4.2.
Ətraf mühit sosial uyğunlaşması
Təkcə insan mənimsədiyi əlavə enerjinin köməyi ilə özünün
yaşadığı mühitin bütövlükdə xüsusi tələbatını uyğunlaşdırır, əsaslı
surətdə çox qısa müddətdə təbii mühiti dəyişdirir.
Belə sosial uyğunlaşma müsbət cəhətlərdən başqa insan üçün
yeni problemlər yaratmışdır.
Bundan başqa, heyvan orqanizmləri kimi, insan orqanizmi də
həmin təbii təsirlərə məruz qalımş, insanın sosial həyat şəraiti,
onun əmək fəaliyyətinin amilləri, bir sıra sosial amillər yaratmışdır
ki, onlara da uyğunlaşmaq vacibdir. Sivili- zasiyamn inkişafı ilə
əlaqədar onlann sayı da artır.
Yaşama mühitinin genişlənməsilə bağlı, insan orqanizmi
üçün tamamilə yeni şərait və təsiretmə amilləri meydana çıxır.
Məsələn, kosmik uçuşlar zamanı yeni təsiretmə kompleksləri,
məhz çəkisizlik meydana çıxır. Bu, hipodinamika, sutkalıq rejimin
dəyişilməsi, psixi yük və s, birləşir.
İsti sexlərdə və ya soyuq iqlimdə fəaliyyət ifrat temperaturlara
adaptasiyanın genişlənmiş diapazonunu tələb edir. Özünün xidməti
vəzifəsini yerinə yetirərkən insan səs-küyə, işığın dəyişməsinə və
s. uyğunlaşmağa məcburdur.
Fiziki əmək maşın və mexanizmlərin işini ləngidir. Bu, fiziki
gərginliyi aradan qaldırır, lakin burada, ilk növbədə, stress,
hipodinamika, nevrozlar və s. irəli çıxır. Əsəb-psixi gərginlik fiziki
gərginliyi dəyişir, bu proses ən çox şəhərlərdə özünü büruzə verir.
İri şəhərlərdə təbii mühit, həyat ritmi, əmək və məişətin
psixoemosional şəraiti dəyişir, iqlim də pozulur. Günəş radia-
siyasımn intensivliyi ətraf ərazilərə nisbətən şəhərlərdə 15-20%
aşağıdu*, lakin orta illik temperatur burada yüksəkdir (təxminən
1,5°C), sutkalıq və mövsümi tərəddüd əhəmiyyətli dərəcədə
zəifdir, tez-tez dumanlar baş verir, yağıntılar intensivdir (orta
hesabla 10%-ə qədər), atmosfer təzyiqi aşağıdır.
Praktiki olaraq, bütün bu dəyişikliklər insanın fiziki və psixi
sağlamhğına mənfi təsir göstərir.
İnsan təbiətin bir hissəsidir, o, ancaq öz parametrlərindən
90
artıq hüdudlanan mühitdə yaşaya bilər, tnsamn böyük şəhərlərdə
həyat mühiti orqanizmə sosial və ekoloji təsirin mürəkkəb
sistemini təzahür etdirir. Bu isə şəhər sakininin psixikasına öz
təsirini göstərməyə bilməz, lakin mühitin bu təsiri nəticəsində
şəhərə köçmüş kənd əhaüsinin əhəmiyyətli maddi vəziyyəti, əmək
və istirahətinin xarakteri, məişət şəraiti, bir sözlə, həyat siması
dəyişir.
Şəhər sakini böyük psixoloji gərginlik tələb edən məsələləri
həll etməh, iş vaxtını uzatmalı, istirahət saatlarmı azaltmah və
daim vaxtımn çatmamasını hiss etməlidir. Digər tərəfdən, hər gün
hədsiz informasiyalar adamların çox yüklənməsinə gətirib çıxanr,
nəticədə onlar buna əsəbi halda reaksiya verir və beləliklə
«sivilizasiya xəstəliyi» yaranır.
Elmin, texnika və iqtisadiyyatın hazırkı əsrdə sürətlə inkişafı
getdikcə artan sosial dəyişikliklər xarakteri ahr, halbuki Ijelə
vaxtda bioloji proseslər çox ləng dəyişir. Bu «sivilizasiya
xəstəliyi»n birinci səbəbidir.
İnsan və heyvanlarda mənfi emosiyalar qanda adrenalinin
böyük miqdarının ayrılması ilə müşayiət olunur. O, eyni zamanda
psixi gərginlik, qəzəb və qorxu zamanı da xaric edilir. Adrenalin
ürək fəaliyyətinin qüvvətlənməsinə və qan təzyiqinin artmasına
səbəb olur, qanın laxtalanmasmı sürətləndirir, bronxIarın
məsafəsini artırır, mədə və bağırsaqların işini ləngidir, yorğunluq
zamanı köndələn-zolaqh əzələlərin işini stimullaşdırır. Belə bir
hərəkət onunla şərtlənir ki, heyvan və insanların əcdadları mənfi
emosiyalardan sonra intensiv fiziki ağırhq-qaçma və ya güləşmə
ilə məşğul olur. Ona görə də meydana çıxan katexolaminlər fiziki
gərginhk zamam sərf edilirdi. Müasir insanda fiziki ağırlıq heç də
mənfi emosiyalardan sonra gəlmir və sərf edilməmiş
katexolaminlər histotoksiki təsir göstərməyə başlayu. Hər şeydən
əvvəl onlar ürək əzələlərinə və damar divarının hamar əzələsinə
təsir göstərərək, mio- kardda mikronekrozlarm inkişafına və ürək
ritminin pozulmasına səbəb olur. Reaksiya verilməyən
emosiyalann nevrozu ürək əzələləri nevrozunun baş verməsi,
ateroskleroz, hiperto- niya xəstəlikləri, xora xəstəlikləri, eləcə də
psixi sağlamlığın
91
pozulması əsasında meydana çıxa bilər.
Sənayesi inkişaf etmiş cəmiyyətdə əməyin sosial-iqtisadi
nəticəsi insamn təşəbbüs və qabiliyyətindən asılıdır. Bu, ən çox
şəhər növləri fəaliyyətində özünü göstərir, belə şəraitdə şəxsi
təsərrüfatın və bacarıq sayəsində alınan gəlirin bir neçə dəfə
artması imkanı əldə edilə bilər. Qeyd edilənlər insanlar arasında
rəqabəti əhəmiyyətli dərəcədə artırır.
Sosial şərait, informasiya və intellektual ağırlıq şəhər
sakinlərində psixi yorğunluğa və emosional stressə səbəb olur.
Onlar mədə xora xəstəliklərinin, 4/5 hallarda infarkt miokar- dın
səbəbkarı olurlar. Konfliktli şərait, insana yaxın olan sosial mühit
intizamsızhğı emosional stresslərlə müşayiət olunur.
Urbanizasiya, xüsusən onun qüvvətlənmiş tempi ziyanlıdır,
çünki bu, əvvəlki həyat tərzinin dağılması ilə əlaqədardır və
şəxsiyyətin köklü dəyişilməsini tələb edir. Müasir adamlar çox
mürəkkəb şəraitdə olurlar, belə ki, cəmiyyətin tarixi
dəyişilmələrinin sürəti ayrı-ayrı adamların həyat vaxtı ilə ortaq
ölçülü olmuşdur.
İnsanda xəstəliyə aparan stressləri hansı sosial şərait yaradır?
Ailələrin dağılması ərlə arvadın xəstəlik göstəricilərini 10 qat
artırır, eləcə də boşanmadan sonra 1 il müddətində onlann ölümünə
səbəb olur. Bu zaman boşanma təkcə şəxsi münasibətlərlə deyil,
eyni zamanda ölkə iqtisadiyyatının vəziyyəti, sosial dəyişikliklərin
sürəti və informasiya tempi ilə də əlaqədardır. Çoxsayh
tədqiqatlardan aydın olur ki, iş yerinin itirilməsi də xəstəliklərə
səbəb olur. Urbanlaşmış mühitdə fəaliyyət növlərinin çoxu, xüsusi
xidmət sahəsində insanlar intensiv və uzunmüddətli ünsiyyətlə
bağhdır, bu da onların emosional davamlılığına yüksək tələblər
irəli sürür.
Stress şəhərdə yaşayan adamlar üçün gündəlik vəziyyət
olmuşdur. Onlar onu dünyaya gəldikləri vaxtdan qocahğa qədər
hiss edirlər.
Həftənin sonuna yaxın yorğunluğun artması mükəmməl
istirahət tələb edir. Yorğunluğun hiss edilməsi adi bir hal olmayıb,
xarici və daxili mühitdən daxil olan qıcıqlandıncılara orqanizmin
əvvəlki üsullarla cavab verməyə imkan olmadığını
92
Dostları ilə paylaş: |