başa düşmək deməkdir. Yorğunluq bir sıra fizioloji funksiyaların
pozulmasına səbəb olur: ağ ciyər tənəffüsü artır, ürək döyüntüləri
çoxalır, onların effektliliyi və qənaətliyi aşağı düşür, oksigen
çatışmazlığı meydana çıxır, qara ciyərin funksional aktivliyi artır,
mineral duzlara və vitaminlərə tələbat yüksəlir. Yorğunluq - insan
fəaliyyətinin hər bir növündən sonra qanunauyğun hadisədir,
ondan qaçmaq mümkün deyil, ancaq həddindən artıq
yorğunluqdan çəkinmək lazımdır. İstirahət etməyi bacarmaq, ona
diqqət vermək hər bir şəhər sakini üçün əhəmiyyət kəsb edir; çünki
o, insan sağlamhğma və həyatının davamh olmasına böyük təsir
göstərir. İstirahət etməyi bacarmayan, işləməyi də bacarmır. Fiziki
ağırlıqdan sonra istirahətin əhəmiyyətli anı iş zamanı oksigen
çatışmazlığından azad olmaq və orqanizmdən maddələr
mübadiləsi məhsullarını çıxartmaqdadır.
Yorğunluğun profilaktikası ətraf mühitdə olan fiziki, kimyəvi
və psixoloji xarakterli ziyanlı amillərin təsirini dəf etmək və ya
kənar etməkdir. İlk növbədə, səs-küyün səviyyəsini, optik
qıcıqlandırıcıları, tozluluğu və s. amilləri aşağı salmaq lazımdır.
Burada əməyin və istirahətin düzgün təşkili böyük rol oynayır;
nahar üçün bir saatlıq tənəffüs, eləcə də dəyərli istirahət günü
mühüm əhəmiyyət kəsb edir. Yadda saxlamaq lazımdır ki, ayda bir
neçə istirahət günü və ya rüb ərzində həftəlik məzuniyyət saxlamaq
böyük əhəmiyyətə malikdir.
Yorğunluğun profilaktikasında mühüm amil rasional
qidalanmadır: orqanizmə zülallann, karbohidratlann, yağlann,
eləcə də amin turşuları, vitamin və mineral duzlann lazuni
miqdarda daxil olması vacibdir.
Tam dinclik şəraitində passiv istirahəti və fəal, müxtəlif
fəaliyyət
növlərinin
növbələnməsindən
ibarət
istirahəti
fərqləndirmək lazımdır. Təcrübi surətdə müəyyən edilmişdir ki,
statik və dinamik işdən sonra bərpa prosesi daha effektlidir. Fəal
istirahətin üsullanndan biri müntəzəm idman məşğələsidir.
Statistikaya görə, əqli əmək adamları - əhəmiyyətli psi-
xikoemosional gərginliyə məruz qalanlar fiziki əməklə məşğul
olanlara nisbətən infarkt miokarddan 2-3 dəfə artıq ölürlər.
93
Əqli əmək işçiləri - müntəzəm fiziki ağırlığa məruz olanlar oturaq
həyat tərzi keçirənlərə nisbətən 12 il çox yaşayır.
Fiziki və psixi gərginliyin artması yuxu və istirahətin davam
etdirilməsinin artınimasım tələb edir. Lakin şəhər sakinləri asudə
vaxtlarını bəzən qeyri-rasional istifadə edirlər. Bütün gecə ərzində
yuxumuzu təmin etmək üçün biz yuxu dərmanları qəbul edir,
gündüz isə yorğunluğumuzu və yuxumuzu psixostimulyatorların
köməyilə yox etmək istəyirik. Eti- nasızhq, müasir insanın hətta
minimal rahatsızhğı belə sınamaq istəməməsi, şəhər həyatının
artan tələbatından qaçmaq cəhdi farmakoloji preparatlardan
istifadəyə səbəb olur. Məsələn, Fransada dərman preparatların
gündəlik istifadəsi 400 t-a çatır ki, bu da hər bir sakinə 10 q
düşdüyünü göstərir. Belə vasitələrin qəbulu daha kəskin hal alaraq,
əvvəllər məlum olmayan xəstəliklərin əmələ gəlməsinə, məlum
olanların isə klinik vəziyyətinin dəyişilməsinə gətirib çıxarır. Digər
tərəfdən, iri şəhərlərdə bir bioloji cinsin-insanın iri qruplaşması
yüksək qlobal hərəkətliliyə malik epidemiyaların bütün Yer kürəsi
üzrə yayılmasına səbəb ola bilər. Buna misal olaraq, SPİD virusunu
göstərmək olar.
Urbanlaşma mühitində nəinki fiziki və psixi sağlamlıq, eyni
zamanda, mənəviyyat insanların əxlaqı, bir sözlə, insanın özünü
təcəssüm etdirən hər şey zərər çəkir. Heyvanlar üzərində aparılan
təcrübələr göstərir ki, böyük şəhər məişətini fərqləndirən mənfi
amillər nevroz və təcavüzə gətirib çıxarır. Təbiətdəki qüvvətli
səslər təhlükənin siqnallan olaraq, orqanizmin həyəcan səviyyəsini
qaldırır. Darıxma, həmçinin təcrid olma psixi diskomfort əmələ
gətirir. Cəmiyyətin özündə darıxdırıcı- lıq urbaniləşmə üçün
xarakterikdir və bütün canlılara xasdır, məhz bunun nəticəsində də
fərdin təcrid olması getdikcə artır, şəhərin əksər sakinində boşluq
və tənhahq hissiyyatı özünü büruzə verir.
Tənhalıq hissi memar və inşaatçılarm biganəliyi ilə daha da
dərinləşir. İndi müasir şəhərlər planlaşdınlır və tikilir, köhnələri isə
ilk növbədə, insanlar üçün deyil, onlann avtomobüləri üçün bərpa
edilir. İndiki şəhərlərdə sahələrin yansmdan çoxunu küçə
94
hərəkətinin mürəkkəb sistemi və texniki xidmət tutur. İnsanın
həyat məkanı avtomobilizmə və sənaye istehsalına qurban verilir.
Köhnə, ancaq əksər hallarda yaxşı fəaliyyət göstərən şəhər həyatı
pozulur, memarlıq dəyərləri məhv edilir, bununla da sayı artan
avtomaşınlara geniş meydan açılır.
Şəhər daxilində məsafələr elə ölçüyə çatır ki, onu ancaq
nəqliyyat vasitələrindən istifadə etməklə qət etmək olar. Yeni
tikintilər, geniş magistrallar arasında insan özünü sıxılmış hiss
edir, belə ki, o, ətrafı baxışlan ilə qavraya bilmir, gözlə görünə
bilən və üfuqi məkan isə ətraf mühitin qavranılmasında müəyyən
rol oynayır. Şəhər nə qədər böyük və onun binalan nə qədər çox
olarsa, insan özünü nəhəng miqyasda alçaldılmış hiss edir. İnsan
ölçüsündən enerji çıxan hər şey: səs-küy, çirklənmə, dövlətlilik və
kasıblıq arasındakı kontrast, danxdıncılıq və tənhalıq - bütün
bunlar psixikaya təsir edir, insan daxilində nifaq yaradır. Bəzi
sosioloqların fikrincə, müasir böyük şəhərdə həyat dəlilik həddinə
yaxınlaşmışdır. Radikal bədbəxtlik əlamətləri artmağa başlayır,
buna geniş yayılımş inertlik unut- qanhq arzusu, narkotik maddələr
və spirth içkilər vasitəsilə həqiqətdən uzaqlaşmaq, daima artan
cinayətkarhq və s. daxildir.
Bütün yüksək urbaniləşmiş ölkələrdə psixi xəstəliklərin
artımı qeyd edilir. Müasir şəhər əhalisinin «psixi sağlamlıq» kimi
pozuqluq təzahürünün amili alkoqoüzm və narkomanlıqdır, bunun
nəticəsində isə əsəb-psixi xəstəliklərin kəskin artımı,
cinayətkarlığın çoxalması, intiharların sayımn yüksəlməsi
meydana çıxır. Narkomaniyanın faizi gənclər arasında yüksəkdir,
bunu
isə
somatik
və
psixi
akseleroid
arasındakı
qeyri-mütənasibliklə izah edirlər.
Urbaniləşmə, sənayeləşmə və şəhərlərin mərkəzi ilə
şəhərətrafı infrastruktur sahələri arasında qarşılıqlı əlaqələrin
güclənməsi prosesi zamanı anoloji olaraq əhalinin sosial
əlaqələrinə diqqətin azalmasına şərait yaranmaqla, cinayətkarlığın,
xüsusilə də həddi-buluğa çatmayanların cinayətə sövq halları
müşahidə edilir.
Psixi pozğunluq və cinayətlərin sayı böyük şəhərlərin əhalisi
sıx olan rayonlarında daha yüksək səviyyəyə çatır. Əhali
95
Dostları ilə paylaş: |