təşkil edir; yaşlı orqanizmdə assimilyasiya ilə dissimilyasiya
arasında müəyyən tarazlıq yaramr; qoca yaşında isə assimilyasiya
dissimilyasiyadan geri qalır.
Zülallar mübadiləsi. Zülalların tərkibinə daxil olan amin
turşuları əvəzedilənlər və qeyri-əvəzedənlər adı altında iki yerə
bölünür. Birincilər orqanizmdə sintez oluna bilir və digər amin
turşularla (serin, leysin, tirozin və s.) birləşir, ikincilərin olmaması
isə (hətta biri olmasa belə) orqanizmdə zülaDarm mübadiləsini
poza bilər (valin, lizin, triptofan və s.). Orqanizmə lazım olan amin
turşuları özündə birləşdirən zülalları tam əhəmiyyətli hesab edirlər
(heyvan mənşəli zülallar). Tərkibində heç olmayan ya da
əhəmiyyətli miqdarda bu və ya digər amin- turşuları olmayan
zülalları qeyri-əhəmiyyətli adlandınrlar (əsasən bitki mənşəli
zülallar). İki və ya üç qeyri-əhəmiyyətli zülallar bir-birini
tamamlamaqla insanın qidasının tənzimlənməsini təmin edə
bilərlər. Zülallara olan sutkalıq tələbat 80- 150 q-a bərabərdir və
fiziki yüklənmənin intensivliyindən asılıdır. Əgər qida zamanı
zülallar həddindən artıq olarsa, o zaman onlar yağ və
karbohidrogenlərə çevrilirlər.
Qida zülalları fermentlərlə (biokatalizatorlarla), həzm şirələri
vasitəsilə amin turşulara qədər parçalamr ki, onlar da qana sorulur.
Qan axını vasitəsilə onlar bədən hüceyrələrinə daxil olur və
orqanizm üçün zəruri olan zülallar sintez olunur. Bununla da
insana lazım olan spesifik zülallar əmələ gəlir. Bununla yanaşı,
zülallar enerji mənbələrindən biridir. Belə ki, 1 qr zülalın son
məhsullara kimi parçalanması nəticəsində 17,6 kC enerji ayrılır.
Ancaq zülallar digər mənbələr - karbohidrogenlər və yağlar
tükəndiyi zaman enerji mənbəyi kimi istifadə edilir. Yaşlı
orqanizmlərə zülallann ümumi miqdan daxildir, çünki bölünməyə
nə qədər məruz qalsa da elə həmin miqdarda da onlar sintez olunur.
Qeyd edilir ki, qara ciyər zülallarımn 50%-i 4 sutkadan sonra
təzələnir, əzələ toxumalarınkı 24, dəri zülalları isə 300 sutkadan
sonra bərpa olunur.
Parçalanmamn son məhsullan - CO
2
, N
2
O, sidik cövhəri,
sidik cövhəri turşusu və s. orqanizmdən sidik və tər vasitəsilə xaric
olur. Parçalanma zamam ammonium amin turşusu sidik
45
cövhərinin əmələ gəlməsi yolu ilə qara ciyərdə neytrallaşır.
Zülallar mübadiləsinin təmizlənməsində qalxanabənzər vəzinin
hormonlan (tiroksin), hipoflz (somatotroplu), böyrəküstü qabıq
(hidrokortizon, kortikosteron) böyük rol oynayır.
Karbohidrogenlər mübadiləsi.
Karbohidrogenlər orqanizmdə
əsas enerji mənbəyidir. 1 qr zülalın parçalanması za- mam 17,6 kC
enerji ayrılır. Karbohidrogenlərin sutkahq tələbatı 500 qr təşkil
edir. Onların qidada artıq olması piyə çevrilə bilər, çatışmazlıq
zamanı isə onlar zülal və yağlardan əmələ gəlir. Qidanın mürəkkəb
karbohidrogenləri həzmetmə yolunda monosaxaridlərə qədər
parçalanu ki, bunlar da qan dövram vasitəsilə qaraciyərə gəlir,
onlardan da qlikogen sintez olunur. Normal qarışıq qidalanma
zamanı qlükozanın 3%-dən 5%-ə qədəri qlikogenə, 25%-i yağa
piyə çevrilir, 70%-i isə CO
2
və N20-dək turşulaşır. Qlükoza
əzələlərdə də sintez olunur. Qli- kogenin parçalanması əzələ
yığılmalarmın əsas enerji mənbəyidir. Adrenalin, qlükoqon
hormonlan və adenokarti- kotrot hormonu qlikogenin
parçalanmasının artmasına səbəb olur, insulin isə qlikogenin
parçalanmasım ləngidir və onun qaraciyərdən qlükozamn sintezinə
şərait yaradır. Bu hormonların razılaşdırılmış hərəkəti qlükozamn
qanda müəyyən səviyyəsini saxlayır.
Yağların mübadiləsi. Yağlar enerjinin ən böyük ehtiyatım
saxlayır. 1 qr yağın parçalanması zamam 389 kC enerji ayrıhr.
Ürək və skelet əzələləri dinclikdə olan qaraciyər və böyrəyin enerji
sərfinin yarısı yağ turşuları və qliserinin hesabma təmin edilir.
Lipidlərdə hüceyrə membram qurumur. Yağlara olan sutkalıq
tələbat 70-80 qr təşkil edir. Qidada karbohidrogen və zülallann
həddən artıq işlədilməsi orqanizmdə yağların çökməsinə gətirib
çıxanr. insanda norma kimi qidamn karbohidrogenlərinin 25-30%-i
yağa çevrilir. Daxili sekresiya vəziləri - böyrəküstü hipoflz,
qalxanabənzər vəzi yağlar mübadiləsinin tənzimlənməsində
əhəmiyyətli rol oynayır.
Yağlann, karbohidrogenlərin və zülallann çevrilmə prosesi öz
aralarında ciddi nizamlanır. Bu üç maddə qrupunun çevrilməsində
yekdillik onların parçalanması zamam ümumi ara
46
lıq maddələrin əmələ gəlməsini şərtləndirir, bu zaman müəyyən
şəraitdə ya amin turşuları, ya yağ turşulan əmələ gələ bilər, ya da
bu ümumi metabolitlər oksidləşmə reaksiyasına girə bilər və CO
2
,
N20-dək parçalanaraq enerjiyə çevrilə bilər.
Su-duz mübadiləsi. Su bədən kütləsinin təxminən 70%-ni
təşkil edir. Yaşlı orqanizmin suya olan sutkalıq tələbatı 2, 5-3
litrdir. İnsamn içmə şəklində (1500 ml.) və qida məhsulları
tərkibində (1000-1200 ml) qəbul etdiyi su ekzogen adlamr.
Zülalların, yağların və karbohidrogenlərin orqanizmdə oksi-
dləşdirici parçalanması zamanı alman su endogen adlamr (500 ml).
Bütün suyun əsas kütləsi hyceyrələrin protoplazmasında cəmləşir
(72%). Bu, hüceyrədaxili sudur. Hüceyrəxarici su qatının,
limfanın, onurğa-beyin mayesinin tərkibinə daxildir (28%). Yaşlı
insanın orqanizmi suyun istifadəsi və ifrazı dövründə tarazlıq
vəziyyətində olur, su böyrəklər (1200-1500 ml), dəri (800 ml). Su
buxarı zamanı ağciyərlə (500 ml) və nəcis vasitəsilə (100-150 ml)
ifraz olunur. Susuzluq zamanı suyun daxil olmasına olan tələbat
hipotalamus tərəfindən nəzarət edilir. Bu susuzluq hipotalamusda
içmə mərkəzinin qıcıqlanması zamanı meydana çıxır.
Orqanizm nəinki suyun, eləcə də mineral maddələrin daxil
olmasına ehtiyac duyur. Sutka ərzində insana 8 q natrium, 4 qr
xlor, 3 qr kalium, 0,8 qr kalsium, 2 qr fosfor, 15-20 mq dəmir və s-
lazımdır. Natrium, xlor və kalium turşu-qələvi ta- razlığmı
saxlamaq üçün vacibdir, kalium sinir və əzələ toxumalarının
qıcıqlanmasmda iştirak edir. Fosfor nuklein turşulanmn, ATF və
bəzi fosfatların tərkibinə daxil olur, onların kalsium, və
maqneziumla birləşməsi skeletin əmələ gəlməsində müəyyən rol
oynayır.
Dəmir
hemoqlobin,
mioqlo-
bin,
həmçinin
oksidləşdirmə-bərpa reaksiyalannda iştirak edən fermentlərin
tərkibində mühüm əhəmiyyət kəsb edir. Yod qalxanabənzər
vəzinin, sink mədəaltı vəzi hormonlarımn tərkibinə daxildir; ftor
dişlərin minasının davamlılığım təmin edir; kobalt Bİ2 vitanünin
tərkibinə daxildir; mis hemoqlobi- nin sintezi prosesində vacibdir,
boyatmaya təsir edir.
Vitaminlər adı altında bitki və heyvan mənşəli qidalarla
47
Dostları ilə paylaş: |