi
ekologiya ekoloji məsələlərin öyrənilməsi baxımından xüsusi
əhəmiyyət kəsb edirlər. Belə ki, bioekologiya bitki və hey
vanların biomüxtəliflik tərkibini, adaptasiya imkanlarını,
mühit, iqlim şəraitini, habelə onların şoranlığa, qələviyə da
vamlılığım tədqiq edirsə, sosial ekologiya cəmiyyətin yaşa
dığı coğrafi mühitini, sosial və mədəni əlaqəsini öyrənməklə
insanların sosial varlığının ətraf mühitlə qarşılıqlı dialek-
tikasını tədqiq etməklə məşğul olur. Sənaye ekologiyası isə
8
deyilənlərdən fərqli yanaşmalarla xarakterizə olunur ki, bu
rada da onun ətraf mühitə təsirinə baxılır, eləcə də mənfi
təsirlərin aradan qaldırılması yollan və tədbirləri araşdırılır.
Bir sözlə, canlı təbiətin mühafizəsi, ondan səmərəli istifadə
olunması, bioloji ehtiyatların təkrar istehsala qoşulmasına,
genişləndirilməsinə həsr olunmuş ekologiya canlı aləmin
mövcudluğu şəraitini, onları əhatə edən təbii mühitlə qarşı
lıqlı əlaqə və münasibətlərini öyrənən, tədqiq edən müstəqil
bir elm sahəsinə çevrilmişdir. Beləliklə ekologiya insanla
təbiətin qarşılıqlı əlaqəsini tədqiq etməklə antropogen
fəaliyyət nəticəsində onu əhatə edən təbii mühitdə baş verən
gedişatı öyrənir.
Qərb alimləri ekologiya elmi ilə ətraf mühit haqqında
olan elmə bir-birindən fərqli yanaşırlar. Onlar göstərirlər ki,
ekologiya canlı aləmə təsir edən təbii mühitin abiotik, biotik
və antropogen amillərini öyrənir. Eləcə də kənd təsərrüfa
tında torpağın xüsusiyyətlərini, flora və fauna genefon-
dunun mühafizəsində növ müxtəlifliyini qoruyub saxlamağı,
habelə, xalq təsərrüfatının müxtəlif sahələrinin ətraf mühitlə
qarşılıqlı münasibət və əlaqələrini tədqiq edir.
Ekologiya elmi sürətlə inkişaf edərək onun qazandığı
uğurlar müasir dövrün bir sıra aktual məsələlərinin həlli yol
larının fundamentini təşkil edir. Bu əsasdan da bir çox
tədqiqatçılar və alimlər ekologiyanı gələcəyin aparıcı elm
sahələrindən biri hesab edirlər.
Yuxanda göstərilənlərin nəticəsi olaraq ekologiyanın
ətraf mühitin və təbiətdən istifadənin elmi əsasını təşkil et
diyi bir elm sahəsi olduğu qənaətinə gəlməyə imkan yaranır.
Hər bir elmin predmeti olduğu kimi ekologiyanın da
predmeti vardır. Onun predmetini canlı orqanizmlərlə təbii
mühit arasında mövcud əlaqələrin birliyi və ya quruluşu
təşkil edir. Onun əsas tədqiqat obyekti aparıcı sahələrdən
sayılan ekoloji sistem hesab edilir. Ekologiyanın predemeti
daxilində enerji və üzvi maddələrin transformasiya prosesi
9
gedən və bir-biri ilə qarşılıqlı əlaqədə olan canlı aləmin məc
musu durur.
Ekologiyanın əsas vəzifəsi ekosistemdə enerji və ma
teriyanın qarşılıqlı təsirini açmaqdan ibarətdir. Müasir
ekologiyanın diqqət mərkəzində ekosistem konsepsiyasının
yaddan çıxarılmaması da dayanır. Ayrı-ayrı fərdlər, popul-
yasiyalar, növlər, qruplaşmalar və onların ətraf təbii mü
hitdə qarşılıqlı əlaqələri də ekologiyanın tədqiqat obyektləri
hesab olunsalar da, onlar müstəqil bir elm sahəsi kimi bota
nika, zoologiya, sistematika, genetika, biocoğrafiya və s.
elmlər tərəfindən tədqiq edilirlər.
Müasir dövrdə ekologiya qarşısında ekoloji sistemlərin
dayanıqlığı üzrə ümumi nəzəriyyənin işlənməsi; mühitə
alışmanm -adaptasiyanın öyrənilməsi; habelə bioloji müx
təlifliyin və onun mühafizə mexanizminin tədqiqi, biosferdə
baş verən proseslərin öyrənilməsi; antropogen təsirlə ətraf
təbii mühitdə baş verən xeyirsiz dəyişiklərin proqnozlaşdı
rılması və onların qiymətləndirilməsi; ətraf təbii mühitin daha
da keyfıyyətləndirilməsi; tükənən və tükənməyən təbii sərvət
lərdən səmərəli istifadə olunması; ekoloji qeyri-səmərəli mü
hitlərdə təhlükəsizliyin təmini; mühəndis, iqtisadi, təşkilati,
hüquqi, eləcə də sosial məsələlərin həllinin optimallaş-
dırılması; populyasiyaların saylarının tənzimlənməsi; təbii
və antropogen senozların möhkəmliyi; ekoloji indikasiya
məsələlərinin araşdırılması kimi nəzəri və təcrübi məsələlər
durmaqdadır.
Ekologiyanın məşğul olduğu strateji məsələlərə isə
təbiət və cəmiyyət arasında mövcud olan nəzəri qarşılıqlı
fəaliyyətin daha da inkişaf etdirilməsi daxildir.
Biologiya ilə məşğul olan tədqiqatçılar və alimlər eko
logiyanın mənimsənilməsini - öyrənilməsini daha da asan
laşdırmaq üçün onu tədqiqat istiqamətinə görə, mühitə
görə, takseonomiyaya görə, canlı orqanizmlərin yaşayış
yerinə görə, elmlərlə əlaqələrinə görə, iqtisadiyyat, texnika,
10
səhiyyə, mədəniyyət və incəsənət sahələrinə görə, qlobal
ekoloji problemlərə görə bölmə və qruplara ayırmışlar. Belə
ki, onun əsas bölmələrindən biri ümumi ekologiya hesab edilir
ki, o da ekosistemin biotik və abiotik komponentlərinin qar
şılıqlı təsirlərinin qanunauyğunluqlarını və prinsiplərini təd
qiq edir. Bu fənnin nəzəri əsaslarını biotik birliklər, qida
zənciri, maddələr dövranı və ekosistemdə enerji, populya-
siya ekologiyası konsepsiyası təşkil edir.
Müasir dövrdə ekologiyanın əsas məqsədi və vəzifələri
insanlar tərəfindən yaradılmış ekoloji sistemin təbii mühitlə
qarşılıqlı əlaqələrini və münasibətlərini aşkar etməkdən
ibarətdir.
Hazırda elmi-texniki tərəqqinin davamlı inkişafı ilə
əlaqədar təbii ehtiyatların mühafizəsi məsələlərinin optimal
həlli müasir ekologiyaya olan maraq dairəsini qanuni bioloji
çərçivədən çıxararaq bir sıra elm sahələrinin əmələ gəlmə
sinə və digər elmlərlə sintezinə səbəb olmuşdur. Nəticədə
bitgi ekologiyası, torpaq ekologiyası, ekoloji coğrafiya, hey
vanların ekologiyası, mikroorqanizmlərin ekologiyası, su
ların və dənizlərin ekologiyası, atmosfer ekologiyası, hidro
sfer ekologiyası, kənd təsərrüfatı ekologiyası, sənaye ekolo
giyası, nəqliyyat ekologiyası, şəhərlərin ekologiyası, geo
kimyəvi ekologiya, mədəniyyət ekologiyası, arxitektura eko
logiyası, mühəndis ekologiyası, sosial ekologiya, insan eko
logiyası, kosmos ekologiyası və sair elm sahələri forma
laşmışdır. Son 30-40 il ərzində ekologiya yalnız təkcə bio
logiya elmləri sistemində deyil, həm də bütün təbiət, sosial,
iqtisad elmləri arasında çox tanınmış - populyar tətbiqi elm
sahəsinə çevrilmişdir. Göstərilənlər ümumi ekologiyanın
müstəqil sahələri olub nəzəri və tətbiqi ekologiya sahələrinə
ayrılırlar. Deyilənlər baxımından, ekologiya elmi təbiət
elmləri sayılan geologiya, fizika, kimya, riyaziyyat, torpaq
şünaslıq elmləri ilə sıx əlaqə saxlayır. Ekologiyanın coğ
rafiya elmi ilə əlaqəsi daha qabarıqdır. Buradan aydın olur
11
Dostları ilə paylaş: |