olaraq, təsərrüfatda zərərli həşəratları (insektisidləri), göbələk və
alağı məhv etmək üçün zəhərli kimyəvi maddələr arasmda
istiqamətlənmiş çirklənməni göstərmək olar. Bu maddələrin tətbiqi
produsentiərin səviyyəsinə, deməli, bütün qida zəncirinə təsir
etmək deməkdir. Bu zaman həyat orqanizminin bütün
mərhələlərinə bütövlükdə biogenezdən ta populyasiya və ayrı- ayrı
fərdlərə qədər təsiretmə hah baş verir.
İstiqamətlənmiş maneələrdən istifadəyə dair ABŞ-da palıd
meşələrinin qeyri-cüt barama qurdlarmdan qorunmasım misal
göstərmək olar.
Ekosistem səviyyəsində (biogeosenozlar) maneələri şərti
olaraq həddə və həddəqədərki (qismən) müddətə bölmək olar.
Məsələn, meşələrdə təsərrüfat əhəmiyyətli ziyanvericilərin zəhərli
kimyəvi
maddələrlə
məhv
edilməsi,
heyvanların
po-
pulyasiyalanmn bir hissəsinin vurulması, sənaye balıqlarının
ayrı-ayn növlərinin ovlanması qismən maneələrdir. Bununla
yanaşı, atmosfer və suya kimyəvi genobiotiklərin (məs: kükürd
oksidi, azot, karbohidrogen, ftor birləşmələri, xlor və s.) atılması
mühitin keyfiyyətini radikal surətdə dəyişdirir, bütövlükdə
produsentlər səviyyəsində maneələr yaradır və beləliklə,
ekosistemin zəifləməsinə gətirib çıxanr. Belə ki, əsas trofik
səviyyə-produsentlər məhv olur.
Sənaye rayonlarında zəhərli tullantıların yığılıb qalması
torpaqlarda bitkilərin intensiv inkişafına və məhsuldarhğının
artmasına mənfi təsir göstərməsinə şərait yaradır, belə ki, buğda
məhsulunun 20-30%, kartofun 47%, şəkər çuğundurunun isə 35%
aşağı düşməsinə səbəb olur.
Ağacİann kəsilməsi və ya xam torpaqlarm şumlanması bu
yerlərdə olan ekosistemin tam məhv edilməsi deməkdir. Ən yaxşı
hallarda bu yerlərdə yeni, amma az məhsuldarhğa malik
ekosistemlər əmələ gəlir, ən əsası isə burada torpaq eroziyası,
bozqırlaşma baş verir. Belə təbiət hadisələrinə, şam ağadan
kəsilmiş və yannuş yerlərə Kola yanmadasında rast gəlinir.
Qeyd etmək lazımdır ki, ekosistemin dağılması biosferin
bütövlÄdə deqradasiyası, onun ümumi məhsuldarlığımn aşağı
düşməsi deməkdir. Meşələrin kəsilməsi, torpaqlarm eroziyası,
69
təbii landşaftlann dağ-mədən hasilatı, su anbarları, ərazilərin
urbanizasiyası ilə əvəz edilməsi fotosintetiklərin ümumi
biokütləsini aşağı salır, həm də əhəmiyyətli sahələrdə biotik
dövran prosesini dayandıra bilir. Maneələr kompleksi
mənbələrindən biri şaxta uçurumları və terrikoniklərdir ki, bunlar
da zərərli maddələr buraxan fiziki-kimyəvi proseslərdir, nəticədə
bu maddələr atmosferə, suya və torpağa istiqamətlənir.
Ekoloji nöqteyi-nəzərdən bəzi ölkələrdə, eləcə də ABŞ-da
keçirilən idman ovu populyasiyalara fəal surətdə təsir edir, buna
bir növ maneə kompleksi kimi, həm də çirkləndirmə mənbəyi kimi
baxmaq olar. Bu narahathq amilinin (səs-küy, iy) əmələ gəlməsi,
populyasiyalann, onların miqdarımn və sıxlığımn, yaş və seksual
strukturunun optimal balansının pozulması deməkdir.
Məsələn, vəhşi ördəklərin populyasiyası üçün fərdlərin
həddən artıq aradan götürülməsi, onların yaşadığı qamışlığm məhv
edilməsi, həmçinin populyasiyalarımn mövcud olduğu qamışlığın
sənaye
çirkləndiriciləri ilə çirklənməsi vəhşi ördəyin
popuİyasiyasımn, ekosistemin məhsuldarlığının aşağı düşməsinə
səbəb olur, nəticədə dağılma prosesi baş verir.
Ətraf mühitin çirklənməsi - ekoloji sistemə xas olmayan canlı
və cansız komponentlərin daxil edilməsi, fiziki və struktur
dəyişmələri, dövran və maddələr mübadiləsi proseslərini
dayandıran və pozan amillər, məhsuldarlığın aşağı salınması və
həmin ekosistemin dağılması formasında enerji axımdır.
Çirklənməyə maneə kompleksi kimi baxarkən, onu aşağıdakı
şəkildə təsnifatlaşdırmaq olar;
tnqrediyent (kimyəvi) çirÜəndirmə - təbii biogenosenozda
kəmiyyət və keyfiyyətcə yad olan maddələrin məcmusudur.
Parametrik (fiziki) çirkləndirmə - ətraf mühitin kəmiyyət
parametrlərinin dəyişilməsidir;
Stasiol-destnıksiv çirkləndirmə - insan mənafeyini nəzərə
almaqla təbiətin optimallaşması ilə bağh olan təbiətdən istifadə
prosesində landşaftların və ekoloji sistemin dəyişilməsidir.
70
3.8.
Ayrı-ayrı çirkləndiricilər
Admiral Franklinin tarixi. Admiral ser Con Franklin 1786- cı
il aprelin 16-da Spilsbirdə (Linkolnşir) anadan olmuşdur. O, Şimal
qütbünün tədqiqatçısı kimi məşhur idi. 1845-ci İJ mayın 19-da
yaxşı təchiz olunmuş «Erebus» və «Terror» gəmilərində özünün
sonuncu səyahətinə çıxımşdır. O, şimal-qərb keçidini kəşf etmək
istəmişdir. Onu axırıncı dəfə MelvÜ körfəzində görmüşdülər.
Bu gün artıq bilirik ki, ikinci qışı keçirən admiral 1847-ci il
iyunun 11-də vəfat etmişdir. Üçüncü dəfə keçidi keçməyə səy
göstərən onun 24 silahdaşı həlak olmuş, sonra 105 Idşi gəmini tərk
etmiş, lakin onların heç biri quruya və qudzanbey kampaniyasının
stansiyasına gedib çıxa bilməmişdir. Ancaq 1854- cü ildə
eskimosların ayrı-ayrı ifadələri əsasında ekspedisiyanın aqibəti
məlum olmuşdur. 1893-cü il nəşri olan «Brokqauz»da belə bir
məlumatı oxumaq olardı: «Ekspedisiyanın bütün iştirakçıları
aclıqdan və soyuqdan həlak olmuşlar». 1891-1986-cı illərdə
antropoloq Bittinin rəhbərliyi altında müasir analiz metodlarına
əsasən meyitlərin ekshümasiyası aparılmış və ölümün mümkün
səbəbləri tədqiq edilmişdir- Nəticədə onlann qurğuşundan
zəhərləndiyi təyin edilmişdir. Həlak olmuş matros Torrinitanm
saçlarında spektrofotometrik təhlil metodu ilə mln. qurğuşuna 600
q. hesabilə qurğuşundan zəhərlənmə aşkar edilmişdir. Aşkara
çıxarılmışdır ki, Britaniya dəniz idarəsi ekspedisiyam metal
bankalı konservlərlə təcliz etmişdir. Bu bankalarda yüksək
konsentrasiyaya malik qurğuşun olmuş, bankanın içərisindəki
məhsula keçmiş, sonra isə qida ilə bərabər orqanizmə daxil olmuş,
nəticə faciəli sonluqla bitmişdir.
1903-1905-ci illərdə R.Amundsen çox da böyük xərcə yol
vermədiyini alqışlamışdır. Bu da onun gələcək taleyinə baha başa
gəlmişdir. Belə ki, o Nobelin oxşanna keçərkən, özü və onun
yoldaşları ağ ayıların əti ilə dolanırdılar. Bu ayıların əti trixina ilə
zəhərlənmişdir. Bu fakt sonralar, donmuş cənazələr tədqiq
edilərkən müəyyən edilmişdir. Gəminin qeydiyyat gündəliyində
olan yazı trixinozun tam təsvirini vermişdir. Çox qəribədir. Bu
faciəli hadisələr bir-birinə uyğun gəlmişdir.
71
Dostları ilə paylaş: |