ÖN söz
Azərbaycan Respublikasında son illərdə Ümummilli lider
Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident İlham
Əliyevin uğurla həyata keçirdiyi siyasətin nəticəsində ölkəmiz
sürətlə inkişafdadır və bu inkişaf bütün sahələri əhatə edir. XX
əsrin sonu və XXI əsr elmin nəzəri diqqətinin məhz insana
yönəlməsi ilə istiqamətləndi. Antropoloji problemlər cərgəsində
fəaliyyət göstərən fəlsəfi konsepsiyalar subyektiv- antropoloji və
obyektiv-antropoloji qruplar adı altında tamnırlar. Hər iki qrupun
tədqiqat obyektinin nəticəsi olan insan əxlaqi, idraki, dini və s.
dəyərlərin məcmusu kimi dünyam yaradır, çünki bu mövqe onun
həyatının əsas məğzi və mənasıdır. Antropologiya problemləri
əsasən üç istiqamətdə formalaşmışdır. Bu baxımdan sosiobioloqlar
insan və onun davranışım bioloji qanunlarla əlaqələndirirlər (K.
Lorens, Uilson, R. Orivers, R. Aleksander).
David Yum «İnsan təbiəti haqqında traktat» əsərinin girişində
yazır: «Dünyaya elmdə yenilik gətirməyə iddia edən adam üçün
sələflərinin təqlid etdikləri bütün sistemləri qınamaqla
özününküləri öyrənmək üçün mühit hazırlamaq qədər ali və təbii
olan heç bir şey yoxdur».
Əslində biz insan ekologiyasını öyrənərkən dünyamn,
dünyam öyrənərkən insamn təbiətini öyrənmiş oluruq, tnsan varhq
kimi dünyanın özündə, dünyamn mahiyyəti isə insamn
mahiyyətindədir. Bu əlaqəni hələ əsrin əvvəllərində Berdyayev
belə ifadə etmişdir: «İnsamn varhğı anlaması insamn ösmndə
gizlənmişdir». İnsamn, həyatm və dünyamn həqiqətləri bu- bilgi
yumağı kimidir. İnsamn bu yumağı açmasının ip ucu onun öz
mahiyyətidir. Allaha çatmağın yolu belə insandan başlayu:.
İnsamn öyrənməsi, onun sərbəst düşünmək mənada dərk olunma
zərurətini yaradır. İnsan özü dərk etməyə başladığı andan etibarən
əbədi həyat istəyi onu fəth etmişdir.
İnsan varhğm ali pilləsi, inkişafın son məhsulu və
təkmilləşmiş varlıqdır, tnsam Özündən əvvəlki fiziki və bioloji
varhqlardan fərqləndirən əsas keyfiyyəti ağıla malik olmasıdır.
tnsan mahiyyəti onun əmələgəlmə prosesi ilə sıx bağlıdır.
Müasir elmi təsəvvürlərə görə insan digər canlılarla birlikdə eyni
mənşədən inkişaf edərək dəyişmələr nəticəsində bugünkü halına
çatmışdır. Cismin xarici təzyiqlərə cavabı qüvvələr nisbətindən
asılı olaraq ya dəyişir, yaxud da dağılır. Bu, cisimlərin fiziki və
kimyəvi xassələri kimi təzahür edir. Bioloji varlıqlar fiziki
cisimlərdən fərqli olaraq xarici təzyiqlərə fəal cavab verirlər.
Bioloji varlıq bu üsulla mövcudluq imkanını xeyli artırmış olur.
İnsan xarici təsirlərə həm fiziki, həm də bioloji varlıqların üsulları
ilə, həmdə onlardan fərqli üsulla cavab verir. Aydındır ki, insan
ağlı təhlükəni xarici təzyiqlərə qarşı başqa varlıqları qoymaqla dəf
edir. Bu da onun sosial fəaliyyətinin kompleksi kimi təzahür edir
və onun mövcud olmaq imkanlarını başqa varlıqlara nisbətən
artırır. Mahiyyətinə görə bütün varlıqları fiziki, bioloji və sosial
mahiyyətli varlıqlar kimi üç qrupa bölmək olar, insanın fiziki
mahiyyəti ilə bioloji mahiyyəti arasında və bioloji mahiyyəti ilə
sosial mahiyyəti arasındakı nisbət varlıqların bir-birindən hansı
millətlərdə meydana gəlməsinə mütənasibdir. İnsan mahiyyətinin
təzahürlərinin ətrafla, təbiət və cəmiyyətlə əlaqəsi ikitərəflidir,
qıcıqlar insan bədəninə təsir edib, onda insana məxsus davranış və
bioloji reaksiyalar törətdiyi kimi, insan da öz növbəsində qıcıqlara
təsir etmək qabiliyyətindədir. Ətraf mühitin, bioloji varlıqların həm
kəmiyyətinə, həm də keyfiyyətinə təsir göstərməsi şübhə
doğurmur. Lombraro hesab edir ki, ətraf mühitin dolayısı ilə dahi
adamların doğulmasma təsiri onun dəlilərin doğulmasına təsiri ilə
analogiya təşkil edir. Bu həmçinin yaradıcılığa da aiddir. Coğrafi
mühit insanın digər qabiliyyətlərinə də təsir edir. F. De Laroşfıko
qeyd edir ki, insan ağlı və ürəyi, həmçinin onun nitqi, xarakteri
doğulduqları ölkənin və ya ərazinin nəqşəsidir.
Təbiət və cəmiyyətdə ekoloji vəziyyəti, inkişaf imkanları və
insan potensialınm realizə edilməsi, məsəl, uzun və layiqli ömür
sürmək imkanı iqtisadi, sosial, mədəni həyat səviyyəsindən kifayət
qədər asılı olmasına baxmayaraq, bu hər zaman müəyyənləşdirici
faktor kimi qiymətləndirilə bilməz. Buna
8
sübut olaraq, yuxarıda faktları nəzərdən keçirmək kifayətdir,
İnsanın təbiətdə yeri, onun cəmiyyətdə vəziyyəti, onun şəxsi
potensialının həyata keçirilməsi, yəni uzunmüddətli və layiqli
yaşaması üçün şəraitin formalaşması ölkədə olan iqtisadi
vəziyyətdən çox asılıdır. Ölkədə iqtisadiyyatın yüksək səviyyədə
olması cəmiyyətin yaşayış şəraitinin yaxşılaşdırılmasına imkan
verir, onun sağlamlığını qorumaq və savadını artırmaq üçün şərait
yaradır,
İnsan ekologiyasının, ətraf mühitin qorunması və biomüx-
təlifliyin mühafizəsinin insan sağlamhğı və uzunömürlülüyünə
təsiri böyük olduğundan, onun keyfiyyətini qiymətləndirmək üçün
bir sıra beynəlxalq göstəricilərdən istifadə olunur. Bu
göstəricilərdən biri mövcud olan qoruqların, yasaqların və digər
qorunan təbii sahələrin ölkənin ümumi sahəsinin neçə faizini təşkil
etməsi ilə bağlıdır. Azərbaycan Respublikası ərazisinin 5,5%-ni
qoruqlar və yasaqlar təşkil edir və ümumdünya göstəricisindən
(9,5%) az olsa da, bir sıra ölkələrin göstəricilərindən yüksəkdir.
Təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi sosial-coğrafi
problemlərin formalaşmasına təsir göstərən, insan və ətraf mühitin
dialektik yekdilliyidir. İctimai strukturların təbiətin və onları əhatə
edən mühitlə əlaqəsini öyrənən elmi sahələrin birləşməsi sosial
ekologiya elminin əsasını təşkil edir. İnsan Yer kürəsi biokütləsinin
tərkib hissəsi kimi, özünün bütün təkamülü boyunca mühitdən
bilavasitə asılı vəziyyətdə olur. İnsanın və mühitin dinamik
yekdilliyi nə qədər yüksək olarsa, insanların sağlamlığım əks
etdirən «həyat keyfiyyəti» də o qədər yaxşı olar. İnsan biososial
növ kimi həm bioloji, həm də sosial qanunlara tabedir, ona görə də
insan Yer kürəsində vahid biososial növdür. Məhz buna görə də
müəllifin təqdim etdiyi bu əsər olduqca aktualdır. O cümlədən,
elmi-praktik əhəmiyyətə malikdir. Bu kitab insan, bəşəriyyət,
təbiət və ətraf mühit münasibətlərinin qarşılıqh fəaliyyətinin dərk
edilməsində mühüm əhəmiyyətə malik bir əsər kimi bizim
tərəfmüzdən yüksək qiymətləndirilir.
D.E.Yusifovun qələmə aldığı «İnsan: təbiət və cəmiyyət»
Dostları ilə paylaş: |